PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   58   59   60   61   62   63   64   65   ...   83

 
150 
Əgər doğrudan da onu Allah seçibsə bəs əlamət və niĢanəsi hanı? 
Ərmiya peyğəmbər buyurdu: 
-Əlamət  və  niĢanəsi  budur  ki,  o,  Musa  və  Harunun  mirası  olan  müqəddəs 
sandığı sizin üçün gətirər.  
Dedilər: 
-Necə?  
Peyğəmbər buyurdu: 
-Səhraya gedin! Tezliklə onu öz gözlərinizlə görəcəksiniz.  
Bəni-Ġsrail  tayfası  səhraya  gedib,  o  həyəcanlı  səhnəni  gözləməyib  baĢladı. 
Ġntizar  anları  sona  çatdı.  Bəni-Ġsrail  mələklərin  nuru  ilə  əhatə  olunmuĢ 
müqəddəs  sandığa  gördü.  Müqəddəs  sandıq  sakitcə  yerə  endi.  Bəni-Ġsrail 
rahatlıq hiss etdi. Ürəkləri imanla doldu. Yenidən onlara tərəf qayıdan sandıq, 
indi  onların  izzət  və  iftixar  niĢanəsi  idi.  Beləliklə,  Talut  Bəni-Ġsrailin  padĢahı 
oldu. Qayda-qanun və intizam onların mühitinə hakim oldu.  
İMTAHAN 
Talut  e`lan  etdi  ki,  Allah  yolunda  mübarizə  və  cihad  etməyə  hazırdır.  Bəni-
Ġsrail gərək zalım Calutun əleyhinə döyüĢ üçün hazır olsun. Yenidən Bəni-Ġsrail 
bağladıqları əhd peymanı unutdular. Onlar Allahın peyğəmbərindən istəmiĢdilər 
ki,  Allah  onlar  üçün  padĢah  seçsin  və  onun  yanında  Allah  yolunda  mübarizə 
aparsınlar. Allah da dualarını qəbul etmiĢ və Talutu onlara padĢah göndərmiĢdi. 
Talut  Allah  yolunda  mübarizə  e`lan  edəndə  isə  Bəni-Ġsrail  öz  əhdini  unudub, 
peymanlarını  sındırdılar.  Çox  az  adam  onun  fərmanına  müsbət  cavab  verdi. 
Onlar  Allaha  iman  gətirmiĢ,  peyğəmbərinə  və  padĢahlarına  tabe  olmuĢdular. 
Amma, camaatın əksəriyyəti zillətli və xarlı yaĢayıĢı sevirdilər.  
Bütün  bunlarla  belə  Talut  və  mö`minlər  Bəni-Ġsraildən  bir  qoĢun  düzəldə 
bildilər. Talut e`lan etdi ki, sabah səhər ordu döyüĢə gedəcəkdir. 
GünəĢin doğması ilə əsgərlər hərəkətə hazır oldular. Onların ürəkləri ümidlə 
dolu idi və arxayın idilər ki, öz torpaq və diyarlarını geri alıb, kafirləri məğlub 
edəcəklər.  
Yolda Talut mühüm bir çıxıĢ etdi. O, əsgərlərə dedi: 
-Ey  əsgərlər!  Tezliklə  bir  çaya  çatacağıq.  Allah-təala  sizi  imtahana  çəkmək 
istəyir.  
Əsgərlərin biri soruĢdu: 
-Ey baĢçı! Nə imtahan?  
Talut dedi: 
-O çaydan su içməyin! Kim ondan içsə mənim ardıcılım deyildir. Amma, kim 
içməsə mənim tərəfdarımdır. Hər bir adam əli ilə yalnız bir ovuc su içə bilər.  
Ordu öz yoluna baĢladı və nəhayət gəlib, həmin çaya çatdılar. Əsgərlərin çoxu 
çaya  tərəf  qaçdılar. Bə`ziləri  yalnız bir  ovuc su içdilər  və bə`ziləri  isə özlərini 
çaya atdılar ki, nə qədər bacarırlar su içsinlər. 
Talutun  yanında  olanlar  su  içmədilər.  Onların  sayı  çox  az  idi.  Ordu  Talutun 
fərmanı ilə çaydan keçdi. Əsgərlər uzaqdan Calutun ordusunu müĢahidə etdilər.  


 
151 
Calut  nəhəng  bir  filə  minmiĢdi.  Onun  ardınca  münəzzəm  sıralarla  yüzlərlə 
əsgər  hərəkət  edirdi.  Calutun  qoĢunu  böyük  idi.  Onlar  ən  yaxĢı  silahlarla 
mücəhhəz olunmuĢdular.  
Calut  qorxaq  bir  insan  idi.  Əyninə  dəmir  zireh  geyinmiĢdi.  BaĢına  dəmir 
dəbilqə  qoyub,  özü  ilə  çoxlu  silah  götürmüĢdü.  Çayın  suyundan  içənlər 
qorxaraq dedilər: 
-Biz  bu  gün  Calutun  və  onun  ordusunun  qarĢısında  müqavimət  göstərə 
bilməyəcəyik. Amma, sudan içməyənlər arxayınlıqla dedilər: 
-Çoxlu az dəstələr vardır ki, Allahın fərmanı ilə çox olan dəstələrə və saysız-
hesabsız qoĢunlara qalib olurlar. Allah səbir edib, dözənlərlədir.  
Hamı bildi ki, çayın suyunu içmək vasitəsi ilə Allah onları imtahana çəkmək 
istəmiĢdir. Ġradəsi zəif olanlar sudan içdilər. Onların ruhiyyəsi zəiflədi.  Amma, 
güclü  iradəyə  malik  olanlar  su  içməkdən  çəkindilər.  Bu  dəstə  güclü  iradəyə, 
möhkəm imana və yüksək ruhiyyəyə malik idilər.  
Ġki ordu bir-birinin qarĢısında durdu. Calut tezliklə Talutun ordusunu məğlub 
edəcəyinə inanırdı. Lakin, görək hansı hadisə baĢ verdi?  
QƏLƏBƏ DAŞI 
Beyt-ləhm  Ģəhərində  dörd  övladı  olan  qoca  bir  kiĢi  yaĢayırdı.  Talut  Allah 
yolunda  cihad  e`lan  etdikdə  o  qoca  kiĢi  üç  böyük  oğlunu  döyüĢə  göndərdi  və 
kiçik oğluna dedi: 
-Ey Davud! Sən mənim yanımda qalacaqsan.  
Davud dedi: 
-Atacan! Mən də Allah yolunda cihad etmək istəyirəm.  
Atası dedi: 
-Sən hələ döyüĢ meydanına getmək üçün hazır deyilsən. QardaĢlarına  yemək 
aparmaq iĢini sənə tapĢırıram. Həm də döyüĢün vəziyyəti barədə bizə mə`lumat 
verərsən.  
Davud  bu  sözə  sevindi.  Çünki,  bu  zaman  o,  döyüĢ  meydanını  yaxından 
görəcəkdi.  Ona  görə  də  Allaha  Ģükr  edərək  Talutun  qoĢunlarının  ardınca  yola 
düĢdü.  
MUSANIN ZİREHİ  
Allah-təala Taluta vəhy etdi ki, Musanın zirehini əyninə geyinən insan Calutu 
qətlə  yetirəcəkdir.  Talut  bunu  e`lan  etdi.  Əsgərlərin  çoxu  gəlib,  Musanın 
zirehini  əyinlərinə  geyindilər.  Amma,  zireh  onların  heç  birinin  əyninə  olmadı. 
Bu vaxt cavan Davud onların yanına çatdı.  
Talutun  baĢçılıq  etdiyi  iman  ordusu  Calutun  baĢçılıq  etdiyi  küfr  ordusu  ilə 
qarĢı-qarĢıya durmuĢdu. Calut öz qüvvəsi ilə öyünürdü. Çünki, o, çox pəhləvanı 
həlak  etmiĢdi.  Ġndi  yenə  də  mübariz  rəqib  istəyirdi.  Amma,  heç  kəs  onunla 
döyüĢmək üçün meydana getmirdi.  
Davud soruĢdu: 
-Calut kimdir?  
Əsgərlərin biri dedi: 


 
152 
-Ora bax!  
Davud  uca  boylu  bir  kiĢi  gördü.  O  kiĢi  əyninə  zireh  paltar  geyinib,  baĢına 
dəbilqə  qoymuĢdu.  Öz  üzünü  tamamilə  örtmüĢdü.  Yalnız  gözləri  görünürdü. 
Əlində nizə və qılınc var idi. Davud dedi: 
-Əgər Talut döyüĢdə iĢtirak etmək icazəsini versə kafir Calutu məhv edərəm.  
QoĢun adamlarının bə`ziləri ona gülüb, dedilər: 
Necə?!  Sən  onu  öldürərsən?!  Sənin  əlində  heç  silahın  yoxdur.  Məgər  sənin 
kimi bir yeniyetmə, pəhləvan Calutu həlak edə bilərmi?  
Davud dedi: 
-Mən Allahdan baĢqa heç kəsdən qorxmuram. Ona inanıram.  
Calut  Talutu  və  onun  əsgərlərini  məsxərə  edirdi.  Çünki,  heç  kəs  onunla 
vuruĢmağa getmirdi. O anda Davud Talutun yanına gəldi və dedi: 
-Mən Calutla vuruĢmağa hazıram.  
Talut dedi: 
-Siz hələ yeniyetməsiniz və bundan öncə heç bir döyüĢdə iĢtirak etməmisiniz. 
Heç bir kəslə vuruĢub, mübarizə aparmamısınız.  
Davud dedi: 
-Mən  bir  gün qoyunlarıma  hucum  edən  və onları parça -parça  etmək  istəyən 
bir canavarı silahsız öldürmüĢəm. Həm də axı siz hələ Musanın zirehini mənim 
əynimə geyindirməmisiniz.  
Talut Davudun Ģücaətinə və onun imanına təəccüb etdi. Ona görə də Musanın 
zirehini müqəddəs sandıqdan çıxarıb, Davudun əyninə geyindirdi. Çox təəccüb 
etdi;  zireh  onun  ölçüsündə  idi.  Bildi  ki,  Allah-təala  cavan  və  mö`min  Davudu 
kafir  Calutla  qarĢılaĢmaq  üçün  seçmiĢdir.  Davud  iman  dolu  qəlb  və  Ģücaətlə 
döyüĢ  meydanına  girdi.  Onun,  daĢ  atan  alətdən  və  bir  daĢ  parçasından  baĢqa 
silahı yox idi.  
Calut  o  cavanı  görərək  təəccüb  etdi.  Necə  qılınc  və  nizəsiz  ona  tərəf  gəlir? 
Ona görə dedi: 
-Ey cavan! Özünü ölümə vermək istəyirsən? Yoxsa elə güman edirsən ki, biz 
uĢaqlarla oyun oynayırıq?  
Davud dedi: 
-Sənə bu sözləri kim deyib? Mən səninlə döyüĢə gəlmiĢəm.  
-Bəs qılıncın, nizən və döyüĢ alətlərin hardadır?  
Davud dedi: 
-Mənim silahım imandır. Mən Allahın adı ilə səninlə döyüĢürəm.  
Davud bu sözü deyib, daĢını hazırladı və vuruĢmağa hazırlaĢdı. 
Calutun  bədəni  təmamilə  dəmirlə  örtülmüĢdü.  O,  yol  yeriyəndə  ayağının 
altında yer titrəyirdi. Amma, Davud qorxmadı. O, dağ kimi möhkəm durmuĢdu. 
Calut  irəli  getdi.  Davud  daĢı  atmağa  hazırlaĢırdı.  Calutun  bədənində  onun 
gözlərindən və alnından savayı heç bir yer açıq deyildi. Əsgərlər həyəcanlı bir 
döyüĢü  müĢahidə  edirdilər.  Mö`minlər  Davudun  qələbəsi  üçün  Allaha  dua 
edirdilər. Onlar imanın küfrə qələbəsini istəyirdilər.  
DaĢ atıldı. Onu heç kəs görmədi. DaĢ fəzanı yardı. Amma, hamı bir nəfər kimi 
qəribə  bir  səs  eĢitdi.  DaĢ  Calutun  baĢına  dəymiĢdi.  Hədəfə  çox  dəqiq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə