Petrofizika fənnindən muhazirə mövzuları Süxurların qeyri-bircinslilik xassələrinin öyrənilməsi



Yüklə 0,57 Mb.
səhifə3/13
tarix16.06.2022
ölçüsü0,57 Mb.
#89603
1   2   3   4   5   6   7   8   9   ...   13
Petrofizika fənnindən muhazirə mövzuları

Süxurların qranulometrik tərkibi

Süxurun qranulometrik tərkibi dedikdə onu təşkil edən müxtəlıif ölçülü dənəciklərin miqdarı (kütlə ilə) nəzərdə tutulur. Yuxarıda adları qeyd olunan əsas fiziki xassələr (məsaməlilik, keçiricilik, kapillyarlıq, xüsusi səth və mexaniki xassələr) süxurun qranulometrik tərkibindən çox asılıdır. İstismar prosesində laydan quyuya gələ bilən quma qarşı mübarizə metodlarının seçilməsində (qumun quyuya keçməsinə mane olan çınqıllı süzgəclərin tətbiqində, quyudibi zonanın skeletinin saxlanması məsələsinin həllində və s.) qranulometrik tərkibin məlum olmasının böyük əhəmiyyəti vardır.


Süxur dənəciklərinin ölçüləri böyük həddə-kolloid hissəciklərinin ölçülərində başlamış ta çaqıl daşının ölçülərinədək dəyişir. Aparılan tədqiqatlar göstətrir ki, neft və qazlı süxurları təşkil edən hissəciklərin diametrləri əsas etibarıilə 0,011 mm arasında dəyişir.
Süxurların qranulometrik tərkibi ələklə və sedimentometrik (çökmə) təhlil vasitəsilə müəyyən edilir. Ələklə təhlil üsulu, dənəciklərinin ölçüsü 0,05 mm–dən böyük olan süxurların qranulometrik tərkibinin təyinində tətbiq olunur. Dənəciklərinin ölçüsü 0,05 mm-dən kiçik olan süxurların tərkibi isə sedimentometrik üsulla, yəni özlülüyü böyük olan maye içərisində hissəciklərin çökmə sürətini təyin etməklə öyrənilir. Bu halda qəbul edilir ki, hissəciklərin mayedə çökmə sürəti Stiks qanununa tabedir. Qeyd etmək lazımdır ki, Stoksun düsturu kürəşəkilli ancaq bir dənəciyin məhdud olmayan maye həcmində çökmə sürəti üçün doğru olduğundan, sedimentometrik təhlil vasitəsilə alınan nəticələr şərti xaraktetr daşıyır. Bu nöqteyi-nəzərdən çökən hissəciklərin çəkilərini ölçməklə sedinmentimetrik təhlilin nəticələrini mükəmməlləşdirmək olur.
Qeyd olunan üsullar əsasında süxurun müxtəlif diametrlərə üyğun fraksiyalarının çəkisi tapılır və nəticədə I. 1 şəklində göstərilən paylanma əyrisi qurulur.
Baxılan yataq üşün laydan çıxarılmış süxur nümunəsi əsasında qurulmuş bu növ asılılıqdan istifadə etməklə quyuların istismarı prosesində maye ilə çıxarılmış qum hissəciklərinin ölçülərinə görə layda gedən bəzi mexaniki proseslərin təhlilinin verilməsi və lazımi təsbirlərin seçilməsi mümkün olur.
Tutaq ki, yer üzərinə çıxarılan qum hissəcikləri süxurun əsas
fraksiyasını təşkil edir. Bu halda qumun quyuya gəlməsini məhdudlaşlaşdıran tədbirlər görülməlidir. Əks halda, məsaməli mühit skeletinin pozulması və bununla əlaqədar olan bəzi çətinliklər baş verə bilər. Əgər yer üzərinə çıxarılan qum hissəcikləri süxurun əsas fraksiyasını təşkil etmirsə (şəkildə B nöqtəsi), bu hissəciklərin quyuya gəlməsini məhdudlaşdırmaq deyil, əksinə ona şərait yaratmaq lazımdır; çünki, bu hadisə quyudibizonanın təmizlənməsinə və məhsuldarlıq əmsalının artmasına kömək edəcəkdir.
Fraksiyaların paylanma əyrisi məsamə kanallarının ölçüləri barəsində də müəyyən təsəvvür yaratdığından, bu qanunauyğunluqdan bəzi texnoloji tədbirlərin effektivliyini artırmaq üçün istifadə etmək olar. Məsələn, hidravlik yarılma prosesi üçün işçi mayeyə qatılacaq qum fraksiyasının seçilməsində, laya vurulacaq polimer maddənin molekulyar çəkisinin təyinində və s.
Fraksiyaların paylanma əyrisi əsasında məsaməli mühitin qeyri-bircinsliliyi haqqında da mülahizə yürütmək olar. Süxurun qeyri-bircinslilik dərəcəsi şərti olaraq d60:d10 nisbəti ilə xarakterizə olunur. Burada d60 və d10 elə fraksiyaların diametrləridir ki, bu diametrlərə qədər olan fraksiyaların çəkilərinin cəmi süxurun ümumi çəkisinin uyğun olaraq 60 və 10%-ini təşkil edir.
Neft və qaz yataqlarınıtəşkil edən süxurların hissəcikləri üçün qeyri-bircinslilik əmsalı, adətən, 1,1-20 həddində dəyişir.



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə