PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   69   70   71   72   73   74   75   76   ...   83

 
182 
 
MƏSİHİN QAYIDIŞI 
Herodis  öldü.  Amma,  fəsad  və  Ģər  iĢləri  hələ  də  davam  edirdi.  Yəhudilər 
azğınlıq içində idilər.  
Məryəm oğlu Ġsa Fələstinə qayıtmaq qərarına gəldi. O, əziz anası ilə birgə bu 
gün Nasirə adlanan Əl-cəlil dağlıq məntəqəsində bir kənddə sakin oldu. Orada 
vəhy mələyi ona nazil olub, ilahi risalətin təbliğinə fərman verdi.  
Sonrakı hissədə Ġsanın baĢına gələn hadisələrlə tanıĢ olacağıq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
183 
 
ALLAHIN RUHU  
HƏZRƏT İSANIN ƏHVALATI 
O,  Beytül-müqəddəsdə  mə`bəddə  oturmuĢdu.  Ömründən  otuz  il  keçirdi. 
Hündür,  arıq,  ayaq  yalın  idi.  Yun  köynək  geyinmiĢdi.  Öz  ümmətinin  taleyi 
barəsində fikirləĢirdi.  
Ġbadətgahdan  çıxıb,  təpələrə  doğru  getdi.  Çobanlar  öz  qoyunlarını  otlaqdan 
qaytarırdılar.  GünəĢ  qüruba  yaxınlaĢmıĢdı.  Məsih  Bəni-Ġsrail  barəsində 
fikirləĢir və öz-özünə deyirdi: 
“Yollarını azan bu insanları necə yola gətirə bilərəm?”  
GünəĢ  batdı.  Çobanlar  evlərinə,  qoyunlar  tövlələrinə,  quĢlar  yuvalarına, 
uĢaqlar  analarının  qucaqlarına  qayıtdılar.  Amma,  Məsih  qayıtmadı.  Niyə? 
Çünki, onun evi yox idi.  
O,  çöllərdə  yatırdı.  Qar  və  yağıĢ  yağdıqda  dağların  mağaralarına  gedirdi. 
Acdıqda yerdə bitən ot və ələflərdən yeyib, özünü doyururdu.  
Beləliklə,  Məsih  azad  və  tərki-dünya  idi.  Allahdan  baĢqa  heç  kəsdən 
qorxmurdu.  O,  baĢı  uca  yaĢayırdı.  Çünki,  bu  dünyanın  heç  bir  Ģeyinə  bağlı 
deyildi.  
Gecə çatdı. Yatmaq vaxtı gəldi. Ġsa bir daĢı baĢının altına qoydu və yatdı. O, 
böyük səmaya, ulduzla dolu asimana baxırdı.  
Birdən bir mələk zahir oldu. Nuru hər yeri doldurmuĢdu. Mələk dedi: 
-Allah sənə risaləti təbliğ etməyə fərman verir.  
Məsih Allahın fərmanını icra etmək  üçün ayağa  qalxdı. Müqəddəs ruh onun 
köməyi idi. Allah onunla və onun yardımçısı idi.  
SƏMAVİ E`LAN 
Bazar insan kütləsi ilə dalğalanırdı. Ġsa səmavi xəbəri e`lan etmək üçün orada 
dayandı. O, Ģücaətlə e`lan etdi:  
-Ey Bəni-Ġsrail! Mən Allahın sizə göndərdiyi elçisiyəm. Məndən qabaq gələn 
kitabı  təsdiq  edir  və  məndən  sonra  gələcək  Əhməd  adlı  peyğəmbər  barəsində 
sizə Ģad xəbər verirəm.  
O  zaman  Fontius  Flatus  Fələstinin  hakimi  idi.  Orada  hökumət  padĢahlıq  idi. 
O,  vilayət  hakimlərini  mə`mur  etmiĢdi  ki,  böyük  imperiyanın  təhlükəsizlik  və 
asayiĢinə  xələl  gəlmədən,  onlara  tabe  olan  Ģəhərlərdəki  insanların  istək  və 
çətinliklərini həll etsinlər.  
Hakim, Ģəhərlərində baĢ verən hadisələri yaxından izləyirdi. Bir gün ölkəsinin 
vəziyyəti barəsində ona bir mə`lumat verdilər. Ona dedilər ki, Ġsa adlı bir cavan 
Allahın  elçisi  olduğunu  iddia  edir.  Ġnsanları  Allahın  verdiyi  və  ruhun 
bulaĢmasına səbəb olan Ģeylərdən uzaq olan fitrətlərinə qayıtmağa də`vət edir.  
Yəhudi  keĢiĢlər  Məsihin  də`vətindən  narahat  olan  ilk  insanlar  idilər.  Niyə? 
Çünki,  Məsih  insanları  kasıb  və  yoxsullara  qayğıkeĢliyə,  acları  doyurmağa 
də`vət  edirdi.  Çünki,  Məsih  buyururdu:  «KeĢiĢlər  Tövratı  dəyiĢiblər».  Çünki, 
keĢiĢlər məhrum insanları aldadır, onların mallarını nəzir adı ilə alırdılar.  


 
184 
O  dövrdə  yəhudilərin  bə`ziləri qiyamət  gününə  və  ölümdən sonrakı  yaĢayıĢa 
inanmırdılar. Hesab, cəza və savaba imanları yox idi. Amma, onu açıq surətdə 
və  pərdəsiz  demirdilər.  Onlar  zahirdə  özlərini  dindar  göstərir,  amma, 
ürəklərində azğın idilər. Zahirdə imanlı olduqlarını göstərir, lakin, öz küfrlərini 
gizlədirdilər.  
QARŞIDURMA VƏ KEŞMƏKEŞ 
KeĢiĢlər  Ġsa  əleyhinə  öz  mübarizələrinə  baĢladılar.  Onlar  Ģayiə  yaymaqla 
həzrəti kafir olmasında ittiham edirdilər.  
Qəzəblə fəryad edib, deyirdilər:  
-Əgər o peyğəmbərdirsə, bəs mö`cüzəsi hardadır? Musanın çoxlu mö`cüzələri 
var idi. Amma, Ġsa heç bir mö`cüzə gətirməmiĢdir.  
Məryəm barəsində də pis sözlər deyirdilər. Pak qəlbli və iffətli olduğu halda, 
onu pis töhmətlərlə ittiham edirdilər.  
Ġsa  Bəni-Ġsraili  maddi-maraqların  əsarətindən  qurtarmaq  üçün  mə’nəviyyata 
də`vət edirdi.  
Onların biri dedi: 
-Ruh bizim damarlarımızda axan qanlardır.  
Məryəm oğlu Ġsa buyurdu: 
-Ruh Allahın yaratdığıdır.  
Onlar deyirdilər: 
-Ey Ġsa! Biz sənin nə dediyini anlamırıq.  
Məsih əyildi. Bir ovuc palçıq götürdü və dedi: 
-Bunlar nədir?  
Bir ovuc palçıqdır.  
-Onda ruh varmı?  
-Yox.  
-Ġndi mən bu palçıqdan bir quĢ düzəldəcəyəm. Ona üfürdükdə Allahın izni ilə 
bir quĢa çevriləcəkdir.  
Onlar təəccüblə dedilər: 
-Məqsədin nədir?  
-Məqsədim  budur  ki,  mən  ona  üfürüb,  Allahın  izni  ilə  onu  quĢa  çevirə 
bilərəm. Çünki, həyat bağıĢlayan Allahdır. O hər bir iĢə qadirdir.  
O  anda  Ġsa  bir  ovuc  palçıqdan  quĢa  oxĢar  bir  qəlib  düzəltdi.  Qəlib 
tamamlandı.  Həzrət  o  palçıq  qəlibə  üfürdü.  Birdən  bir  ovuc  palçıq  ağ  bir 
göyərçinə çevrildi. Qanad çaldı və mavi səmada uçmağa baĢladı.  
Məsihin vücudu qüdrətli Allah və yaradıb təsvir edən Xaliq qarĢısında tə`zim 
etdi.  
HƏVARİLƏR 
Görəsən  Bəni-Ġsrail  Ġsaya  iman  gətirdimi?  Onlar  Allaha  təslim  oldularmı? 
Yox.  KeĢiĢlərin  kinləri  daha  da  artdı.  Onlar  sadəlövh  insanlar  arasında  Ģayiə 
yayır və Ġsanı kafir bir cavan adlandırırdılar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə