PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   68   69   70   71   72   73   74   75   ...   83

 
179 
SƏMAVİ KİTAB 
Zəkəriyyanın  oğlu  Yəhya  hələ  uĢaq  ikən  hamını  təəccübə  salırdı.  Ġnsan  ona 
baxdıqda  çöhrəsində  iman  nurunu  görürdü.  Onun  gözlərində  peyğəmbərlərin 
əzəmət və vüqarı parlayırdı.  
Bir gün uĢaqlar onun yanına gəlib, dedilər:  
-Gəl birgə oynayaq.  
O isə ədəblə cavab verdi: 
-Mən oynamaq üçün yaranmamıĢam.  
Həmin uĢaqlıq çağından çox Ģeyləri dərk edirdi: Məryəm möc`üzə uĢağı ilə nə 
üçün qaçdı? Niyə  yəhudilər cəhalət, nadanlıq və azğınlıqda qərq olublar? Niyə 
kafir romalılar onlara hakim olublar?  
Bütün bunlar ona görə idi ki, Bəni-Ġsrail haqq dindən uzaqlaĢmıĢdı.  
Çünki, onlar peyğəmbərlərə kafir olmuĢ və öz Ģəxsiyyətlərinə pərəstiĢə düçar 
olmuĢdular.  
Yəhya böyüyüb, igid bir cavana çevrildi. O, açıq-aĢkar deyirdi:  
«Kimin iki paltarı varsa, onların birini paltarı olmayana versin!  
Xörəyi olanlar aclara yemək versinlər!  
Heç kəsə zülm etməyin və heç kəsə böhtan atmayın!  
Allahın yolu aydın və düzdür. Ondan azmayın!»  
HERODİS 
O  zamanlar  ġamda  Romanın  Herodis  adlı  hakimi  hökmranlıq  edirdi.  O, 
bütpərəst və fasiq bir insan idi.  
Herodisin  qardaĢının  gözəl  bir  həyat  yoldaĢı  vardı.  Herodis  onu  zorla  özünə 
yoldaĢ  etmək  üçün  qardaĢından  aldı.  Heç  kəs  onun  bu  iĢinə  e`tiraz  etmədi. 
Yalnız Yəhya qəsb edən insana dedi: 
-Bu iĢ düzgün deyil! Sən belə bir iĢ görə bilməzsən!  
Yəhya sakit qalmadı. Herodisi pis iĢlərinə görə ittiham edərək ifĢa edirdi.  
Herodis  Allahın  peyğəmbərini  həbs  etmək  fərmanını  verdi.  Mə`murları  onu 
tutdular.  Onu  zindana  saldıqları  zaman  qorxmadı.  Heç  kəsə  kömək  üçün 
müraciət  etmədi.  O,  Ģücaətli  və  qəhrəman  bir  insan  idi.  Zindanda  da  fəryad 
edərək deyirdi: 
«Məndən sonra daha güclü birisi gələcəkdir. Onun dövründə rəhmət hər  yeri 
bürüyəcək.  Zanbaq  gülləri  çiçəklənəcək.  Kor  gözlər  iĢıqlanıb,  günəĢi  görəcək 
və kar qulaqlar eĢidəcəkdir.  
BAYRAM MƏCLİSİ 
Herodis  böyük  bir  bayram  məclisi  qurmuĢdu.  O  məclisdə  qadınlar  rəqs  edir, 
kiĢilər  Ģərab  içirdilər.  Kasıb  və  yoxsul  insanlar  sarayın  bayırında  acından  ah-
nalə edirdilər. Onlar zülm altında əziyyət çəkir və soyuqdan titrəyirdilər.  
Məhrum və yoxsul camaat çılpaq idi. Onların bədənlərini örtmək üçün heç bir 
paltarları  yox  idi.  Amma,  hakim  Herodis  əyninə  ipək  paltar  geyinmiĢ,  qızıl, 
gümüĢ və qiymətli bəzək daĢları ilə bəzənmiĢ taxt üzərində oturmuĢdu.  
Zindanın divarları arxasından isə Yəhyanın səsi ucalırdı:  


 
180 
-Ey Herodis! Ey zalım! Ey iĢğalçı! Ərli bir qadınla evlənmək sənə halal deyil.  
Bayram salonu cavan qız və kiĢilərlə dolu idi. Avaz və musiqi səsi ucalırdı.  
Herodis taxt üzərində oturmuĢdu. Yeni həyat yoldaĢı onun yanında idi. Onun 
gözlərindən hiylə, fəsad və Ģər qığılcımları saçırdı.  
Herodis  uzun  müddət  saxlanmıĢ  Ģərab  camlarını  baĢına  çəkirdi.  Bu  zaman 
saraya rəngli ipək paltarları ilə öyünən gözəl bir qız daxil oldu.  
Birdən Herodis ayağa qalxdı. O, yeni yoldaĢına müracit edərək dedi: 
-Qızın çox gözəldir.  
O qadın hiyləgərliklə dedi: 
-Qızım Salumi sənin üçün rəqs edəcəkdir.  
Hakim məst halda dedi: 
-Mənim üçün?  
-Hə, sənin üçün.  
Salumi yaxınlaĢdı. ĠĢvə və nazla dedi: 
-Mən sənin üçün rəqs edəcəyəm.  
Hakim qıĢqırdı: 
-Məmləkətimin yarısını sənə bağıĢlayıram.  
-Yox. Mən nə qədər istəsəm.  
-Nə qədər istəsən sənə verəcəyəm.  
Salumi çılpaq ayaqları ilə oynamağa baĢladı.  
-Herodis ona vurulmuĢdu. O, Ģərab camlarını baĢına çəkirdi.  
Yəhudi qadın dedi: 
-Salumini sənə verirəm.  
Herodis Ģadlıqdan dəli olmuĢdu.  
Salumi yaxınlaĢdı. O dedi: 
-Nəyi mən istəsəm?  
Herodis ona vurğunluqla qıĢqırdı:  
-Nə istəyirsən de! Məmləkətimin yarısını sənə bağıĢlayıram.  
Salumi əf`i ilan kimi burula-burula oynadığı halda dedi: 
-Mən Yəhyanın baĢını istəyirəm: Zəkəriyya oğlu Yəhyanın.  
-Yox! Yox! BaĢqa nə istəyirsən istə. Tax-tacımı sənə verərəm.  
Anası fəsad və Ģərlə dedi: 
-Yəhya sənə Salumi ilə evlənməyə icazə verməyəcək.  
-Yəhya mənim səadətimin qarĢısını alacaq?  
-Hə! Yəhya.  
Salumi dedi:  
-Ġstəyirəm mənim üçün qızıl bir teĢtdə Yəhyanın baĢını gətirəsən.  
Herodis  əl  çalır  və  Ģadlıq  edirdi.  Gözləri  Ģərlə  qaynayırdı.  Avaz  və  musiqi 
dayandı.  
Herodis qıĢqırdı: 
-O məhbusu mənim yanıma gətirin! Yəhyanı bura gətirin!  
Balaca  qızlar  salondan  qaçdılar.  Bayram  salonu  dəhĢətli  bir  məhkəməyə 
çevrildi.  


 
181 
Mə`murlar  Yəhyanı  gətirdilər.  Onu  zəncirlə  bağlamıĢdılar.  Çöhrəsi  səmavi 
nurla parlayırdı. Ağ bulud parçası kimi iĢıq saçırdı.  
Herodis qıĢqırdı:  
-Mən bu qadınla evlənirəm. Mən bu məmləkətin hökmranıyam.  
Yəhya qəzəblə buyurdu: 
-Belə bir iĢ sənin üçün halal deyil.  
Herodis qıĢqırdı:  
-Tezliklə bu qadının qızı ilə də evlənəcəyəm. Salumi ilə evlənəcəyəm.  
Yəhya qıĢqırdı: 
-Olmaz!  KiĢi  ərli  qadınla  evlənə  bilməz.  KiĢi  öz  qadınının  qızı  ilə  evlənə 
bilməz.  
Herodis kinlə qıĢqırdı: 
-BaĢını bədənindən ayıracağam ki, səsin kəsilsin.  
Yəhya elə qıĢqırdı ki, sarayın divarları lərzəyə düĢdü:  
-Sənin üçün halal deyil. Sənin icazən yoxdur.  
Herodis qıĢqırdı:  
-Cəllad, cəld onun boynunu vur!  
Beləliklə  zülm  qılıncı  Allahın  peyğəmbərinin  baĢını  kəsmək  üçün  havaya 
qalxdı.  DəhĢətli  bir  hadisə  baĢ  verdi:  Yəhyanın  baĢı  mərmər  daĢlar  üstündə 
dığırlandı. Amma, hələ də ondan səs eĢidilirdi: 
-Sənin üçün halal deyil. Sənin üçün halal deyil. Sənin üçün ha lal de yil... 
Herodis  qorxdu. Üzünü  adamlarına tutub,  məĢ`əlləri  söndürmələrini  və onun 
yanına gəlmələrini əmr etdi.  
Yəhya Ģəhid oldu. Amma, sözləri hələ də sarayın içində və Ģəhərdə eĢidilirdi.  
Yəhya  özündən  sonra  gələcək  peyğəmbərlər  barəsində  xəbər  vermiĢdi.  O, 
həzrət  Ġsanın  peyğəmbərliyini  təsdiq  edən  və  onun  gəlməsini  xəbər  verən  ilk 
insan idi.  
Allah-təala Qur`anda buyurmuĢdur: 
«Salam  olsun  ona  (Yəhyaya),  doğulduğu,  dünyadan  getdiyi  və  diriləcəyi 
gün». 
Həzrət Məhəmməd peyğəmbər (s) bu barədə buyurmuĢdur: 
«Qiyamət  günü  heç  kəs  Allahla  günahsız  halda  görüĢməyəcəkdir,  Zəkəriyya 
oğlu Yəhyadan baĢqa».  
Həmçinin buyurmuĢdur: 
«Zəkəriyya  oğlu  Yəhyadan  baĢqa,  Adəmin  övladları  arasında  günah  və  ya 
günah fikri etməyən bir kəs yoxdur».  
Həzrət  Ġsa  Məsih  Yəhyanın  Ģəhid  olmasını  eĢitdikdə  çox  qəmgin  olub 
buyurdu: 
«Zəkəriyya oğlu Yəhyadan üstün bir kəs anasından doğulmamıĢdır».  
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə