134
Hərbi hücum fərmanı vermiĢ fir`onun gözlərindən qəzəb qığılcımı saçırdı.
Onun planı belə idi: O, Bəni-Ġsraili səhrada mühasirəyə alıb, Musa və Harunu
qətlə yetirmək istəyirdi. O, insanları yenidən əsir olaraq Ģəhərə qaytarmaq və öz
ölkələrində qul kimi iĢlətmək istəyirdi.
Beləliklə, fir`onun atlar vasitəsi ilə çəkilən onlarla arabası Allaha və onun
peyğəmbərinə iman gətirmiĢ milləti ən təhlükəli vəziyyətdə tə`qib etmək üçün
hərəkətə gəldilər. Yer atların dırnağı və əsgərlərin addımları altında lərzəyə
gəlmiĢdi. Fir`on Minfitah Ģəxsən öz arabasını sürür və minlərlə güclü əsgərdən
təĢkil olunmuĢ ordusunun önündə hərəkət edirdi.
Atların çəkdiyi arabalar uzaqdan göründü. Onlar sür`ətlə hərəkətdə idilər.
Bəni-Ġsrail camaatı qıĢqırdı: «Vay, məhv olduq. Tezliklə, bu torpaqda həlak
olacağıq. Xilas olmaq üçün heç bir ümid yoxdur».
UĢaqlar ağlamağa baĢladılar. Qadınların nalə və fəryadları ucaldı. Qorxu hər
yeri bürüdü.
DöyüĢ arabaları yaxınlaĢırdı. Bəni-Ġsraildən bir nəfər qıĢqırdı:
-Fir`onun adamları bizi tutacaqlar.
Musa mavi səmaya baxaraq dedi:
-Yox, heç vaxt! Rəbbim mənimlədir və tezliklə mənə yol göstərəcəkdir.
O həlledici anlarda Cəbrayıl enib, Alahın əmrini Musaya çatdırdı:
-Əsanı dənizə vur!
Musa dənizə doğru getdi. O, suya batmıĢ bir daĢ parçasının üstündə durub,
əsasını mavi sulara vurdu. Gözlənilmədən çox qəribə bir hadisə baĢ verdi:
Dəniz iki yerə bölündü. Onun hər tərəfi bir hündür dağ kimi ucaldı. Onların
arasında uzun bir dərə yarandı və ilk dəfə olaraq günəĢ həmin dərinliklərdə olan
qumlara saçdı. Həqiqətən də baĢ verən hadisə böyük bir mö`cüzə idi. Ġnsan belə
bir iĢ görə bilərmi? Bu, Allahın tükənməz qüdrətinin nümunəsi idi: heç bir hədd
və hüdudu olmayan qüdrətin.
Sular dağ ətəkləri kimi dayanıb, durmuĢdular. Musa, dənizi iki yerə bölən
uzun dərəylə yola düĢdü. Bəni-Ġsrail də onun ardınca gəldilər. Musa və onun
yanında olan qardaĢı Harun iki su dağının arasından keçdilər. Bəni-Ġsrail zalım
fir`onun əlindən xilas olmalarına ümidvar oldular. Onlar anladılar ki, Allah,
Musaya və`d verdiyi kimi onları xilas edəcəkdir.
İŞİN SONU
Fir`on əsgərləri ilə sahilə çatdı. O, böyük mö`cüzəni öz gözləri ilə müĢahidə
etdi. Əsgərlər də onu gördülər. Amma, onların heç biri azca da olsa özlərinə
gəlməyib, Allahın risaləti barədə fikirləĢmədilər. Onlardan heç kim Musaya
Allahın elçisi olaraq iman gətirmək fikrinə düĢmədi.
Fir`on Bəni-Ġsraili o qəribə yolun ortasında hərəkətdə gördükdə gözlərində
kin qığılcımı parladı. Öz miniyinə bir qamçı vurub, həmin yolla hərəkətə
baĢladı. Əsgərlər də belə etdilər. Onlar Fir`ona ibadətdən və onun istəklərini
yerinə yetirməkdən baĢqa bir Ģey bilməyən minlərlə güclü əsgər idilər.
Bəni-Ġsrail SüveyĢ körfəzinin Ģərq tərəfində sahilə çatıb, dayandılar. Onlar
nigaran halda yolun yarısına qədər irəliləmiĢ Fir`onun ordusuna baxırdılar. O
135
anlarda isə baĢqa bir mö`cüzə baĢ verdi. O zaman su dağları töküldü. Onlar
tökülərkən çox dəhĢətli görünürdülər. Sağ və soldan hərəkətə gələn dalğalar
yerdə təkəbbür edib, Allahın risalətinə iman gətirməyən on minlərlə zalımı
hücuma mə`ruz qoydu. Fir`on özünü dənizin qəzəbli dalğaları arasında görərək
xar olduğunu duydu. Onun içiboĢ qüruru və təkəbbürü sona çatmıĢdı. Ona görə
də qıĢqırdı:
-Ġman gətirdim. Bəni-Ġsrailin iman gətirdiyi Allahdan baĢqa heç bir mə`bud
yoxdur. Mən də dindarlardanam.
Fir`on dənizin Ģor sularını udduğu halda ona cavab verən bir səs eĢitdi:
-Ġndimi? Halbuki, əvvəlcə tüğyan və itaətsizlik göstərdin, fasiqlərdən oldun.
Sən bütün o illərdə haqq və ədalətlə mübarizə apardın. Ġnsanları qula çevirdin.
Onları qətlə yetirdin. Allahın mö`cüzə və niĢanələrinə kafir oldun.
Fir`on öz mənfur həyatının sona çatdığını bildi. Ona müraciət edən həmin səsi
yenə də eĢitdi.
-Bu gün sənin bədənini sudan xilas edəcəyik. Lakin, yalnız buna görə ki,
gələcək üçün ibrət dərsi olsun. Ġnsanların çoxu bizim ayə niĢanələrimizdən
qafildirlər.
Fir`onun qarnı dənizin Ģor suları ilə doldu. Qəzəbli dalğalar onu udub, sahilə
atdı. Zalım fir`onun bütün güclü əsgərləri suda qərq oldular. Musa və Harun
Allaha səcdə etdilər.
Amma, sonra hansı hadisələr baĢ verdi və fir`onun cəsədinin aqibəti necə
oldu? Bu sirr keçən əsrlər ərzində tamamilə gizli qalmıĢdı.
Yüz illər keçdi və yalnız bundan sonra tarixi əsərlərin də təsdiq etdiyi Qur`an
həqiqətləri aĢkar oldu.
MUMYA
Dəniz dalğaları fir`onun cansız cəsədini sahilə atdı. Beləliklə, çətin və ağır
zülm dövranı sona yetdi. Misirlilər fir`on Minfitahın cəsədini Misirin
cənubunda yerləĢən və padĢahlara məxsus olan xüsusi yerə aparıb, daĢ
məqbərədə dəfn etmək üçün ona mumya düzəltdilər. Bu minvalla o sirr bütün
bu əsrlər ərzində gizli qaldı.
Yüz il bundan öncə, Miladi tarixi ilə 1898-ci ildə arxeoloqların biri
padĢahların xüsusi məntəqəsində qazıntı zamanı ikinci Ramsisin oğlu
Minfitahın mumyasına rast gəldi. Onu Qahirəyə aparıb, 1907-ci il Ġyul ayının 8-
də üz və boynunun düyünlərini açdılar. Fir`onun cəsədi indi də Qahirə
muzeyində mövcuddur. Muzeyə tamaĢa edənlər hər gün ĢüĢə divarın arxasından
onu görürlər.
1975-ci il Ġyun ayında Misir dövləti o mumyanın üzərində yeni araĢdırmalar
aparmağa icazə verdi. Həmin araĢdırmalardan ələ gələn qəribə nəticələr
qətiyyətlə təsdiq edirdi ki, fir`on suda boğulmaqla ölmüĢdür. Su onu udmazdan
qabaq bədəninə möhkəm zərbələr dəymiĢdir.
Bu mumya Qur`anın əbədilik həqiqətinə ən böyük maddi Ģahid kimi
qalacaqdır. O zaman Allah-təala zalım fir`onu dağ kimi dalğalar arasında
çağıraraq dedi:
Dostları ilə paylaş: |