PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   73   74   75   76   77   78   79   80   ...   83

 
194 
Onlar  hələ  də  yuxulu  idilər.  GünəĢin  qüruba  doğru  getdiyini  və  onun  qızılı 
rəngli Ģüasının mağaranın kiçik bir hissəsinə düĢdüyünü gördülər. Ona görə də 
bə`ziləri  belə  fikirləĢdilər  ki,  bütün  günü  yatmıĢlar.  Onlar  elə  bilirdilər  ki, 
günəĢin  batmasını  və  yenidən  doğmasını  hiss  etmədən  yuxuda  olmuĢlar.  Ġndi 
ayılmıĢlar və günəĢ yenə də qürub vaxtındadır. Ona görə də dedilər: 
-Biz ya bütün bir günü ya da günün çox hissəsini yatmıĢıq. 
Bə`ziləri isə belə dedilər: 
-Allah daha yaxĢı bilir ki, burada nə qədər yubanmısınız. 
Yuxunuzun  nə  qədər  davam  etdiyini  yalnız  Allah  bilir.  Qeybi  elmləri  bilən 
yalnız odur.  Ġnsan  yuxuya getdikdə bütün dünyadan ayrılır. Məsələn, əgər bir 
Ģəxs  payızın  əvvəlində  yatsa,  oyandıqda  gözü  qara  və  yarpaqsız  ağaclara 
düĢdükdə üç aydan artıq yatdığını anlayır. Niyə? Çünki, o, payız fəslini yuxuda 
olmuĢdur. Ġndi isə qıĢ gəlmiĢdir.  
Yuxudan  ayılan  bu  yeddi  cavan  günəĢin  qüruba  yaxınlaĢdığını  gördülər. 
Onlar bilmədilər ki, yalnız bir neçə saatmı yatıblar, yoxsa artıq. Çünki, günəĢin 
qurub  edib,  yenidən  doğduğunu  indi  quruba  doğru  getdiyini,  yoxsa  baĢqa  bir 
Ģəkildə olduğunu bilmirdilər. 
Onlar doğrudan da imanlı insanlar idilər. Ona görə də dedilər: 
«Bizim nə qədər yuxuda olduğumuzu yalnız Allah bilir». 
Onlar  belə  güman  edirdilər  ki,  bir  gün  və  ya  bir  gündən  bir  qədər  az 
yatmıĢlar. 
TƏHLÜKƏLİ TAPŞIRIQ 
Sonrakı gün səhər acmağa baĢladılar. Onların birində qızıl sikkələr vardı. O 
dedi:  
-Bizim  birimiz  bu  pulları  götürüb,  yemək  dalınca  getməlidir.  Amma,  gərək 
ehtiyatlı olsun ki, onu görən olmasın. Əgər biz onların əllərinə keçsək mütləq 
bizi öldürəcəklər. 
BaĢqası dedi: 
-Həqiqətən  onlar  allahlara  ibadət  etməyənlər  üçün  daĢqalaq  hökmü  tə`yin 
etmiĢlər.  
BaĢqa birisi dedi:  
-Onlar bizi allahlara səcdə etmək üçün məcbur edəcəklər. 
BaĢqa birisi isə belə dedi: 
-Bu zaman hamımız bədbəxt olacağıq. 
BAZARDA 
Onların biri Ģəhərə gedib, yemək almaq iĢini öhdəsinə götürdü. O, mağaradan 
çıxıb, dağdan endi. ġəhərə necə girməyi barədə fikirləĢirdi. Əgər kimsə ondan 
bir Ģey soruĢsa necə cavab verməli, romalı gözətçi və əsgərlərə nə deməlidir. 
Üç əsrdə yağıĢların, sellərin və küləklərin tə`siri ilə vücuda gələn dəyiĢiklərə 
və yeniliklərə diqqət yetirmirdi. 


 
195 
Qorxurdu və nigaran idi. Çünki, o nə ova getmiĢdi və nə də istirahətə. O öz 
yoldaĢları ilə birlikdə mağaraya qaçmıĢdı. Ġndi isə yeməyə bir Ģey əldə etmək 
üçün qayıdırdı. O, qorxu içində idi. 
O hər Ģeyin dünənki vəziyyətdə olduğunu güman edirdi. ġəhərə çatdı. Oranın 
bina  və  hasarlarına  nəzər  salıb,  heyrətə  gəldi.  O,  yolu  azıb,  baĢqa  bir  Ģəhərə 
girdiyini güman etdi. 
ġəhərə  daxil  olduqda  heç  kəs  ona  əhəmiyyət  vermədi.  O,  allahların 
heykəllərini  də  görmədi.  Özünü  tamamilə  yad  bir  Ģəhərdə  hiss  etdi.  Ġnsanlar 
ona baxır və təəccüblə deyirdilər: «Bu Ģəxsin əynində qədimi paltar var. Bu gün 
heç kim onu geyinmir. Buranın əhalisi yeni paltarlar geyinirlər».  
O,  insanları  zülmə  mə`ruz  qoyan  və  onların  əqidə  və  inamlarını  yoxlayan 
mə`murları da görmürdü. 
Oranın  insanlarının  təhlükəsiz  və  rahat  yaĢadığını  müĢahidə  etdi.  Onlar 
iĢləyib,  çalıĢır  və  əkinçilik  edirdilər.  Onlarda  heç  bir  qorxu  və  nigaranlıq 
müĢahidə olunmurdu.  
O cavan bazara getdi. Bir nəfərdən bazarın yerini soruĢdu. Ona yolu göstərdi. 
Cavan  onların  danıĢıq  tərzinə  də  təəccüb  etdi.  Ġnsanların  ləhcəsi  çox 
dəyiĢilmiĢdi. Onlar yeni ləhcə ilə danıĢırdılar. 
Çox qəribə idi. 
Cavan  öz-özünə  dedi:  «Deyəsən,  yolu  səhv  gəlib,  baĢqa  bir  Ģəhərə 
çatmıĢam».  
BÖYÜK HƏQİQƏT 
Özünə  gəlib,  öhdəsinə  götürdüyü  iĢi  yerinə  yetirmək  barədə  fikirləĢdi.  O, 
yeməyə bir Ģey almalı və özlərinin dağdakı sığınacaq yerlərinə qayıtmalı idi. 
Ona  görə  də  özünü  çox  adi  və  Ģəhər  sakinlərindən  biri  kimi  göstərməyə 
çalıĢdı. 
Camaat  onun  qərib  bir  insan  olduğunu  və  hansısa  ucqar  bir  dağ  kəndindən 
gəldiyini güman edirdilər.  
Cavan qabaqca yeyinti məhsulları satan saleh bir kiĢini axtarırdı. Amma, onu 
tapa  bilmədi.  Əvəzində  zahiri  görünüĢləri  onların  yaxĢı  insan  olduqlarından 
xəbər verən çoxlu satıcılarla rastlaĢdı. 
O cavan tapĢırılmıĢ bə`zi yeməliləri aldı. Onların pulunu satıcıya verəndə isə 
gözlənilən hadisə baĢ verdi. 
Satıcı  pulları  aldıqda  mat-məəttəl  ona  baxıb,  öz-özünə  dedi:  «Bu  pullar 
imperator Təracanın zamanına aiddir. Bu pulların vaxtından üç əsr keçir».  
Satıcı  cavana  təəccüblə  baxdı.  O  öz-özünə  fikirləĢdi:  «Bəlkə  də  bu,  xəzinə 
tapmıĢdır». Ona görə də ona dedi: 
-Olmaya xəzinə tapmısan? 
-Nə demək istəyirsən? 
-Nə demək istəyirəm? Bu qızıl sikkələr on illər bundan əvvələ aiddir. 
-Bu pullar mənimdir. Mən bunlarla yemək almağa gəlmiĢəm.  
Satıcı həmin zamana aid olan pulu göstərib, dedi: 
-Bax, biz bu pullarla alver edirik. 


 
196 
Cavan  o  vaxta  qədər  görmədiyi  pul  sikkələrinə  nəzər  saldı.  Öz-özünə  dedi: 
«Ġlahi! Bu nə deməkdir?» 
Satıcı dedi: 
-Əgər məni də öz xəzinənlə Ģərik etsən heç kimə xəbər verməyəcəyəm.  
-Hansı xəzinə? Bu pullardan baĢqa mənim heç nəyim yoxdur. 
Elə  isə  mən  də  mə`murlara  xəbər  verəcəyəm.  Satıcı  cavanın  paltarından 
yapıĢıb, qıĢqırdı. Camaat onların ətrafına toplaĢdılar. O, üzünü çevirib, dedi:  
-XahiĢ  edirəm  məni  burax.  Əgər  məni  tutsalar  öldürəcəklər.  Təracanın 
əsgərləri heç kəsə rəhm etmirlər.  
-Təracan?!  
Ġnsanlar təəccüblə və gülərək dedilər: 
-Təracan yüz illər bundan qabaq ölmüĢdür... Ey cavan sən dəlimi olmusan? 
Cavan soruĢdu: 
-Bəs indi Ģəhərin hakimi kimdir?  
-Tiyodosyos...  O  saleh  bir  padĢahdır.  Ġki-üç  ildir  ki,  Məsihin  dininə  inam 
gətirmiĢdir. 
Cavan soruĢdu: 
-Demək istəyirsən ki, onlar daha Məsihin ardıcıllarını öldürmürlər? 
-Nə  danıĢırsan?  Bütün  insanlar  Allahın  dininə  iman  gətirmiĢlər.  Zülm  və 
iĢgəncə zamanı keçmiĢdir. 
Alnını ovan qoca bir kiĢi dedi: 
-Aman  Allah!  UĢaq  vaxtı  nənəm  mənə  bə`zi  cavanların  sərgüzəĢti  haqqında 
danıĢardı. Onlar imperatordan qorxduqları üçün Ģəhərdən qaçmıĢdılar. Heç kəs 
onları tapa bilməmiĢdi.  
O cavan özünü itirdi. EĢitdiyi sözlərin həyəcanından az qalırdı  yerə  yıxılsın. 
Görəsən,  bütün  bu  illər  ərzində  onların  yuxuda  olması  ağılla  uyğundurmu? 
Görəsən,  insan  üç  əsr  müddətində  yuxuya  gedə  bilərmi?  O  heç  nəyi 
xatırlamırdı.  Elə  bilirdi  ki,  dünən  yatıb,  bu  gün  oyanmıĢdır.  Gözlərini  ovdu. 
Olmaya  bu  da  yuxudur.  Amma,  yox,  yox.  Onun  gördükləri  həqiqət  idi;  çox 
böyük bir həqiqət. 
ƏHVALATIN SONU 
Ġsti və həyəcanlı xəbərlər Ģəhərin hakiminə çatdı. O imanlı insan idi. Cavanı 
gətirmələrini əmr etdi. Hakim böyük bir həqiqətin qarĢısında olduğunu anladı. 
Allah-təala  ölüləri  diriltməyinə,  qiyamətin  və  məadın  haqq  olmasına  və 
insanların bir gün Allahın dərgahında duracaqlarına aid öz qüdrətinə əlamət və 
niĢanə göstərmək istəmiĢdi. 
Hakim cavandan onları həmin mağaraya aparmasını istədi. Beləliklə, o cavan 
yola  düĢdü.  Ġmanlı  hakim  və  əsgərlər  onun  ardınca  hərəkətə  baĢladılar. 
Mağarada  olan  cavanlar  qorxdular.  Çox  nigaran  oldular.  Çünki,  qardaĢları 
gecikmiĢdi. Onların biri dedi: 
-Bəlkə də tutulmuĢdur.  
O birisi dedi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə