156
Allah-təala Davud oğlu Süleymanın elm və biliyini aĢkar edib, onu insanlara
peyğəmbərin varisi kimi tanıtdırmaq istədi. Ona görə də Süleymanın qəlbinə
yeni bir hökm ilham etdi. Süleyman atasına dedi:
-Ey Allahın peyğəmbəri! Bir incə və zərif hökm də var.
Davud buyurdu:
-Oğlum! Nə hökm?
Süleyman dedi:
-Tarla sahibi qoyunları bir il müddətinə onların sahibindən alar və onların
yunundan, südündən və balalarından istifadə edər. Qoyunların sahibi də tarlanı
təhvil alar ki, qoyunlarının əkin sahələrinə vurduğu ziyanları düzəltsin.
Davud Süleymanın hökmünə sevindi və anladı ki, Allah-təala Süleymanın
elm və biliyini insanlar üçün bəyan etmək istəyir və onlara anlatmaq istəyir ki,
o, Davudun varisi və caniĢinidir. Ona görə də Davud Süleymanın hökmünü icra
etdi. Həmin hökm o zaman eləcə icra olunurdu.
Davudun hakimiyyəti qırx il çəkdi. O, bu müddət ərzində Allahın fərmanları
ilə hökm edirdi. Xeyir, bərəkət və əmin-amanlıq onun hakimiyyəti altında olan
yerlərdə yayılmıĢdı. Davud özünü ölüm ərəfəsində gördükdə Süleymanı özünə
varis və caniĢin e`lan etdi. Allah-təala Süleymanı onun nümayəndəliyinə seçdi.
Çünki, Süleyman rəftar, əxlaq və insanpərvərliyində atası Davud kimi idi.
HİKMƏTLİ SÜLEYMAN
Süleyman ölkə idarəsinin və hakimiyyətinin mə`suliyyətinə baĢlayanda imanlı
bir cavan idi. O, öz ordusunun qüdrət və gücünü artırdı; Amma, baĢqa ölkələri
iĢğal etmək və ölkəsini geniĢləndirmək üçün yox, Allah hökmlərini yerdə
yaymaq üçün.
Süleyman peyğəmbərlik, elm, bilik və padĢahlıq ne`məti ilə bəhrələnmiĢdi.
Allah-təala Süleymanın təvazökarlığının və Ģükrünün artdığını gördükdə onun
güc və qüdrətini də artırdı. Onun ölkəsinə xeyir-bərəkət bağıĢladı. Bu bərəkətlər
hər yeri bürüdü. Allah-təala Süleymana ondan baĢqa heç kəsə əta etməyəcəyi
ne`mətlər bəxĢ etdi. Çünki, o, Allaha Ģükr edirdi.
Allah-təala küləkləri onun ixtiyarına qoymuĢdu. Onlara əsmək fərmanı
verdikdə əsirdilər. Allah-təala cinləri də onun itaətinə gətirmiĢdi. Onlar həzrətin
fərmanlarına əməl edirdilər. Cinlər dənizlərin diblərinə batmıĢdılar və oradan
xəzinə, mirvari və mərcan çıxarırdılar. O həzrət üçün gözəl mə`bədlər
düzəldirdilər.
Süleyman bir hökumət bərpa etmək fikrində idi; Allaha iman gətirənlərin
arxası olacaq bir dövlət. Ona görə də Allahdan istədi ki, elm və bilik sirlərini
onun üçün açsın. Allah-təala elm və biliyin, quĢların və heyvanlarının dilinin
sirlərini ona öyrətdi. Ona görə də əkinçilik geniĢləndi. Sədlər düzəldildi. Ġnsan
və cinlərdən ibarət olan böyük bir qoĢun Süleymanın fərmanını yerinə
yetirirdilər. Onlar Abnus taxtası, qızıl, fil sümüyü, yaqut, zümrüd və minlərlə
qiymətli daĢlar əldə etməklə əsrarəngiz gözəlliyə malik olan bir taxt düzəltdilər.
Həmçinin qorxulu və taxt üstündə oturmuĢ iki Ģir və qanadlarını açmıĢ iki
kərkəs heykəli düzəltdilər.
157
SÜLEYMANIN QARIŞQASI
Allah insan və heyvanı yaratmıĢdır. O hər Ģeyi yaradandır. Biz öz ətrafımıza
baxdıqda çoxlu məxluq görürük. Kiçik məxluqlar bizim yaxınlığımızda
yaĢayırlar. Bə`zi məxluqlar bizim yanımızdan ötdükdə hiss etmirik. Əgər
diqqətlə baxmasaq, onları görə bilmərik. Məsələn qarıĢqa.
QarıĢqalar ictimai Ģəkildə yaĢayırlar. Onlar özləri bir millətdirlər. ĠĢləyir,
çalıĢıb-vuruĢur və özlərini müdafiə edirlər. Onların yaĢayıĢı nizam-intizam üzrə
və əməklədir. Yayda yemək məhsullarını hazırlayıb, qıĢa saxlayırlar. Bu kiçik
məxluqun Süleymanla eĢitməli bir əhvalatı vardır:
Bir gün Süleyman öz ordusuna Allah yolunda mübarizə üçün sərkrdəlik
edirdi. Ordunun yolu qarıĢqaların yaĢadığı bir yerdən keçirdi. Atların dırnağının
səsi yeri lərzəyə gətirmiĢdi. QarıĢqalar adətləri üzrə orada fəaliyyətdə idilər.
Onların bə`ziləri yeyinti məhsulları toplayır, bə`ziləri isə yuvaların içində
iĢləyirdilər.
Orada kiçik bir qarıĢqa da iĢləyirdi. O birdən yerin titrədiyini hiss etdi. Bildi
ki, Süleymanın qoĢunu həmin yerə tərəf hərəkət edir. QarıĢqa dayanıb,
qıĢqırmağa baĢladı. O, qarıĢqalara xəbərdarlıq edərək dedi:
-Ey qarıĢqalar! Süleymanın ordusu yoldadır. Tez öz yuvalarınıza qayıdın.
Yoxsa onun əsgərləri e`tinasız olaraq sizi ayaqları altında əzəcəklər.
QarıĢqa ağacın baĢına çıxıb, üfüqə baxırdı. Bu zaman Süleyman və onun
ordusu yaxınlaĢdılar.
Süleyman o qarıĢqaya baxdı. QarıĢqanın xəbərdar edən fəryad səsləri
eĢidilirdi.
Allah-təala Süleymana qarıĢqanın dilini öyrətmiĢdi. Ona görə də həzrət onun
sözlərinə təbəssüm etdi. Həzrət öz miniyindən düĢdü. Allaha səcdə edib, baĢını
göyə qaldırdı və dedi:
«Ġlahi! Mənə və ata anama bəxĢ etdiyin ne`mətlər üçün sənə Ģükrlər olsun!
Mənə ilham və sənin razılığına səbəb olan saleh iĢlər görməkdə müvəffəqiyyət
ver! Məni öz rəhmətinlə saleh bəndələrinin sırasına daxil et!»
Süleyman fərman verdi ki, əsgərlər o yerə daxil olmayıb, baĢqa bir yolla
getsinlər. QarıĢqalar qorxu və dəhĢət içində idilər. Çünki, onların yuvalarının
çoxu atların dırnaqları və əsgərlərin ayaqları altında dağılacaqdı.
Amma, o qarıĢqa macəranı onlara xəbər verdi. Onlar sevinib, Allahdan
Süleyman və onun ordusu üçün qələbə istədilər.
Süleymanın ordusu Allah yolunda mübarizə etmək üçün öz yolunu davam
etdirdi. QarıĢqalar qayıdaraq rahat və təhlükəsiz o yerdə iĢləməyə baĢladılar.
SƏBADAN XƏBƏRLƏR
Süleymanın ordusu imanlı insanlardan təĢkil olunmuĢdu. Ġnsanlardan əlavə
cinlər və quĢlar da ona qulluq edirdilər. Məsələn, Ģanapipik quĢu su tapmaq
üçün onun ordusuna kömək edirdi.
ġanapipik quĢu Allahın ona verdiyi hissiyyatla bilirdi ki, filan yerdə yerin
altında su vardır. Ona görə də ora enirdi. Sonra isə iĢçilər gəlib, oranı qazır və
su çıxarırdılar.
Dostları ilə paylaş: |