PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   63   64   65   66   67   68   69   70   ...   83

 
164 
-Ġnsan belə bir hovuz düzəltməyə qadir deyil.  
Bir qız cavab verdi: 
-Hə, bu hovuz cinlər tərəfindən düzəldilmiĢdir.  
Bilqeys astaca dedi: 
-Doğrudan da cinlərin vasitəsi ilə düzəlmiĢdir.  
Onun qəlbində Allaha iman daha da artdı. O, uzun illər idi ki, öz dini əqidələri 
barəsində fikirləĢirdi, qəlbən günəĢin Allah olduğuna inanmırdı.  
Həqiqi  Allah  heç  vaxt  gizlənməz.  O  həmiĢə  vardır.  Amma,  Bilqeys  bu 
məsələni  aĢkar  surətdə  deyə  bilmirdi.  Çünki,  o  məmləkətin  bütün  insanları 
günəĢə  ibadət  edirdilər.  Əgər  günəĢin  Allah  və  mə`bud  olmadığını  desəydi, 
onun hakimiyyəti bir an da davam gətirməzdi.  
Amma, indi həqiqəti öz gözləri ilə görmüĢdü. O öz qəlbi ilə Allahı müĢahidə 
etmiĢdi;  insanları  sevən  Allahı.  O  bildi  ki,  Allah  hər  Ģeyi  insanın  ixtiyarına 
qoymuĢdur.  Odur  ki,  insanın  Allahdan  baĢqa  birisinə  səcdə  etməsi  düzgün 
deyildir.  
Bu varlıq dünyasına hökumət edən imanlı bir insandır. Küləyə əsmək  əmrini 
verən, cin, quĢ və heyvanların onun ixtiyarında olduğu bu Süleyman insandır. 
Amma, o da Allaha Ģükr və tə`zim edir.  
Bilqeys səmaya baxaraq mülayim səslə dedi:  
«Ġlahi! Mən özümə zülm etmiĢəm. Ġndi isə Süleymanla birgə aləmlərin rəbbi 
olan Allaha iman gətirdim».  
Səba padĢahı Bilqeys ilk dəfə olaraq Allaha səcdə etdi. Onun bütün əsgərləri 
də  səcdə  etdilər.  Süleyman  Ģükr  səcdəsini  yerinə  yetirdi.  Həqiqətən,  o,  Allah 
məhəbbətini sərgərdan ürəklərə daxil etməyə nail olmuĢdu.  
AQİBƏT 
Cinlər  Süleymanın  güc  və  qüdrətindən  qorxurdular.  Çünki,  yalnız  o  həzrət 
onları iman ölkəsinə xidmət üçün hazır etmiĢdi.  
Uzun illər keçdi. Onlar Süleyman üçün mə`bədlər düzəldir, dəryalarda bataraq 
mirvari və mərcan çıxarırdılar. Cinlər güman edirdilər ki, insandan güclüdürlər. 
Amma,  Bilqeysin  taxtını  gətirmək  yarıĢında,  onu  bir  anın  içində  Yəməndən 
Fələstinə gətirməklə imanlı insan qələbə çaldı.  
Onlar  həmiĢə  güman  edirdilər  ki,  Allahın  çox  məxluqlarından  üstündürlər. 
Çünki, onlar baĢqalarının agah olmadığı məsələrdən agah idilər.  
Allah-təala onlara anlatmaq istədi ki, əgər Allah onlara ilham etməsə heç bir 
Ģey bilməzlər.  
QARIŞQA 
Süleyman  sarayında  öz  əsasına  söykənmiĢdi.  Cinlər  eləcə  iĢlə  məĢğul  idilər. 
Onlar  hər  dəfə  Süleymanı  gördükdə  o  həzrətin  əzəməti  ürəklərini  bürüyür  və 
daha artıq təvazökarlıqla iĢləyirdilər.  
Süleyman Allah üçün namazını qurtardı və cinlərin iĢinə nəzarət etmək üçün 
öz ibadət mehrabını tərk etdi.  


 
165 
O  əsasına  söykənərək  səhnəyə  tamaĢa  edirdi.  Cinlər  iĢləyirdilər.  Allah-təala 
iradə etmiĢdi ki, o anda Süleymanın ruhunu alsın və onun ruhu səmaya qanad 
çalıb, Allaha tərəf getsin.  
Süleymanın bədəni bir neçə gün o halda qaldı.  
Cinlər hər dəfə daxil olduqda Süleymanı görür və öz müxtəlif iĢləri ilə məĢğul 
olurdular.  
Heç  kəs  məsələnin  həqiqətini  dərk  etmirdi.  Hamı  Süleymana  baxır  və  onun 
ayaq üstə durduğunu görürdü.  
Allah-təala özünün cin və insandan olan bəndələrinə baĢa salmaq istəyirdi ki, 
qeyb aləmindən onların xəbərləri yoxdur.  
QarıĢqalar mərmər döĢənəcək üzərində sürüĢürdülər. Heç kəs onların olmasını 
hiss etmirdi.  
Allah-təala iradə etmiĢdi ki, həqiqəti öz zəif məxluqlarının birinin vasitəsi ilə 
bəyan etsin.  
QarıĢqa  yerin  üzərində  sürünməklə  özünü  Süleymanın  əsasına  çatdırdı. 
Əsanın  taxtadan  olduğunu  hiss  etdi.  Ona  görə  də  onu  çeynəməyə  baĢladılar. 
Süleyman isə eləcə əsasına söykənmiĢdi.  
QarıĢqalar öz iĢlərində artıq sə`ylə çalıĢırdılar. Cinlər də çalıĢırdılar. Bir neçə 
həftədən sonra qarıĢqalar əsanın bir hissəsini nazikləĢdirdilər. Bu zaman böyük 
bir hadisə baĢ verdi:  
Süleyman  yerə  yıxıldı.  O,  mərmər  döĢəmənin  üzərinə  düĢdü.  Hamı  onun 
çoxdan  dünyasını  dəyiĢdiyini  və  canını  tapĢırdığını  bildi.  Cinlər  bildilər  ki, 
qeybdən  xəbərləri  yoxdur.  Onlar  Süleymanın  ölümünü  bilmədiklərinə  görə 
bütün bu müddətdə eləcə iĢlə məĢğul olublar.  
Əgər o qarıĢqalar olmasaydılar onlar hələ çox iĢləyəcəkdilər.  
Mö`minlər  Süleymanın  ölümünə  görə  qəm-qüssəyə  batdılar.  Amma,  cinlər 
sevindilər.  Çünki,  onlar  insana  xidmət  etmək  iĢindən  azad  olmuĢdular. 
Beləliklə, Süleymanın hakimiyyəti sona çatdı. Çox qəribə bir məmləkət... Ġnsan, 
cin və heyvanların bərpa etdiyi maraqlı bir mədəniyyət...  
Salam  olsun  Süleymana;  müdrik  peyğəmbərə;  Allaha  Ģükr  edən  iman 
məmləkətinin padĢahına.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
166 
 
RUHUN QAYIDIġI  
HƏZRƏT ÜZEYİRİN ƏHVALATI 
Süleymanın  vəfatından  sonra  baĢqa  peyğəmbərlər  gəldi.  Amma,  yəhudilər 
günbəgün ilahi dindən uzaqlaĢırdılar.  
Onların  mal-dövlətə,  ləl-cəvahirata  olan  məhəbbətləri  artırdı.  Bütpərəstlik 
adətləri  yenidən  onlara  qayıtdı.  Onlar  Tövratın  hökm  və  tə`limlərini  də 
dəyiĢdirdilər.  
Ona  görə  də  onların  mübarizə  ruhu  zəiflədi  və  ölümdən  qorxdular.  Həyata 
daha  çox  bağlandılar.  Həzrət  Ġsanın  miladından  təxminən  beĢ  yüz  il  qabaq 
Babildə  Büxtün-Nəsr  adlı  bir  zalım  padĢah  hökmranlıq  edirdi.  O,  yəhudilərin 
torpaqlarına hucum etdi. Onların paytaxtı Yerusəlimi fəth edib, özlərinə divan 
tutdu.  ġəhərləri  viran  etdi.  Müqəddəs  kitabları  və  həmçinin  Tövratı  yandırdı. 
Yəhudilərin müqəddəs mə`bədlərini viran etdi. Babilə qayıtdıqda yəhudiləri özü 
ilə əsir gətirdi.  
Yəhudilər  yüz  ilə  yaxın  Babildə  yaĢadılar.  O  zaman  Üzeyir  peyğəmbər 
anadan oldu.  
Babillə  Fars  arasında  döyüĢ  alovu  Ģö`lələndi.  Fars  padĢahı  KuruĢ  döyüĢdə 
qələbə  çalaraq,  Babilə  daxil  oldu.  KuruĢ  Üzeyirlə  tanıĢ  oldu.  Onun  ədəb  və 
əxlaqına görə o həzrətə hörmət göstərdi. Bir gün Üzeyir KuruĢun yanına gəldi 
və ondan istədi ki, öz torpaqlarına qayıtmaq icazəsini versin və onlar nüsxələri 
aradan getmiĢ Tövratı yazmaqla məĢğul olsunlar.  
Beləliklə,  yəhudilər  öz  vətənlərinə  qayıtdılar.  Onlar  Üzeyiri  çox  sevirdilər. 
Üzeyir  yenidən  Tövratı  topladı  və  öz  Ģərafətli  ömrünün  uzun  illərini  bu  yolda 
sərf etdi.  
BAĞA DOĞRU 
Üzeyirin Ģəhərin çölündə bağ və bostanı vardı.  Ayrı peyğəmbərlər kimi o da 
həmin bağlarda özü iĢləyir, zəhmət çəkirdi.  
O, əkin sahələrində iĢləyir, yer Ģumlayır, tarlanı suvarır və meyvələri dərirdi. 
Ağacları qoruyur və onların budaqlarını budayırdı.  
Onun  bağ  və  bostanına  getmək  üçün  istifadə  etdiyi  bir  ulağı  vardı.  Həzrət 
özünə aid olan heyvanı qoruyur və onunla mehriban davranırdı. Ona bir qamçı 
da belə vurmamıĢdı.  
Üzeyir  xeyirxah  bir  insan  idi.  Camaatla  mehriban  davranırdı.  Onlara  nəsihət 
verir,  düzgün  yola  də’vət  edirdi.  Allahın  dinini,  Tövratı  və  yaĢayıĢ  üsulunu 
onlara öyrədirdi.  
Çox  isti  bir  gündə  Üzeyir  öz  ulağına  minib,  bağına  tərəf  getdi.  Bağın  yolu 
uzaq  idi.  Bağa  gedən  yol  dağılmıĢ  bir  Ģəhərin  xarabalıqlarından,  qədim  və 
dağılmıĢ qəbirlərdən keçirdi.  
Səhər  vaxtı  hava  ürəkaçan  idi.  Mülayim  və  könül  oxĢayan  mehlər  yaĢıl 
tarlalar tərəfdən əsirdi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə