PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   64   65   66   67   68   69   70   71   ...   83

 
167 
Ulaq  yaĢıl  əkin  sahələrinin  arasından  keçərək  torpaq  bir  yola  çatdı.  O  yol 
dağılmıĢ  bir  Ģəhərin  və  qədim  qəbirlərin  xarabalıqlarından  keçirdi.  GünəĢ 
qalxmıĢ  və  onun  yandırıcı  Ģüası  yayılmıĢdı.  ġəhərin  xarabalıqları,  dağılmıĢ 
evlər və o tərəf bu tərəfə səpələnmiĢ daĢlar göründü. BaĢqa bir tərəfdə dağılmıĢ 
bir qəbristanlıq və bir qədər çürümüĢ sümük gözə dəyirdi.  
Üzeyir  ulağından  düĢdü,  bir  çöl  ağacının  kölgəsində  oturdu.  O,  ac  idi. 
YorulmuĢdu.  Xurcunundan  bir  qədər  çörək  və  bir  az  üzüm  çıxartdı.  Üzüm 
salxımının  suyunu  kiçik  bir  qaba  tökdü.  Kiçik  çörək  tikələrini  də  ora  tökdü. 
Rahat yeyə bilsin deyə bir az islanmalarını gözlədi.  
O,  qəbiristanlığa,  Ģəhərin  dağıntılarına  və  çürümüĢ  sümüklərə  baxır  və  öz-
özünə deyirdi: «Bunların ölümündən on illər keçib, çoxlu külək və tufanlar bu 
xarabalıqlara və qəbirlərə əsib. Yay fəslində günəĢin yandırıcı Ģüası, qıĢda yağıĢ 
və  qar  bunların  daha  da  artıq  dağılmasına  səbəb  olmuĢdur.  Görəsən  yüz  illər 
öncə ölmüĢ bu insanlar bir daha necə diriləcəklər».  
Üzeyir  öz-özünə  bu  sözləri  deyirdi.  Allahın  qüdrəti  onun  qəlbini  və  ruhunu 
doldurmuĢdu: «Allah, öləndən sonra yenidən bunları necə dirildəcəkdir?»  
Üzeyir  yuxusuzluq  hiss  etdi.  Kirpikləri  ağırlaĢdı.  Xörək  yeməmiĢdən  qabaq 
gözlərini yumub yatdı.  
Onun  ulağı  da  bir  qədər  ot  yedi  və  yuxuya  getdi.  Çox  qəribə  bir  hadisə  baĢ 
verdi:  Üzeyir  oyanmadı.  Gecə  çatdı.  Üzeyir  hələ  də  yuxuda  idi.  O,  əslində 
dünyadan köçmüĢdü. Ulağı da öldü.  
GÜNLƏR ÖTÜR 
Günlər  və  həftələr  ötdü.  Üzeyir  öz  Ģəhərinə  qayıtmadı.  Oğlanları  onu 
axtarmağa baĢladılar. Amma, heç kəs onu tapa bilmədi. Bağa getdilər. Heç bir 
faydası olmadı. Hər halda zamanın ötməsi ilə camaat Üzeyiri unutdular. Ondan 
sonra daha heç kəs onu xatırlamırdı.  
Aylar-illər keçdi. Üzeyir öz yerində o ağacın kölgəsində dünyadan getmiĢ və 
ulağı da ölmüĢdü.  
Onun  ulağının  yalnız  bir  skeleti  qalmıĢdı.  Sümükləri  çürümüĢ,  onun  bir 
hissəsi  torpağa  çevrilmiĢdi.  Amma,  qəribə  bu  idi  ki,  üzümün  suyu  eləcə  təzə 
qalmıĢdı və on illər keçməsinə baxmayaraq dəyiĢilməmiĢdi.  
Üzeyirin  övladları  dünyadan  köçdülər.  Onun  nəvələri  böyüdü.  Üzeyirin 
itməsindən yüz il ötdü.  
Üzeyiri tanıyan adamlardan yalnız yaĢlı, qoca bir qarı qalmıĢdı. O Üzeyir itən 
vaxt iyirmi yaĢında idi. Amma, indi onun ömründən yüz iyirmi il keçirdi.  
RUHUN QAYITMASI 
Bir  gün  göydə  buludlar  toplaĢdılar.  Göy  guruldamağa,  ildırım  çaxmağa 
baĢladı.  YağıĢ  yağdı.  Allahın  öz  bəndələri  üçün  rəhmət  seçdiyi  həmin  anda 
Cəbrayıl  o  ağacın  yanına,  o  Ģəhərin  və  köhnə  qəbiristanlığın  xarabalıqları 
arasına endi.  
Üzeyirin  ruhu  onun  bədəninə  qayıtdı.  Oyandı.  Yenidən  -  yüz  il  keçdikdən 
sonra nəfəs almağa baĢladı.  


 
168 
Üzeyir  yuxudan  oyandı.  Ora  iĢıqla  dolmuĢdu.  Bir  mələyin  səsi  eĢidilirdi.  O 
deyirdi: 
-Ey Üzeyir, nə qədər yatıbsan?  
Üzeyir gözlərini ovduğu halda dedi: 
-Ya bir gün, ya da ondan bir qədər az.  
Mələk dedi: 
-Yox sən yüz il yatmısan.  
-Yüz il?!  
-Bəli. Allah iradə edib ki, sənə həyat və yaĢayıĢı qaytarsın. O səni qiyamət və 
qayıdıĢ gününü qəbul etməyənlər üçün bir niĢanə etmək istəyir.  
Ey  Üzeyir!  Yeməyinə  bax!  On  illər  keçməsinə  baxmayaraq  hələ  də  xarab 
olmamıĢdır.  
Ey Üzeyir! Bədənin eləcə öz halında qalmıĢdır və dəyiĢilməmiĢdir. Həqiqətən 
Allah onu qorumuĢdur. 
Daha sonra o mələk Üzeyirə dedi: 
-Ulağına bax! 
Üzeyir  ulağına  baxdı.  Gördü  ki,  çürümüĢ  sümüklərə  çevrilmiĢ  və  onun  bir 
hissəsi torpağa qarıĢmıĢdır.  
-Ey Üzeyir! YaxĢı bax! Ġndi Allah-təala sənin ulağını həyata qaytaracaqdır.  
Üzeyir  təəccüblə  macəraya  baxırdı.  Gördü  ki,  çürümüĢ  sümüklər  yenidən 
toplaĢdı. Ulağın böyük bir skeleti təĢkil olundu və sonra sümüklər üzərində ətlər 
bitdi.  Onda  damarlar  göründü.  Sonra  dəri  əmələ  gəldi.  Tükləri  əvvəlki  halına 
qayıtdı. Bir neçə an bundan əvvəl ölü olan ulaq yenidən nəfəs almağa baĢladı.  
Birdən ulağ yerindən qalxdı. O hündür səslə anqırıb, ot axtarmağa getdi.  
Üzeyir ürəyinin dərinliklərində fəryad etdi:  
«Allahu Əkbər! Bilirəm ki, Allah bütün iĢlərə qadirdir».  
Hər Ģey Allahın  əmri ilədir. Allah hər Ģeyə qadir və bacarıqlıdır. Dirildir və 
öldürür.  O  Həzrət  təvazö  və  tə`zim  halında  namaz  və  ibadətə  baĢladı.  Allaha 
olan  eĢq  və  məhəbbət  və  onun  görüĢünə  olan  həvəslə  ağlayırdı.  Üzeyir 
yeməyindən  bir  neçə  tikə  yedi.  O  həmin  hadisənin  güclü  tə`siri  altına 
düĢmüĢdü.  Bütün  bu  illər  ərzində  yeməyin  dadı  əsla  dəyiĢilməmiĢdi.  Üzümün 
suyu  bir  neçə  saat  isti  bir  yerdə  qaldıqda  dadı  dəyiĢildiyi  halda,  zamanın 
gərdiĢindən bir əsr keçməsinə baxmayaraq hələ də təzə qalmıĢdı.  
QAYIDIŞ 
Üzeyir ayağa qalxdı. Ulağına minib, öz Ģəhərinə tərəf yollandı.  
Heç Ģübhəsiz, ulaq nə baĢ verdiyini bilmirdi. Ona görə də Ģəhərə gedən  yolu 
unutmamıĢdı.  
ġəhər  uzaqdan  göründü.  Amma,  Üzeyir  fikirləĢdi  ki,  bu,  baĢqa  bir  Ģəhərdir. 
Burada hər Ģey dəyiĢilmiĢdir; insanların xarici görkəmi, paltarları və evləri.  
Üzeyirin getməli olduğu ev yox idi.  
Üzeyirin  macərası  bir  dastana  çevrilmiĢdi.  Atalar  onu  öz  övladları  üçün 
danıĢırdılar:  


 
169 
«Pak  və  təqvalı  peyğəmbər  olan  Üzeyir  isti  bir  gündə  öz  bağına  tərəf  getdi. 
Amma,  daha  qayıtmadı.  Heç  kəsin  ondan  xəbəri  yoxdur.  Elə  bil  yer  onu 
udmuĢdur. Tövratı bilən yalnız Üzeyir idi. Tövrat aradan getmiĢdi. Üzeyir onu 
yenidən topladı. Əsil Tövratın Allahın Musaya nazil etdiyi formada olan yeganə 
nüsxəsi Üzeyirdə idi.»  
Üzeyir Ģəhərin ortasında dayanıb, dedi: 
-Ey həmyerlilər! Mən Üzeyirəm; Yüz il bundan öncə itən Üzeyir.  
ġəhərin  camaatı  ora  toplaĢdı.  Vüqar  və  əzəmətli  və  nurani  simalı  bir  kiĢi 
gördülər; əlli yaĢlı bir kiĢi.  
Bə`ziləri  məsxərəyə  baĢladılar.  Onlar  güman  etdilər  ki,  bu  kiĢi  dəlidir.  Öz-
özlərinə dedilər:  «Hətta  əgər Üzeyir də olsa, gərək  yüz əlli  yaĢlı bir qoca ola. 
Amma, bu kiĢi orta yaĢlı və əlli yaĢında bir insandır.  
Üzeyir buyurdu: 
-Məni evimə və övladlarımın yanına aparın! 
Onların biri dedi: 
-Üzeyirin övladları uzun illər bundan qabaq dünyadan köçmüĢlər.  
Üzeyir buyurdu: 
-Nəvələrim necə? Məni onların evinə aparın.  
Ömründən yetmiĢ il keçmiĢ bir kiĢi dedi: 
-Üzeyirin nəvələrindən biri qalır. Onun səksən yaĢı vardır.  
Üzeyir buyurdu: 
-Məni onun yanına aparın.  
Baba  ilə  nəvə  bir-birlərini  gördükdə  hər  ikisinin  üzündə  heyrət  və  təəccüb 
cizgiləri göründü.  
Nəvəsi dedi: 
-Siz necə mənim babamsınız ki, məndən çox kiçiksiniz.  
Üzeyir buyurdu: 
-Bu, Allahın bir mö`cüzəsidir. Allah bizə anlatmaq istəyir ki, insanı yaratmıĢ 
Allah, dünyadan köçdükdən və sümüyə çevrildikdən sonra yenidən onu dirildə 
bilər.  
Üzeyir nəvəsinin evində qaldı. O, öz həyəcanlı sərgüzəĢtini onlara danıĢdı.  
Özünün  Ģəhərin  çölündə  olan  bağ  və  bostanına  getməsindən,  üzümlə 
doldurduğu  iki  səbətdən,  Ģəhərin  qədim  xarabalıqlarından  keçməsindən,  necə 
üzümün  suyunu  çıxarmasından,  necə  yatmasından,  yuxunun  yüz  ilə  qədər 
uzanmasından,  o  və  ulağı  öldükdən  sonra  Allah-təalanın  onları  diriltməsindən 
və onları bütün insanlar üçün mö`cüzə və niĢanə etməsindən söhbət açdı.  
Həmin zaman yüz iyirmi yaĢlı qoca bir qarı gəldi. O, Üzeyiri tanıyan yeganə 
insan idi. Üzeyirin itdiyi gün o iyirmi yaĢında idi. O, əsanın köməyilə gəldi və 
dedi: 
-Üzeyirdən dəm vuran bu Ģəxs kimdir? Halbuki, camaat onu unudublar.  
Qoca qarı Üzeyirin sözlərini eĢitdikdə onun səsini yadına saldı. Amma, uzun 
illər nəticəsində kor olduğundan üzünü görmürdü. Ona görə də dedi: 
-Əgər gözlərim görsəydi bu kiĢini tanıyardım.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə