63
olan, hə qi qi və ya si mul ya si ya edil miş hə rə kət də iş ti-
rak edən uşa ğı vi zual təs vir edən hər han sı ma te rialı və
ya baş lı ca ola raq, sek sual məq səd lər üçün uşa ğın cin siy-
yət or qa nı nın hər han sı şə kil də təs vi ri ni fak tı nı bil di rir.
Bu sə bəb dən, sek sual məq səd lər da şı ma dı ğı üçün bə dii, tib bi,
el mi və ya bən zər məz mun da olan ma te rial bu an la yı şın əha tə
dairə si nə düş mür.
Danimarka
Danimarka Cinayət Məcəlləsi “əxlaqsız şəkillər və filmlər”in
yayılmasına və həmçinin, bunlara sahiblənməyə dair müfəssəl
qaydalar nəzərdə tutur.
Danimarka Cinayət Məcəlləsinin 235-ci bəndi
(1)
18 yaşından aşağı şəxsin əxlaqsız fotoşəkillər və ya
filmlərini və ya digər əxlaqsız vizual materiallarını yayan şəxs
iki ilədək azadlıqdan məhrum etmə, yaxud, xüsusi ağırlaşdırıcı
hallar olduqda, səkkiz ilədək azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. Uşağın həyatının təhlükə altında qalması, ağır
zorakılıqdan istifadə edilməsi, uşağa ağır xəsarət yetirilməsi
və ya materialların daha sistemli və mütəşəkkil qaydada
yayılması halları cəzanı ağırlaşdıran hallar hesab olunur.
(2)
18 yaşından aşağı şəxsin əxlaqsız fotoşəkillər və ya
filmlərini və ya digər əxlaqsız vizual materiallarına sahib
olan və ya ödəniş edərək bunlar ilə tanış olan şəxs bir ilədək
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
(3) 2-ci yarımbənd 15 yaşına çatmış şəxsin əxlaqsız şəkillərinə
sahib olmağa, həmin şəxs belə sahibliyə razılıq verdiyi
təqdirdə, şamil edilmir.
64
Konvensiya aşağıdakı qəsdən edilmiş hərəkətlərə görə cinayət
məsuliyyəti nəzərdə tutur:
X
uşaq pornoqrafiyasının istehsalı, təklif edilməsi, təqdim
edilməsi, yayılması, ötürülməsi və ya uşaq pornoqrafiyasına
sahib olma;
X
uşaq pornoqrafiyasının şəxsi istifadə və ya başqa şəxs üçün
alınması;
X
informasiya və kommunikasiya texnologiyaları vasitəsilə
uşaq pornoqrafiyasının qəsdən əldə edilməsi.
Bu cür hə rə kət lə rə, mə sə lən, şə kil və film lə rin on layn re jim də qo yul-
ma sı, bu şə kil və film lə ri yay ma, sa hib lən mə, yük lə mə və ya bun la rı
is tə ni lən for ma da (jur nal, vi deokas set, DVD-lər, mo bil te le fon, USB
yad daş kart la rı, CD-lər for ma sın da ) sa tın alın ma sı da xil dir. Kon ven si-
ya nın ye ni cə hət lə rin dən bi ri bun dan iba rət dir ki, kon ven si ya döv lət-
lə rin üzə ri nə uşaq por noq ra fi ya sı na dair in ter net sə hi fə lə rin də, yük-
lə mə dən və ya yad da sax la ma dan, qəs dən uşaq şə kil lə ri nə ba xan
şəxs lə ri araş dır maq öh də li yi qo yur. Ma te riala tək rar-tək rar ba xıl ma sı
və ya ma te riala bax maq üçün ödə ni şin edil mə si fak tı na əsas la na raq
əmə lin qəs dən edil di yi nə ti cə si nə gəl mək olar.
Monako
Monako qanunları uşaq pornoqrafiyasına və uşaqlara qarşı
seksual xarakterli hərəkət şəkillərinə dair müfəssəl və aydın
müddəalar nəzərdə tutur.
Uşaqlara qarşı törədilmiş cinayətlərə görə cəzanın
ağırlaşdırılması haqqında 26 dekabr 2007-ci il tarixli 1.344
saylı Qanunun 17-ci maddəsi Cinayət Məcəlləsinin 3-cü
cildinin, 2-ci başlığının, 1-ci fəslinin, 7-ci bölməsinə aşağıdakı
redaktədə 294-3 maddəsinin salınmasını nəzərdə tutur:
65
Uşağın pornoqrafik xarakterli şəkil və görüntülərini yaymaq
məqsədilə çəkən, lentə alan, istehsal edən, satın alan və ya ötürən
şəxs üç ildən altı ilədək azadlıqdan məhrum etmə və 26.3-cü
maddədə nəzərdə tutulan məbləğdə cərimə ilə cəzalandırılır.
Yuxarıda sadalananlara cəhd etmə eyni müddətdə azadlıqdan
məhrum etmə və eyni miqdarda cərimə ilə cəzalandırılır.
Bu cür şəkil və ya görüntüləri, hər hansı bir yol ilə, qəsdən
təmin edən və ya yayan, bunları idxal və ya ixrac edən və ya
idxal və ixracına təhrik edən şəxs eyni müddətdə azadlıqdan
məhrum etmə və eyni miqdarda cərimə ilə cəzalandırılır.
Uşağın pornoqrafik xarakterli təsvir və görüntülərini
elektron kommunikasiya vasitələrindən istifadə etməklə
qeyri-müəyyən auditoriyaya yayan şəxs beş ildən on ilədək
azadlıqdan məhrum etmə və 26.4-cü maddədə nəzərdə
tutulan məbləğdə cərimə ilə cəzalandırılır.
Təsvirin çəkildiyi və ya lentə alındığı zaman 18 yaşında
olduğu sübut edilənə qədər, bu maddənin şərtləri xarici
görünüşü uşağa bənzəyən şəxslərin pornoqrafik təsvirlərinə
də şamil edilir.
Bu maddənin məqsədləri üçün, aşağıdakılar pornoqrafik təsvir
hesab olunur:
1) açıq şəkildə seksual davranışa məruz qalan və ya bu cür
davranışda iştirak edən uşağın təsvir və ya görüntüsü;
2) açıq şəkildə seksual davranışa məruz qalan və ya bu cür
davranışda iştirak edən, xarici görünüşü uşağa bənzəyən
şəxsin şəkil və ya görüntüsü;
3) açıq şəkildə seksual davranışda iştirak edən uşağın real
təsviri.
66
“Real təsvir” dedikdə, digərləri ilə yanaşı xüsusilə, fiziki şəxsin
tam və ya qismən rəqəmsal metodlar ilə hazırlanmış təsviri
başa düşülür.
Bu təsvir və ya görüntülər cinayət əməlini müəyyən etmək
və ya araşdırmaq məqsədilə toplanmışdırsa, bu maddənin
müddəaları tətbiq edilmir.
Rusiya Federasiyası
Rusiya
Federasiyasının
Cinayət
Məcəlləsi
uşaq
pornoqrafiyasının açıq şəkildə göstərilməsinə xüsusi toxunur.
Rusiya Cinayət Məcəlləsinin 242.1-ci maddəsi: İstehsal etmə
və dövriyyəyə buraxma
Uşaqların Pornoqrafik Təsvirini nümayiş etdirən materiallar və
ya məqalələr
1.
18 yaşına çatmış şəxs tərəfindən yaymaq, açıq
şəkildə göstərmək və ya reklam etmək məqsədilə uşaqların
pornoqrafik təsvirlərini nümayiş etdirən material və ya
məqalələri hazırlama, saxlama və ya Rusiya Federasiyasının
sərhədləri içərisində daşıma, habelə, uşaqları pornoqrafiya
xarakterli əyləncə tədbirlərinin ifaçıları kimi çəkmə altı
ilədək azadlıqdan məhrum etmə ilə çəzalandırılır.
2.
Eyni əməllər:
a)
valideyn və ya qanuna əsasən, uşağı böyütmək üçün
məsuliyyət daşıyan digər bir şəxs, habelə, pedaqoq və ya
təhsil, pedaqoji, tibbi və ya digər müəssisələrdə işləyən
Dostları ilə paylaş: |