PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   66   67   68   69   70   71   72   73   ...   83

 
173 
xalasının  əri  sayılırdı.  O,  Məryəmin  tərbiyəsini  öhdəsinə  götürüb,  bu  iĢlə 
məĢğul oldu.  
BƏTUL 
Məryəm  ətraf  aləmdən  təcrid  olunmuĢdu.  O,  Beytül-müqəddəsin  yuxarı 
hissəsində  kiçik  bir  otaqda  yaĢayırdı.  Zəkəriyyadan  baĢqa  heç  kəsin  onun 
yanına getmək və otağına girmək icazəsi yox idi.  
Məryəm tənha böyüdü; pak bir Ģeh damcısı kimi, buludlar arxasındakı günəĢ 
və parlaq ay kimi.  
Məryəm qönçə bir gülə bənzəyirdi; ətri fəzanı dolduran bir bənövĢə gülünə.  
O böyüdü; lakin, hamıdan uzaq və gözlərdən kənarda.  
Məryəm öz vaxtını ibadət mehrabında keçirirdi. Təvazökarlıqla Allaha namaz 
qılırdı.  Hər  gün  onun  ruhunda  yeni  həqiqətlər  parlayırdı.  Mələklər  ətrafına 
fırlanırdılar.  Ona  müjdə  verirdilər  ki,  Allah  onu  seçmiĢ  və  çirkinliklərdən 
uzaqlaĢdırmıĢdır. O, sədəf içində mirvari kimi idi. Allah-təaladan baĢqa heç kəs 
onun sirlərindən xəbərdar deyildi. 
QIŞDA XURMA 
Soyuq  bir  qıĢ  günü  Zəkəriyya  Məryəmin  otağına  getmək  üçün  ibadətgaha 
yüksələn hündür nərdivanla yuxarı qalxırdı. Onun üçün bir qədər çörək və bir 
az süd aparırdı.  
Zəkəriyya  su  arxının  Ģır-Ģır  səsinə  bənzər  bir  səs  eĢitdi.  Orada  Məryəmdən 
baĢqa  heç  kəs  yox  idi.  Məryəm  onu  seçib,  pak  saxlamıĢ  Rəbbi  ilə  raz-niyaz 
edirdi.  
Zəkəriyya yavaĢca otağa daxil oldu. Qəribə bir səhnə gördü. O gördü ki, ətri 
otağın fəzasını doldurmuĢ bir qab təzə xurma Məryəmin qarĢısındadır.  
Zəkəriyya təəccüblə dedi: 
-Bunları haradan gətirdin?  
Məryəm özünün parlaq mələk simalı çöhrəsi ilə və təvazökarlıqla dedi: 
-Bunlar  Allahın  tərəfindəndir.  Həqiqətən,  Allah  istədiyi  bəndəsinə  hesabsız 
ruzi verir.  
Zəkəriyyanın bütün vücudu imanla doldu. O öz-özünə dedi: 
«Allah yay meyvəsini qıĢın ortasında imanlı bəndələrinə ruzi edir».  
Günlər  ötdü.  Yay  fəsli  çatdı.  Zəkəriyya  Bətul  Məryəmin  görüĢünə  gəldi. 
Gördü ki, o, mehrabında Allah üçün səcdə edir və qarĢısında portağal dolu bir 
qab  vardır.  Zəkəriyya  Allahın  yanında  belə  bir  məqam  və  dərəcəsi  olan  bu 
cavan qıza bütün vücudu ilə ehtiram göstərirdi.  
Allah-təala  Məryəmə  lütf  göstərir,  ona  hesabsız  ruzi  verirdi.  O  öz  xörəyini 
otağında  görürdü.  Çünki,  o,  Allah-təalaya  tapĢırılmıĢdı.  Hətta  əgər  acından 
ölsəydi  də  heç  vaxt  saleh  qadın  olan  anasının  etdiyi  nəzirə  görə  otağından 
çıxmazdı.  


 
174 
ZƏKƏRİYYANIN DUASI 
Zəkəriyya  Allah  dərgahında  Məryəmin  məqam  və  dərəcəsini  gördü.  O, 
Allahın  ona  qıĢ  meyvəsini  yayda  və  yay  meyvəsini  qıĢda  nəsib  etdiyini  bildi. 
Allah hər Ģeyə qadirdir. O istədiyi məxluquna hesabsız ruzi əta edər.  
Saleh  və  təqvalı  kiĢi  olan  Zəkəriyya  namaz  qılmaq  üçün  ayağa  qalxdı.  O, 
Allah dərgahına dedi: 
«Ġlahi! Öz qüdrətinlə mənə pak bir övlad əta et!»  
Qəflətən  mehrabın  fəzasını  bir  nur  bürüdü.  Zəkəriyya  mələklərin  onu 
çağırdığını eĢidirdi: 
-Allah-təala  sənə  Yəhya  adlı  bir  övladının  olacağını  müjdə  verir.  Bundan 
qabaq heç kəs belə adlanmamıĢdır.  
Zəkəriyyanın arzusu qəbul olundu. O, paklıq, düzgünlük və imanda Məryəm 
kimi bir övlad arzusunda idi. Amma, dedi: 
-Necə  mən  övlad  sahibi  ola  bilərəm.  Halbuki,  yoldaĢım  doğmur  və 
qocalmıĢdır.  
Mələklər dedilər: 
-Belədir. Allahın buyurdu ki, bu iĢ onun üçün asandır.  
Zəkəriyya dedi: 
-Haradan bilim ki, Allah Yəhyanı mənə əta edəcəkdir?  
Mələklər dedilər: 
-Əlaməti budur ki, sən üç gecə danıĢıq qüdrətini əldən verəcəksən.  
Gecə çatan kimi hər Ģey qaranlığa qərq oldu. Zəkəriyya hiss etdi ki, dili ağac 
kimi  olub  və  qətiyyən  söz  danıĢa  bilmir.  O,  mehriban  və  bağıĢlayan  Allaha 
səcdə etdi.  
Allah-təala  ona,  uca  məqama  çatacaq  pak  bir  övlad  əta  etdi.  Zəkəriyya 
ibadətgahdan  çıxdı.  O,  camaata  moizə  etmək  istədi.  Ġstəyirdi  onlara  desin  ki, 
Allahı  unutmayın,  ona  səcdə  edin,  həmiĢə  onu  yad  edin.  Amma,  dili  öz 
ixtiyarında  deyildi.  Zəkəriyya  onlara  səmanı  göstərdi.  Yə`ni,  ey  Bəni-Ġsrail! 
Orada sizin əməllərinizə nəzarət edən birisi var. Ey qövm! Allaha zikr edin və 
onu xatırlayın.  
Üç  gecə  keçdi.  Zəkəriyya  hələ  də  danıĢıq  qabiliyyətini  itirmiĢdi.  Dördüncü 
gün öz saleh yoldaĢı Yəsabata dedi: 
-Allah-təala mənə Yəhya adlı bir övladımız olacağını xəbər vermiĢdir.  
O saleh qadın dedi: 
-Yəhya?  Necə  də  qəribə  bir  addır.  Həm  də  axı  mən  doğmayan  bir  qadınam. 
Mən necə övlad sahibi ola bilərəm?  
Zəkəriyya dedi: 
-Allah-təala hər Ģeyə qadirdir.  
YaradılmıĢların  qanunları  onun  əlindədir.  Yer  və  göy  onun  ixtiyarındadır. 
Bizim atamız Adəmi torpaqdan yaradan odur.  
 
 
 
 


 
175 
 
MÖ`CÜZƏ 
O zaman yəhudilər daĢ ürəkli insanlar idilər. Gördükləri Ģeydən baĢqa bir Ģeyə 
iman  gətirməzdilər.  Onların  bə`zisi  sehrlə  məĢğul  olur,  bə`ziləri  isə  qızıl  və 
cəvahirat mə’mulatları düzəldirdilər. Amma, hamısı mal-dövləti hər Ģeydən çox 
sevirdilər.  
Onlar günbəgün Musanın göstəriĢlərindən uzaqlaĢırdılar.  
Ona görə də Allah-təala onları bu qəflətdən oyatmaq istədi.  
Allah Zəkəriyyaya bir övlad əta etdi. Onun sonsuz həyat yoldaĢı hamilə oldu. 
Ondan bir övlad doğuldu. Körpənin üzü iman və məhəbbət nuru ilə parlayırdı.  
Hənnədən  isə  Məryəm  adlı  bir  qız  doğuldu.  Allah-təala  Ġmrana  böyük 
məqama  çatacaq  bir  övladın  olmasını  və`də  vermiĢdi.  Amma,  Ġmran,  övladı 
Məryəmi görməzdən qabaq dünyadan getdi.  
Allah Məryəmi pak saxladı. Onu insanlar üçün niĢanə etdi və ondan baĢqa bir 
niĢanə vücuda gəldi.  
MÜJDƏ 
Məryəm  tənha  halda  ibadətlə  məĢğul  idi.  Çöhrəsi  nurla  parlayırdı.  Ürəyi 
ulduzların arasında pərvaz edir və göyləri seyr edirdi.  
O  pak  və  cavan  qız  səhər  çağının  Ģeh  damcısı  kimi  parlayırdı.  Ürəyi  nur 
saçırdı. Ruhu Ģəffaf və lətif idi; sanki nura bürünmüĢ dünyalarda pərvaz edirdi.  
Məryəm  öz  ətraf  aləmindən  ayrılmıĢdı  və  onunla  dünya  arasında  kiçik  bir 
pəncərədən  baĢqa  bir  Ģey  qalmamıĢdı.  O,  həmin  pəncərədən  yaĢıl  təpələrin 
arxasında olan mavi üfüqlərə baxırdı.  
Birdən  otağı  nurla  doldu.  Nur  halqası  arasında  bir  cavanı  gördü.  Məryəm 
qorxaraq dedi: 
-Əgər təqvalısansa, sənin Ģərindən rəhimli Allaha pənah aparıram.  
O cavan dedi: 
-Ey Məryəm! Mən sənin rəbbinin elçisiyəm. GəlmiĢəm ki, sənə pak bir övlad 
bağıĢlayam.  
Məryəm həya və utancaq halda dedi: 
-Mən hələ heç kəslə evlənməmiĢəm. Necə övlad sahibi ola bilərəm?  
Məryəm  özü  mö`cüzə  idi.  Amma,  indi,  tezliklə  doğulacaq  baĢqa  bir  böyük 
mö`cüzənin anası olacaqdı. O isə hələ də qız idi.  
Mələklər dedilər: 
-Ey Məryəm! Məsələ belədir: Rəbbin buyurub ki, bu iĢ mənim üçün asandır. 
Biz onu insanlar üçün niĢanə edəcəyik. O, bizim tərəfimizdən bir rəhmətdir. Bu, 
sona çatmıĢ bir iĢdir. Daha danıĢmağa ehtiyac yoxdur.  
Mələk Məryəmə yaxınlaĢdı və onun köynəyinə üfürdü. Məryəm hiss etdi ki, 
onun vücudunun dərinliklərinə böyük və çox nüfuzlu bir ruh daxil oldu.  
Mələk gözdən itdi. Məryəm bildi ki, qarĢıda çətin günləri olacaqdır. O böyük 
bir məs`uliyyəti daĢımalıdır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə