PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   70   71   72   73   74   75   76   77   ...   83

 
185 
Onlar  o  həzrətin  qətl  planını  hazırladılar.  Ġsa  (ə)  hiss  etdi  ki,  onların 
gözlərindən küfr yağır. Ona görə də fəryad edib buyurdu: 
-Allah yolunda kim mənim köməyim ola bilər?  
On iki həvari ayağa qalxıb dedilər: 
-Biz  Allahın  köməkçiləriyik.  Allaha  iman  gətirdik.  Sən  də  Ģahid  ol  ki,  biz 
Allahın əmrinə təslimik. Sonra isə üzlərini göyə tutub, dedilər: 
«Ġlahi!  Sənin  nazil  etdiyinə  iman  gətirdik.  Elçinə  itaət  etdik.  Bizi  azğın 
insanlar sırasına salma!»  
AZİR 
Ġsanın Azir adlı bir dostu vardı. Onu çox sevirdi. O, imanlı bir cavan idi. Bir 
gün  Ġsa  əhvalını  soruĢmaq  üçün  Azirin  evinə  getdi.  Anası  ağlayaraq  çıxdı  və 
dedi:  
-Azir dünyadan köçüb və üç gün qabaq torpağa tapĢırılmıĢdır.  
Ġsa buyurdu: 
-Onu görmək istəyirsənmi?  
O cavanın imanlı anası dedi: 
-Hə, ey Allahın Ruhu! 
-Sabah gələrəm və Allahın izni ilə onu dirildərəm.  
Səhər tezdən Ġsa gəlib, o cavanın anasına buyurdu: 
-Mənimlə oğlunun qəbrinin baĢına gəl.  
Məryəm  oğlu  Ġsa  qəbrin  qarĢısında  dayandı.  BaĢını  göyə  qaldırıb,  həyat 
bağıĢlayan Allahın dərgahına ağladı və sonra ürək yanğısı ilə səslədi:  
-Ey Azir! Yuxudan oyan! 
Birdən  torpaqlar  kənara  çəkildi.  Qəbir  yarıldı.  Azir  torpağın  içindən  çıxdı. 
Ana övladını qucaqladı. Gözlərindən sevinc yaĢları axdı.  
Məsih o cavana buyurdu: 
-Ananla qalmaq istəyirsənmi?  
Azir dedi: 
-Bəli, ey Allahın seçilmiĢ məxluqu.  
Məsih buyurdu: 
-Allah-təala  sənə  yenidən  ömür  əta  etmiĢdir.  Tezliklə,  evlənəcəksən.  Allah 
sənə saleh övladlar verəcəkdir.  
SƏMAVİ YEMƏK 
Allah-təala  həvarilərə  vəhy  etdi  ki,  mənə  və  mənim  elçimə  iman  gətirin. 
Dedilər: 
«Ġman gətirdik. Sən də Ģahid ol ki, biz Allahın əmrinə təslimik». 
Həvarilər  Məryəm  oğlu  Ġsanın  ətrafına  toplaĢıb,  onu  təsdiq  etdilər.  Onlar 
peyğəmbəri müdafiə etmək üçün hazır oldular. Onlar kiçik bir qoĢun, lakin çox 
güclü və qüdrətli idilər.  
Məsih  dünya  və  axirətdə  dəyərli  məqama  malik  idi.  O,  iman  cəhətindən  elə 
bir məqamda idi ki, Allahdan nə istəsəydi, duası qəbul olardı.  


 
186 
Ġsanın  istəkləri  insanların  Allaha  iman  gətirməsi  və  Allahın  verdiyi  öz 
fitrətlərinə qayıtmaları üçün idi.  
O,  çox  sə`ylə  qoyunlarının  bir-birindən  ayrılmamasına  çalıĢan  pak  qəlbli  və 
mehriban  bir  çobana  bənzəyirdi.  Olmaya  canavar  onları  yeyələr!  Bəni-Ġsrailin 
yoxsul  və  məhrum  insanları  itmiĢ  qoyunlara  bənzəyirdilər.  Münafiq  kiĢilər  isə 
canavar  kimi  idilər.  Kasıb  və  yoxsulları  oğurlayıb,  ruh  və  canlarında  Məsihin 
risalətinə olan iman nurunu məhv edirdilər.  
Bir  gün  Məsih  həvarilərlə  birgə  yaxınlıqdakı  təpələrin  yanından  keçirdi.  O, 
Allaha imanı insanların arasında yaymaq istəyirdi.  
Bir  su  bulağının  yaxınlığında  oturdu.  Həvarilər  də  onunla  oturdular.  Məsih 
onların  ayaqlarını  yumağa  baĢladı.  Həvarilər  onun  bu  qəribə  iĢinə 
təəccübləndilər. O həzrətə dedilər: 
-Ey Allahın elçisi! Niyə belə edirsən?  
Məsih çox təvazökarlıqla buyurdu: 
-Sizdən istəyirəm ki, insanlarla belə rəftar edin! Mənim sizinlə rəftar etdiyim 
kimi. Mən sizə xidmət göstərdiyim kimi siz də insanlara xidmət göstərin.  
Həvarilər  acmıĢdılar.  Amma,  Məsih  acdığı  zaman  bir  qədər  çöl  otlarından 
yeyir və aclığı dəf edirdi.  
Amma,  həvarilər  bu  iĢi  görə  bilmirdilər.  Yalnız  Məsih  dünyaya  rəğbətsiz 
insan idi. O özünü, nəfsi istəklərinə hakim olmağa alıĢdırmıĢdı.  
Həvarilər öz aralarında danıĢırdılar. Palçıqdan quĢ qəlibi düzəldən, sonra ona 
üfürüb,  quĢa  çevirən,  Azirin  qəbri  baĢında  dua  edib,  onu  dirildən  Məsih 
Allahdan  bizim  üçün  səmadan  yemək  göndərməsini  istəyə  bilər.  Ona  görə  də 
dedilər: 
-Ey  Məryəm  oğlu  Ġsa!  Sənin  Rəbbin  bizim  üçün  göydən  yemək  göndərə 
bilərmi?  
Ġsa çox narahat oldu. O dedi:  
-Bunlar Allahın qüdrətinə Ģübhəmi edirlər?  
Onlara xəbərdardlıq edərək buyurdu:  
-Əgər imanınız varsa Allahdan qorxun.  
Dedilər: 
-Biz  istəyirik  o  yeməkdən  yeyək.  Bilirik  ki,  sən bizə  doğru  deyirsən.  Biz  bu 
iĢə  Ģahidik.  Amma,  bizim  qəlblərimiz  daha  çox  arxayın  olsun  deyə  bu  istəyi 
etdik.  Ġnsanların  qarĢısında  bu  mö`cüzəyə  Ģəhadət  verəcəyik.  Bu  özü,  sənin 
risalətinin doğruluğu üçün yeni bir sübut olacaqdır. Həm də səmavi yeməkdən 
yeyib, bərəkət götürmək istəyirik.  
Ġsa  sakit  oldu.  Amma,  nurani  çöhrəsi  kədərləndi.  Gözlərindən  səmavi  nur 
parlayırdı. Məsih asimanların Rəbbinin dərgahına səcdə etdi. Sonra baĢını göyə 
qaldırdı. O pak vücudunun dərinliklərindən səsləndi:  
«Ġlahi!  Bizim  üçün  səmavi  yemək  göndər  ki,  əvvəlimiz  və  axırımız  üçün 
bayram və həmçinin səndən bir niĢanə olsun. Bizə ruzi əta et! Sən ən yaxĢı ruzi 
verənsən.»  


 
187 
Göydə  bir  nur  parlayıb,  o  məkanı  bürüdü.  Ġsa  və  həvarilər  ürəklərinin 
dərinliklərinə  gedən  dəhĢətli  bir  səs  eĢitdilər.  O,  ilahi  vəhyin  səsi  idi.  Onlara 
buyurdu: 
-Mən  bu  yeməyi  sizin  üçün  göndərirəm.  Amma,  əgər  bundan  sonra  sizin 
biriniz kafir olsa ona elə əzab edəcəyəm ki, heç kəsə belə əzab etməmiĢəm.  
Səmavi yemək nazil oldu. Onda ürək açan ruzi və bərəkət vardı. Çörək və ətlə 
dolu  idi.  Yeməyin  ətri  fəzanı  bürümüĢdü.  Aclar  və  yeməyi  üçün  heç  bir  Ģeyi 
olmayanlar  Məryəm  oğlu  Ġsanın  yanına  gəldilər  ki,  onlara  da  yemək  yedirsin. 
Onlar da ləzzətli və ətirli yeməkdən yesinlər. Yedilər və doydular.  
O gün bütün camaat ən dadlı və ləzzətli yemək yedilər.  
DƏNİZİN SAHİLİNDƏ 
Bir  gün Məsih  məhrum  və  yoxsul insaların  görüĢünə getdi.  Balıqçı  o həzrəti 
görərək qıĢqırdılar:  
-Müəllim gəldi!  
Onlar nigaran yaĢayırdılar. Çünki, öz torlarını dənizə salsalar da onlara heç bir 
Ģey nəsib olmamıĢdı.  
Onların bə`zisi sahilin yanında oturmuĢdular. Bə`zisi balıq ovlayan qayıqlarda 
mə`yus halda dənizə baxır, bə`ziləri isə yelkənləri dolayırdılar. Ümidsizlik hər 
yeri bürümüĢdü.  
Ġsa  qayıqların  birinə  mindi.  Ovçulara  yenidən  ov  üçün  hazır  olmalarını 
tapĢırdı.  Yelkənlər  yenidən  qaldırıldı.  Qayıqlar  Məsihin  qayığının  arxasınca 
hərəkətə gəldilər.  
Qayıqlar  dənizin  bir  nöqtəsində  dayandılar.  Məsih  ovçulara  iĢarə  etdi  ki,  öz 
torlarını  suya  atsınlar.  Gözlənilmədən  torlar  balıqla  doldu.  Yenidən  atdılar. 
Yenidən balıqla dolu torları çölə çıxartdılar. Beləliklə qayıqlar balıqla doldu.  
Ovçular Ģən mahnılar oxuya-oxuya qayıdıb, verdiyi ne`mətlərinə görə Allaha 
Ģükür etdilər.  
ŞƏFA 
Bir  gün  həvarilərin  biri  Həzrət  Məsihi  öz  evinə  də`vət  etdi.  Həzrət  onun 
də`vətini  qəbul  edib,  onlara  getdi.  Yolda  Məsih  hərəkət  edən  və  camaatın 
məsxərə etdiyi bir cavanı gördü. O cavan kar idi. Heç bir eĢitmədiyindən bir söz 
də deyə bilmirdi. Heyrətlə insanlara baxırdı. Onlarsa ona gülürdülər.  
Məsih əllərinin içini məhəbbətlə onun baĢına və qulaqlarına  çəkdi. Mö`cüzə 
baĢ verdi. O cavan ilk dəfə olaraq eĢitməyə baĢladı.  
Camaatın  istehza  dolu  sözləri  bu  macəraya  təəccüb  edən  ifadələrlə  əvəz 
olundu. Bə`ziləri Məsihə iman gətirib, o həzrətin adamlarına qoĢuldular.  
Məsih dostunun evinə gedən yolunu davam etdirdi.  
Səhər  çağı  Məsih  qapısının  döyüldüyünü  eĢitdi.  DaĢlar  dayanmadan  qapıya 
vurulurdu.  
Həzrət çölə çıxdı. Dəri xəstəliyinə düçar olmuĢ bir kiĢini gördü. Camaat ona 
daĢ ataraq Ģəhərdən çıxmağa məcbur edirdilər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə