144
O yetim uĢaq atasına yaxĢılıq edirdi. Bir gün çox əhəmiyyətli bir iĢ üçün
atasının yanına gəldi. Amma atasını yatmıĢ görüb, onu yuxudan oyatmadı və
geri qayıtdı.
Atası yuxudan oyandıqda məsələdən xəbərdar oldu. Bu zaman həmin inəyi
ona hədiyyə etdi. Allah atasının yaxĢılığı qarĢısında ona lütf və mərhəmət
göstərmək istədi. Beləliklə o mö`cüzə baĢ verdi və inək, Allahın öldürülən
insanı diriltmək üçün Bəni-Ġsraildən istədiyi yeganə inək idi.
XIZR
O zaman baĢqa bir hadisə də baĢ verdi. Allah Musaya bir fərman verdi: O,
dənizin sahilinə getməli və Allahın saleh bəndələrinin birindən elm və hikməti
öyrənməli idi. Musa öz-özünə dedi: “O saleh bəndəni hardan tapıb, ondan elm
və hikmət öyrənəcəyəm?”
Allah ona vəhy etdi ki, tezliklə iki dəryanın qovuĢduğu yerdə onu tapacaqdır.
Musa yeniyetmə YuĢə` ibn Nunu da özü ilə apardı. Onların əlamət və niĢanələri
öz yollarının yeməyi üçün tutduqları balığın itməsi idi. Musa yola düĢdü. O
cavan da onun ardınca hərəkət etdi. Musa cavan YuĢə`ə dedi:
-Balıq itdiyi zaman mənə xəbər ver.
Musa yolunu davam etdirdi. Nəhayət iki dəryanın qovuĢduğu yerə çatdılar.
Musa əsasını atıb yatdı. O çox yorulmuĢdu.
Göydə bulud göründü. YağıĢ yağdı. YağıĢın suyu onların əĢyalarına çatdıqda
balıq yenidən dirildi və yağıĢın yaratdığı su arxlarının vasitəsi ilə dənizə tərəf
üzüb getdi.
Musa yuxudan ayıldı. Yolu davam etdirmək üçün YuĢə` ibn Nunu səslədi.
ġeytan balığın macərasını YuĢə`in yadından çıxartdı. O, Musanı məsələdən
xəbərdar etmədi. Onlar uzun məsafə qət etdilər. Nəhayət yenə də yorulub,
acdılar. Musa yol yoldaĢı olan dostuna dedi:
-Yeməyimizi çıxart yeyək. Yolun uzunluğundan yorulduq.
Bu zaman YuĢə` balığın məsələsini xatırladı və Musaya dedi:
-Mənim yadımdadır. Ġstirahət etdiyimiz yerdə balıq özünə gəlib, dənizə doğru
getmiĢdir. ġeytan bu məsələni sənə xəbər verməyi mənim yadımdan çıxartdı
Üzündə təbəssüm görünən Musa dedi:
-Bu, bizim axtardığımız Ģeydir. Ġndi tələs ki, üzərində oturduğumuz daĢ
parçasına tərəf gedək.
Onlar yollarını davam etdirib, bir mənzil öncə istirahət etdikləri yerə çatdılar.
Musa orada həmin saleh kiĢini gördü. O kiĢi daĢ parçasının üstündə oturub,
dəniz dalğalarına diqqətlə tamaĢa edirdi. Musa həmin kiĢiyə hörmət göstərdi.
Saleh kiĢi gülümsündü və onlara ehtiyatla buyurdu:
-Sən kimsən?
-Mən Ġmran oğlu Musayam.
-Bəni-Ġsrailin peyğəmbəri Musa?
Musa təəccüblə dedi:
-Bəli. Bunu sənə kim xəbər verdi?
-Səni mənim tərəfimə göndərən Ģəxs.
145
Musa anladı ki, axtardığı insanı tapmıĢdır. O dedi:
-Mən səninlə yoldaĢlıq etmək istəyirəm. Ġstəyirəm Allahın sənə öyrətdiklərini
mənə də öyrədəsən.
Saleh kiĢi dedi:
-Sən mənimlə yoldaĢlıq edə bilməzsən. Amma, buna haqqın vardır, çünki,
mənim etdiyim iĢlərin hikmətini bilmirsən.
Musa dedi:
-Dözməyə çalıĢacağam. Sənə söz verirəm ki, mənə nə əmr etsən itaət
edəcəyəm.
-Əgər bu səfərdə mənə yoldaĢ olmaq istəyirsənsə bir Ģərtim var.
Musa dedi:
-Nə Ģərti?
-Mənim etdiyim iĢlər barəsində heç nə soruĢma. Çünki, sonra özüm onların
barəsində səninlə söhbət edəcəyəm.
Musa onunla razılaĢdı. Onlar birgə yola düĢdülər.
Bəs bu saleh kiĢi kim idi? Deyirlər ki, o, Allahın peyğəmbərlərindən biri olan
Xızr (ə) idi.
Bəs onların görüĢü harada baĢ vermiĢdir? Rəvayətlərə görə, iki dəryanın
qovuĢduğu yerdə - Aralıq dənizi ilə Sakit okeanın Cəbəllüt-tariq boğazında
qovuĢduqları yerdə.
YuĢə` ibn Nunun Musa ilə yolu davam etdirməsini və ya həmin yerdən
Sinayda yerləĢən Bəni-Ġsrailə tərəf qayıtmasını isə heç kəs bilmir.
Allah-təala Musa və Xızrın sərgüzəĢtini bizə bəyan etmiĢdir:
Musanın elm və biliyə böyük marağı var idi. Ona görə də Allah-təala belə bir
saleh və alim kiĢinin olmasını Musaya vəhy etdikdə, elm öyrənmək üçün onun
yanına getdi. Musa və o saleh kiĢi sahillə yola düĢüb, bir limana çatdılar və
orada bir gəmi ilə rastlaĢdılar.
Musa və o saleh kiĢi digər sərniĢinlərlə birgə gəmiyə mindilər. Gəmi suların
arası ilə irəliləyirdi. Gəmi limanların birinə çatmazdan əvvəl saleh kiĢi o
gəmidən bir taxta parçasını qopardı. Bu iĢi görən Musa məzəmmətlə dedi:
-Sən sərniĢinləri suda qərq etmək üçün bu gəmini deĢirsən? Bu iĢ düzgün
deyildir.
Saleh kiĢi əvvəlki razılaĢmanı Musaya xatırlatdı:
-Mən sənə demədimmi ki, etdiyim iĢlərə dözə bilməyəcəksən?!
Musa da bu razılaĢmanı xatırlayıb dedi:
-Sizdən üzr istəyirəm, unutmuĢdum. XahiĢ edirəm məni bağıĢlayın.
Onlar növbəti limanda gəmidən düĢüb, bir Ģəhərə doğru getdilər.
Yorulub, acmıĢdılar. Özlərinə yemək almaq üçün pulları yox idi.
Onlar Ģəhərə çatdılar. Ġnsanların dağılmaqda olan bir divara baxdıqlarını
gördülər. Onların arasında heç kim divarı tə`mir etmək istəmirdi. Saleh kiĢi
divara tərəf irəlilədi. Onun nəzərinə bir fikir gəldi.
O, möhkəm və güclü sütunlar düzəltməklə divarı yenidən bərkitdi. ĠĢi sona
çatdıqda Musa Xızra dedi:
-ĠĢin çox maraqlı idi, amma, niyə ondan ötrü muzd almadın?
146
Musa bu sözü ilə o saleh kiĢinin yadına salmaq istəyirdi ki, əgər muzd alsaydı
onunla özlərinə yemək hazırlaya bilərdilər.
Xızr qabaqkı razılaĢmanı yada salaraq dedi:
-Səninlə mənim ayrılıq zamanımız çatdı. Mən sənə dedim ki, mənim iĢlərimə
səbir edib, dözə bilməyəcəksən. Ġndi isə etdiyim iĢlərin hikməti barəsində sənə
mə`lumat verirəm:
Gəmini dəlməyim bundan ötrü idi ki, o gəminin sahibləri kasıb və yoxsul
insanlar idilər. Orada isə zalım bir padĢah vardı. Gəmiləri zorla öz
sahiblərindən alıb, mənimsəyirdi. Mən bu iĢimlə gəmidə eyib yaratmaq istədim
ki, padĢah gəmini onlardan almasın. Onlar sonra gəmini tə`mir edərlər.
Bu divar isə Ģəhərdə yaĢayan iki yetim uĢağındır. Onların ataları bu divarın
altında onlar üçün bir xəzinə gizlətmiĢdir. Allah iradə edib ki, onlar böyüyüb,
öz xəzinələrini çıxartsınlar və heç kim onlardan xəbər tutmasın.
Ey Musa! Mənim etdiyim bütün iĢlər Allahın iradə və istəyini yerinə
yetirməkdən savayı bir Ģey deyildi.
Musa o saleh kiĢi ilə sağollaĢdı. O, çox əhəmiyyətli bir Ģey anladı: Bə`zi
iĢlərin arxasında onların mə`nasını Allahdan savayı heç kəsin bilmədiyi
hikmətlər vardır.
Orada xoĢagəlməz görünən bə`zi iĢlər olurdu. Amma, baĢqa bir tərəfdən
onlarda hikmət vardır. Ona görə də insan bir iĢ barəsində fikir yürütməzdən
qabaq diqqətlə fikirləĢməlidir.
TÖVRAT
Musa öz qövmünün yanına qayıtdı. Onlara nəsihət və möv`izə edir, onları nur
və hidayətə yönəldir, Tövratı öyrədirdi.
Qurani-Kərim Tövrat barəsində buyurur:
“Tövrat hidayət kitabı və nur idi. Amma, yəhudulər Musanın vəfatından sonra
Tövratı təhrif etdilər. Yə`ni, onlar Tövratın nəsihət və ilahi hökmlərini silib,
ürəkləri istəyənləri, onların Ģəxsi mənafeləri və adət-ən`ənələri ilə uyğun
gələnlərini saxladılar.
Onlar bununla da kifayətlənmədilər. Tövratı əfsanə və yalanlarla doldurdular.
Misal üçün Tövratda belə bir məsələ gəlmiĢdir:
“Adəm və Həvva cənnətdə olduqları zaman o ağacdan yedilər. Ağacların arası
ilə yol gedən Allahın səsini eĢitdilər. Adəm və Həvva özlərini ağacların
arasında gizlətdilər. Allah Adəmi səsləyib dedi: “Adəm, hardasan?” Adəm dedi:
“Səsini eĢitdim, amma, bədənim çılpaq olduğundan özümü gizlətmiĢəm”. Allah
dedi: “Sənə yeməsini qadağan etdiyim ağacdanmı yedin?”
Sonra Allah buyurdu: “Bu insan da bizim kimi oldu. Xeyir və Ģəri ayırır.
Mümkündür ki, o, əbədi həyat ağacını da tapıb yesin. O zaman bizim kimi
həmiĢəlik qalacaqdır”. Ona görə də Allah onu cənnətdən çıxartdı.
Bu günkü Tövrat Musaya nazil olan Tövrat deyildir. Musa yəhudilərin ona aid
etdikəri yalanlardan uzaqdır.
Allah-təala Musadan sonra onlara çoxlu peyğəmbərlər göndərdi. Amma, onlar
peyğəmbərləri ya öldürür, ya da incidirdilər. Yəhudilər daĢ ürəkli insanları
Dostları ilə paylaş: |