Parlament üzvləri üçün vəsait



Yüklə 3,47 Kb.
Pdf görüntüsü
səhifə17/37
tarix16.11.2017
ölçüsü3,47 Kb.
#10375
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

55
(1) 
İnzibati  orqanın  qərarı  ilə  cinayətkarın  müəssisədə 
saxlanılması müddəti 1-ci yarımbölmənin 4-cü bəndində nəzərdə 
tutulan  müddətə  daxil  edilmir.  Əgər,  törədilmiş  əməl  176-cı 
Bölmənin 1 və 2-ci yarımbölmələrinə əsasən Almaniya cinayət 
hüququnda cinayət əməli hesab olunardısa, 1-ci yarımbölmənin 
4-cü  bəndində  nəzərdə  tutulan  hallarda  törədilmiş,  haqqında 
xaricdə  qərar  çıxarılmış  cinayət  əməli,    haqqında  yerli  qərar 
çıxarılmış cinayət əməlinə ekvivalent hesab olunur.  
Bölmə 176b Uşaqların ölümünə səbəb olan seksual xarakterli 
hərəkətlər 
Cinayətkar seksual xarakterli hərəkətin (Bölmə 176 və 176a)  
edilməsi ilə, ehtiyatsızlıqla olsa belə, uşağın ölümünə səbəb 
olmuşdursa,  ömürlük  və  ya  on  ildən  az  olmayan  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Seksual xarakterli hərəkətlər 
İlk  də  fə  ola  raq  hər  han  sı  bir  bey   nəl   xalq  mü   qa   vi   lə   də  uşaq   la   ra 
qar   şı  sek   sual  xa   rak   ter   li  ci   na   yət  əmə   li  aşa   ğı   da   kı  iki  növ  əmə   lin 
qəs   dən tö   rə   dil   mə   si ki   mi müəy   yən edil   miş   dir:
 
X
seksual xarakterli fəaliyyət üçün qanuni yaşa çatmamış uşağa 
qarşı seksual xarakterli hərəkətlər etmək;
 
X
istənilən  yaşdakı  uşağa  qarşı  aşağıdakı  şəkildə  seksual 
xarakterli hərəkət etmək:  
 
– məcburiyyət, güc, hədənin tətbiq edilməsi; yaxud
 
– uşağın etibarından, onun üzərindəki səlahiyyətdən və ya 
təsirdən sui-istifadə edərək, habelə,  ailə daxilində; yaxud


56
 
– uşağın,  xüsusilə  də,  əqli  və  ya  fiziki  əlilliyi  və  ya  asılı 
vəziyyətdə  olması  səbəbi  ilə,  köməksizliyindən  sui-
istifadə edərək. 
Fransa
Fransanın  cinayət  məcəlləsi,  xüsusilə,  həssas  şəxslərə  qarşı 
zorlama və cinsi zorakılıq ilə əlaqədar digər hərəkətlərə görə, 
açıq şəkildə, cinayət məsuliyyəti nəzərdə tutur. 
Maddə 222-24
Xorvatiya
Xorvatiyanın Cinayət Məcəlləsində uşaqların etibarından sui-
istifadə  edərək  onlara  qarşı  seksual  xarakterli  hərəkətlərin 
edilməsinə dair nisbi olaraq detallı müddəalar nəzərdə tutulur.
Mövqedən sui-istifadə edərək cinsi əlaqəyə girmək, Cinayət 
Məcəlləsinin 191-ci maddəsi 
(1) 
Olduğu  mövqedən  sui-istifadə  etməklə  özündən 
maddi,  ailəvi,  sosial  və  ya  hər  hansı  bir  digər  şəkildə  asılı 
olan digər bir şəxsi cinsi əlaqəyə və ya eyni xarakterli seksual 
əmələ təhrik edən  şəxs üç (3) aydan altı (6) ilədək azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
(2) 
Azyaşlı  uşaq  ilə  cinsi  əlaqəyə  girmək  və  ya  eyni 
xarakterli  seksual  əməl  törətmək  məqsədilə  azyaşlı  uşaq 
üzərindəki  səlahiyyətindən  və  ya  təlim,  tədris,  himayə  və 
qayğısına qalmaq məqsədilə ona etibar edilmiş vəzifədən sui-
istifadə edən müəllim, tərbiyəçi, valideyn, övladlığa götürmüş 
valideyn, qəyyum, ögey valideyn və ya digər bir şəxs altı (6) 
aydan altı (6) ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


57
17  iyun  1998-ci  il  tarixli    998-468  saylı  Qanunun  13-cü 
maddəsi, 18 iyun 1998-ci il tarixli rəsmi jurnal
Aşağıdakı  hallarda  zorlama  əməli  törətmiş  şəxs  iyirmi  il 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
1.  eybəcərləşdirmə və ya daimi əlilliyə səbəb olarsa;
2.  15 yaşdan aşağı azyaşlı uşağa qarşı törədilmişdirsə;
3.   yaşı, xəstəliyi, əlilliyi,  fiziki və psixoloji qüsuru və ya hamiləlik 
vəziyyətində olması səbəbi ilə həssas vəziyyətdə olduğu acıq 
şəkildə görünən və ya cinayətkar tərəfindən bilinən şəxslərə 
qarşı törədildikdə;
4.  qanuni,  təbii  və  ya  övladlığa  götürmüş  valideyn  və  ya 
qurbanın üzərində səlahiyyətə malik olan hər hansı digər şəxs 
tərəfindən törədildikdə;
5.  daşıdığı vəzifənin verdiyi səlahiyyətlərdən sui-istifadə edən 
şəxs tərəfindən törədildikdə;
6.  bir neçə şəxs tərəfindən birgə törədildikdə;
7.  silahdan istifadə edərək və ya silahdan istifadə edilməsi ilə 
hədə-qorxu gələrək  törədildikdə;
8.  cinayətkar    qeyri-müəyyən  auditoriya  üçün  nəzərdə 
tutulmuş  mesajların  yayılması  üçün  telekommunikasiya 
şəbəkəsindən istifadə etməklə qurbanla ünsiyyətə girdikdə  ;
9.  qurbanın cinsi oriyentasiyası səbəbi ilə törədildikdə.
Maddə 222-29


58
19 sentyabr 2000-ci il tarixli   2000-916 saylı Fərmanın 3-cü 
maddəsi,  1 yanvar 2002-ci il tarixli rəsmi jurnal
Zorlama hərəkətindən başqa cinsi zorakılıq hərəkətləri:
1.   15 yaşdan aşağı azyaşlı uşağa qarşı edildikdə;
2.   yaşı, xəstəliyi, əlilliyi,  fiziki və psixoloji qüsuru və ya hamiləlik 
vəziyyətində olması səbəbi ilə həssas vəziyyətdə olduğu acıq 
şəkildə görünən və ya cinayətkar tərəfindən bilinən şəxslərə 
qarşı edildikdə
altı il azadlıqdan məhrum etmə ilə və 100 000 avro miqdarında 
cərimə ilə cəzalandırılır.
İsveçrə
İsveçrə  asılı  vəziyyətdə  olan  şəxsə  qarşı  seksual  xarakterli 
hərəkətlərə  dair  açıq  şəkildə  müddəalar  nəzərdə  tutan 
ölkələrdən biridir. 
Cinayət Məcəlləsinin 188-ci maddəsi – Asılı şəxsə qarşı seksual 
xarakterli hərəkət etmək 
1. 
Təhsil, etibar və ya iş və ya digər növ asılılıq əlaqəsindən 
sui-istifadə edərək 16 yaşadək uşağa qarşı seksual xarakterli 
hərəkət edən və ya asılılıq əlaqəsindən sui-istifadə edərək bu 
çür  uşağı  seksual  xarakterli  hərəkətlər  etməyə  təhrik  edən 
şəxs üç ilədək azadlıqdan məhrum etmə və ya pul cəriməsi ilə 
cəzalandırılır. 
2. 
  Zərərçəkmiş  şəxs  cinayətkar  ilə  nikah  bağlamışdırsa 
və  ya  vətəndaş  nikahına  girmişdirsə,  səlahiyyətli  orqan 


Yüklə 3,47 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə