PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   59   60   61   62   63   64   65   66   ...   83

 
153 
tuĢlanmıĢdı.  Həyəcanlı  anlar  keçdi.  Calut  qabağa  gələ-gələ  sağa-sola  aĢırdı. 
Birdən  yerə  yıxıldı.  Dəmirin  yerə  dəyməsi  ilə  kafirlərin  ürəyini  yerindən 
qoparan  qorxulu  səs  ucaldı.  Calutun  yerə  sərilməsi  onun  ordusunda  ruhi 
məğlubiyyət  yaratdı.  O  imanlı  cavan  böyük  hərbi  komandana  qalib  gəlmiĢdi. 
Bu, inkiĢaf etmiĢ silahı məğlub olmağa vadar edən imanın güc və qüdrəti idi.  
Beləliklə,  Calutun  ordusu  məğlub  oldu.  Talut  və  onun  qoĢunu  qələbə  çaldı. 
Təhlükəsizlik  və  əmin-amanlığın  ağ  qanadı  hər  yeri  bürüdü.  Ġman  qəlblərə 
hakim  oldu,  yenə  də  onları  doldurdu.  Talut  ölüm  ərəfəsində  olan  zaman 
vəsiyyət  etdi  ki,  padĢahlıq  məqamı  Davuda  çatsın.  Sonrakı  kitabda  macəranı 
izləyəcəyik. Görək hansı hadisə baĢ verdi.  
Bismillahir-Rəhmanir-Rəhim. 
«Peyğəmbərləri onlara dedi: 
-Allah Talutu sizə rəhbərlik etmək üçün seçmiĢdir.  
Dedilər: 
-O  necə  bizə  hökumət  edər.  Bununla  belə  ki,  biz  ondan  daha  layiqik. 
Sərvətimiz ondan çoxdur.  
Dedi: 
-Allah  onu  sizə  seçmiĢdir.  Ona  cismi  güc  və  elm  bəxĢ  etmiĢdir.  Allah 
mülkünü kimə istəsə bağıĢlayar. Allahın ehsanı geniĢdir.  
Peyğəmbərləri onlara dedi: 
-Onun  hökumətinin  niĢanəsi  budur  ki,  əhd  sandığını  sizə  gətirəcəkdir.  Onda 
Allah  tərəfindən  sizin  üçün  rahatlıq,  Musa  və  Harunun  sülaləsinin  yadigarları 
vardır. Bir halda ki, mələklər onu daĢıyırlar. Bu mövzu sizin üçün bir niĢanədir, 
əgər imanınız olsa.  
Talut əmirliyə çatdıqda ordunu özü ilə çıxartdı. Onlara dedi: 
-Allah  sizi  bir  su  arxı  vasitəsilə  imtahan  edəcək.  Sudan  içənlər  məndən 
deyillər. Öz əlləri ilə yalnız bir ovucdan artıq su içməyənlər mənimlədirlər.  
Ona  görə  də  az  bir  dəstədən  baĢqa  hamısı  o  sudan  içdilər.  Sonra  o  və  ona 
iman gətirən Ģəxslər çaydan keçəndə dedilər: 
-Bu gün bizim Calut və onun qoĢunu ilə vuruĢmaq qüdrətimiz yoxdur.  
Amma, Allahla görüĢəcəklərini bilən Ģəxslər dedilər: 
-Çoxlu az dəstələr var ki, Allahın fərmanı ilə (sayca) çox olan dəstələrə qələbə 
çalıblar. Allah səbir edənlərlədir.  
Calutun və onun ordusunun qarĢısında durduqda dedilər: 
-Ġlahi!  Səbir  və  dözüm  peymanəsini  bizə  nazil  et!  Bizim  qədəmlərimizi 
möhkəm elə! Bizi kafirlərin cəmiyyətinə qalib et!  
Sonra  Allahın  fərmanı  ilə  onlar  düĢmən  ordusunu  məğlubiyyətə  uğratdılar. 
Davud Calutu həlak etdi. Allah hökumət və elmi ona bəxĢ etdi. Ġstədiklərindən 
ona öyrətdi.  
Əgər  Allah  bə`zi  insanların  (Ģərini)  baĢqa  bə`zilər  vasitəsilə  dəf  etməsəydi 
fəsad hər yeri bürüyərdi. Amma, Allah aləmdə olanlara lütf və ehsanlıdır.
11
  
                                                 
11
Bəqərə surəsi, 247-251-ci аyələr.
 
 


 
154 
ĠMAN ÖLKƏSĠ  
HƏZRƏT DAVUD VƏ SÜLEYMANIN ƏHVALATI  
Talut dünyadan köçdükdən sonra Davud padĢahlığa çatdı. PadĢahlıq məqamı 
onu  məğrur  etmədi.  O  verdiyi  ne`mətinə  görə  Allaha  Ģükr  edirdi.  Allah-təala 
Tövratdan sonra Davud üçün Zəburu göndərdi. Ona çox iĢlər öyrətdi. QuĢların 
dilini  tə’lim  verdi.  Ona  gözəl  və  ürəkoxĢayan  səs  əta  etdi.  Davudun  səsini 
eĢidən zaman insanların ürəklərində iman güclənirdi. Səsi ürək açır və çaydan 
axan suyun səsinə oxĢayırdı; axar suyun Ģır-Ģır səsinə, bahar çağı quĢların könül 
oxĢayan səslərinə.  
Allah-təala  dəmiri  onun  üçün  yumĢaltdı.  Möhkəm  dəmir  Davudun  əlində 
yumĢaldı. Davud dəmirdən Allah yolunda mübarizlər üçün zireh düzəldirdi.  
O böyük insan at yetiĢdirməyə də böyük əhəmiyyət verirdi. Çünki, atlar güclü 
silah  sayılır  və  at  minənlər  Allah  yolunda  mübarizə  edirdilər.  Davud  hər  dəfə 
Zəbur  oxuyanda  quĢlar  onu  müĢayiət  edir  və  Allahı  zikr  edirdilər.  Dağlar  da 
belə edirdi.  
O, adil hökmran idi. Camaat arasında Allahın dininə uyğun Ģəkildə hakimlik 
edirdi. Hər bir məzlum öz insaniyyət haqqını kamil surətdə alırdı. Ona görə də 
camaat səadət və xoĢbəxtlikdə yaĢayırdılar.  
Davud gecənin üçdə birini Allaha ibadətlə keçirirdi. O, Allahı sevirdi. Allah-
təala  da  onu  sevirdi.  O,  oruc  tutur,  daim  Allahı  yad  edirdi.  Səhər  yuxudan 
oyandıqda  Allaha  zikr  və  təsbeh  deyirdi.  Dağlar  onun  zikrini  təkrar  edirdi. 
Davud qüdrətli bir dövlət yaratdı; Allaha və onun ayininə iman gətirənlər üçün 
bir dövlət. Davud həm baĢçı oldu, həm də peyğəmbər.  
O,  vaxtını  dəqiq  müəyyən  etmiĢ,  həyat  və  yaĢayıĢını  nizam-intizam  üzrə 
qurmuĢdu.  Həzrət  Davud  (ə)  öz  vaxtını  dörd  hissəyə  bölmüĢdü:  Bir  hissəsini 
Ģəxsi  iĢlərini  yerinə  yetirmək  üçün,  bir  hissəsini  ibadət  üçün,  bir  hissəsini 
camaatın ziddiyyətli məsələlərini həll etmək üçün və bir hissəsini isə övladlarını 
tərbiyə etmək üçün ayırmıĢdı.  
İMTAHAN 
Davud  öz  sarayında  yaĢayırdı.  Qapının  önündə  mühafizəçilər  dayanmıĢdılar. 
Ġbadət vaxtı heç kəsə onun ibadət yerinə girməsi üçün icazə vermirdilər. Davud 
ibadət mehrabında oturduğu zaman birdən onun qarĢısında iki kiĢi göründü. O, 
qorxdu.  Çünki,  o  iki  nəfər  onlara  aid  olmayan  bir  vaxtda  onun  yanına 
gəlmiĢdilər.  
Onların biri Davuda dedi: 
-Qorxma!  Bizim  sənə  ziyan  vurmaq  niyyətimiz  yoxdur.  GəlmiĢik  ki,  bizim 
aramızda  olan  mübahisəli  məsələ  barəsində  hakimlik  edəsən.  Davud  arxayın 
olduqdan sonra onlardan soruĢdu: 
-Sizin ixtilafınız nədədir?  
Onların biri dedi: 


 
155 
-Bu  adam  mənim  qardaĢımdır.  Bunun  doxsan  doqquz  baĢ  camıĢı  vardır. 
Mənimsə  təkcə  bir  camıĢ  var.  Amma,  bu,  mənim  bir  baĢ  camıĢıma  göz  tikib. 
Bununla belə onun sübutu güclüdür.  
Davud çox tə`sirləndi. Qəzəb və narahatlıqla dedi: 
-QardaĢın  sənə  zülm  etmiĢdir.  Onun  doxsan  doqquz  baĢ  camıĢdan  ibarət 
sürüsü olduğu halda sənin bir baĢ camıĢını da almaq istəyir.  
Davud  hökm  verməyə  tələsdi.  O  biri  tərəfin  sübutunu  soruĢmadı.  O,  hər  iki 
tərəfdən məsələni soruĢmalı idi.  
Birdən onların hər ikisi gözdən itdi. Davud öz səhvini anladı. Həqiqətdə bu, 
Allahın  Davud  üçün  bir  imtahanı  idi.  O,  ixtilafı  olan  hər  iki  tərəfin  sözlərini 
eĢitməli idi. Davud bildi ki, Allah onu imtahana çəkmiĢdir. Ona görə də hökmü 
çıxarmaqda tələsdiyinə görə Allahdan bağıĢlanmaq istədi.  
YENİ HÖKM 
Allah-təala  Davuda  Süleyman  adlı  bir  övlad  əta  etdi.  Süleyman  atasının 
yanında böyüdü. Ata övladına gözəl əxlaq öyrətdi. Onu ibadət, xeyirxahlıq və 
Allaha Ģükr yolunda tərbiyə etdi.  
Süleyman  böyüdü  və  yeniyetmə  yaĢına  çatdı.  O,  ağıllı  və  imanlı  bir  cavan 
oldu.  Allah-təala  Süleymanın  üstünlüyünü  göstərmək  istədi.  Ġstədi  insanlara 
çatdırsın ki, o, atası Davudun varisidir.  
Bir  gecə  camaat  yuxuda  rahat  yatmıĢdılar.  Əkinçilər  və  bütün  çobanlar 
yuxuda idilər. Bir qoyun sürüsü öz tövləsindən çıxıb, üzüm tarlasına tərəf getdi. 
Qoyunlar üzüm salxımlarını yeyib, əkin sahələrini dağıtdılar. 
Səhər vaxtı üzümlərin sahibi yuxudan oyanıb, bağa və öz üzüm tarlasına tərəf 
gedərkən  qoyunlar  hələ  tarladaydılar.  KiĢi  qəzəbləndi.  Üzünü  qoyunların 
sahibinə tutdu və qoyunları tarlanı otladıqları üçün onu ittiham etdi. Bununla da 
onların arasında ziddiyyət və qarĢıdurma yarandı. Qoyunların sahibi dedi: 
-Peyğəmbərin  yanına  gedərik  və  ondan  bizim  aramızda  hökm  etməsini 
istəyərik.  
Tarla sahibi yolda qoyunların sahibinə dedi: 
-Sən öz qoyunlarını saxlamalısan ki, istədikləri yerə gedib, otlamasınlar.  
Qoyunların sahibi dedi: 
-Sən də gərək öz tarlanı qoruyasan.  
Tarla sahibi dedi: 
-Mən  yalnız  gündüzlər  tarlanı  qoruya  bilirəm.  Amma,  gecələr  heç  kəs 
qoyunlarını otlağa aparmır.  
O  anda  Davudun  sarayına  çatdılar.  Peyğəmbər  camaat  arasında  qəzavət  və 
hakimlik üçün oturmuĢdu. Növbə üzümlərin sahibinə çatdı. O, Davudun yanına 
gəldi  və  hadisəni  o  həzrətə  söylədi.  Davud  macəraya  qulaq  asdı.  Bu  məsələ 
barəsində öz hökmünü bəyan edib, buyurdu: 
-Qoyunların sahibi öz qoyunlarını tarla sahibinə verməlidir. Çünki, qoyunları 
əkin tarlasına ziyan vurmuĢlar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə