PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   65   66   67   68   69   70   71   72   ...   83

 
170 
Üzeyir  Allah  yanında  əziz  idi.  Ona  görə  də  ağlayaraq,  Allah  dərgahından 
istədi ki, onun sözlərinin haqq olmasına Ģahid durması üçün həmin qadına göz 
versin.  
Allah-təala o qadının gözlərini açdı. Gördü ki, Üzeyirin qarĢısında durmuĢdur.  
-Qəribədir. Üzeyirin özüdür. Yüz il bundan öncə itən Üzeyir.  
Üzeyirin nəvəsi dedi: 
-Atam  mənə  deyib  ki,  Üzeyir  Tövratın  yerini  bilir.  O,  Tövratı  heç  kəsin 
bilmədiyi  bir  yerdə  gizlədib.  Biz  onu  çox  axtardıq.  Amma,  heç  bir  faydası 
olmadı.  Tövratın  digər  nüsxələri  döyüĢdə  tələf  olduğu  üçün  biz  onu  çox 
axtardıq.  
Üzeyir buyurdu: 
-Mən  Musanın  kitabının  yerini  sizə  deyərəm.  Tövrat  filan  yerdə  Zeytun 
ağacının budağındadır.  
Hamı ora yollandı. Köhnə bir Zeytun ağacı gördülər.  
Orada  çoxlu  otlar  bitmiĢdi.  Üzeyir  ağacla  onun  yaxınlığındakı  arxın  arasına 
doğru  getdi.  Taxta  sandığı  çıxarmaq  üçün  yeri  qazdı.  Sandığın  çox  hissəsi 
çürümüĢdü. Amma, Tövratın nüsxəsi hələ də salamat qalmıĢdı.  
Hamısı  o  mö`cüzəyə  iman  gətirdilər.  Üzeyir  itdikdən  və  bir  dastana 
çevrildikdən sonra yenidən qayıtmıĢdı.  
Allah-təala Üzeyirin dünyadan köçməsindən yüz il sonra onu yenidən diriltdi. 
Diriltdi  ki,  onu  bəndələri  üçün,  ölüləri  diriltməyə  və  qiyamət  günü  insanları 
hazır etməyə qadir olmasına bir niĢanə etsin.  
Bə`ziləri  o  mö`cüzəyə  iman  gətirdilər.  Çünki,  ürəkləri  ölümə  və  ölülərin 
dirilməsinin haqq olmasına Ģəhadət verirdi. Allah hər bir Ģeyə qadirdir.  
Bə`ziləri isə yavaĢcadan deyirdilər:  
-Üzeyir Allahın oğludur.  
Bə`ziləri ona inanırdılar. Bə`zilərinin isə sükutları razılıqlarını göstərirdi.  
Üzeyir bu sözləri rədd edərək qıĢqırdı:  
-Mən  Allahın  bəndəsi  və  onun  elçisiyəm.  Allah  məni  sizin  üçün  bir  niĢanə 
etmiĢdir.  
Üzeyirin  səsi  «Üzeyir  Allahın  oğludur»  -  deyə  Ģüar  verən  yəhudilərin  səs-
küyləri arasında itdi.  
Onlar  öz  gözləri  gördükləri  Ģeyə  ibadət  etmək  istədikləri  üçün  bu  sözü 
deyirdilər.  
Üzeyir  dünyadan  köçdü.  Amma,  yəhudilər  ondan  «Allahın  oğlu»  əfsanəsini 
düzəltdilər.  Sonralar  Allah-təala  Həzrət  Məhəmməd  peyğəmbəri  (s) 
peyğəmbərliyə seçdi. O Həzrət bu böyük həqiqəti bizim üçün ərməğan gətirdi: 
«Üzeyir yüz il dünyadan köçmüĢ və sonra Allah onu diriltmiĢdir».  
Üzeyir  Allahın  peyğəmbərlərindən  və  onun  elçilərindən  biri  idi.  Allah-təala 
onu diriltmiĢdi ki, insanlar qiyamətə inansınlar və ona iman gətirsinlər. Amma, 
yəhudilər  əmanəti  qorumadılar.  Yollarını  azdılar  və  ürəkləri  daĢ  kimi  bərkidi. 
Ġman ruhundan ayrıldılar.  
Hicri  Qəməri  tarixi  ilə  yüz  altmıĢ  birinci  ildə  Suriyanın  romalı  hakimi  M. 
Antyukyus onların məmləkətinə yürüĢ edərək, Tövratın nüsxələrini odladı.  


 
171 
Beləliklə, həqiqi Tövrat aradan getdi: Musanın gətirdiyi və Üzeyirin yenidən 
topladığı, onu dəyiĢilməkdən və təhrif olunmaqdan qoruduğu və bu yolda bütün 
çətinliklərə dözdüyü Tövrat.  
Salam olsun Allahın peyğəmbəri, onun elçisi və mö`cüzəsi olan Üzeyirə!  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
172 
 
YARANIġ MÖ`CÜZƏSĠ  
ALİ-İMRAN ƏHVALATI  
Ġmran qocalıb yaĢlaĢmıĢdı. Allah ona övlad verməmiĢdi. Həyat yoldaĢı Hənnə 
sonsuz bir qadın idi və Allahın ona bir övlad əta etməsini arzulayırdı.  
Allah-təala Ġmrana vəhy etdi ki, ona bərəkətli bir övlad hədiyyə edəcəkdir.  
Ġmran sevindi və yoldaĢına müjdə verib, dedi: 
-Allah duamızı qəbul etmiĢdir. Tezliklə bizə xeyirli və bərəkətli bir övlad əta 
edəcəkdir.  
O saleh qadın hamilə olduğunu hiss edib, çox sevindi.  
Bir gün səhər Hənnə ibadətgaha getdi və o, doğulacaq körpəni Allah yolunda 
iĢləmək üçün nəzir edib, dedi:  
-Ġlahi!  Hamilə  olduğumu  sənin  evinin  xidməti  yolunda  azad  edəcəyəm. 
Məndən qəbul et! Sən eĢidən və bilənsən.  
NƏZİR  
Zəkəriyya peyğəmbər ibadətgahda idi. Bu xəbəri eĢitdikdə sevindi. Bir daha 
Allahın hər Ģeyə qadir olmasını və istədiyi insana ruzi əta etməsini xatırladı. O, 
mehraba daxil olub, Allah üçün namaz qıldı. Sonra isə öz dükan və mağazasına 
yollandı.  
Günlər, həftələr və aylar ötdü. Ġmran dünyadan köçdü, amma, Allahın ona əta 
etdiyi körpəsinin üzünü görmədi.  
Azad  olmaq  zamanı  çatdı.  Hənnə  inanırdı  ki,  Allah  ona  bərəkətli  bir  oğlan 
uĢağı  əta  edəcəkdir.  Amma,  gözlənilmədən  körpəsinin  gözəl  bir  qız  olduğunu 
gördü.  
Bu  zaman  o,  etdiyi  nəzirə  necə  vəfa  etsin?  Qız  ibadətgahda  xidmət  edə 
bilərmi? O, səmaya baxaraq dedi: 
«Ġlahi! Körpəm qız doğuldu... Oğlanla qız eyni deyillər».  
Allah-təala  onun  ürəyinə  ilham  etdi  ki,  bu  qız  böyük  məqama  çatacaq  və 
tezliklə mehrab və ibadətgaha daxil olacaqdır.  
Hənnə təvazö və tə`zim halında dedi:  
-Mən  onun  adını  Məryəm  qoydum.  Bununla  onu  və  onun  övladlarını 
qovulmuĢ ġeytanın vəsvəsələrindən sənin pənahına gətirirəm.  
O saleh qadın qızını Məryəm adlandırdı: Yə`ni ibadət edən və ya ibadətgahın 
xadimi.  
Məryəm  böyüdü.  Ġbadətgaha  gedib,  orada  xidmətçi  olmaq  zamanı  çatdı. 
Orada Məryəmin tərbiyəsini kimin öhdəsinə götürəcəyi barədə çətinlik yarandı. 
Bütün keĢiĢlər onun tərbiyəsini öhdələrinə götürmək istəyirdilər. Çünki, o, saleh 
bir kiĢi olan Ġmranın və təqvalı qadın olan Hənnənin qızı idi.  
KeĢiĢlər  razılığa  gəldilər  ki,  Məryəmin  tərbiyəsini  qəbul  etmək  üçün  püĢk 
atsınlar. PüĢk Zəkəriyyanın adına çıxdı.  
Zəkəriyya  təqvalı  və  imanlı  bir  kiĢi  idi.  O,  Məryəmə  yüksək  ehtiram 
bəsləyirdi.  Onun  vücudunda  xeyir  və  bərəkət  görürdü.  Zəkəriyya  Məryəmin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə