Parlament üzvləri üçün vəsait



Yüklə 3,47 Kb.
Pdf görüntüsü
səhifə21/37
tarix16.11.2017
ölçüsü3,47 Kb.
#10375
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

71
 
X
uşağı pornoqrafik tamaşalarda  iştiraka cəlb etmə və ya uşağı 
bu cür tamaşalarda iştiraka təhrik etmə;
 
X
uşağı pornoqrafik tamaşalarda iştiraka məcbur etmə və ya 
uşağn bu cür tamaşalarda iştirakından gəlir əldə etmə və ya 
uşağı bu məqsədlə başqa formada istismar etmə;
 
X
pornoqrafik tamaşalarda uşağın iştirak etdiyini bilərək bu cür 
tamaşalarda tamaşaçı kimi iştirak etmə.
Uşaqları əxlaqsız əməllərə cəlb etmə 
Uşaq la rı  əx laq sız  əməl lə rə  cəlb  et mə  de dik də,  sek sual  fəaliy yət 
üçün qa nu ni ya şı na çat ma mış uşaq la rı di gər uşaq lar və ya yet kin-
lik ya şı na çat mış şəxs lə rin et di yi sek sual hə rə kət lə ri iz lə mə yə sövq 
et mək ba şa dü şü lür. Uşa ğın hər han sı bir şə kil də sek sual fəaliy yət-
də iş ti ra kı müt ləq de yil. Bu cür hə rə kət lə ri uşaq la rın gö zü qar şı sın-
da edən şəxs uşaq la rı əx laq sız əməl lə rə cəlb et miş sa yı lır.
Andorra
Andorra  Knyazlığının  qanunvericiliyi  azyaşlı  uşaqlar  və 
ya  həssas  şəxslərin  gözü  qarşısında  seksual  hərəkətlərin 
edilməsinə görə cəzalar nəzərdə tutur. 
Andorra Knyazlığının Cinayət Məcəlləsinin 156-cı maddəsi 
Eksibisionizm
Azyaşlı uşaqlar və ya əlillərin həssas vəziyyətindən yararlanaraq 
onların gözü qarşısında seksual hərəkətlər edən və ya bu cür 
hərəkətlərin edilməsinə təhrik edən şəxs üç aydan üç ilədək 
azadlıqdan məhrum etmə və 6 000 avroya qədər məbləğdə  
cərimə ilə cəzalandırılır. 
Yuxarıda sadalananlara cəhd etmə də cəzalandırılır.


72
Böyük Britaniya
Böyük  Britaniyanın  Seksual  xarakterli  cinayətlər  haqqında 
2003-cü il tarixli Qanunu seksual məqsədlər üçün uşaqların 
əxlaqsız əməllərə cəlb edilməsini geniş şəkildə əhatə edir.
Avstriya 
Avstriya  Cinayət  Məcəlləsində  uşaqların  əxlaqsız  əməllərə 
cəlb edilməsi ilə bağlı  müddəalar nəzərdə tutulur.  
§ 208 – 16 yaşından kiçik şəxslərin mənəvi inkişafına təhlükə 
törətmək
1.  Azyaşlıya  və  ya  on  altı  yaşından  kiçik    şəxsə  tərbiyə,  təhsil 
vermək və ya nəzarət  etmək vəzifəsi daşıyan şəxs tərəfindən 
həmin  azyaşlının  və  ya  on  altı  yaşından  kiçik  şəxsin  gözü 
qarşısında, özünün və ya digər şəxsin cinsi ehtiyacını  ödəmək 
və ya cinsi ehtirasını oyatmaq məqsədilə,  on altı yaşından kiçik 
şəxsin mənəvi və ya psixoloji inkişafına və ya sağlamlığına təhlükə 
törədən hərəkət etmə, əgər, işin hallarına əsasən, azyaşlının və ya 
on altı yaşından kiçik şəxsin inkişafına törədilən təhlükə müəyyən 
edilməzsə,  bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
2.  Əgər 1-ci bənddə nəzərdə tutulan birinci halda əməli törədən 
şəxs azyaşlıdan dörd yaşdan çox böyük deyildirsə, həmin şəxs  
cəzalandırılmır, bir şərtlə ki, azyaşlı 12 yaşından kiçik olmasın. 
Uşaqların  əxlaqsız  əməllərə  cəlb  edilməsi  onların  psixoloji 
sağlamlıqlarına zərər vura və seksə və şəxsi əlaqələrə baxışlarını 
təhrif  edə  bilər.  “İzləməyə  təhrik  etmək”  anlayışına  uşağın 
hərəkətləri izləməsinə səbəb olan istənilən üsul, güc, məcburiyyət, 
həvəsləndirmə və vəd kimi, istənilən vasitə daxildir.  


73
11  Uşağın  gözü  qarşısında  seksual  xarakterli  fəaliyyətlə 
məşğul olmaq 
(1) 
Aşağıdakı hallarda  on səkkiz yaşına çatmış və ya daha 
böyük şəxs (A) cinayət əməli törətmiş hesab olunur:
(a) 
fəaliyyətlə qəsdən məşğul olduqda,
(b)  fəaliyyət seksual xarakterlidirsə,
(c) 
fəaliyyətdə cinsi həzz almaq məqsədi ilə iştirak etdikdə:
(i) 
digər şəxsin (B) yanında və ya həmin şəxsin A-nı görə 
biləcəyi yerdə, yaxud
(ii) B-nin həmin yerdə olduğunu bilərək və ya buna inanaraq 
məşğul  olduqda  və  ya  B-nin  onun  bu  fəaliyyət  ilə  məşğul 
olduğundan xəbərdar olması niyyəti ilə bu fəaliyyətlə məşğul 
olduqda
(d)  yaxud:
(i) 
B  16  yaşdan  kiçik  olduqda  və  ya    A  B-nin  16  yaşının 
tamam olduğuna ağlabatan  şəkildə inanmadıqda, yaxud
(ii) 
B 13 yaşdan kiçik olduqda.
(2) 
Bu  maddə  ilə  nəzərdə  tutulan  cinayətdə  təqsirkar 
bilinən şəxs:
(a) 
toplam  məhkumluq  əsasında  altı  ayadək  azadlıqdan 
məhrum etmə və ya müəyyən edilmiş yuxarı həddindən çox 
olmamaqla cərimə ilə və ya hər ikisi ilə cəzalandırılır;


74
(b)  ittiham  aktı  əsasında  məhkumluq  edilərək  on  ilədək 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 12 Uşağı seksual hərəkəti izləməyə sövq etmək 
 (1)  Aşağıdakı  hallarda    on  səkkiz  yaşına  çatmış  şəxs  (A) 
cinayət əməli törətmiş hesab olunur: 
 (a)  həmin  şəxs  cinsi  həzz  almaq  məqsədi  ilə,  qəsdən 
digər şəxsi (B-ni) cinsi fəaliyyət ilə məşğul olan üçüncü şəxsi 
izləməyə və ya bu cür fəaliyyət ilə məşğul olan hər hansı şəxsin 
rəsmlərinə baxmağa sövq etdikdə ,
(b)  fəaliyyət cinsi xarakterli olduqda, 
(c) 
yaxud:
(i) 
B on altı yaşdan kiçik olduqda və A-nın B-nin on altı və 
ya yuxarı yaşda olduğuna i  nanması üçün ağlabatan səbəb 
olmadıqda , yaxud
(ii) 
B on üç yaşdan kiçik olduqda.
(2) 
Bu  maddə  ilə  nəzərdə  tutulan  cinayətdə  təqsirkar 
bilinən şəxs: 
(a) 
top lam  məh kum luq  əsa sın da  al tı  aya dək  azad lıq dan 
məh rum et mə və ya müəy yən edil miş yu xa rı həd din dən çox ol-
ma maq la cə ri mə ilə və ya hər iki si ilə cə za lan dı rı lır;
(b)  ittiham  aktı  əsasında  məhkumluq  edilərək  on  ilədək  
azadlıqdan məhrum etmə ilə  cəzalandırılır.


Yüklə 3,47 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə