132
QARUN
Qarun Bəni-Ġsraildən idi. Allah ona çoxlu sərvət və mal-dövlət əta etmiĢdi. O,
Allaha ibadət etmək və məzlumlara kömək əlini uzatmaq əvəzinə qürur və
təkəbbürə düçar olmuĢdu.
Qarun çoxlu xəzinələrə malik olan bir mülkədar idi. Qızıl və gümüĢləri onu
qururlandırmıĢ və baĢqalarına qarĢı təkəbbürlü etmiĢdi. O, lə`l-cəvahiratın
qüdrət mənbəyi olduğunu düĢünürdü. O, paltar geyinməkdə fir`ona oxĢayırdı.
Ġmanlı insanlar Qaruna nəsihət edirdilər ki, təkəbbür etməsin, qızıl, gümüĢ və
xəzinələri ilə öyünməsin. Ona deyirdilər: «Qiyamət gününü unutma! Axirət
dünyasını yaddan çıxartma! Axirətin üçün iĢ gör! Mallarının bə`zisini kasıblara
ver və verdiyi ne`mətlərə görə Allaha Ģükr et».
Ona deyirdilər: «Allah sənə yaxĢılıq və ehsan etdiyi kimi, sən də insanlara
yaxĢılıq et. Yerdə fəsad törədib, pis iĢlərlə məĢğul olma!»
Amma, Qarun təkəbbürlü halda cavab verirdi: «Mən sərvəti öz əlimlə
toplamıĢam. Bilirəm ki, necə mal və sərvətə sahib olmaq olar. Mənim çoxlu
ağıl və dərrakəm, mənim sərvətimin əsasıdır».
Bə`zi insanlar Qarunun hiyləsinə aldanıb, onun sözlərini təsdiq edirdilər.
Onlar öz peyğəmbərləri Musanın əleyhinə qiyama qalxdılar. Onlar mal-dövlətə
sahib olmaq tamahı ilə baĢ qaldırmıĢdılar.
Bir gün Qarun zərli paltar geyinərək fəxr və təkəbbürlə camaatın qarĢısında
peyda oldu. Bə`zi yoxsullar dedilər:
«Qarun həyatda nə qədər xoĢbəxt və bəxtəvərdir. KaĢ Qarunun sərvətlərindən
bizdə də olaydı! Çünki, o çox xoĢbəxt bir insandır».
Amma, imanlı insanlar onlara deyirdilər:
«Ġman gətirib, saleh iĢlər görənlər üçün Allahın verdiyi savab Qarunun
mallarından daha yaxĢıdır».
Musa Qaruna öyüd-nəsihət vermək məqsədilə ona dedi:
-Yerdə fəsada əl uzatma! Öz sərvət və malınla öyünmə!
Amma, Qarun eləcə məğrur idi və Musaya kin bəsləyirdi. Ona görə də
Allahın peyğəmbəri üçün plan cızırdı. Bir dəfə onu pis və çirkin iĢlər görməkdə
ittiham etdi. Bəni-Ġsraili toplayaraq onların arasında Musaya çoxlu töhmətlər
vurdu. Allah təkəbbürlü Qaruna qəzəbləndi və bu hal Allahdan Qarunu
cəzalandırmasını istəyən Musanın simasında aydın oldu.
DəhĢətli bir hadisə baĢ verdi. Yer Qarunun sarayının altında titrəməyə
baĢladı. Qarun titrəyən sarayına baxıb, qorxdu. Qaçmaq istədi. Amma, yer onu
udub, öz dərinliklərinə apardı. Bir neçə anın içində Qarun, onun saray və
xəzinələri gözlərdən itdi.
Bu, ayrıları üçün də ibrət dərsi oldu. Qarun kimi olmalarını arzulayanlar öz
sözlərinə peĢiman oldular. Onlar anladılar ki, yaxĢı iĢ və saleh əməl, qızıl
xəzinələrindən daha yaxĢıdır. Çünki, yaxĢı iĢ dünya və axirətdə insan üçün
faydalıdır. Amma, qızıl, təkəbbür, qürur və xəzinə, sahibi üçün bədbəxtçilik və
ziyandan baĢqa bir nəticə verməyəcəkdir.
133
AZADLIQ
Təkəbbürlü Fir`on Musanın qətl planını çəkirdi. O öz dövlət iĢçilərinin və
qibtlilərin Musanın peyğəmbərlik də`vəti və onun etdiyi mö`cüzələr barəsində
fikirləĢdiyini gördükdə bir plan hazırladı. O, bunun vasitəsi ilə Misir camaatının
himayəsini əldə edə biləcəkdi.
Fir`on fərman verdi ki, Nil çayının sahilində, altından su axan böyük bir yer
düzəltsinlər. Sonra e`lan etdi ki, tezliklə orada əhəmiyyətli bir çıxıĢ olacaqdır.
Tə`yin olunmuĢ vaxtda ordu və mə`murlar həmin yerə bitiĢən yolun iki
tərəfində sıra ilə düzüldülər. Yuxarı tərəfdə zərli taxt düzəltmiĢdilər. KeĢikçilər
onun yuxarı tərəfində durmuĢdular. Camaat həmin yerin qarĢısında toplaĢlıb,
təəccüblə Fir`onun zərli taxtına baxırdılar.
Bir neçə andan sonra Fir`on və onunla birgə olanlar daxil oldular. Bu dəfə
Fir`on güclü əsgərlərin gətirdikləri faytonunun üstündə durmuĢdu. Qiymətli
daĢlarla bəzədilmiĢ ləl-cəvahiratlı kətan paltar geyinmiĢdi. BaĢına iki yanlı
tacını qoymuĢdu. Bu tac o demək idi ki, o, bütün ölkənin hakimidir. Fir`on və
onunla birgə olanlar yavaĢ-yavaĢ və təkəbbürcəsinə, səs-küysüz hərəkət
edirdilər. Çünki, Fir`on və baĢqa faytona minənlər belə istəmiĢdilər. Fir`on ən
hündür yerə aparıldı və zərli taxtın üstündə əyləĢdi.
Ġnsanlar Fir`onun yerinin mənzərəsinə cəzb olunmuĢdular. Fir`on öz
əhəmiyyətli söhbətini belə baĢladı.
-Mən Misrin böyük Allahıyam. Misir torpaqları mənimdir. Mənim yerimin
altından çaylar axır. Mən bu torpağa və onun millətinə izzət və baĢucalıq
yolunda rəhbərlik edirəm. Biz düĢmənləri qovub, camaatın rahat və təhlükəsiz
yaĢaması üçün Ģərq tərəfdə bir neçə sədd yaratdıq. Tezliklə, Misrin daxili
düĢmənlərini də məhv edəcəyəm. Ġsrail millətini məhv edəcəyəm. Onların sayı
azdır, amma buna baxmayaraq sizi Misir torpaqlarından çıxarmaq istəyirlər.
Mənə icazə verin Musanı öldürüm. Görək o, öz Allahından necə kömək alır?!
Bütün camaat cuĢa gələrək səs-küy saldılar. Onlar fir`ona Misrin böyük
Allahı kimi hörmət göstərdilər. Sonrakı gün paytaxtın əsgərləri Bəni-Ġsraili
məhv etmək üçün fir`onun çəkdiyi planı icra etməyə hazırlaĢdılar.
Nizə ilə silahlanmıĢ mə`murlar körpələri analarının qucağından ayırıb, Nil
çayına atırdılar. Timsahlar özlərinin üçbucaq baĢları ilə günahsız körpələri
udurdular. Analar nalə edib, ağlayır və Musadan kömək istəyirdilər. KiĢi və
cavanlar yeni Ģəhərlər tikmək üçün ən çətin iĢlərə məcbur edilirdilər. ĠĢgəncə və
çətinlik son həddinə çatdıqda Bəni-Ġsrail üzünü göyə tutaraq, Allahdan qələbə
istədi və Allah öz elçisi Musaya vəhy etdi ki, Bəni-Ġsrailə rəhbərlik edib, gecə
ilə onları Misirdən qaçırsın.
Gecə yarısı Bəni-Ġsrail Misirdən qaçmaq üçün hazır oldu. Musa ən çətin insan
xilası əməliyyatında bütöv bir millətə rəhbərlik etməli idi. O, inanırdı ki, Allah
imanlı insanları xilas edəcəkdir. Ona görə də öz ümmətini Ģərqə doğru apardı.
Ġnsanlar Nil çayını keçib, öz mühüm səfərlərini SüveyĢ körfəzinə doğru
baĢladılar. Musa onları, özü otuz yaĢlı cavan olarkən Mədainə qaçdığı yolla
apardı. O zaman, yə`ni onlar Ģimal-Ģərqə doğru hərəkət edən vaxt paytaxt
sakinləri bu qəfil hadisədən xəbərdar oldular. Bəni-Ġsrail Misirdən qaçmıĢdı.
Dostları ilə paylaş: |