Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 15,53 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix28.06.2018
ölçüsü15,53 Mb.
#52098
1   ...   22   23   24   25   26   27   28   29   30

178
Azərbaycan  Dövlət  Su  Təsərrüfatı  Obyektlərinin  Layihələndirməsi  İnstitutu 
“Азгипроводхоз” (1956-1997); 
Azərbaycan Dövlət Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Layihə-Axtarış 
birliyi “Azdövsutəslayihə” LAb (1997-2005); 
Su  Təsərrüfatı  Obyektlərinin  Layihələndirilməsi  üzrə  Azərbaycan  Dövlət  İnstitutu 
“Azdövsutəslayihə” (2005- ci ildən hazırkı vaxta kimi).
 
“Azdövsutəslayihə” İnstitutuna rəhbərlik etmiş şəxslər:
Direktorlar
Zdobnov E.İ. 15.01.1930-8.04.1933
1. 
Abbasov Mehdi əli oğlu 8.04.1933 – 11.07.1964
2. 
Səlimbəyov Cəfər Vahab oğlu 11.07.1964 – 17.04.1972
3. 
Musayev Zülfüqar Fətulla oğlu 17.04.1972 – 24.10. 1975
4. 
Paşayev Paşa Sirac oğlu 15.04.1976 – 16.05.1983
5. 
əliyev rahib Oruc oğlu 16.05.1983 – 21.04.2008 
6. 
Paşayev Elbrus Paşa oğlu 21.04.2008-ci ildən
7. 
Baş mühəndislər:
Zdobnov E.İ. 08.04. 1933 – 1934 
1. 
qovert A.r. 1934-1935 
2. 
Manzon Aron İosifoviç 1935 – 1938 
3. 
Dobronravov Vasili Alekseyeviç 01.04.1938 – 01.07 .1950
4. 
rudman İsrail Azikoviç 01.07.1950 –01.03.1961
5. 
bağırov Zülfüqar əli oğlu 01.03.1961 – 15.02.1963
6. 
Tabasaranski bəybala əlimərdanoviç 15.02.1963 – 25.04.1978
7. 
bağırov Zülfüqar əli oğlu 13.04.78 – 05.01.1982 
8. 
Mirzəxanov əli Cəbrayıl oğlu 01.11.1982 – 07.04.2003
9. 
Musayev Telman Mir Məsim oğlu 20.05.2003 – 01.05.2007
10. 
Paşayev Elbrus Paşa oğlu 01.05.2007 – 21.04.2008
11. 
qaziyev Yusif Cəbrayil oğlu 27.05.2008-ci ildən
12. 


179
 “AZDÖVSUTƏSLAYİHƏ” İNSTİTUTUNUN DİREKTORLARI:
ABBASOV MEHDİ ƏLİ OĞLU
Mehdi  əli  oğlu  Abbasov  1898-ci  ildə  qərbi 
Azərbaycanın  İrəvan  şəhərində  pinəçi  ailəsində  anadan 
olmuşdur. 1909-1911-ci illərdə İrəvan şəhərindəki rus-
Tatar məktəbində, 1911-1913-cü illərdə isə şəhər ibtidai 
məktəbində təhsil almışdır. 1912-ci ildə anası, 1913-cü 
ildə isə atası vəfat edən Mehdi Abbasov təhsilini yarım-
çıq  qoyaraq,  çörək  pulu  qazanmaq  üçün  işləmək 
məcburiyyətində  qalmışdır.  əmək  fəaliyyətinə  1913-cü 
ildə İrəvandakı quberniya nəşriyyatında cildçi-fəhləlikdən 
başlamışdır.  1916-1917-ci  illərdə  nəşriyyatda  usta 
köməkçisi  işləmiş,  1917-1918-ci  illərdə  isə  şəhər 
məhkəməsində katiblik etmişdir. 
Erməni  daşnaklarının  1918-ci  ildə  şəhərdə  törətdiyi 
vəhşiliklər  nəticəsində  yerli  əhalinin  yaşayış  səviyyəsi 
ağırlaşdığına  görə  doğma  şəhərini  tərk  edərək,  əvvəlcə 
Tiflis şəhərinə, oradan da Gəncə şəhərinə gəlmişdir. bir 
müddət  yeməkxanada  çayçı,  1919-cu  ildən  isə 
Xankəndində yerləşən Atıcı diviziyasında katiblik etmişdir. Diviziyanın mollası Mirzə Cəlal 
və xəstəxananın baş həkimi Marqulisin köməkliyi ilə 1920-ci ildə Xankəndinə gələn, dövrü-
nün tanınmış inqilabçıları Çingiz İldırım və Serqo Orconikidze ilə tanış olmuşdur. bu görüşdən 
az sonra ona Şuşa şəhərində yerləşmiş hərbi komissarlıqda katiblik işini aparmaq tapşırılmış-
dır. 1920-ci ilin 2-ci yarısınıda Şəmkirdəki hərbi komissarlıqda tərcüməçi işləmişdir. bölgədə 
söz  sahibi  olan  Müseyib Axundovla,  Şəmkir  milis  rəisi  rüstəm  əliyevlə  birgə  fəaliyyət 
göstərmiş, 1920-ci ildə Şəmkirdə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul olun-
muşdur. Gəncə şəhərindəki 1-ci atıcı alayda komissar koməkcisi işləmiş, 1921-1922-ci illərdə 
bakı şəhərində hərbi məktəbin müdavimi olmuşdur. Müdavim olduğu müddətdə diviziya ko-
mandiri qanboy Vəzirovun rəhbərliyi altında Ağdamda və Göycayda banditlərə qarşı aparı-
lan döyüşlərdə iştirak etmişdir. Azərbaycan SSr Mərkəzi İnqilab Komitəsinin sədri Səmədağa 
Ağamalı oğlunu 1921-ci ildə respublika bölgələrinə səfərlərdə müşayiət etmişdir. 
Azərbaycan KP MK-nın qərarı ilə 1922-ci ildə Moskva şəhərinə, Şərq Zəhmətkeşlərinin 
Kommunist Universitetinə təhsil almağa göndərilmişdir. 1923-cü ildə Azərbaycan KP MK-
dan  verilən  göstərişə  əsasən  Mehdi Abbasov  Moskva Timiryazov  adına  Kənd Təsərrüfatı 
Akademiyası nəzdində yaradılmış işçi kadrlar hazırlayan məktəbə köçürülmüş və 1926-cı ilə 
kimi burada oxumuşdur. 1926-1931-ci illərdə Moskvada Su Təsərrüfatı Mühəndisləri İnstitu-
tunda təhsil almış və mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir. Tələbə olarkən, 1927-ci 
ildə çağırılmış Sovet İttifaqı Kommunist Partiyasının XV qurultayının iştirakçısı olmuşdur. 
1931-ci  ilin  mayından  avqust  ayına  kimi Azərbaycan  Su Təsərrüfatı  İdarəsinin  layihə-
axtarış şöbəsində mühəndis işləmişdir. 1931-ci ilin avqust ayında Gəncə şəhərindəki Zaqaf-
qaziya Mühəndis Meliorasiya İnstitutunda fakültə dekanı vəzifəsinə təyin olunmuşdur. 1932-
ci ilin noyabr ayından 1933-cü ilin mart ayına kimi Gəncə Mühəndis Meliorasiya İnstitutunda 


180
rektor vəzifəsini icra etmişdir. 1933-cü ilin mart ayında Azərbaycan SSr Xalq Komissarları 
Soveti yanında Dövlət Planlaşdırma Komitəsində qısa vaxt ərzində su təsərrüfatı sahəsinə 
baxan məsul şəxs kimi fəaliyyətdən sonra, yeni yaradılmış trest səlahiyyətli Azərbaycan Su 
Təsərrüfatı Layihə-Axtarış İdarəsinə rəis təyin olunmuşdur. 1937-cı ildən Zaqafqaziya Su 
Təsərrüfatı  Layihə-Axtarış  adlanan  trest  uzun  illər Azərbaycan,  Gürcüstan  və  Ermənistan 
respublikalarının ərazilərində su təsərrüfatı obyektlərinin layihə işlərini yerinə yetirmişdir. 
1953-cü  ildə  Su  Təsərrüfatı  Layihə-Axtarış  tresti  Azərbaycan  Dövlət  Su  Təsərrüfatı 
Obyektlərinin Layihələndirilməsi İnstitutuna çevrilmişdir. 
Mehdi əli oğlu Abbasov 1964-cü ilin iyıl ayına kimi, 31 il “Azdövsutəslayihə” İnstitutuna 
rəhbərlik etmişdir. “Azdövsutəslayihə” İnstitutundakı fəaliyyətindən sonra fəxri təqaüddə ol-
muşdur.
Azərbaycan  respublikası  ərazisində  1933-cü  ildən  1964-cü  ilə  kimi  tikilmiş  dövlət 
əhəmiyyətli bütün meliorasiya və su təsərrüfatı tikintilərinin layihə sənədlərinin hazırlanma-
sında  Mehdi  əli  oğlu  Abbasovun  xüsusi  əməyi  olmuşdur.  Onun  rəhbərliyi  dövründə 
Mingəçevir su anbarının, Muğan və Salyan düzlərində suvarma və meliorasiya sistemlərinin, 
Samur-Dəvəçi kanalının 1-ci və 2-ci növbələrinin, Yuxarı Şirvan və Yuxarı qarabağ kanalla-
rının, bəhrəmtəpə hidroqovşağının, baş Muğan kanalının, Gəncə-qazax bölgəsində suvarma 
sistemlərinin, Lənkəran subtropik bölqəsində suvarma sistemlərinin, Ağstafaçay və Xaçınçay 
su anbarlarının və digər yüzlərlə obyektlərin layihə sənədləri hazırlanmışdır. 
Azərbaycan Su Təsərrüfatı Layihə-Axtarış İdarəsində işə başlayarkən 25-30 əməkdaş ol-
duğu halda, “Azdövsutəslayihə” İnstitutunda rəhbərlikdən gedərkən 900-dən çox işçi çalışır-
dı. Fəaliyyət göstərən əməkdaşlardan 600 nəfəri mühəndis-texniki işçilər idi. 
Xatırlatmaq yerinə düşərdi ki, layihə təşkilatının rəhbəri M.ə.Abbasovun aylıq vəzifə ma-
aşı SSrİ Nazirlər Sovetinin sədri İ.V.Stalinin 1951-ci il 17 dekabrda imzaladığı 5183 saylı 
sərəncamla  təyin  edilmişdir.  Dövlət  rəhbəri  tərəfindən  qəbul  edilmiş  bu  qərar,  o  dövrdə 
Azərbaycan  Su  Təsərrüfatı  Layihə-Axtarış  İdarəsində  görülən  işlərə  və  onun  rəhbərinin 
şəxsiyyətinə verilmiş ən böyük qiymət kimi dəyərləndirilmişdir. 
əmək  fəaliyyəti  dövründə  M.Abbasov  “qırmızı  əmək  bayrağı”  ordeni,  2  medal, 
Azərbaycan  SSr Ali  Sovetinin  fəxri  fərmanı,  2  dəfə  “SSrİ  Kənd  Təsərrüfatı  Nazirliyin 
əlaçısı”  döş  nişanı,  kənd  təsərrüfatındakı  nailliyyətlərinə  görə  3  dəfə  Xalq  Təsərrüfatı 
Sərgisinin bürünc medalı ilə təltif olunmuşdur. 
Abbasov Mehdi əli oğlu 1979-cu ildə bakı şəhərində, 81 yaşında vəfat etmişdir. Yasamal 
rayonu ərazisində yerləşən köhnə qəbiristanlıqda dəfn olunmuşdur.
Allah ona rəhmət eləsin! 


Yüklə 15,53 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə