Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə16/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   12   13   14   15   16   17   18   19   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
37 
 
YT qeydiyyatı xəstənin müalicə kartasında və elektron məlumat bazasında aparılır. 
VƏD qəbul edən pasiyentlərin müayinəsinin tövsiyə olunan dövriliyi və məzmunu. 
Həkimin baxışı  
Başlanğıcda və bəlğəmin neqativləşməsinə gədər ən azı ayda 2 
dəfə, sonradan ayda 1dəfə 
Tibbi işçilərin skrininqi  
Preparatın nəzarət altında hər qəbulu zamanı  
Müayinə 
Dövrliyi 
Açıqlama  
Kaliumun  və  kreatinin 
plazmada səviyyəsi 
 
Başlanğıcda bütün xəstələrə.  
Böyrək  xəstəliyi  riski  olmayan 
xəstələrdə: 
inyeksion  preparatın 
tətbiqi  dövründə  hər  ay.  Şəkərli 
diabetli,  İİV-ə  yoluxmuş,  böyrək 
çatışmazlığı  olan,  50-dən  yuxarı 
yaşlı  və  digər  yüksək  riskli 
pasiyentlərdə  –  müalicənin  1-ci 
ayında həftədə 1 dəfə, sonradan ayda 
1 dəfədən az olmadan.  
Kreatinin 
səviyyəsi 
yüksəlmiş  olduqda  doza 
korreksiya edilməlidir;  
Bundan  sonra  kreatinin 
səviyyəsi 
stabilləşənə 
gədər 
hər 
həftə 
yoxlanmalıdır. 
Hemoqlobin 
və 
leykositlər 
 
Linezolid  qəbulu  zamanı  1-ci  ayda 
hər  həftə,  sonradan  hər  ay  və  ya 
simptomlara əsasən zərurət olduqda. 
AZT  ilə  ART  qəbul  edən  İİV-ə 
yoluxmuş  şəxslərdə  əvvəlcə  ayda  1 
dəfə,  sonradan  simptomlara  əsasən 
zərurət olduqda. 
 
Tireotrop 
hormonun 
(ТТH) səviyyəsi 
Etionamid, 
protionamid, 
PAST 
qəbulu  zamanı  hər  6  aydan  bir, 
hipotireozu  müəyyən  etmək  üçün 
ayda  bir  dəfə  baxış.  Qalxanvari 
vəzinin  hormonlarının  ölçülməsinə 
ehtiyac yoxdur.   
50 
yaşdan 
yuxarı 
pasiyentlərdə 
ilkin 
müayinə  zamanı  təyin 
etmək lazımdır. 
Qaraciyərin 
funksiyalarının 
göstəriciləri 
 
Əgər  xəstə  hepatotoksik  preparatlar 
(H,  R,  Z,  Eth)  qəbul  edirsı,  hər  1-3 
aydan 
bir, 
əgər  hepatit  riski 
yüksəkdirsə  və  ya  İİV-infeksiyası 
mövcuddursa – ayda 1 dəfə. 
 
Qanın 
plazmasının 
qlükozası 
Qatifloksasin  qəbulu  zamanı  hər 
həftə 
Pasiyenti 
hipo- 
və 
hiperqlikemiya 
əlamətlərini  aşkar  etməyi 
aşılamaq 
Vərəmli xəstələrin kimyəvə terapiyası zamanı baş verən YT-lərin profilaktikası və müalicəsi    
YT-lərin profilaktikasının prinsipləri  
YT-lərin  profilaktikasının  əsasında  dərmanların  dozaları,  qəbul  qaydaları,  habelə  tam 
dəyərli qidalanma daxil olmaqla tövsiyə olunan kimyəvi terapiya rejimlərinə riayət olunması 
durur.  YT-lərin  erkən  profilaktikasında  və  diaqnostikasında  müalicənin  birbaşa  müşahidə 
altında aparılması əhəmiyyət kəsb edir, çünki bu halda pasiyentlə gündəlik sıx əlaqə qurulur.  
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
38 
 
YT-lər baş verdiyi zaman xəstələrin idarəolunması  
YT-lərin baş verməsinə şübhə yarandıqda:  
-Müşahidə  olunan  simptomun  pasiyentin  qəbul  etdiyi  VƏD-ə  xarakterik  olub-
olmamasını təyin etmək;  
- Pasiyentin preparatların dozalarını düzgün qəbul etdiyini yoxlamaq;  
- YT-nin nə dərəcədə ciddi oduğunu qiymətləndirmək;  
- Tibbi kartada YT-nin qeydiyyatını aparmaq lazımdır.  
Bir çox YT-lər üçün onların ağırlığının dozadan asılılığı xarakterikdir. Ona görə də YT 
törədən  preparatın  dozasının  azaldılması  və  ya  qəbulunun  dayandırılması  YT-nin  aradan 
qaldırılması  üçün standart  yanaşmadır. Bir sıra  YT-lər preparatın qəbulunu  dayandırılması 
zamanı  itirlər  və  həmin  preparatın  qəbuluna  yenidən  başlanması  YT  simptomlarına  ciddi 
nəzarət  etməklə  mümkündür.  Adətən  bu  prepatratın  kiçik  dozalardan  qəbuluna  başlayaraq 
bir neçə gün ərzində tövsiyə olunan dozaya çatdırılır.  
Digər  preparatlar  onların  qəbulu  dayandırıldıqdan  sonra  da  itməyən  davamlı  YT-lər 
törədirlər  (streptomisinlə  müalicə  zamanı  eşitmə  sinirinin  nevriti).  Müvafiq  olaraq  bu 
preparatla müalicənin davam etdirilməsi YT-nin güclənməsinə gətirib çıxaracaqdır.  
VƏD-lərlə müalicə zamanı yüngül, məsələn mədə-bağırsaq traktı tərəfindən zəif ifadəli 
simptomlar və ya yerli reaksiyalar kimi YT-lər müəyyən edildikdə VƏD-lə müalicəyə fasilə 
verilmir, əlavə dərmanlar istifadə olunur və ya qidalanma üzrə tövsiyələr verilir. YT törədən 
preparatın  dozasının  azaldılması  və  ya  qəbulun  dayandırılması  vərəmin  müalicəsi  üçün 
arzuedilməzdir.  VƏD-in  effektiv  terapevtik  dozadan  aşağı  dozada  tətbiq  edilməsi 
yolverilməzdir.  Bir  sıra  hallarda  preparatın  sutkalıq  dozasının  hissələrə  bölünmüş  halda 
tətbiqi ilə YT-lərin ifadəliliyini azaltmaq olur.  
VƏD-lər  qəbul  edən  xəstələr  nəinki  YT-lərlə,  eləcə  də  mürəkkəb  ailə  münasibətləri, 
izolyasiya, iş yerlərində çətinliklər daxil olmaqla çoxsaylı həyati problemlərlə qarşılaşırlar. 
YT-lərin bir qismi bu psixo-sosial problemlərlə sıx əlaqəli ola bilir. Xəstələr müalicə iştirakı 
olan tibbi və digər heyət və öz yaxınları tərəfindən dəstəyə ehtiyac duyurlar. Bu dəstək hətta 
YT-lər olsa belə effektiv müalicənin davam etdirilməsi üçün həlledici rol oynayır.  
YT-lərin  aradan  qaldırılması  zamanı  istifadə  edilən  preparatların  siyahısı  üçün  bax: 
Əlavə 8. 
Xəstələrin ayrı-ayrı kateqoriyalarında vərəmin müalicəsinin YT-ləri 
Müştərək vərəm və İİV-infeksiyasının müalicəsi  
Yanaşı  gedən  İİV-infeksiyası  zamanı  vərəmin  müalicəsi  kəskin  olaraq  mürəkkəbləşir. 
Hətta  adekvat  müalicə  qəbul  edildiyi  halda  belə  xəstələr  arasında  ölüm  göstəricisi  yüksək 
olaraq  qalır.  İİV-ə  yoluxmuş  şəxslərdə  vərəmin  diaqnostikası  və  müalicəsi  kifayət  qədər 
mürəkkəbdir.  
İİV-ə  yoluxmuş şəxslər arasında DDV ilə xəstələnmə daha  yüksəkdir. İİV-ə  yoluxmuş 
şəxslərdə  daha  toksiki  olan  2-ci  sıra  VƏD-lərin  tətbiqi  YT-lərin  terapiyası  problemini 
çətinləşdirir.  İİV-ə  yoluxmuş  DDV-li  xəstələrin  müalicəsi  DHT  nəticələrinə  və  İİV-
infeksiyasının bilavasitə müşahidə altında müalicə təcrübəsi olan şəxslər tərəfindən üçdən az 
olmayaraq preparatlarla ART-nin aparılmasına əsaslanır. İİV-ə yoluxmuş vərəmli xəstələrdə 
VƏD-lərin fəsadları daha tez-tez müşahidə edilir və daha ağır keçir. Belə çoxkomponentli 
müalicənin  mürəkkəbliyi  səbəbindən  dərman  preparatlarının  qarşılıqlı  təsirinə  və 
kumulyativ toksikliyinə daimi nəzarət edilməlidir.  
Müştərək vərəm və İİV-infeksiyalı xəstələrin ilkin vəziyyətinin qiymətləndirilməsi 
Vərəm diaqnozu olan bütün  İİV-ə  yoluxmuş şəxslərdə bəlğəmin bakterioloji müayinəsi 
və DHT aparılması mütləqdir. DDV-ni təyin edən sürətli diaqnostik üsulları İİV-ə yoluxmuş 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə