PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   75   76   77   78   79   80   81   82   83

 
200 
KƏ’BƏNİN ALLAHI  
Məkkənin  böyüyü  HəbəĢə  əsgərlərinin  hücumuna  mə’ruz  qalmasınlar  deyə 
sakinlərə Ģəhərdən çıxmağı tövsiyə etdi. 
 Əbdülmüttəlib  hamının  hörmət  etdiyi  bir  insan  idi.  Miladi  ilə  540-cı  ildə  o, 
zəmzəm quyusunu qazdırmıĢdı və o vaxtdan da bütün camaat ona hörmət edib, 
rəhbər kimi qəbul etmiĢdilər.  
Əbdülmüttəlib  Kə’bəyə  üz  tutaraq  Allah  dərgahına  raz-niyaz  etdi  ki,  öz 
Ģərafətli evini qorusun. O, qəlbinin səmimi sözlərini belə ifadə etdi:  
-Ġlahi!  Hamı  öz  evini  qoruyur,  sən  də  evini  qoru!  Hər  bir  insan  düĢmənlərin 
hücumuna  mə’ruz  qalan  evini  müdafiə  edir.  Ġlahi!  Sən  də  evini  həbəĢilərin 
hücumundan qoru və müdafiə et!  
HəbəĢə qoĢunu Məkkəyə yaxınlaĢdı. ġəhəri iĢğal etmək üçün hazırlıq məqsədi 
ilə orada düĢərgə saldı. Əbrəhə soruĢdu: 
-Məkkənin böyüyü kimdir?  
Ona  xəbər  verdilər  ki,  Ģəhərin  böyüyü  Ġbrahim  Xəlilin  (ə)  nəvələrindən  olan 
Əbdülmüttəlib adlı qoca bir kiĢidir. Əbrəhə onunla danıĢmaq istədi. Əbrəhənin 
əmri ilə himyərli bir kiĢi Əbdülmüttəlibin yanına gedib, ona dedi:  
-PadĢah deyir ki, müharibə fikrim yoxdur, təkcə Kə’bəni dağıtmaq üçün bura 
gəlmiĢəm.  Əgər  onlar  orduya  müqavimət  göstərməsələr,  ordu  da  Məkkə 
camaatına hücum etməyəcək.  
Əbdülmüttəlib cavab verdi:  
-Biz də döyüĢ istəmirik. HəbəĢə qoĢunu ilə müharibə etməyə qadir də deyilik.  
Əbdülmüttəlib Kə’bəyə tərəf iĢarə edərək dedi: 
-Bu,  Allahın  hörmətli  evidir.  Bu,  onun  dostu  Ġbrahimin  (ə)  evidir.  Yalnız 
Allah öz evini müdafiə etməyə qadirdir. Onu qorumaq üçün bizim kifayət qədər 
qüvvəmiz yoxdur. 
Əbrəhənin göndərdiyi kiĢi dedi: 
-Əgər sizin müharibə  etmək fikriniz yoxdursa,  onda padĢah sizinlə  danıĢmaq 
istəyir. 
Əbdülmüttəlib  həbəĢəli  Əbrəhə  ilə  müzakirə  etmək  və  söhbətləĢmək  üçün 
Məkkədən çıxdı.  
Əbrəhə öz taxtında əyləĢmiĢdi. Onun üçün qiymətli xalılar sərilmiĢdi.  
Əbrəhə  Əbdülmüttəlibi  gördükdə  onun  vüqar  və  heybəti  ürəyinə  oturdu. 
Hörmət  əlaməti  olaraq  yerindən  qalxdı.  Gülərüzlə  onu  qarĢıladı.  Onu  öz 
yanında  taxtın  üzərində  əyləĢdirib,  söhbətə  baĢladı.  Ona  baĢa  salmaq  istəyirdi 
ki,  o,  bura  yalnız  bir  məqsədə  görə  gəlib  və  o  da  Kə’bə  evini  dağıtmaqdır. 
Əbrəhə tərcüməçiyə üzünü tutaraq dedi:  
-Ondan soruĢ, gör bir istəyi varmı? 
Əbdülmüttəlib dedi:  
-HəbəĢə qoĢunu mənim iki yüz dəvəmi götürüb. Mən onları istəyirəm. 
Əbrəhə  onun  sözlərinin  tərcüməsini  eĢitdikdə  çox  təhqiramiz  nəzərlə 
Əbdülmüttəlibi süzərək dedi: 


 
201 
-Səni  gördükdə  çox  hörmətli  bir  Ģəxsə  bənzətdim,  lakin  görürəm  ki,  elə 
deyilsən.  Sənin  və  ata-babalarının  hörmət  etdiyi  evi  qoyub,  məndən  öz 
dəvələrinin qaytarılmasınımı istəyirsən? 
Əbdülmüttəlib Əbrəhəyə baxaraq cavab verdi:  
-Mən dəvələrin sahibiyəm, Kə’bə evinin isə onu qoruyacaq sahibi vardır. 
Əbrəhə məsxərə ilə dedi: 
-Məncə yox.  
Əbdülmüttəlib isə çox möhkəm iman və arxayınlıqla dedi: 
-Tezliklə görəcəksiniz.  
Əbrəhə  narahat  oldu  və  müzakirəni  sona  çatdırmaq  üçün  yerindən  qalxdı. 
Əbdülmüttəlib  də  ayağa  durdu.  O,  Kə’bəyə  yollandı.  Kə’bənin  müqəddəs 
qapısının dəstəyini tutub, tərpətdi və ağlayaraq dedi:  
-Ġlahi!  Hər  bir  insan  təhlükəni  və  düĢməni  evindən  uzaqlaĢdırır.  Sən  də 
düĢmənini evindən uzaqlaĢdır! 
HÜCUM 
Səhərin  ilk  saatlarında  HəbəĢə  qoĢunu  Kə’bəyə  tərəf  irəliləməyə  baĢladı. 
Kə’bəni dağıtmaq üçün ayrılmıĢ ağ fil qoĢunun önündə hərəkət edirdi. 
Əbrəhə  təpənin  baĢından  öz  qoĢununun  irəliləməsinə  baxırdı.  O  inanırdı  ki, 
ərəblərin hörmət etdiyi Kə’bəni tezliklə viranəyə çevirəcəkdir.  
Onlar  belə  qərara  gəlmiĢdilər  ki,  öncə  ağ  fil  Kə’bəni  titrədib  ilk  zərbəni 
vursun və sonra əsgərlər külüng və nizələrlə onu yerlə yeksan etsinlər.  
Məkkə  camaatı  Kə’bə  ətrafındakı  dağların  baĢından  tamaĢa  edib,  orada  baĢ 
verən hadisələri görmək istəyirdilər. Onlar Ġbrahim Xəlilin (ə) tikdiyi evə artıq 
ümidsizliklə baxırdılar.  
Əbdül-müttəlib hamıdan çox nigaran idi. Məkkə tacirləri də qəm-qüssə içində 
idilər.  Lakin,  onların  qəm-qüssələri  öz  Ģəxsi  mənafelərindən  ötrü  idi.  Çünki, 
Məkkə hələ qədimdən çox böyük bir ticarət mərkəzinə çevrilmiĢdi.  
Ədül-müttəlibin oğlu Abdullah ġama səfər etmiĢ, həyat yoldaĢı Amənəni isə 
Əbdül-müttəlibin evində qoymuĢdu. Ġndi Amənə də Məkkə camaatının yanında 
idi və hamilə olduğu uĢaq barəsində fikirləĢirdi. 
FİLİN HƏRƏKƏTİ 
Ağ fil Kə’bəyə yaxınlaĢdı. Gözlənilmədən qəribə bir hadisə baĢ verdi. Fil öz 
sahibinin sözünə baxmayaraq dayandı. Geri qayıtmaq istəyirdi, lakin, fili sürən 
onu qamçıyla möhkəm vururdu. Amma, bunun da faydası olmadı. BaĢ sərkərdə 
olan  Əbrəhə  təəccüblə  macəraya  baxır  və  qəzəblə  öz  mə’murlarının  baĢına 
qıĢqırırdı.  
Fili minən Ģəxs mümkünsüz iĢi görməyə çalıĢırdı. O çalıĢırdı ki, fili Kə’bəyə 
tərəf hərəkət etməyə vadar etsin. Lakin, fil bir addım da irəli getmirdi.  
Qəribə bir hadisə baĢ verdi. Fil dizi üstə yerə çökdü. Əmr icrasız qaldı. Çünki, 
fil itaətsizlik göstərdi və heç kəs onu hərəkətə gətirməyə qadir olmadı.  


 
202 
Əgər Əbrəhənin bir zərrə imanı olsaydı, odlu qamçı zərbələri altında olan filin 
nəyə görə belə etməsi barədə fikirləĢərdi. Lakin, o, qürurlu idi və öz hakimiyyət 
və böyüklük istəyindən baĢqa bir Ģey düĢünmürdü.  
CƏHƏNNƏM YAĞIŞI 
Qəfildən  üfüqdə  buluda  oxĢar  bir  qaraltı  göründü.  Lakin,  o,  qaraltı  deyildi. 
Onlar quĢ dəstələri, özləri ilə kiçik daĢlar gətirən Əbabil quĢları idilər. Bu daĢlar 
alov Ģö’lələri tək isti idilər.  
QuĢlar HəbəĢə əsgərlərinin baĢları üzərinə uçub cəhənnəm yağıĢına baĢladılar. 
QuĢlar bir-birinin ardınca dəstə-dəstə hücumlar edirdilər. Bir dəstə öz daĢlarını 
atır və digər dəstə gəlirdi. 
HəbəĢə  əsgərləri  arasında  hərc-mərclik  düĢdü.  DaĢlar  düz  hədəfə  dəyir  və 
iĢğalçılar milçək kimi yerə sərilirdilər.  
Əbdülmüttəlib  hadisəyə  tamaĢa  edirdi.  Təvazökarlıq  halı  onu  bürümüĢdü  və 
gözlərindən iman parlayırdı. Bəli, bu, Allahın qüdrəti idi.  
Əbrəhə  qaçan  vaxt  qamçı  ilə  atının  arxasını  qana  buladı.  Amma,  Əbabil 
quĢları  öz  odlu  güllələri  ilə  onu  tə’qib  edirdilər.  Əbrəhə  öz  ölkəsinin  paytaxtı 
Sən’aya çatdı. O, Ģəhərin qapısı yanında atından yıxıldı. Onun bərəlmiĢ gözləri 
qorxu və həyəcanından xəbər verirdi.  
CANSIZ CƏSƏDLƏR 
Əbdülmüttəlib  Kə’bəyə  gəldi.  Kə’bənin  ətrafına  diqqətlə  baxdıqda  orada 
çoxlu  yanmıĢ  bədən  müĢahidə  etdi.  Ora  çox  qorxulu  bir  döyüĢ  meydanına 
çevrilmiĢdi.  
NURUN DOĞULMASI 
Hələ  Əbdülmüttəlib  Kə’bənin  xilas  olma  müjdəsini  və  Allahın  iĢğalçılardan 
intiqam  alması  xəbərini  Məkkə  camaatına  verməmiĢ,  mübarək  bir  övladının 
doğulma xəbərini aldı. Bəli, Amənədən bir uĢaq doğulmuĢdu. 
Sevincindən  Əbdülmüttəlibin  üzü  güldü.  Çünki,  bir  tərəfdən  Allah-təala  öz 
evini  qorumuĢ  və  digər  tərəfdən  Amənə  dünyaya  xeyir  və  bərəkətli  bir  uĢaq 
gətirmiĢdi. 
Əbdülmüttəlib nəvəsini qucağına aldı və dedi:  
-Adını Məhəmməd qoyuram. 
Camaat təəccüblə ondan soruĢdular:  
-Niyə bu adı ona qoyursan? 
Əbdülmüttəlib dedi:  
-Ġstəyirəm yer və göylərdə tə’rif olunsun.  
AMUL-FİL (FİL İLİ) 
Məkkə  camaatı  sevincək  öz  evlərinə  qayıtdılar.  Əbdülmüttəlibsə  Kə’bəni 
iĢğalçıların murdar bədənlərindən təmizləmək üçün ora yollandı.  
Bu  xəbər  ərəb  qəbilələri  arasında  yayıldı.  Kə’bənin  hörməti  daha  da  artdı. 
Camaat o ili «Fil ili» adlandırdılar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə