PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   75   76   77   78   79   80   81   82   83

 
197 
-Bəlkə  də  Ģəhərə  girərkən  gecikmiĢdir.  Siz  ki,  gözətçilərin  nə  qədər  diqqətli 
olmalarını bilirsiz. 
O  an  onların  biri  mağaradan  çıxdı.  Dağın  yuxarısına  qalxıb,  zirvəyə  çatdı. 
Oradan  Ģəhərə  gedən  yola  nəzər  saldı.  O,  öz  gözləri  ilə  onu  qorxudan  bir  Ģey 
gördü. 
Budur, uzaqdan Roma qoĢunu gəlir. 
Cəld qayıdıb, dostlarına xəbər verdi. Onlara dedi:  
-Bir  qoĢunun  bizə  tərəf  gəldiyini  gördüm.  Deməli,  dostumuz  tutulmuĢ  və 
bizim yerimizi onlara göstərmiĢdir. 
BaĢqa birisi dedi: 
-Məncə belə deyil. Gözləyərik. Bəlkə də qoĢun baĢqa bir yerə gedir. 
Həyəcanlı anlar keçirdi. Birdən Ģəhərə getmiĢ cavan mağaraya daxil oldu. O, 
həqiqəti onlara söylədi. 
Onlar  bir  gün və  ya bir  neçə saat  yatmamıĢdılar. Həqiqətən  yuxuları üç əsrə 
qədər uzanmıĢdı. Allah-təala onları öz qüdrət niĢanələrindən biri etmiĢdi. 
O ölüləri dirildir. Yenidən ruhu bədənə qaytarır. 
O dövrdə bə`ziləri belə deyirdilər: 
-Ruh  bir  bədəndən  çıxdıqdan  sonra  bir  daha  geri  qayıtmayıb,  baĢqa  bir 
bədənə  daxil  olur.  Lakin,  imanlı  insanlar  Allahın  hər  Ģeyə  qadir  olmasına 
inanırdılar. Bilirdilər ki, insanları yaradan, onların ruhlarını öldürən və Qiyamət 
günü yenidən qaytaran odur. 
Cavan  dostlarının  yanına  tək  qayıtmaq  üçün  hakimdən  icazə  istədi.  Çünki, 
onlar zülm və haqsızlıqdan qaçır, hansı hadisənin baĢ verdiyini isə bilmirdilər. 
Cavanlar  məsələdən  xəbərdar  olarkən  Allahın  qorxusundan  və  onun 
görüĢünün Ģövqündən ağladılar. Onun dərgahına münacat edərək öz ölümlərini 
istədilər. Çünki, onlar keçmiĢə - üç əsr öncəyə bağlı insanlar idilər. 
Allah-təala onların duasını eĢidib, ağır bir yuxunu onlara hakim etdi. Ruhları 
xeyir və bərəkətlə dolu olan rahat və uzaq bir aləmə qanad çaldılar. 
Hakim  gözləyirdi,  lakin  heç  bir  faydası  yox  idi.  Odur  ki,  Ģəxsən  mağaraya 
girmək  qərarına  gəldi.  O  və  ətrafındakılar  mağaraya  daxil  olduqda  çox  qəribə 
bir  mənzərəylə  rastlaĢdılar.  Yeddi  cavan  öz  itləri  ilə  birgə  dünyadan 
köçmüĢdülər. Hələ bədənləri isti idi. 
Hakim və mö’minlər böyük Allaha səcdə etdilər. 
O  zaman  camaat  arasında  ruh  barəsində  söhbət  və  mübahisələr  gedirdi. 
Bə’ziləri  ruhun  Qiyamətdə  yenidən  bədənə  qayıdacağını  və  bə’ziləri  isə  onun 
digər bədənə daxil olduğunu söyləyirdilər. Lakin, öz gözləri ilə Əshabi-kəhfi və 
ruhun onların bədəninə qayıtmasını gördükdə Allahın qüdrətini dərk etdilər. 
MüĢriklər bu məsələyə hələ də tərəddüdlə yanaĢırdılar. Odur ki, dedilər: 
-Onların olduğu yerdə bir ev tikin. Rəbləri onların vəziyyətinə daha agahdır. 
Ġmanlı insanlar isə dedilər: 
-Orada  məscid  tikəcək  və  Allahın,  qüdrətini  göstərdiyi  yerdən  bərəkət 
istəyəcəyik. 
Mö’minlər  qələbə  çalıb,  həmin  yerdə  yalnız  Allahın  ibadət  olunacağı  bir 
məscid tikdilər. 


 
198 
DOQQUZ İL ARTIQ 
Bu  gün  Ġordaniyanın  paytaxtı  olan  Amman  Ģəhərinə  səfər  edən  bir  insan  öz 
yolunu Ģəhərin cənub-Ģərqinin 8 km.-liyinə, Rəqim və Əbu `Ələnda kəndlərinin 
arasında yerləĢən Əshabi-kəhf mağarasına sala bilər. 
Ġnsan orada Bizans daĢ tabutları formasında olan bir neçə qəbir müĢahidə edir. 
Bu daĢ tabutların sayı yeddidir. Bunlardan əlavə orada kiçik bir tabut da vardır. 
Çox güman ki, o, Əshabi-kəhfin itinin dəfn olunduğu yerdir. 
Bu  kəĢf  arxeoloq  alim  Rəfiq  Vəfa  əl-Dəcaninin  sə’ylərinin  nəticəsidir.  O, 
1964-cü ildə öz arxeoloji qazıntılarının nəticələrini e’lan edərək sübut etmiĢdir 
ki,  bu,  Qur’ani-kərimdə  yad  edilən  mağaradır.  Avropalı  tarixçilərin  iddia 
etdikləri kimi Türkiyənin Urfa vilayətinin Tarsus Ģəhərində yerləĢən mağara isə 
həqiqətdən uzaqdır. 
Bu  qrupun  heyrət  və  təəccübünə  səbəb  olan  məsələ  isə  Əshabi-kəhfin 
yuxularının müddətidir: 300, yoxsa 309 il? 
Qur’ani-kərim buyurur: 
«Onlar 300 il mağarada qaldılar və ona 9 il artırdılar.» 
Cavab budur ki, onların yuxuları GünəĢ (ġəmsi) ili ilə 300, Ay (Qəməri) ili ilə 
isə 309 il uzanmıĢdır. Ġndi hesablayırıq: 
GünəĢ ili 365 gündür. Buna görə də 300 GünəĢ ili 109500 gün (365 
x
 300 = 
109500) olacaqdır. Lakin, Ay ili 354 gün 8 saat 48 dəqiqədir. Demək olar ki, bir 
Ay ili 354 və 30/11 gündür. 
Əgər 309 Ay ilinin neçə gün olduğunu bilmək istəsək 309-u 354-ə vurar  və 
109386 gün nəticəsini alarıq. 
300-ü  30/11-ə  vurmaqla  isə  110  rəqəmini  əldə  edirik.  9-u  30/11-ə  vuraraq 
Qəməri  təqviminə  uyğun  olaraq  4  gün  hesablanacaq  və  bunların  cəmi 
(109386+110+4=)109500 gün olacaqdır. Göründüyü kimi bu rəqəm 365 günlük 
300 GünəĢ ilini və 354 və 30/11 günlük 309 Ay ilini göstərir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
199 
 
ƏBABĠL QUġLARININ 
HÜCUMU 
FİL SAHİBLƏRİNİN ƏHVALATI 
Miladi  tarixi  ilə  535-ci  ildə  Yəmən  hakimi  Əbrəhə  HəbəĢi,  HəbəĢstan 
imperatorluğundan  ayrılıb,  öz  ölkəsinin  müstəqilliyini  e’lan  etdi.  O,  digər 
imperatorlar  kimi  baĢqa  yerləri  iĢğal  edib,  ölkəsinin  ərazisini  geniĢləndirmək 
fikrinə düĢdü. 
O  zaman  Ġran  imperiyası  ilə  Roma  imperiyası  arasında  çox  ciddi  qarĢıdurma 
var 
idi. 
Romalılar  Əbrəhəni  təhrik  edir  və  onunla  əlaqələrini 
möhkəmlədirirdilər. Lakin, farslar Əbrəhə hökumətinə zidd olan xristianları və 
həmçinin Yəmən yəhudilərini himayə edirdilər.  
Yəmənin  həbəĢilər  tərəfindən  iĢğal  olunmasında  yəhudilərin  də  rolu  var  idi. 
Belə  ki,  onlar  Zunəvası  təhrik  edirdilər  ki,  Nəcran  xristianlarını  təzyiq  altında 
saxlasın və nəticədə HəbəĢə, Yəməni iĢğal etmək üçün qüvvə göndərsin.  
QÜLLEYS 
Əbrəhə  HəbəĢi  düĢünərək  belə  qərara  gəldi  ki,  Hicaz  torpaqlarını  əldə  edib, 
qurudan  keçən  ticarət  yoluna  hakim  olsun  və  bununla  da  Roma  imperiyasına 
qoĢulsun.  
Romalılar onun bu iĢini alqıĢladılar. Çünki, bununla onlar Ġran imperiyasının 
sərhəd zonalarında öz hakimiyyətlərini daha da möhkəmlənlirmək imkanı əldə 
etmiĢ  olardılar.  Ona  görə  də  ora  xristian  dinini  yaymaq  üçün  təbliğatçılar 
göndərdilər.  
Əbrəhə  orada  çox  böyük  bir  mə’bəd  düzəltmək  istəyirdi.  Bu  iĢdə  onun 
məqsədi  ərəblərin  nəzərini  cəlb  etmək,  onları  həcc  və  Kə’bə  ziyarətlərindən 
ayırıb, xristianlaĢdırmaq idi.  
Böyük mə’bədin tikintisi sona çatdı və Əbrəhə ərəbləri ora də’vət etdi. Lakin, 
ərəb karvanları hələ də müqəddəs Kə’bəyə üz tuturdular.  
Əbrəhə  Kə’bəni  viran  edəcəyini  e’lan  etdi.  O,  bütün  qüvvələrini  toplayaraq, 
qarĢıda  tə’lim  görmüĢ  Afrika  filləri  olmaqla  hərəkətə  baĢladı.  Əbrəhə  böyük 
qoĢunun önünə keçərək Sən’adan xaric oldu və Məkkəyə tərəf hərəkətə baĢladı.  
Yəmənin ətrafında olan bə’zi ərəb qəbilələri həbəĢilərin hücumunun qarĢısını 
almaq  istəsələr  də  məğlub  oldular.  Bu  minvalla  HəbəĢstan  ordusu  Məkkəni 
iĢğal etmək və Kə’bəni dağıtmaq üçün onlara tərəf irəlilədi.  
HəbəĢstan  qoĢunu  öz  yolunda  rastlaĢdığı  bütün  Ģeyləri  mənimsəyirdi.  Onlar 
Məkkə yaxınlığındakı dərələrin birində HaĢim oğlu Əbdül-müttəlibin dəvələrini 
görüb, onları da qarət etdilər. 
QoĢunun hücum xəbəri Məkkəyə çatdı. Məkkə sakinləri Ģəhərdən çıxıb, dağın 
zirvələrinə  çəkildilər.  Həzrət  Məhəmməd  peyğəmbərin  (s)  babası  Əbdül-
müttəlibdən baĢqa Ģəhərdə heç kim qalmadı.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə