Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 15,53 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix28.06.2018
ölçüsü15,53 Mb.
#52098
1   ...   22   23   24   25   26   27   28   29   30

184
PAŞAYEV PAŞA SİRAC OĞLU
Paşa Sirac oğlu Paşayev 1924-cü ildə Ağdaş rayo-
nunun ərəbocaq kəndində anadan olmuşdur. 1942-ci 
ildə Ağdaş  şəhərində  orta  məktəbdə  buraxılış  imta-
hanlarını  verdikdən  sonra  alman  faşistləri  ilə 
döyüşmək  üçün  könüllü  olaraq  müharibəyə  yollan-
mışdır. Azərbaycanlılardan təşkil olunmuş 416-cı Ta-
qanroq atıcı diviziyasının tərkibində Mozdok, Meli-
topol, Kerç şəhərləri uğrunda gedən döyüşlərdə fəal 
iştirak  etmişdir.  1944-cü  ildə  Mariupol  şəhərində  6 
aylıq hərbi məktəbi bitirmişdir. berlin şəhəri uğrunda 
gedən döyüşlərdə iştirak etmiş və 1946-cı ildə ordu-
dan tərxis olunmuşdur. 
P.Paşayev  1947-ci  ildə  Gəncə  şəhərində 
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeli-
orasiya fakültəsinə qəbul olmuş və 1952-ci ildə insti-
tutu  bitirərək  “mühəndis-hidrotexnik”  ixtisasına 
yiyələnmişdir. əmək fəaliyyətinə 1952-ci ildə təhsil 
aldığı institutda assistent vəzifəsindən başlamışdır. 1953-1956-cı illərdə Azərbaycan Kənd 
Təsərrüfatı Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun əyani şöbəsinin aspirantı olmuşdur. 
1956-1962-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Elmi Tədqiqat Pambıqçılıq İnstitutu-
nun Şirvan zonası üzrə Ucardakı təcrübə stansiyasının direktoru vəzifəsində işləmişdir. 1958-
ci ildə dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini al-
mışdır.  1962-1963-cü  illərdə  Göyçay,  1963-1965-ci  illərdə  Ucar  rayonlarında  İstehsalat 
İdarəsinin rəisi, 1965-1967-ci illərdə isə Azərbaycan KP Zərdab rayon Partiya Komitəsində 
birinci  katib  vəzifəsində  çalışmışdır.  1967-1976-cı  illərdə Azərbaycan  Meliorasiya  və  Su 
Təsərrüfatı nazirinin birinci müavini, 1976-1983-cü illərdə Azərbaycan Dövlət Su Təsərrüfatı 
Obyektlərinin Layihələndirilməsi “Azdövsutəslayihə” İnstitutunun direktoru, 1983-1988-ci 
illərdə, yenidən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı nazirinin müavini vəzifəsində ça-
lışmışdır. 
Paşa Sirac oğlu Paşayevin 1967-1988-ci illərdə meliorasiya və su təsərrüfatı sistemində 
rəhbər  vəzifədə  işlədiyi  22  il  müddətində  yüzlərlə  su  təsərrüfatı  obyektlərinin  layihə 
sənədlərinin  hazırlanmasında  və  tikilməsində,  ərazilərdəki  suvarma  və  kollektor-  drenaj 
sistemlərinin yenidən qurulmasında, Kür-Araz düzənliyində şorlaşmış torpaqların duzlardan 
təmizlənməsi üçün meliorasiya tədbirlərinin həyata keçirilməsində xüsusi xidmətləri olmuş-
dur.
Azərbaycan respublikasında meliorasiya elminin inkişafında, elmi nəticələrin istehsalat-
da tətbiq edilməsində, 1976-1983-cü illərdə AzMİU-da Dövlət Attestasiya Komissiyasının 
sədri olmaqla “meliorasiya mühəndis sistemlərinin tikintisi” ixtisası üzrə gənc mütəxəssislərin 
hazırlanmasında da yaxından iştirak etmişdir. “İrriqasiya və drenaj” sahəsində 1972-ci ildə 
bolqarıstanda, 1974-cü ildə isə İspaniyada keçirilmiş Ümumdünya Konqresinin iştirakçısı 
olmuşdur.
“Azdövsutəslayihə” İnstitutunun direktoru işlədiyi illərdə (1976-1983), onun rəhbərliyi ilə 
yüzlərlə obyektlərin layihə sənədləri vaxtında hazırlanmış və tikintisinə nəzarət həyata keçi-
rilmişdir. bunlardan: Fizuli rayonunda Aşağı Köndələnçay su anbarının, Tovuz rayonunda 


185
üçpilləli  nasos  stansiyasının,  Dağlıq  qarabağ  Muxtar  Vilayətində  suvarma  sistemlərinin 
yenidən qurulmasının, Zəngilan rayonunda ikipilləli Yazı düzü nasos stansiyasının, baş Şir-
van  kollektorunun  yenidən  qurulmasının,  Lənkəran  və  Astara  rayonlarında  suvarma 
sistemlərinin, baş Mil kanalının və digərlərinin layihələrini göstərmək olar. 
Paşa Sirac oğlu Paşayevin Vətənə xidmətləri və səmərəli əmək fəaliyyəti dövlət tərəfindən 
mütəmadi  olaraq  qiymətləndirilmişdir.  1942-1946-cı  illərdə  hərbi  hissələrdə  göstərdiyi 
fədakarlığa, meliorasiya və su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə 5 orden və 7 
medala layiq görülmüşdür.
 Paşayev Paşa Sirac oğlu 6 fevral 2000-ci ildə bakı şəhərində, 76 yaşında vəfat etmiş və 
Goradil kənd qəbiristanlığında dəfn olunmuşdur. 
Allah ona rəhmət eləsin!


186
ƏLİYEV RAHİB ORUC OĞLU
rahib  Oruc  oğlu  əliyev  20  fevral  1937-ci  ildə 
Lənkəran  şəhərində  anadan  olmuşdur.  1955-ci  ildə 
Lənkəran şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1955-
ci  ildə  Azərbaycan  Politexnik  İnstitutunun  (indiki 
AzTU) hidromeliorasiya fakültəsinin “Su elektrik stan-
siyaları və çay qurğularının hidrotexniki tikintisi” ixti-
sasına qəbul olunmuş və 1960-cı ildə institutu bitirərək 
mühəndis-hidrotexnik  ixtisasına  yiyələnmişdir.  Gənc 
mütəxəssis kimi göndəriş əsasında 1960-cı il iyul ayı-
nın  8-də  bəhrəmtəpədəki  10  saylı  inşaat  idarəsində 
tikintidə usta vəzifəsində əmək fəaliyyətinə başlamış-
dır.  1963-cü  ilə  kimi  iş  icraçısı,  tikintiyə  nəzarətçi 
vəzifələrində  çalışmışdır.  1963-1965-ci  illərdə 
Lənkəran rayonundakı 8 saylı inşaat idarəsində baş iş 
icraçısı, 1965-1966-cı illərdə idarənin baş mühəndisi, 
1966-1969-cu  illərdə  idarənin  rəisi  vəzifələrində 
işləmişdir. 1969-1970-ci illərdə Yəmən ərəb respub-
likasının Xodeyda şəhərində su təsərrüfatı sahəsində tikinti işlərini aparan sovet mütəxəssis 
qrupunun rəhbəri olmuşdur. 1970-1973-cü illərdə “Azərsutikinti” baş İdarəsinin Lənkəran 
şəhərində yerləşən 2 saylı trestinin müdiri, 1973-1975-ci illərdə bakı şəhərində “Azərsutikinti” 
baş İdarəsində qrup rəhbəri, “Su tikintisinin təşkili və texnologiyası” trestində 1975-ci ildə 
şöbə müdiri, 1976-1983-cü illərdə isə trestin müdiri vəzifəsində çalışmışdır.
rahib  Oruc  oğlu  əliyev  1983-cü  ildən  21.04.2008-ci  ilə  kimi  “Şərəf  nişanı”  ordenli 
Azərbaycan  Dövlət  Su  Təsərrüfatı  Obyektlərinin  Layihələndirilməsi  İnstitutunun, 
“Azdövsutəslayihə”nin direktoru vəzifəsində işləmişdir.
Lənkəran rayonunda inşaat işlərini aparan idarənin baş mühəndisi, rəisi və trest müdiri 
olaraq rahib əliyevin Masallı rayonunda “babasər”, “Viləşçay, I növbə”, Astara rayonunda 
“Ləvain”, biləsuvar rayonunda “bolqarçay”, Lənkəran rayonunda “Yuxarı Xanbulançay” su 
anbarlarının  tikintisində  və  bölgədəki  10  min  hektardan  artıq  əkin  sahələrində  suvarma 
sistemlərinin tikilib istifadəyə verilməsində böyük əməyi olmuşdur.
1983-cü  ildən  2008-ci  ilə  kimi  respublikamızın  ərazisində  tikilmiş  meliorasiya  və  su 
təsərrüfatı obyektlərinin layihələri r.O.əliyevin rəhbərliyi ilə işlənmişdir.
bu layihələrdən aşağıdakıları göstərmək olar:
baş Şirvan kollektorunun yenidən qurulması layihəsi; Şəki rayonunda əyriçay su anbarı-
nın  layihəsi;  Lənkəran  rayonunda  Təngərüd-Lənkəran  çayları  arasındakı  ərazidə  suvarma 
sistemlərinin layihəsi; baş Mil-Muğan kollektorunun layihəsi; Naxçıvan Muxtar respublika-
sında “Vayxır” su anbarının layihəsi; Şəmkir maşın kanalının layihəsi; Samur-Abşeron suvar-
ma sisteminin yenidən qurulması layihəsi və s.
İstehsalatda apardığı tikinti işlərində qazandığı zəngin təcrübə rahib əliyevi hazırlanmış 
layihə hesabatlarını nəzəri əsaslarla təhlil etməyə, yeni, səmərəli həll variantlarını tapmaq 
istiqamətində elmi-tədqiqat işləri aparmağa yönəltmişdir. 1975-ci ildə “Hidrotexniki qurğu-
ların  hesabatında  hissəçiklərin  hidravlik  böyüklüyünün  yayılmasının  qanunauyğunluğu” 
mövzusunda yazdığı namizədlik dissertasiya işini Tbilisi şəhərində müdafiə edərək texnika 
elmləri namizədi alimlik dərəcəsini almışdır.


187
1991-ci ildə isə “Dağ və dağətəyi regionlarda meliorasiya sistemlərinin və hidrotexniki 
qurğuların yaradılması və tikilməsi problemləri mövzusunda” yazdığı doktorluq dissertasiya 
işini Tbilisi və Moskva şəhərlərində müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsini 
almışdır.
respublika və beynəlxalq səviyyələrdə keçirilən elmi konfranslarda r.əliyev müntəzəm 
olaraq iştirak etmişdir. 1991-ci və 1997-ci illərdə Türkiyə Cümhuriyyətinin İstanbul və Anka-
ra şəhərlərində, 1995-ci ildə Hollandiyanın Haaqa şəhərində keçirilən beynəlxalq elmi konf-
ranslarda məruzələrlə çıxış etmişdir.
respublikamızda  mütəxəssis  kadrların  hazırlanması  sahəsində  də  r.əliyevin  böyük 
xidmətləri var. 1983-2000-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Hidro-
texniki tikinti” ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur. 1995-ci ildə 
müsabiqə yolu ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “bünövrələr, özüllər və 
yeraltı qurğular” kafedrasında professor vəzifəsinə seçilmişdir. O, nəşr olunmuş 100-ə yaxın 
elmi əsərin, 12 ixtiranın, 2 dərs vəsaitinin, 3 monoqrafiyanın, mərkəzi qəzetlərdə çap olun-
muş çoxsaylı elmi-publisistik məqalələrin müəllifidir. 
r.O.əliyevin  rəhbərliyi  altında  6  aspirant  və  dissertant  dissertasiya  işlərini  yazaraq, 
müxtəlif elmi şuralarda müvəffəqiyyətlə müdafiə etmiş və elmlər namizədi alimlik dərəcəsini 
almışdır. O, 2000-ci ildə Altunin adına rusiya beynəlxalq Ekologiya və Təbiətdən İstifadə 
Akademiyasının həqiqi üzvü seçilmişdir.
Azərbaycan MEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktorluq dissertasiya 
işlərinin müdafiəsi üzrə fəaliyyət göstərən Elmi Şuranın, 2005-ci ildən nəşr olunan “Ekologi-
ya və su təsərrüfatı” elmi-texniki və istehsalat jurnalının redaksiya heyətinin üzvüdür.
r.O.əliyevin  məhsuldar  əməyi  müxtəlif  dövrlərdə  müntəzəm  olaraq  dövlət  tərəfindən 
qiymətləndirilmişdir. Azərbaycan  Prezidentinin  fərmanı  ilə  2007-ci  ildə  ona  “Azərbaycan 
respublikasının  əməkdar  Mühəndisi”  fəxri  adı  verilmişdir.  “Şərəf  nişanı”  ordeni  (1971), 
“SSrİ  Xalq  Təsərrüfatı  Naliyyətləri  sərgisinin”  bürünc  medalı  (1977).  “Su  təsərrüfatı 
obyektlərinin tikintisinin əlaçısı” (1975), “SSrİ ixtiraçısı” döş nişanları ilə təltif olunmuşdur. 
1987-ci ildə SSrİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin “Fəxri Fərmanı”nı almışdır.
Azərbaycan KP-nin XXVIII qurultayının iştirakçısı olmuşdur. Lənkəran rayon sovetinin 
1983-1984, 1984-1987-ci illərdə deputatı seçilmişdir. Hal-hazırda fəxri təqaüdçüdür.


188
PAŞAYEV ELBRUS PAŞA OĞLU
Elbrus  Paşa  oğlu  Paşayev  4  fevral  1957-ci  ildə 
Gəncə  şəhərində,  dövrünün  tanınmış  ziyalılarından 
biri,  Azərbaycanda  meliorasiya  və  su  təsərrüfatı 
sahəsində böyük əməyi olan Paşa Sirac oğlu Paşayevin 
ailəsində anaban olmuşdur. bakı şəhərindəki 20 saylı 
orta  məktəbi  1974-cü  ildə  bitirmişdir.  1974-1979-cu 
illərdə  Azərbaycan  İnşaat  Mühəndisləri  İnstitutunun 
(indiki AzMİU) Hidromeliorasiya fakültəsində hidro-
texniki tikintilər ixtisası üzrə ali təhsil almışdır. 1979-
cu  ildə  “Azərkəndtikintisuçəkiliş”  Tikinti  birliyində 
gənc 
mütəxəssis 
kimi 
mühəndis-hidrotexnik 
vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
Paşayev E.P. 19.11.1979-30.04.1981-ci illərdə hərbi 
xidmətdə  olmuşdur.  Ordudan  tərxis  olandan  sonra 
30.04.1981-30.01.1983-cü  illərdə  “Azərkəndtikinti-
suçəkiliş”  Tikinti  birliyində  mühəndis-hidrotexnik 
vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. 
E.P. Paşayev 31.12.1982-31.12.1985-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu-
nun “qruntlar mexanikası, bünövrələr və özüllər” kafedrasının əyani şöbəsinin aspirantı ol-
muşdur. Aspiranturada təhsilini başa çatdırdıqdan sonra göndəriş əsasında AzMİU-nun “Hid-
rotexniki qurğular və hidravlika” kafedrasında assistent vəzifəsində pedaqoji fəaliyyətə baş-
lamışdır.
1986-1991-ci  illərdə  assistent,  1991-1995-ci  illərdə  baş  müəllim,  1995-ci  ildən  dosent 
vəzifəsində çalışır. 1988-ci ildə dünyaşöhrətli alim, professor Abbas əli oğlu Mustafayevin 
rəhbərliyi altında “qrunt suyunun səviyyəsinin qalxması nəticəsində lyosvari qruntlarda əlavə 
çökmənin proqnozlaşdırılması” mövzusunda tamamladığı dissertasiya işini müdafiə edərək 
texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.
Tədqiq etdiyi elmi işlərin yekunları haqqında keçmiş SSrİ və müstəqil Azərbaycan res-
publikasında keçirilmiş çoxsaylı elmi konfranslarda və beynəlxalq simpoziumlarda məruzələr 
edərək çox saylı məqalələr çap etdirmişdir. Ümumilikdə 70 adda çap olunmuş elmi əsərlərin 
müəllifidir. 
Azərbaycan  Memarlıq  və  İnşaat  Universitinin  nəzdində  16.05.2005-ci  ildən  fəaliyyətə 
başlayan “İnşaat” kollecinin ilk direktoru olaraq, yeni təhsil müəssisəsinin maddi-texniki ba-
zasını yaratmış və tədrisi təşkil etmişdir. 
Elbrus Paşa oğlu Paşayev 01.03.2007-21.04.2008-ci illərdə “Azdövsutəslayihə” İnstitutu-
nun baş mühəndisi vəzifəsində işləmişdir. 
Azərbaycan  Meliorasiya  və  Su  Təsərrüfatı  Açıq  Səhmdar  Cəmiyyətinin  nümayəndə 
heyətinin tərkibində, 2007-ci ilin dekabr ayında Nyu-York şəhərində keçirilən “birlikdə dün-
yanı daha məhsuldar məkana çevirmək uğrunda” I qlobal İnfrastruktur Forumunda iştirak 
etmişdir. Forum iştirakçıları olan sərmayəçilərə “Yuxarı Şirvan kanalının yenidən qurulması” 
və “Ağsuçay su anbarının tikintisi” layihələrini təqdim etmişdir. 
Paşayev Elbrus Paşa oğlu 21.04.2008-ci ildən “Azdövsutəslayihə” İnstitutunun direktoru 
vəzifəsində çalışır.


189
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
əhmədzadə ə.C. Heydər əliyev və Azərbaycanın su təsərrüfatı. bakı, 2003.
1. 
əhmədzadə ə.C., Həşimov A.C. Meliorasiya və su təsərrüfatı sistemlərinin kadastrı. bakı, 
2. 
2006.
Аббасов  М.А.  Краткий  обзор  35-летней  деятельности  проектного  института 
3. 
“Азгипроводхоз” (за период 1930-1964 гг.). Москва, Гипроводхоз, 1964.
Абдулрагимов Т.И. Водное хозяйство Азербайджана. Баку, 1969.
4. 
Алиев Р.О. Гидротехническое и мелиоративное строительство в условиях предгорных 
5. 
равнин. Москва, 1991.
Бехбудов  А.К.  Экспериментальные  основы  проведения  мелиорации  засоленных 
6. 
земель Кура-Араксинской низменности. Баку, 1977.
Бехбудов А.К., Джафаров Х.Ф. Мелиорация засоленных земель, Москва, 1980.
7. 
bünyadov Teymur və başqaları. Azərbaycan etnoqrafiyası. 2-ci cild. bakı, 2007
8. 
əzizov q., Həsənəliyev ə. Azərbaycanda suvarmanın tarixi. bakı, 2001.
9. 
Məmmədov r.P., Həşimov A.C. Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya 
10. 
İnstitutunun 50 illik elmi fəaliyyəti. bakı, 1994.
Talıbzadə İ.A. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda suvarma və sudan istifadə. 
11. 
bakı, 1980.
Azərbaycan Sovet Ensklopediyası (ASE), IX cild. bakı, 1986.
12. 
Авдеев  М.  Мугань  и  Сальянская  степь.  Население-землепользование-водное 
13. 
хозяйство (обследование, 1925 г). 
Маевский И.А. Орошение переселенческих участков на Мугани. Тифлис, 1902 г.
14. 
Рума Л. Очерки и исследование из жизни и колонизации Муганьской степи. Выпуск 
15. 
I. Петербург, 1913 г.
Саваренский  Ф.П.  Гидрологический  очерк  Муганьской  степи.  ЗОИИВХ.  Тифлис, 
16. 
1931 г. 
Сумбат-заде А.С. Сельское хозяйство Азербайджана в XIX веке. Баку, 1958 г.
17. 
Paşayev E.P. Ümummilli lider Heydər əliyevin göstərdiyi yol. “Kredo” qəzeti, 26 aprel 
18. 
2008-ci il.
Paşayev  E.P.,  Həsənov  F.H.  Çar  rusiyası  dövründə  Azərbaycanda  meliorasiya  və  su 
19. 
təsərrüfatı  sahəsində  həyata  keçirilmiş  layihələr.  “Ekologiya  və  su  təsərrüfatı”  jurnalı. 
bakı, 2009, № 3, səh. 23-29.
Paşayev E.P. Meliorasiya və su təsərrüfatı sahəsində uğurlu dövlət siyasəti bəhrəsini verir. 
20. 
“Xalq qəzeti”, 5 iyun 2009-cu il.
Həsənov  F.H.  Kür-Araz  düzənliyində  irriqasiya,  kollektor-drenaj  sistemləri  və  ekoloji 
21. 
vəziyyət. “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin elmi əsərləri 
toplusu”. №7. bakı, 2003, səh. 145-151.
Həsənov F.H. Mingəçevir su anbarı, suvarma sistemləri və ətraf mühit. “ruzgar” ekoloji 
22. 
cəmiyyəti. Kür hövzəsinin su anbarları, 2-ci kitab.bakı, 2003, səh.49-58.
Həsənov F.H. Kür-Araz düzənliyində meliorasiya tikintiləri və ekoloji vəziyyət. EKO-
23. 
İNTEr. İctimai - siyasi beynəlxalq jurnal. bakı, 2005, yanvar-fevral və mart nömrələri.


190
Həsənov F.H. Araz çayının aşağı hissəsində su qəbul edən irriqasiya sistemləri və ekoloji 
24. 
vəziyyət.  “ruzgar”  ekoloji  cəmiyyəti.  Araz  çayı,  hidrologiya,  irriqasiya.  bakı,  2006, 
səh.58-69.
Həsənov F.H., Mahmudov T.M. Kür və Araz çaylarının su ehtiyatlarından səmərəli istifadə 
25. 
olunurmu? “Ekologiya və Su Təsərrüfatı” elmi-texniki və istehsalat jurnalı. bakı, 2008, 
№3, səh.85-86.


Texniki redaktor:    
Rövşən Ağayev
Kompüter səhifələyici: 
Allahverdi Kərimov
Üz qabığının dizaynı: 
Elçin Cəfərov
Korrektorlar:  
 
Samirə Hüseynova
 
 
 
 
Zümrüd Paşayeva
Operatorlar:   
 
Məlahət Yusubova 
 
 
 
 
Mehri Süleymanova
İnstitutun ünvanı: AZ 1125, Bakı şəhəri, İ.Dadaşov, 70a
e-mail: az_dstl@mail.ru
tel:  (99412) 563 60 54
 
(99412) 563 60 55
 
(99412) 563 60 44
 
(99450) 327 90 45
 
(99450) 353 47 86


Çapa imzalanmışdır 24.06.2010.
Formatı 54x84 
1
/
8
. Fiziki çap vərəqi 12.
Ofset çap üsulu. Tiraj 500. Sifariş 213 
Kitab “Şərq-qərb” mətbəsində çap olunmuşdur.
bakı, Aşıq ələsgər küçəsi 17.

Yüklə 15,53 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə