PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   71   72   73   74   75   76   77   78   ...   83

 
188 
Uzaqdan  ona  daĢ  atırdılar.  Ona  olan  nifrətlərini  bildirirdilər.  Məsih  mübarək 
əlini onu üzünə çəkdi. Duzun suda əridiyi kimi dəri
 
xəstəliyinin əlamətləri də 
ondan getdi. O cavanın çöhrəsində sevinc göründü. Camaat Həzrət Məsihə tərəf 
qaçıb, ondan bərəkət götürdülər.  
HİYLƏ 
Məsih  kasıb  və  yoxsul,  məhrum  və  yazıq  insanlara  görə  belə  yaĢayırdı.  O, 
insanları nura doğru çağırırdı. O, mübarək Məhəmməd peyğəmbərin (s) gəliĢini 
onlara xəbər verirdi. Onu Mü`əzzi (Ġzzət verən, mö`minləri əsarətdən qurtaran) 
adı ilə yad edərək deyirdi: 
«Tezliklə  atanın  («ata»  sözü  təhrif  olunmuĢ  incillərə  sonradan  əlavə 
olunmuĢdur  –  tərcüməçi)  mənim  adımla  göndərəcəyi  müqəddəs  ruhun 
Mü`əzzisi  hər  Ģeyi  sizə  öyrədəcək.  O  mənim  sözlərimi  sizin  yadınıza 
salacaqdır».  
O həzrət Allah-təalanın Tövratda Musaya buyurduğunu onlar üçün oxuyurdu: 
«Sənin kimi onların arasından bir peyğəmbəri seçəcək və sözümü onun dili ilə 
bəyan edəcəyəm. O sifariĢ etdiyim hər Ģeyi onlara deyəcəkdir».  
Ona görə də yəhudilər düĢmənçilik edirdilər. Onlar camaatı Məsihi öldürmək 
üçün təhrik edirdilər. Onun bərəsində Ģaiyə yayıb, deyirdilər: 
-O cadugərdir və həzrət Musanın dinindən çıxmıĢdır.  
Bir gün yəhudilər ibadətgaha tərəf getdilər. Məsih həvarilərlə orada idi. Onlar 
Məsihi öldürmək istəyirdilər. 
Hökumət mə`murları iĢə qarıĢdılar.  Ġsanı tutmaqda hakim Filatosun məqsədi 
fasiq  yəhudiləri  himayə  etmək,  Ġsanın  fikir  və  peyğəmbərliyi  barəsində 
araĢdırma aparmaq idi.  
Məsih mə`murlar tərəfindən saraya gətirildi. Onun arxasınca səs-küy qalxdı. 
Filatos  nigaranlıq  və  qəzəbləri  barəsində  onlarla  söhbət  etmək  üçün  saraydan 
çıxdı. Onlar hər tərəfdən qıĢqırırdılar:  
-O kafirdir.  
-Dinsizdir.  
-Xəyanətkardır.  
Gözətçilər  sarayın  qapılarını  bağladılar.  Filatos  diqqətlə  Məsihin  çöhrəsinə 
baxdı. Ġsanın gözlərindən səfa və səmimiyyət yağırdı. Öz-özünə dedi: «Belə bir 
cavan mütləq parlaq düĢüncələrə sahib olmalıdır».  
Buna görə də Filatos üzünü həzrətə tutub dedi: 
-Bə`ziləri deyirlər ki, sən camaatı hökumətin əleyhinə təhrik edirsən.  
Məsih özünə e`timadla dedi:  
-Mən camaatı ruhlarına qayıtmalarına də`vət edirəm. Də`vət edirəm ki, insan 
öz qardaĢına ehsan və yaxĢılıq etsin, yeganə Allaha ibadət etsin.  
Filatos  yunan  fəlsəfələrinin  bə`zi  məzhəbləri  barəsində  mə`lumata  malik  idi. 
Ona  görə  də  Ġsanın  fikir  və  düĢüncələrində  Roma  hökumətinə  təhlükə 
yaradacaq bir Ģey görmədi. O, sarayın qapılarını açıb, Məsihi azad etdi.  
Amma,  yəhudilər  Ģayiə  yaydılar  ki,  hakim  Məsihin  fikirlərinin  tə`siri  altına 
düĢmüĢdür. O, padĢaha xəyanət etmək istəyir.  


 
189 
Onlar çirkin və nanəcib insanlar idilər. Onlar təkcə Ģayiə yaymırdılar, həm də 
məktublar  yazıb,  Romaya  göndərir  və  padĢahdan  o  hakimi  vəzifəsindən 
uzaqlaĢdırmağı xahiĢ edirdilər.  
Beləliklə, hərc-mərc bütün ölkəni bürüdü. Hakim iĢlərin onun əleyhinə  baĢa 
çatacağından  qorxaraq,  yəhudilərlə  razılığa  gəldi  və  onları  Məsihin  barəsində 
azad buraxdı.  
Kin  və  düĢmənçilikdə  yanan  yəhudi  və  keĢiĢlər  canavar  kimi  Məsihin 
axtarıĢında idilər. Onlar diĢləri ilə onu parçalamaq istəyirdilər. Amma, günahına 
görə  yox,  onun  insaniyyətinə  görə.  Allahın  Musaya  nazil  etdiyi  dinə  bənzər 
həqiqi bir din gətirdiyi üçün.  
Yəhudi  keĢiĢlər  hay-küylə  Məryəm  oğlu  Ġsanı  tutmaq  barəsində  söhbətə 
baĢladılar.  
Casuslar  hər  yerdə  o  həzrəti  axtarırdılar.  Məsihin  gizlənməsi  onların 
nigaranlığına səbəb olmuĢdu. Çünki, o həzrətin vücudu onların mənafeləri üçün 
çox böyük təhlükə sayılırdı.  
KeĢiĢlər  həzrət  Məsihi  tapan  və  onu  tutmaq  üçün  onlara  mə`lumat  verən 
adamlara hədiyyə və mükafatlar tə`yin etdilər.  
MƏSİHİN ƏZİYYƏTLƏRİ 
Məsih və anası çox əzab-əziyyətlərə dözdülər.  
Yəhudilər  Ġsanın  doğulduğu  ilk  günlərdən  Məryəmə  əziyyət  verirdilər. 
Onların  ürəkləri  Allahın  mö`cüzəsi  ilə  dirilmək  əvəzinə  Məryəmi  pis  iĢlərlə 
ittiham edir və deyirdilər: «Ġsanın atası Yusif Nəccar adlı bir kiĢidir».  
Ġsa  böyüdükdən  və  Allahın  risalətini  öhdəsinə  götürdükdən  sonra  hər  yerdə 
onu  təzyiq  altında  saxladılar.  Onlar  indi  hökuməti  onu  öldürməyə  təhrik 
etmiĢdilər. Onlar hakimi padĢaha xəyanət etməsində ittiham edirdilər.  
Yəhudilər  o  həzrəti  öldürməkdə  yaĢıl  iĢıq  aldılar.  Hər  yerdə  onu  axtarmağa 
baĢladılar.  Roma  hakimi  də  onu  tutmaq  və  dar  ağacından  asmaq  üçün 
əsgərlərdən ibarət bir dəstə tə`yin etdi. Bəs Ġsa harada idi?  
Məsih  bə`zi  həvarilərlə  bağda  gizlənmiĢdi.  Yemək  yedikdən  sonra  həzrət 
ayağa  qalxdı  ki,  öz  ardıcıllarına  təvazö  və  təvazökarlıq  barəsində  dərs  versin. 
Onların əllərini yudu və buyurdu: 
-Mən  bu  iĢi  etdim  ki,  sizin  üçün  nümunə  olsun.  Siz  də  insanlarla 
təvazökarcasına rəftar edin.  
O gecə Məsih xəyanət hiss etmiĢdi. Buyurdu: 
-Sizə  xəbər  verirəm.  Tezliklə  çoban  gedəcək  və  qoyunlar  tənha  qalacaqlar. 
Xoruz üç dəfə banlamazdan əvvəl sizin biriniz mənə kafir olacaqdır.  
Həvarilər  bir-birlərinə  nəzər  saldılar.  Yəhuda  Esxəryutinin  gözlərindən 
xəyanət qığılcımı saçırdı.  
O  qıĢ  gecəsində  hava  çox  soyuq  idi.  Hamı  yuxuya  getdikdə  Yəhuda  yavaĢ-
yavaĢ  çölə  çıxdı.  O,  qızıl  və  ləl-cəvahirat  barəsində  düĢünürdü.  Tezliklə  əlinə 
yetiĢəcək  mükafat  barəsində  fikirləĢirdi.  Ona  görə  də  keĢiĢlərin  xəbər 
gözlədikləri ibadətgaha doğru getdi.  


 
190 
Yəhuda böyük keĢiĢin qulağına yavaĢca nə isə deyib, bir ovuc qızıl sikkə aldı. 
Xoruz  üç  dəfə  banladı.  Kahinlər  romalı  əsgərlərə  fərman  verdilər  ki,  Yəhuda 
Esxəryutiylə birgə getsinlər.  
Yəhuda üzünü örtmüĢdü ki, heç kəs onu tanımasın. O hərəkət etdi. Əsgərlər 
də onun ardınca hərəkət etdilər. Camaat məsələdən xəbərdar oldular. Hay-küy 
qalxdı. Onlarla mə`mur bağa daxil oldu.  
Həvarilər o yan bu yana qaçdılar.  
Allah iradə etdi ki, xaindən intiqam alsın. Ona görə də Məsihin oxĢar sifətini 
Yəhudanın  üzünə  saldı.  Yəhuda  Məsihə  oxĢadı.  Allah-təala  Məsihi  göylərə, 
onlardan uzaqlara apardı. Onu yəhudilərin çirkin hiylələrindən xilas etdi.  
XAÇ 
Romalı  mə`murlar  Məsihi  tuta  bilmədilər.  Onlar  onu  öncədən  tanımırdılar. 
Çünki,  qabaqca  onu  görməmiĢdilər.  Amma,  hay-küy  və  qalmaqal  arasında 
gözləri Yəhudaya düĢdü. Gördülər ki, Məsihin bütün əlamət və niĢanələri onda 
vardır. Onu tutub, apardılar.  
Yəhudilər Məsihin əlindən çox tez rahat olmaq istəyirdilər. Ona görə də cəld 
onu Cəlcələ təpəsinə apardılar.  
Ġsanın sərgüzəĢtləri unudulsun deyə orada həmin Ġsaya oxĢayan adamı dardan 
asdılar. Görəsən doğrudanmı məsələ bununla sona çatdı.  
Yox!  Onun  zühuru  barəsində  çoxlu  Ģayiələr  yayıldı.  Bəlkə  onu  çox  sevən 
yoxsul və kasıblar bu Ģayiələri yayırdılar.  
Bununla belə yəhudilər qorxu ilə yaĢayırdılar. Çünki, Məsihin ölməsinə əmin 
deyildilər.  Buna  görə  Ģayiə  yayırdılar  ki,  Məryəm  oğlu  Ġsa  öldürülmüĢ  və 
dardan  asılmıĢdır.  Amma,  həqiqət  baĢqa  cür  idi.  Allah-təala  Qur`ani-Kərimdə 
buyurur:  
«Onlar  Ġsanı  nə  öldürdülər,  nə  də  dardan  asdılar.  Lakin,  məsələ  onlar  üçün 
dəyiĢildi.  ġübhəsiz  ki,  onu  öldürmədilər.  Allah  onu  özünə  tərəf  ucaltdı.  Allah 
qüdrətli və hikmətlidir».  
Məsih  bir  gün  qayıdacaqdır...  Nə  vaxt?  Və`d  olunmuĢ  gün.  Əhli-beytin  on 
ikinci  imamı  Məhəmməd  Məhdinin  (ə)  qiyam  edəcəyi  gün.  Məsih  həzrət 
Məhdinin  (ə)  sözlərinə  və  ona  Ģəhadət  verəcək,  haqq  batilə  qələbə  çalacaq  və 
hər yeri əmin-amanlıq və asayiĢ bürüyəcəkdir.  
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə