Parlament üzvləri üçün vəsait



Yüklə 3,47 Kb.
Pdf görüntüsü
səhifə16/37
tarix16.11.2017
ölçüsü3,47 Kb.
#10375
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

51
Bolqarıstanın Cinayət məcəlləsi 
Maddə 155
(1) 
Digər şəxsi fahişəliyə təhrik edən və ya cinsi zövq almaq 
məqsədilə satın alan şəxs üç ilədək azadlıqdan məhrum etmə 
və 300-600 BQL miqdarında cərimə ilə cəzalandırılır.
(2) 
Cinsi  əlaqəyə  girmək  və  ya  zina  etmək  üçün  müxtəlif 
şəxslərə    mənzil  sahələri  verən  şəxs  beş  ilədək  azadlıqdan 
məhrum  etmə  və  100-500  BQL  məbləğində  cərimə  ilə 
cəzalandırılır.
(3) 
 1 və 2-ci bəndlərdə nəzərdə tutulan cinayət əməlləri 
gəlir əldə etmək məqsədilə törədilmişdirsə, bir ildən altı ilədək 
azadlıqdan  məhrum  etmə  və  500-1  000  BQL  məbləğində 
cərimə ilə cəzalandırılır.
(4) 
  Fahişəliyə  cəlb  etmək,  satın  almaq,  homoseksual 
hərəkətlər etmək və ya zina etmək məqsədilə digər bir şəxsi 
narkotik  maddələr  və  ya  analoji  maddələr  qəbul  etməyə 
inandıran  və  ya  məcbur  edən  şəxs  beş  ildən  on  beş  ilədək 
azadlıqdan məhrum etmə və 20 000-50 000 BQL məbləğində 
cərimə ilə cəzalandırılır. 
(5) 
 Cinayət əməli: 
1.  mütəşəkkil  cinayətkar  qrupun  əmrləri  əsasında  və  ya  bu 
qrupun qərarının icra olunması üçün fəaliyyət göstərən şəxs 
tərəfindən ;
2. azyaşlı uşaq və ya psixi xəstəyə qarşı;
3. iki və ya daha çox şəxsə qarşı; yaxud 


52
4. müntəzəm qaydada törədildikdə 
on ildən iyirmi ilədək azadlıqdan məhrum etmə və 100 000-
300 000 BQL miqdarında cərimə ilə cəzalandırılır.
(6) 
Azyaşlı uşaqları əxlaqsız hərəkətlərə cəlb edən şəxs iki 
ildən səkkiz ilədək  azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 155b (Sonuncu düzəliş, 26/2010 saylı SG)
Yaşı  razılıq  yaşından  aşağı  olan  və  ya  14  yaşında  olan  şəxsi 
real, virtual və ya simulyasya edilmiş, eyni və ya əks  cinslər 
arasında cinsi əlaqəni, cinsi orqanların şəhvani şəkildə nümayiş 
etdirilməsini, sodomiya, mastrurbasiya, seksual sadism və ya 
mazaxizmi izləməyə və ya bunlarda iştirak etməyə təhrik edən 
şəxs üç ilədək azadlıqdan məhrum etmə və ya sınaq müddəti  
ilə cəzalandırılır. 
Bu sa hə üz rə mil li qa nun la rın və məh kə mə qə rar la rı nın müx tə lif-
li yi sə bə bi ilə, eh ti mal edi lən ci na yət ka rın qur ba nın ya şı ba rə də 
mə lu ma tı nın olub-ol ma ma sı na dair kon ven si ya da heç bir müd-
dəa  nə zər də  tu tul ma mış dır.  Əla və  ola raq,  kon ven si ya,  ci na yət 
əmə li az yaş lı lar tə rə fin dən tö rə dil di yi hal da (uşaq por noq ra fi ya-
sı nın ya yıl ma sı ki mi), son va si tə ola raq ci na yət ic raatı na nə zə rən 
da ha əl ve riş li təd bir lə rin tət bi qi nə im kan ve rir.
Almaniya
Almaniya  cəza  qanunu  (Strafgesetzbuch),  aydın  şəkildə, 
müxtəlif  bölmələrdə  uşaqlara  qarşı  seksual  xarakterli 
hərəkətləri  əhatə  edir  və  bu  cür  əməlləri  ağırlıq  dərəcəsinə 
görə fərqləndirir. 
Bölmə 176 Uşaqlara qarşı seksual xarakterli hərəkətlər


53
(1) 
14 yaşadək şəxsə (uşağa) qarşı seksual xarakterli əməl 
törədən  və  ya  bu  cür  əməlin  uşaq  tərəfindən  öz  üzərində 
törədilməsinə imkan verən şəxs altı aydan on ilədək azadlıqdan 
məhrum  etmə  cəzası  ilə  və  daha  yüngül  halda,  beş  ilədək 
azadlıqdan məhrum etmə və ya cərimə ilə cəzalandırılır. 
(2) 
  Uşağı  üçüncü  şəxsə  qarşı  seksual  xarakterli  əməl 
törətməyə və ya üçüncü şəxsi uşağa qarşı seksual xarakterli 
əməl törətməyə təhrik edən şəxs eyni cəza ilə cəzalandırılır. 
(3) 
1. Uşağın gözü qarşısında seksual xarakterli hərəkət edən;
2. uşağı öz üzərində seksual xarakterli hərəkət etməyə təhrik 
edən, yaxud
3.  uşağa  pornoqrafik  illüstrasiya  və  ya  şəkillər  göstərməklə, 
pornoqrafik məzmunda audio      yazılar dinlətdirməklə və ya 
açıq şəkildə pornoqrafik dildən istifadə etməklə təsir göstərən 
şəxs  beş  ilədək  azadlıqdan  məhrum  etmə  və  ya  cərimə  ilə 
cəzalandırılır. 
(4) 
Bu  cür  əməlləri  törətməyə    cəhd  edən  şəxslər 
cəzalandırılır: bu 3-cü yarımbölmənin 3-cü bəndində nəzərdə 
tutulan əməllərə şamil edilmir. 
Bölmə 176a Uşaqlara qarşı seksual xarakterli ağır cinayətlər
(1) Uşaqlara qarşı seksual xarakterli hərəkətlər 176-cı Bölmənin 
1 və 2-ci yarımbölmələrində nəzərdə tutulan hallarda:
1.  18  yaşından  yuxarı  şəxs  bədənə  nüfuz  etməklə  uşaq 
ilə  cinsi  əlaqəyə  girərsə  və  ya  uşağa  qarşı  bənzər  seksual 
xarakterli hərəkətlər edərsə və ya uşaq tərəfindən öz üzərində 
edilməsinə icazə verərsə;


54
2.  seksual xarakterli hərəkət iki və ya daha artıq şəxs tərəfindən 
birlikdə edilmişdirsə;
3.  cinayətkar  hərəkəti  etməklə  uşağın  sağlamlığına  ağır 
xəsarət  və  ya  uşağın  fiziki  və  ya  emosional  inkişafına  ciddi 
zərər vurmuşdursa, yaxud
4.  cinayətkar  son  beş  il  ərzində  bənzər  cinayətdə  təqsirli 
bilinmişdirsə
bir ildən az olmayan azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
(2)  176-cı  Bölmənin  1  və  4-cü  yarımbölmələrində  nəzərdə 
tutulan hallarda, seksual xarakterli hərəkəti 184-cü bölmənin 
3 və 4-cü yarımbölmələrinə uyğun olaraq yayılması nəzərdə 
tutulan  pornoqrafik  mətnin  məzmununa  əsasən  etmək 
niyyəti ilə (11-ci Bölmənin 3-cü yarımbölməsi) bu cür hərəkəti 
törədən və ya digər iştirakçısı olan şəxs  iki ildən az olmayan 
müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
(3) 1-ci yarımbölməyə əsasən daha yüngül hallarda, üç aydan 
beş  ilədək  azadlıqdan  məhrum  etmə  nəzərdə  tutulur,  2-ci 
yarımbölməyə  əsasən  daha  yüngül  hallarda,  bir  ildən  on 
ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur. 
(4) 176-cı Bölmənin 1 və 2-ci yarımbölmələri nəzərdə tutulan 
hallarda:
1. hərəkəti etməklə uşağa ağır fiziki xəsarət yetirən şəxs, yaxud
2.  hərəkəti törətməklə uşağı ölüm təhlükəsi  qarşısında qoyan 
şəxs 
beş ildən az olmayan müddətdə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 


Yüklə 3,47 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə