PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   62   63   64   65   66   67   68   69   ...   83

 
161 
Amma, hədiyyələri qəbul etməsəydi, mə`nası bu idi ki, o, padĢah deyildir. O 
həqiqətən  peyğəmbərdir.  Peyğəmbərlər  tərəfindən  isə  heç  bir  qorxu  yoxdur. 
Çünki, onlar heç kəsə zülm etməzlər.  
Bilqeys hey`əti göndərən zaman belə düĢünürdü.  
DÖYÜŞLƏ HƏDƏLƏMƏK 
Atlılardan təĢkil olunmuĢ Səba hey`əti yetiĢdi. Onlar Süleyman üçün qiymətli 
hədiyyələr  gətirmiĢdilər.  Allahın  peyğəmbəri  olan  Süleyman  hökmranlığının 
ilahi  bir  hakimiyyət  olduğunu  baĢa  salmaq  üçün  və  Səba  ölkəsindən 
üstünlüyünü bildirmək üçün çox qəribə bir təntənə ilə onları qarĢıladı.  
O  hey`ət  orada  durmuĢ  Ģir  və  pələngləri  gördükdə  az  qaldı  ki,  ağılları 
baĢlarından  çıxsın.  Onlar  o  həzrətin  yaxınlığında  sıra  və  səliqə  ilə  uçuĢan 
quĢları görür və diqqətlə Süleymanın əsgərlərinə baxırdılar.  
O həzrət taxtın üzərində oturmuĢdu. Bütün padĢahlıq əzəmət və cəlalı ilə belə 
təvazökar bir insan idi. Onun gözlərindən məhəbbət və iman yağırdı.  
Hey`ət  üzvləri  hədiyyələri  təqdim  etmək  üçün  qabağa  gəldilər.  Amma,  öz 
hədiyyələrindən  xəcalət  çəkdilər.  Çünki,  bu  hədiyyələr  Süleymanın  böyük 
hökuməti qarĢısında çox dəyərsiz bir Ģey idi.  
Burada heç kəsin gözləmədiyi bir hadisə baĢ verdi.  
Süleyman  onların  hədiyyələrini  qəbul  etmədi.  Çünki,  hədiyyə  iki  ölkə 
arasında münasib əlaqə yaratmaq üçün deyildi. O daha çox rüĢvətə bənzəyirdi. 
Onlar bunun vasitəsilə Süleymanı sakitləĢdirmək və öz adət-ənənələri barəsində 
onu razı salmaq istəyirdi.  
Süleyman narahat olaraq buyurdu: 
-Mənə hədiyyə ilə köməkmi edirsiniz? Allahın mənə bəxĢ etdikləri sizə bəxĢ 
etdiklərindən daha yaxĢı və daha üstündür. Yalnız sizlər belə dəyərsiz Ģeylərlə 
sevinirsiniz.  
Sonra Süleyman o hey`ətin baĢçısına buyurdu: 
-Onların  yanına  qayıt  və  bildir  ki,  qarĢısında  müqavimət  göstərə 
bilməyəcəkləri  bir  ordu  ilə  onlara  tərəf  gəlirik.  Onları  xar  və  zəlil  edib, 
torpaqlarından çıxaracağıq.  
Süleymanın sözləri döyüĢlə hədələmək idi. O, Səba camaatından qızıl-gümüĢ 
istəmirdi. Ġstəyi yalnız yeganə Allaha iman gətirmək idi. O, qızıl və mal-dövlət 
həvəsində olan bir padĢah deyildi. O, Allahın peyğəmbəri idi. Ġnsanların xeyrini 
istəyən  bir  peyğəmbər  idi.  O  istəyirdi  ki,  camaat  Allaha  iman  gətirib, 
bütpərəstlikdən əl çəksinlər.  
Allah  insanı  yaratmaqla  ona  izzət  bağıĢlamıĢdı.  Elə  isə  nə  üçün  insan  daĢa 
ibadət,  bütə,  günəĢə  və  aya  səcdə  etməlidir.  Halbuki,  Allahın  yanında  insanın 
məqamı  digər  məxluqlarından  məqamından  ucadır.  Allah  insanın  azad 
yaĢamasını və ondan baĢqa heç kəsdən qorxmamasını istəyir.  
Süleyman  o  hey`ətlə  belə  danıĢdı.  Onlar  Süleymanın  əzəməti,  onun  böyük 
hakimiyyəti,  təvazökarlığı  və  Allah  üçün  səcdəsi  qarĢısında  mat-məəttəl 
qalmıĢdılar.  


 
162 
BİLQEYSİN QƏRARI 
O  hey`ət  Yəmənə  qayıtdı.  Onlar  özlərinin  dünyanın  ən  böyük  ölkəsinə  və 
zamanın  ən  böyük  padĢahının  yanına  etdikləri  səfər  barəsində  Bilqeysə 
mə`lumat verdilər.  
Bilqeys  fikirləĢdi  ki,  əgər  öz  qərarında  dayanıb,  inadkarlıq  göstərsə  mütləq 
döyüĢ baĢ verəcəkdir. O öz-özünə dedi: 
«Süleyman padĢah deyil. O peyğəmbərdir. Özüm Ģəxsən ora gedəcəyəm».  
Bilqeys  fikirləĢdi  ki,  gedib  orada  baĢ  verənləri  yaxından  görsün.  Bəlkə 
Ģimaldakı  o  ölkə  ilə  münasib  əlaqələr  qura  bilər  və  bununla  da  iki  ölkə 
arasındaki döyüĢ və müharibə baĢ verməz.  
Ona görə Süleymanın ölkəsinə səfər etmək istədiyini bildirdi.  
Səbada  dövlət  iĢçilərinin  çoxu  padĢahı  belə  qərara  gəlməkdən  çəkindirdilər. 
Amma, heç bir faydası olmadı.  
Bilqeys  qorxmaz  və  ağıllı  bir  qadın  idi.  O,  məsələ  barəsində  çox  fikirləĢdi. 
Amma,  özü  Ģəxsən  ora  getməkdən  savayı  yaxĢı  bir  yol  tapmadı.  O,  sür`ətlə 
səfər tədarükünü gördü. Çoxlu əsgər və kənizlərin müĢayiəti ilə öz ölkəsindən 
çıxdı.  
Müdrik  peyğəmbər  olan  Süleyman  öz  dövlət  adamları  ilə  iclas  qurmuĢdu. 
Süleyman  Səba  padĢahının  Allah  dinini  qəbul  etməsi  və  onun  öz  faydasız 
əqidələrinə yenidən nəzər salması barədə fikirləĢirdi. O, bu məqsədinə çatmaq 
üçün  çox  qəribə  və  maraqlı  bir  qərar  qəbul  etdi:  Bilqeys  Fələstinə  çatmazdan 
qabaq onun taxtının Yəməndən gətirmək.  
İMAN QÜDRƏTİ 
Mö`minlərin,  cinlərin,  minlərlə  quĢ  və  yırtıcı  heyvanlarla  keçirdiyi  böyük 
iclasda Süleyman soruĢdu: 
-Səba padĢahının taxtını kim gətirə bilər?  
Bu iĢ asan deyildi. ġanapipik onu yerinə yetirə bilməzdi. Bir cin ayağa qalxdı 
və dedi: 
-Ey  peyğəmbər,  mən  yerinizdən  qalxmazdan  qabaq  taxtı  gətirərəm.  Hə,  siz 
yerinizdən qalxmazan əvvəl.  
Süleyman imanlı insanın üstünlük və fəzilətini göstərmək istədi. Ona görə də 
üzünü Asəf ibni Bərxiya adlı bir mö`min kiĢiyə tutub dedi: 
-Asəf, sizin fikriniz nədir?  
O dedi: 
-Mən də onu gətirə bilərəm.  
-Nə vaxta qədər?  
-Gözünüzü qırpmazdan əvvəl, bir anın içində.  
Ġradə və iman ruhunun toplaĢdığı bir anda.  
Hamı Asəf ibni Bərxiyanı tanıyırdılar. Onun imanına, xalisliyinə, Allaha olan 
məhəbbətinə və insansevərliyinə bələd idilər.  
Allah öz imanlı bəndəsinə lütf və ehsan edəndir. Bir hadisə baĢ verdi:   
Hamı  gördü  ki,  Səba  padĢahının  taxtı  böyük  qonaq  otağında  onların 
qarĢısındadır.  Taxt  çox  əzəmətli  idi.  Qara  taxtalar,  qızıl-gümüĢ  və  cəvahiratla 


 
163 
bəzədilmiĢdi.  Hər  bir  nöqtəsində  Yəmən  əqiqi  parlayırdı.  Tavanın  rəngli 
ĢüĢəsinin arxasından saçan günəĢ Ģüası onun gözəlliyini daha da artırırdı.  
Süleyman  Bilqeysin  taxtında  dəyiĢikliklər  aparmağı  əmr  etdi.  O,  Bilqeysi 
yoxlamaq istəyirdi. Görəsən o, bu hadisənin qarĢısında nə edəcəkdi?!  
GÖRÜŞ 
QuĢlar  xəbər  verdilər  ki,  Bilqeys  yaxınlaĢmıĢdır.  O,  bir  neçə  saatdan  sonra 
müqəddəs torpağa çatacaqdır.  
Qonaq otağına aid olan iĢlər sona çatmıĢ və saray bəzədilmiĢdi. Onun əzəmət 
və cəlalı daha daha da artmıĢdı.  
Səba padĢahının taxtı çoxlu zinətlərlə əhatə olunmuĢdu.  
Süleymanın  taxtı  padĢahın  qapısının  yaxınlığında  yerləĢirdi.  Bilqeys 
padĢahlıq sarayına daxil olarkən, orada bir dünya əzəmət və təntənə gördü.  
Salona  daxil  olduqda  gördü  ki,  Süleyman  öz  taxtı  üzərində  oturmuĢdur. 
Orada,  əsgərlərin  yanında  Ģir  və  quĢlar  da  gözə  dəyirdi.  Çox  maraqlı  bir 
cəmiyyət idi. Əsgərlərin biri Bilqeysin taxtına iĢarə edərək ona dedi: 
-Sənin taxtın belədirmi?  
PadĢahın  gözü  taxta  düĢdükdə  az  qaldı  qıĢqırsın  ki,  hə,  bu  onun  taxtıdır. 
Amma, bu məsələni necə deyə bilərdi?  
Cavab verməzdən qabaq fikirləĢdi və dedi: 
-Deyəsən odur, mənim taxtıma çox oxĢayır. Bəlkə də mənim taxtımın özüdür. 
Bilqeys anladı ki, Süleymanın peyğəmbərliyinin böyük və əzəmətli bir əlaməti 
qarĢısında qalmıĢdır. Amma, heç bir söz demədi.  
Ürəyi  imanla  doldu  və  Allaha  təslim  oldu.  Gördü  ki,  Süleyman  əxlaqi 
cəhətdən,  təvazökarlığı,  baxıĢı  və  namazda  hərəkətləri  baxımından  padĢahlara 
oxĢamır.  
Süleyman danıĢanda sözlərində istilik, məhəbbət və rahatlıq hiss olunurdu.  
ŞÜŞƏ HOVUZ 
QarĢılama  mərasimi  sona  çatdıqda  Bilqeysin  yoldaĢları  ona  dedilər  ki, 
Süleymanın, onun iqaməti üçün ayırdığı saraya getməlidirlər.  
PadĢah ora tərəf getdi.  Əsgərlər onu  əhatəyə  almıĢdılar. Gözətçilər qapıların 
ağzında dayandılar. Bilqeys böyük zala daxil oldu.  
Cavan  və  imanlı  qızlar  onu  müĢayət  edir  və  hörmət  əlaməti  olaraq  onun 
arxasınca  hərəkət  edirdilər.  Hələ  ayağını  zala  qoymamıĢ,  ona  aid  olan  otaqla 
zalın qapısı arasında böyük bir hovuz gördü. Güman etdi ki, su ilə dalğalanır.  
Ona görə də islanmasın deyə öz paltarını topladı. O, ayağını yavaĢca hovuzun 
içinə qoydu.  
Burda onu müĢayət edən cavan qızların biri gülümsündü və dedi: 
-Bu saf və Ģəffaf büllurdan düzəlmiĢ bir saraydır.  
Bilqeys  Süleymanın  əzəmət  və  hakimiyyətində  baĢqa  bir  əlamət  müĢahidə 
etdi. Nur in`ikası və büllurların  Ģəffaflığı elə idi ki, insan  onun  su  dalğasından 
hovuz olduğunu güman edirdi.  
Bilqeys dedi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə