Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 15,53 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix28.06.2018
ölçüsü15,53 Mb.
#52098
1   ...   22   23   24   25   26   27   28   29   30

181
SƏLİMBƏYOV CƏFƏR VAHAB OĞLU
Cəfər  Vahab  oğlu  Səlimbəyov  18  sentyabr  1906-ci 
ildə  bakı  şəhərində  doğulmuşdur.  1914-1918-ci  illərdə 
3-cü  rus-Tatar  məktəbində,  1918-1923-cü  illərdə  isə 
2-ci  bakı  realnı  məktəbində  təhsil  almışdır.  əmək 
fəaliyyətinə 14 yaşında olarkən, 1920-ci ildə məktəbdə 
oxuduğu  illərdə  başlamışdır.  1920-1923-cü  illərdə 
Azərbaycan  SSr  Daxili  İşlər  Xalq  Komissarlığında 
tərcüməçi işləmişdir. 1923-cü ildə Azərbaycan KP MK-
nın qərarı ilə Moskva şəhərinə, Lomonosov adına Mosk-
va Dövlət Universitetinə oxumağa göndərilmişdir. 1924-
cü ildə Timiryazov adına Kənd Təsərrüfatı Akademiyası-
na  köçürülmüş  və  28  fevral  1930-cu  ildə  akademiyanı 
bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir. 
Ali  məktəbi  bitirdikdən  sonra  1930-1933-cü  illərdə 
Moskva şəhərində SSrİ əkinçilik Xalq Komissarlığının 
Su Təsərrüfatı baş İdarəsində çalışmışdır. 1933-1944-cü 
illərdə  Azərbaycan  su  təsərrüfatı  sistemində  çalışmış, 
Azərbaycan Su Təsərrüfatı Obyektlərinin Layihə-Axtarış idarəsində böyük mühəndis, layihə 
baş mühəndisi, layihə kontorunun başçısı, Samur-Dəvəçi kanalının tikintisini həyata keçirən 
idarədə rəis müavini işləmişdir. SSrİ Müdafiə Nazirliyinin 1941-1942-ci illərdə Mozdok və 
rostov şəhərlərinin 5 rayonunda yaratdığı müdafiə obyektlərinin tikintisində baş mühəndis 
olmuşdur. 1942-1945-ci illərdə Azərbaycan SSr Su Təsərrüfatı Nazirliyinin baş mühəndisi 
vəzifəsini icra etmişdir. 1945-1946-cı illərdə Kür-Araz baş Su Tikinti İdarəsində rəis müavi-
ni, 1946-1950-ci illərdə Azərbaycan SSr Su Təsrrüfatı Nazirliyində baş mühəndis, 1950-
1962-ci illərdə Samur-Abşeron kanalının tikintisində rəis, Azərbaycan SSr Tikinti Nazirliyi-
nin baş İdarəsində baş mühəndis, rəis müavini vəzifələrində çalışmışdır. 1962-1964-cü illərdə 
Azərbaycan SSr Tikinti nazirinin müavini olmuşdur. 
Səlimbəyov  Cəfər  Vahab  oğlu  11  iyul  1964-cü  ildən  17  aprel  1972-ci  ilə  kimi 
“Azdövsutəslayihə” İnstitutunun direktoru vəzifəsində işləmişdir. 1972-ci ildən respublika 
əhəmiyyətli təqaüdçü olmaqla yanaşı, Azərbaycan Mühəndis İnşaat İnstitutunda (indiki Az-
MİU) hidrotexniki qurğular və hidravlika kafedrasında baş müəllim kimi çalışmışdır. 
Cəfər Vahab oğlu Səlimbəyov əmək fəaliyyəti dövründə daşıdığı vəzifə səlahiyyətlərindən 
əlavə, tapşırılan çoxsaylı işləri də layiqincə yerinə yetirmişdir. 1937-1950-ci illərdə Azərbaycan 
Su Təsərrüfatı İdarəsində və Azərbaycan SSr Su Təsərrüfatı Nazirliyində Elmi-Texniki Şu-
ranın elmi katibi, 1942-1950-ci illərdə Azərbaycan SSr Su Təsərrüfatı Nazirliyinin kollegiya 
üzvü olmuşdur. 1934-cü və 1938-ci illərdə bakı şəhər Oktyabr (Yasamal) rayon sovetinin 
deputatı seçilmişdir. 1950-ci ildə 3-cü çağırış, 1952-ci ildə 4-cü çağırış bakı şəhər Sovetinin 
deputatı olmuşdur. 1951-ci ildə Azərbaycan SSr Ali Sovetinə deputat seçilmişdir. 1952-ci 
ildə Azərbaycan KP bakı şəhər komitəsinin üzvü olmuşdur. 
Cəfər Vahab oğlu Səlimbəyov Samur-Dəvəçi kanalının 1-ci və 2-ci növbələrinin tikintisində 
layihə müəlliflərindən biri idi. Onun Samurçay hidroqovşağının, bəhrəmtəpə hidroqovşağı-
nın, Yuxarı qarabağ, Yuxarı Şirvan magistral kanallarının, Xaçınçay su anbarının və digər su 
təsərrüfatı tikintilərinin istifadəyə verilməsində böyük əməyi olmuşdur. 


182
Səlimbəyov  Səfər  Vahab  oğlunun  əmək  fəaliyyəti  dövlət  tərəfindən  ardıcıl  olaraq 
qiymətləndirilmişdir. 2 dəfə “qırmızı əmək bayrağı” ordeni ilə (1940; 1958), “Şərəf nişanı” 
ordeni (1966), “rəşadətli əməyə görə” medalı (1967), “qafqazın müdafiəsi” medalı, “1941-
1945 illərdə böyük Vətən müharibəsində əməkdə fərqlənməyə görə” medalı ilə təltif olun-
muşdur. Azərbaycan SSr Ali Sovetinin 3 dəfə (1943, 1956, 1960) Fəxri Fərmanını almışdır. 
“Azərbaycan SSr əməkdar İrriqatoru” fəxri adına layiq görülmüşdür. 
Səlimbəyov Cəfər Vahab oğlu 1979-cu ilin mart ayında, 73 yaşında vəfat etmişdir. bakı 
şəhərindəki 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur. 
Allah ona rəhmət eləsin!


183
MUSAYEV ZÜLFÜQAR FƏTULLA OĞLU
Zülfüqar Fətulla oğlu Musayev 20 iyun 1932-ci ildə Sa-
birabad  şəhərində  anadan  olmuşdur.  1941-ci  ildə  orta 
məktəbin 1-ci sinfinə getmiş və 1951-ci ildə orta məktəbi 
bitirmişdir.  1951-1956-cı  illərdə  Azərbaycan  Politexnik 
İnstitutunun  (indiki  AzTU)  inşaat  fakültəsində  “Su 
təsərrüfatı  və  kanalizasiya”  ixtisası  üzrə  təhsil  almışdır. 
Mühəndis-hidrotexnik  ixtisasına  yiyələnmişdir.  1956-cı 
ildə  Azərbaycan  Kənd  Tikintisi  Layihə  İnstitutunda 
mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamış və şöbə 
rəisi  vəzifəsinədək  yüksəlmişdir.  1967-1970-ci  illərdə 
Ümumittifaq Su- Kanal Layihə İnstitutunun bakı filialında 
şöbə  rəisi  işləmişdir.  1970-1972-ci  illərdə  “İmumittifaq-
sukanallayihə” İnstitutunun bakı filialının direktoru olmuş-
dur. bu illərdə Kür çayından bakı şəhərinə su kəmərinin 
çəkilməsində yaxından iştirak etmişdir və Azərbaycan SSr 
Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
1972-ci il aprelin 15-də Azərbaycan Dövlət Su Təsərrüfatı 
Obyektlərinin Layihələndirilməsi İnstitutuna direktor təyin edilmiş və bu vəzifədə 24 oktyabr 
1975-cı ilə kimi işləmişdir. “Azdövsutəslayihə” İnstitutuna rəhbərlik etdiyi dövrdə Arpaçay 
su  anbarının,  baş  Mil  kanalının,  Tərtər  çayından  sugötürən  magistral  kanalın  və  digər 
obyektlərin layihələrinin hazırlanmasında xüsusi əməyi olmuşdur. 
Zülfüqar Musayev 1976-cı ildən 1988-ci ilə kimi Azərbaycan KP MK-da Su təsərrüfatı 
şöbəsinin müdiri vəzifəsində işləmişdir. bu illərdə Azərbaycan ərazisində meliorasiya və su 
təsərrüfatı sahəsində aparılan bütün tədbirlərin həyata keçirilməsində yaxından iştirak etmiş, 
görülməsi  nəzərdə  tutulan  işlərin  təşkilatçılarından  biri  olmuşdur.  1988-1992-ci  illərdə 
Azərbaycan  Hidrometeoloji  Xidmət  İdarəsində  rəis  müavini,  1992-ci  ildən  müstəqil 
Azərbaycan respublikasında Dövlət Hidrometeorologiya Komitəsində sədr vəzifəsinə təyin 
edilmişdir. 1994-cü ildə Ümumdünya Meteorologiya Təşkilatında (ÜMT) ölkəmizin daimi 
nümayəndəsi seçilmişdir. ÜMT-nin Xəzər dənizinin Hidrometeorologiya və Çirklənməsinin 
Monitorinqi üzrə 1994-cü ildə Tehranda, 1997-ci ildə bakıda keçirdiyi müşavirələrdə Koor-
dinasiya Komitəsinin sədri seçilmişdir. 
Musayev Zülfüqar Fətulla oğlu 2004-ci ildə, 72 yaşında vəfat etmiş və bakı şəhərində 
dəfn olunmuşdur.
Allah ona rəhmət eləsin!


Yüklə 15,53 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə