161
Amma, hədiyyələri qəbul etməsəydi, mə`nası bu idi ki, o, padĢah deyildir. O
həqiqətən peyğəmbərdir. Peyğəmbərlər tərəfindən isə heç bir qorxu yoxdur.
Çünki, onlar heç kəsə zülm etməzlər.
Bilqeys hey`əti göndərən zaman belə düĢünürdü.
DÖYÜŞLƏ HƏDƏLƏMƏK
Atlılardan təĢkil olunmuĢ Səba hey`əti yetiĢdi. Onlar Süleyman üçün qiymətli
hədiyyələr gətirmiĢdilər. Allahın peyğəmbəri olan Süleyman hökmranlığının
ilahi bir hakimiyyət olduğunu baĢa salmaq üçün və Səba ölkəsindən
üstünlüyünü bildirmək üçün çox qəribə bir təntənə ilə onları qarĢıladı.
O hey`ət orada durmuĢ Ģir və pələngləri gördükdə az qaldı ki, ağılları
baĢlarından çıxsın. Onlar o həzrətin yaxınlığında sıra və səliqə ilə uçuĢan
quĢları görür və diqqətlə Süleymanın əsgərlərinə baxırdılar.
O həzrət taxtın üzərində oturmuĢdu. Bütün padĢahlıq əzəmət və cəlalı ilə belə
təvazökar bir insan idi. Onun gözlərindən məhəbbət və iman yağırdı.
Hey`ət üzvləri hədiyyələri təqdim etmək üçün qabağa gəldilər. Amma, öz
hədiyyələrindən xəcalət çəkdilər. Çünki, bu hədiyyələr Süleymanın böyük
hökuməti qarĢısında çox dəyərsiz bir Ģey idi.
Burada heç kəsin gözləmədiyi bir hadisə baĢ verdi.
Süleyman onların hədiyyələrini qəbul etmədi. Çünki, hədiyyə iki ölkə
arasında münasib əlaqə yaratmaq üçün deyildi. O daha çox rüĢvətə bənzəyirdi.
Onlar bunun vasitəsilə Süleymanı sakitləĢdirmək və öz adət-ənənələri barəsində
onu razı salmaq istəyirdi.
Süleyman narahat olaraq buyurdu:
-Mənə hədiyyə ilə köməkmi edirsiniz? Allahın mənə bəxĢ etdikləri sizə bəxĢ
etdiklərindən daha yaxĢı və daha üstündür. Yalnız sizlər belə dəyərsiz Ģeylərlə
sevinirsiniz.
Sonra Süleyman o hey`ətin baĢçısına buyurdu:
-Onların yanına qayıt və bildir ki, qarĢısında müqavimət göstərə
bilməyəcəkləri bir ordu ilə onlara tərəf gəlirik. Onları xar və zəlil edib,
torpaqlarından çıxaracağıq.
Süleymanın sözləri döyüĢlə hədələmək idi. O, Səba camaatından qızıl-gümüĢ
istəmirdi. Ġstəyi yalnız yeganə Allaha iman gətirmək idi. O, qızıl və mal-dövlət
həvəsində olan bir padĢah deyildi. O, Allahın peyğəmbəri idi. Ġnsanların xeyrini
istəyən bir peyğəmbər idi. O istəyirdi ki, camaat Allaha iman gətirib,
bütpərəstlikdən əl çəksinlər.
Allah insanı yaratmaqla ona izzət bağıĢlamıĢdı. Elə isə nə üçün insan daĢa
ibadət, bütə, günəĢə və aya səcdə etməlidir. Halbuki, Allahın yanında insanın
məqamı digər məxluqlarından məqamından ucadır. Allah insanın azad
yaĢamasını və ondan baĢqa heç kəsdən qorxmamasını istəyir.
Süleyman o hey`ətlə belə danıĢdı. Onlar Süleymanın əzəməti, onun böyük
hakimiyyəti, təvazökarlığı və Allah üçün səcdəsi qarĢısında mat-məəttəl
qalmıĢdılar.
162
BİLQEYSİN QƏRARI
O hey`ət Yəmənə qayıtdı. Onlar özlərinin dünyanın ən böyük ölkəsinə və
zamanın ən böyük padĢahının yanına etdikləri səfər barəsində Bilqeysə
mə`lumat verdilər.
Bilqeys fikirləĢdi ki, əgər öz qərarında dayanıb, inadkarlıq göstərsə mütləq
döyüĢ baĢ verəcəkdir. O öz-özünə dedi:
«Süleyman padĢah deyil. O peyğəmbərdir. Özüm Ģəxsən ora gedəcəyəm».
Bilqeys fikirləĢdi ki, gedib orada baĢ verənləri yaxından görsün. Bəlkə
Ģimaldakı o ölkə ilə münasib əlaqələr qura bilər və bununla da iki ölkə
arasındaki döyüĢ və müharibə baĢ verməz.
Ona görə Süleymanın ölkəsinə səfər etmək istədiyini bildirdi.
Səbada dövlət iĢçilərinin çoxu padĢahı belə qərara gəlməkdən çəkindirdilər.
Amma, heç bir faydası olmadı.
Bilqeys qorxmaz və ağıllı bir qadın idi. O, məsələ barəsində çox fikirləĢdi.
Amma, özü Ģəxsən ora getməkdən savayı yaxĢı bir yol tapmadı. O, sür`ətlə
səfər tədarükünü gördü. Çoxlu əsgər və kənizlərin müĢayiəti ilə öz ölkəsindən
çıxdı.
Müdrik peyğəmbər olan Süleyman öz dövlət adamları ilə iclas qurmuĢdu.
Süleyman Səba padĢahının Allah dinini qəbul etməsi və onun öz faydasız
əqidələrinə yenidən nəzər salması barədə fikirləĢirdi. O, bu məqsədinə çatmaq
üçün çox qəribə və maraqlı bir qərar qəbul etdi: Bilqeys Fələstinə çatmazdan
qabaq onun taxtının Yəməndən gətirmək.
İMAN QÜDRƏTİ
Mö`minlərin, cinlərin, minlərlə quĢ və yırtıcı heyvanlarla keçirdiyi böyük
iclasda Süleyman soruĢdu:
-Səba padĢahının taxtını kim gətirə bilər?
Bu iĢ asan deyildi. ġanapipik onu yerinə yetirə bilməzdi. Bir cin ayağa qalxdı
və dedi:
-Ey peyğəmbər, mən yerinizdən qalxmazdan qabaq taxtı gətirərəm. Hə, siz
yerinizdən qalxmazan əvvəl.
Süleyman imanlı insanın üstünlük və fəzilətini göstərmək istədi. Ona görə də
üzünü Asəf ibni Bərxiya adlı bir mö`min kiĢiyə tutub dedi:
-Asəf, sizin fikriniz nədir?
O dedi:
-Mən də onu gətirə bilərəm.
-Nə vaxta qədər?
-Gözünüzü qırpmazdan əvvəl, bir anın içində.
Ġradə və iman ruhunun toplaĢdığı bir anda.
Hamı Asəf ibni Bərxiyanı tanıyırdılar. Onun imanına, xalisliyinə, Allaha olan
məhəbbətinə və insansevərliyinə bələd idilər.
Allah öz imanlı bəndəsinə lütf və ehsan edəndir. Bir hadisə baĢ verdi:
Hamı gördü ki, Səba padĢahının taxtı böyük qonaq otağında onların
qarĢısındadır. Taxt çox əzəmətli idi. Qara taxtalar, qızıl-gümüĢ və cəvahiratla
163
bəzədilmiĢdi. Hər bir nöqtəsində Yəmən əqiqi parlayırdı. Tavanın rəngli
ĢüĢəsinin arxasından saçan günəĢ Ģüası onun gözəlliyini daha da artırırdı.
Süleyman Bilqeysin taxtında dəyiĢikliklər aparmağı əmr etdi. O, Bilqeysi
yoxlamaq istəyirdi. Görəsən o, bu hadisənin qarĢısında nə edəcəkdi?!
GÖRÜŞ
QuĢlar xəbər verdilər ki, Bilqeys yaxınlaĢmıĢdır. O, bir neçə saatdan sonra
müqəddəs torpağa çatacaqdır.
Qonaq otağına aid olan iĢlər sona çatmıĢ və saray bəzədilmiĢdi. Onun əzəmət
və cəlalı daha daha da artmıĢdı.
Səba padĢahının taxtı çoxlu zinətlərlə əhatə olunmuĢdu.
Süleymanın taxtı padĢahın qapısının yaxınlığında yerləĢirdi. Bilqeys
padĢahlıq sarayına daxil olarkən, orada bir dünya əzəmət və təntənə gördü.
Salona daxil olduqda gördü ki, Süleyman öz taxtı üzərində oturmuĢdur.
Orada, əsgərlərin yanında Ģir və quĢlar da gözə dəyirdi. Çox maraqlı bir
cəmiyyət idi. Əsgərlərin biri Bilqeysin taxtına iĢarə edərək ona dedi:
-Sənin taxtın belədirmi?
PadĢahın gözü taxta düĢdükdə az qaldı qıĢqırsın ki, hə, bu onun taxtıdır.
Amma, bu məsələni necə deyə bilərdi?
Cavab verməzdən qabaq fikirləĢdi və dedi:
-Deyəsən odur, mənim taxtıma çox oxĢayır. Bəlkə də mənim taxtımın özüdür.
Bilqeys anladı ki, Süleymanın peyğəmbərliyinin böyük və əzəmətli bir əlaməti
qarĢısında qalmıĢdır. Amma, heç bir söz demədi.
Ürəyi imanla doldu və Allaha təslim oldu. Gördü ki, Süleyman əxlaqi
cəhətdən, təvazökarlığı, baxıĢı və namazda hərəkətləri baxımından padĢahlara
oxĢamır.
Süleyman danıĢanda sözlərində istilik, məhəbbət və rahatlıq hiss olunurdu.
ŞÜŞƏ HOVUZ
QarĢılama mərasimi sona çatdıqda Bilqeysin yoldaĢları ona dedilər ki,
Süleymanın, onun iqaməti üçün ayırdığı saraya getməlidirlər.
PadĢah ora tərəf getdi. Əsgərlər onu əhatəyə almıĢdılar. Gözətçilər qapıların
ağzında dayandılar. Bilqeys böyük zala daxil oldu.
Cavan və imanlı qızlar onu müĢayət edir və hörmət əlaməti olaraq onun
arxasınca hərəkət edirdilər. Hələ ayağını zala qoymamıĢ, ona aid olan otaqla
zalın qapısı arasında böyük bir hovuz gördü. Güman etdi ki, su ilə dalğalanır.
Ona görə də islanmasın deyə öz paltarını topladı. O, ayağını yavaĢca hovuzun
içinə qoydu.
Burda onu müĢayət edən cavan qızların biri gülümsündü və dedi:
-Bu saf və Ģəffaf büllurdan düzəlmiĢ bir saraydır.
Bilqeys Süleymanın əzəmət və hakimiyyətində baĢqa bir əlamət müĢahidə
etdi. Nur in`ikası və büllurların Ģəffaflığı elə idi ki, insan onun su dalğasından
hovuz olduğunu güman edirdi.
Bilqeys dedi:
Dostları ilə paylaş: |