PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   72   73   74   75   76   77   78   79   ...   83

 
191 
 
ĠMANLI CAVANLAR  
ƏSHABİ-KƏHFİN ƏHVALATI 
Miladi  tarixi  ilə  yüz  altıncı  ildə  Roma  qoĢunları  Ġordaniya  torpaqlarını  yerlə 
yeksan etdilər. Nəbətilər dövləti süquta uğradı.  
Roma imperatorunun adı Təracan idi. O bütpərəst və çox təəssübkeĢ bir insan 
idi. Ġmanlı insanları, xüsusən də Həzrət Ġsa Məsihin ardıcıllarını tə`qib edirdi.  
Suriya,  Fələstin  və  Ġordaniya  ölkələri  bu  hərbi  hücumdan  əvvəl  bir  növ 
muxtar  hökumətə  malik  idi.  Roma  paytaxt  kimi  bu  ölkələrdən  yalnız  vergi 
almaqla kifayətlənirdi. Bunun səbəbi romalı qüvvələrin həmin ölkələrdən tanıĢ 
olmamaları idi.  
Beləliklə  romalılar  ora  hərbi  hücum  edib,  öz  iĢğal  əməliyyatlarını  bitirdilər. 
Onları birbaĢa Roma dövlətinin nüfuzu və hakimiyyəti altına gətirdilər.  
Miladi tarixi ilə yüz on ikinci ildə Roma imperatoru Təracan belə bir bəyanat 
verdi:  
«Məsihin  ardıcıllarından  hansı  birisi  allahlara  ibadətdən  boyun  qaçırsa, 
dövlətə  xəyanət  etmiĢ  Ģəxs  kimi mühakimə  olunacaqdır.  Bu  zaman  isə  özünü 
ölüm və həlakətə sürükləmiĢ olacaqdır».  
FİLADELFİYA  
O zaman Ġordaniyanın paytaxtı Ammana Filadelfiya deyirdilər. Ora çox gözəl 
Ģəhər  idi.  Amma,  Ģəhəri  bəzəyən  heykəllər  yalnız  zinət  məqsədi  daĢımırdı. 
Onlar Allahın yerinə mə`bud kimi ibadət olunurdular.  
Orada  sağ  əlində  nizə  olan  və  sol  əli  ilə  boynundan  asılmıĢ  qalxanı  tutan 
müharibə  allahı  Əsniyanın  heykəli  vardı.  Orada  həmçinin  indi  də  Ammanın 
qədim əsərlər muzeyində saxlanılan xoĢbəxtlik allahı və Ģəhəri qoruyan Taykin 
allahının heykəli gözə dəyirdi.  
Filadelfiya  bu  günkü  Amman  Ģəhərinin  Ģərqində  yerləĢirdi.  O  zaman  həmin 
Ģəhər böyük maddi mədəniyyətə malik idi. Amma, o diyarın mö`minləri qorxu 
içərisində  yaĢayırdılar.  Xüsusilə,  Roma  qoĢunları  Təracanın  zamanında  oranı 
iĢğal etdikdə və birbaĢa öz hökumətlərinə tabe etdikləri zaman.  
Yüz on ikinci ildə Təracan bir fərman verməklə Məsihin bütün tərəfdarlarını 
dövlətə  xəyanətkar  hesab  etdi.  Xristianlar  ya  allahlara  ibadət  etməli,  ya  da 
ölümə hazır olmalı idilər.  
YEDDİ CAVAN  
Bir  çox  insanlar  qorxudan  zahirdə  allahlara  ibadət  edirdilər.  Dövlət 
mə`murları  ölkə  əhalisinin  əqidə  və  inamlarını  yoxlamağa  baĢladılar.  Camaat 
qorxuya  düĢdü.  O  Ģəhərdə  tarixdə  adları  belə  qeyd  olunan  yeddi  cavan 
yaĢayırdı:  
1-Maksimilyanus 
2-Təlmixa  
3-Dinasiyus  


 
192 
4-Martinus 
5-Yəmanis 
6-Antonyos 
7-Klityo 
Bu  mö`min  cavanlar  nə  edəcəkləri  barədə  fikirləĢirdilər.  Onlar  necə  qərara 
gəlsinlər?  
Onların qarĢısında iki yol vardı: Ölüm və küfr.  
O  taleyüklü  anlarda  onlar  müəyyən  bir  qərara  gəldilər.  O  qərar  Ģəhərdən 
qaçmaq idi. Amma, necə?  
Səhər  çağı  təftiĢ  və  axtarıĢ  dəstəsi  mö`minləri  tə`qib  etdikləri  zaman 
gözətçilər,  yanlarında  bir  it  olan  və  Ģəhərdən  çıxan  yeddi  cavan  oğlana  rast 
gəldi. Gözətçilər soruĢdular:  
-Hara gedirsiniz?  
Onların biri cavab verdi:  
-Ova gedirik.  
-Çox  yaxĢı.  Amma,  gərək  qayıdıb,  rəsmi  bayram  mərasimində  iĢtirak 
edəsiniz.  
MAĞARAYA DOĞRU 
O  cavanlar  öz  itləri  ilə  birlikdə  Ģəhərin  Ģərq  tərəfindən  səkkiz  kilometr  aralı 
və  Rəqim  adlı  bir  kəndin  yaxınlığında  yerləĢən  mağaraya  doğru  yollandılar. 
Onlar dağlıq yerə çatıb, təpələrlə yuxarı qalxdılar və qabaqca nəzərdə tutduqları 
mağaraya getdilər.  
Mağara dağın cənub ətəyində yerləĢirdi. Mövqe cəhətindən bənzərsiz idi. Sağ 
və sol tərəfdə açılan yarıqlarına görə normal havası var idi. Amma, onun qapısı 
cənub qütbünə sarı açılırdı.  
Mağaranın  sahəsi  7,5  kv.  metr  idi.  Cavanlar  gizlənmək  üçün  ondan  istifadə 
etmək  qərarına  gəlmiĢdilər.  Cavanlar  insanlardan  uzaqlaĢmaq  və  bu  məkanda 
gizlənib,  Allahın  lütf  və  mərhəmətini  gözləmək  istəyirdilər.  Çünki,  onların 
bütpərəst romalılara qələbə çalmaq ümidləri yox idi.  
Onlar  bütpərəstliyin  qatı  düĢmənləri  idilər.  Onlar  inanırdılar  ki,  yerləri  və 
göyü  yaradan Allahdır.  Digər allahlara ibadət etmək varlıq  aləminin ən  böyük 
həqiqətini inkar etməkdir.  
O  zaman  insanların  Qiyamət  gününə  əqidələri  yox  idi.  Onlar  belə  güman 
edirdilər  ki,  insan  dünyadan  köçdükdə  onun  ruhu  baĢqa  bir  insanın  və  ya 
hansısa heyvanın bədəninə keçir.  
UZUN YUXU  
Cavanlar  yorğun  halda  mağaraya  çatdılar.  Romalıların  onları  tə`qib 
etmələrindən və gizləndikləri yeri tapmalarından qorxurdular.  
Onlar  əvvəlki  gecəni  yatmadıqlarından  çox  yorulmuĢdular.  Ona  görə  də 
yuxuladılar.  Kirpikləri  yuxusuzluqdan  bir-birinə  dəydi.  Onlar  yaxĢı  sabah 
yuxusunun fikri ilə yatdılar.  


 
193 
Allah-təala  ölüləri  diriltməkdə  öz  qüdrətini  göstərmək,  insanların  onun 
qüdrətinə  inanmaları  və  yalnız  onu  elm  və  qüdrət  mənbəyi  bilmələri  üçün 
həmin cavanlara ağır bir yuxunu hakim etdi. Onların qulaqlarına yuxu pərdəsini 
vurdu.  
Onlar  nə  qədər  yatdılar?  Yuxuları  uzun  müddət  davam  etdi.  GünəĢ  hər  gün 
doğub-batırdı, onlarsa eləcə yuxuda idilər.  
Mə`murlar hər yeri gəzib, onları axtarırdılar. Amma, zəhmətləri faydasız idi. 
Onların macəraları dillərə düĢdü. Camaat öz-özlərinə deyirdilər: 
«Ov üçün Ģəhərdən çıxmıĢ yeddi cavandan heç bir xəbər yoxdur».  
Beləliklə,  illər  bir-birinin  ardınca  ötüb,  keçdi.  O  mağarada  nə  baĢ  verdiyini 
isə heç kəs bilmirdi.  
Onların itləri əllərini mağaranın ağzına qoyub, ağır və uzun yuxuya getmiĢdi. 
Mağaranın havası normal idi. Çünki, onun qapısı cənub qütbünə tərəf açılırdı. 
Onun iki tərəfində yarığın olmasına görə günəĢ doğduğu və batdığı zaman ora 
saçırdı.  
Onlar yuxuda idilər və ətraflarında nələr baĢ verdiyini bilmirdilər. 
On illər keçdi. Onlar hələ də yuxuda idilər.  
O mağara  ilə  rastlaĢan  hər hansı bir  çoban və  ya  yağıĢdan  ora  sığınan  yolçu 
gördüyü dəhĢətli mənzərədən qorxub, cəld qaçırdı. Niyə? Çünki, o, açıq gözləri 
yuxarıya dikilmiĢ kiĢilərin orada yuxuya getdiklərini görürdü. Həmçinin, orada 
cansız  heykəl  kimi  yuxuya  getmiĢ  bir  ov  iti  var  idi.  Onlar  dərin  və  rö`yasız 
yuxuya qərq olmuĢdular. 
Bəs  görəsən  mağaranın  bayırında  nələr  baĢ  verirdi?  Ölkənin  Ģəhər  və 
kəndlərində hansı hadisələr yaĢanırdı? 
TƏRACANIN ÖLÜMÜ 
Roma imperatoru Təracan (Miladi tarixi ilə 98-117-ci illərdə Romada hakim 
olmuĢdur)  dünyadan  köçdü.  Ondan  sonra  baĢqa  zalım  hökmranlar  iĢ  baĢına 
gəldilər. 285-305 -ci illərdə hökmranlıq edən Deqyanus da dünyasını dəyiĢdi. 
O  zaman,  Miladi  tarixi  ilə  110-cu  ildə  Tudmər  Ģəhəri  süqut  etdi.  Amma,  o, 
yenidən  bərpa  olundu.  Bu  Ģəhər  278-ci  ildə  romalıların  dağıdıcı  hücumlarla 
Zənubiyaya yürüĢlərindən sonra tamamilə tənəzzülə uğradı. 
SALEH PADŞAH 
Miladi tarixi ilə 408-ci ildə Tiyodosyos Roma imperatoru taxtına əyləĢdi. O, 
Məsihin dinində idi. Ona görə də Roma imperiyası xristianlıq dininə üz gətirdi. 
Miladi  ilə  412-ci  ildə  Allahın  iradəsi  ilə  həqiqət  aĢkar  olundu.  O  öz  lütf  və 
mərhəməti ilə qüdrətini insanlara göstərdi. 
O cavanların qaçmasından üç əsr keçirdi. Mağaranın içində nə baĢ vermiĢdi? 
Heç kəs bilmirdi. 
O  cavanlar  itləri  Kiltiyonun  hürməsi  ilə  tarixin  ən  uzun  yuxusundan 
oyandılar. Yalnız bir neçə saat yatdıqlarını güman edən birisi soruĢudu: 
-Nə qədər yatmısınız? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə