71
X
uşağı pornoqrafik tamaşalarda iştiraka cəlb etmə və ya uşağı
bu cür tamaşalarda iştiraka təhrik etmə;
X
uşağı pornoqrafik tamaşalarda iştiraka məcbur etmə və ya
uşağn bu cür tamaşalarda iştirakından gəlir əldə etmə və ya
uşağı bu məqsədlə başqa formada istismar etmə;
X
pornoqrafik tamaşalarda uşağın iştirak etdiyini bilərək bu cür
tamaşalarda tamaşaçı kimi iştirak etmə.
Uşaqları əxlaqsız əməllərə cəlb etmə
Uşaq la rı əx laq sız əməl lə rə cəlb et mə de dik də, sek sual fəaliy yət
üçün qa nu ni ya şı na çat ma mış uşaq la rı di gər uşaq lar və ya yet kin-
lik ya şı na çat mış şəxs lə rin et di yi sek sual hə rə kət lə ri iz lə mə yə sövq
et mək ba şa dü şü lür. Uşa ğın hər han sı bir şə kil də sek sual fəaliy yət-
də iş ti ra kı müt ləq de yil. Bu cür hə rə kət lə ri uşaq la rın gö zü qar şı sın-
da edən şəxs uşaq la rı əx laq sız əməl lə rə cəlb et miş sa yı lır.
Andorra
Andorra Knyazlığının qanunvericiliyi azyaşlı uşaqlar və
ya həssas şəxslərin gözü qarşısında seksual hərəkətlərin
edilməsinə görə cəzalar nəzərdə tutur.
Andorra Knyazlığının Cinayət Məcəlləsinin 156-cı maddəsi
Eksibisionizm
Azyaşlı uşaqlar və ya əlillərin həssas vəziyyətindən yararlanaraq
onların gözü qarşısında seksual hərəkətlər edən və ya bu cür
hərəkətlərin edilməsinə təhrik edən şəxs üç aydan üç ilədək
azadlıqdan məhrum etmə və 6 000 avroya qədər məbləğdə
cərimə ilə cəzalandırılır.
Yuxarıda sadalananlara cəhd etmə də cəzalandırılır.
72
Böyük Britaniya
Böyük Britaniyanın Seksual xarakterli cinayətlər haqqında
2003-cü il tarixli Qanunu seksual məqsədlər üçün uşaqların
əxlaqsız əməllərə cəlb edilməsini geniş şəkildə əhatə edir.
Avstriya
Avstriya Cinayət Məcəlləsində uşaqların əxlaqsız əməllərə
cəlb edilməsi ilə bağlı müddəalar nəzərdə tutulur.
§ 208 – 16 yaşından kiçik şəxslərin mənəvi inkişafına təhlükə
törətmək
1. Azyaşlıya və ya on altı yaşından kiçik şəxsə tərbiyə, təhsil
vermək və ya nəzarət etmək vəzifəsi daşıyan şəxs tərəfindən
həmin azyaşlının və ya on altı yaşından kiçik şəxsin gözü
qarşısında, özünün və ya digər şəxsin cinsi ehtiyacını ödəmək
və ya cinsi ehtirasını oyatmaq məqsədilə, on altı yaşından kiçik
şəxsin mənəvi və ya psixoloji inkişafına və ya sağlamlığına təhlükə
törədən hərəkət etmə, əgər, işin hallarına əsasən, azyaşlının və ya
on altı yaşından kiçik şəxsin inkişafına törədilən təhlükə müəyyən
edilməzsə, bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
2. Əgər 1-ci bənddə nəzərdə tutulan birinci halda əməli törədən
şəxs azyaşlıdan dörd yaşdan çox böyük deyildirsə, həmin şəxs
cəzalandırılmır, bir şərtlə ki, azyaşlı 12 yaşından kiçik olmasın.
Uşaqların əxlaqsız əməllərə cəlb edilməsi onların psixoloji
sağlamlıqlarına zərər vura və seksə və şəxsi əlaqələrə baxışlarını
təhrif edə bilər. “İzləməyə təhrik etmək” anlayışına uşağın
hərəkətləri izləməsinə səbəb olan istənilən üsul, güc, məcburiyyət,
həvəsləndirmə və vəd kimi, istənilən vasitə daxildir.
73
11 Uşağın gözü qarşısında seksual xarakterli fəaliyyətlə
məşğul olmaq
(1)
Aşağıdakı hallarda on səkkiz yaşına çatmış və ya daha
böyük şəxs (A) cinayət əməli törətmiş hesab olunur:
(a)
fəaliyyətlə qəsdən məşğul olduqda,
(b) fəaliyyət seksual xarakterlidirsə,
(c)
fəaliyyətdə cinsi həzz almaq məqsədi ilə iştirak etdikdə:
(i)
digər şəxsin (B) yanında və ya həmin şəxsin A-nı görə
biləcəyi yerdə, yaxud
(ii) B-nin həmin yerdə olduğunu bilərək və ya buna inanaraq
məşğul olduqda və ya B-nin onun bu fəaliyyət ilə məşğul
olduğundan xəbərdar olması niyyəti ilə bu fəaliyyətlə məşğul
olduqda
(d) yaxud:
(i)
B 16 yaşdan kiçik olduqda və ya A B-nin 16 yaşının
tamam olduğuna ağlabatan şəkildə inanmadıqda, yaxud
(ii)
B 13 yaşdan kiçik olduqda.
(2)
Bu maddə ilə nəzərdə tutulan cinayətdə təqsirkar
bilinən şəxs:
(a)
toplam məhkumluq əsasında altı ayadək azadlıqdan
məhrum etmə və ya müəyyən edilmiş yuxarı həddindən çox
olmamaqla cərimə ilə və ya hər ikisi ilə cəzalandırılır;
74
(b) ittiham aktı əsasında məhkumluq edilərək on ilədək
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
12 Uşağı seksual hərəkəti izləməyə sövq etmək
(1) Aşağıdakı hallarda on səkkiz yaşına çatmış şəxs (A)
cinayət əməli törətmiş hesab olunur:
(a) həmin şəxs cinsi həzz almaq məqsədi ilə, qəsdən
digər şəxsi (B-ni) cinsi fəaliyyət ilə məşğul olan üçüncü şəxsi
izləməyə və ya bu cür fəaliyyət ilə məşğul olan hər hansı şəxsin
rəsmlərinə baxmağa sövq etdikdə ,
(b) fəaliyyət cinsi xarakterli olduqda,
(c)
yaxud:
(i)
B on altı yaşdan kiçik olduqda və A-nın B-nin on altı və
ya yuxarı yaşda olduğuna i nanması üçün ağlabatan səbəb
olmadıqda , yaxud
(ii)
B on üç yaşdan kiçik olduqda.
(2)
Bu maddə ilə nəzərdə tutulan cinayətdə təqsirkar
bilinən şəxs:
(a)
top lam məh kum luq əsa sın da al tı aya dək azad lıq dan
məh rum et mə və ya müəy yən edil miş yu xa rı həd din dən çox ol-
ma maq la cə ri mə ilə və ya hər iki si ilə cə za lan dı rı lır;
(b) ittiham aktı əsasında məhkumluq edilərək on ilədək
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dostları ilə paylaş: |