PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   60   61   62   63   64   65   66   67   ...   83

 
156 
Allah-təala Davud oğlu Süleymanın elm və biliyini aĢkar edib, onu insanlara 
peyğəmbərin  varisi  kimi  tanıtdırmaq  istədi.  Ona  görə  də  Süleymanın  qəlbinə 
yeni bir hökm ilham etdi. Süleyman atasına dedi: 
-Ey Allahın peyğəmbəri! Bir incə və zərif hökm də var.  
Davud buyurdu: 
-Oğlum! Nə hökm?  
Süleyman dedi: 
-Tarla  sahibi  qoyunları  bir  il  müddətinə  onların  sahibindən  alar  və  onların 
yunundan, südündən və balalarından istifadə edər. Qoyunların sahibi də tarlanı 
təhvil alar ki, qoyunlarının əkin sahələrinə vurduğu ziyanları düzəltsin.  
Davud  Süleymanın  hökmünə  sevindi  və  anladı  ki,  Allah-təala  Süleymanın 
elm və biliyini insanlar üçün bəyan etmək istəyir və onlara anlatmaq istəyir ki, 
o, Davudun varisi və caniĢinidir. Ona görə də Davud Süleymanın hökmünü icra 
etdi. Həmin hökm o zaman eləcə icra olunurdu.  
Davudun hakimiyyəti qırx il çəkdi. O, bu müddət ərzində Allahın fərmanları 
ilə hökm edirdi. Xeyir, bərəkət və əmin-amanlıq onun hakimiyyəti altında olan 
yerlərdə yayılmıĢdı. Davud özünü ölüm ərəfəsində gördükdə Süleymanı özünə 
varis və caniĢin e`lan etdi. Allah-təala Süleymanı onun nümayəndəliyinə seçdi. 
Çünki, Süleyman rəftar, əxlaq və insanpərvərliyində atası Davud kimi idi.  
HİKMƏTLİ SÜLEYMAN 
Süleyman ölkə idarəsinin və hakimiyyətinin mə`suliyyətinə baĢlayanda imanlı 
bir cavan idi. O, öz ordusunun qüdrət və gücünü artırdı; Amma, baĢqa ölkələri 
iĢğal  etmək  və  ölkəsini  geniĢləndirmək  üçün  yox,  Allah  hökmlərini  yerdə 
yaymaq üçün.  
Süleyman  peyğəmbərlik,  elm,  bilik  və  padĢahlıq  ne`məti  ilə  bəhrələnmiĢdi. 
Allah-təala  Süleymanın  təvazökarlığının  və  Ģükrünün  artdığını  gördükdə  onun 
güc və qüdrətini də artırdı. Onun ölkəsinə xeyir-bərəkət bağıĢladı. Bu bərəkətlər 
hər  yeri  bürüdü.  Allah-təala  Süleymana  ondan  baĢqa  heç  kəsə  əta  etməyəcəyi 
ne`mətlər bəxĢ etdi. Çünki, o, Allaha Ģükr edirdi.  
Allah-təala  küləkləri  onun  ixtiyarına  qoymuĢdu.  Onlara  əsmək  fərmanı 
verdikdə əsirdilər. Allah-təala cinləri də onun itaətinə gətirmiĢdi. Onlar həzrətin 
fərmanlarına  əməl  edirdilər.  Cinlər  dənizlərin  diblərinə  batmıĢdılar  və  oradan 
xəzinə,  mirvari  və  mərcan  çıxarırdılar.  O  həzrət  üçün  gözəl  mə`bədlər 
düzəldirdilər.  
Süleyman  bir  hökumət  bərpa  etmək  fikrində  idi;  Allaha  iman  gətirənlərin 
arxası olacaq bir dövlət. Ona görə də  Allahdan istədi ki, elm  və bilik sirlərini 
onun  üçün  açsın.  Allah-təala  elm  və  biliyin,  quĢların  və  heyvanlarının  dilinin 
sirlərini ona öyrətdi. Ona görə də əkinçilik geniĢləndi. Sədlər düzəldildi. Ġnsan 
və  cinlərdən  ibarət  olan  böyük  bir  qoĢun  Süleymanın  fərmanını  yerinə 
yetirirdilər.  Onlar  Abnus  taxtası,  qızıl,  fil  sümüyü,  yaqut,  zümrüd  və  minlərlə 
qiymətli daĢlar əldə etməklə əsrarəngiz gözəlliyə malik olan bir taxt düzəltdilər. 
Həmçinin  qorxulu  və  taxt  üstündə  oturmuĢ  iki  Ģir  və  qanadlarını  açmıĢ  iki 
kərkəs heykəli düzəltdilər.  


 
157 
SÜLEYMANIN QARIŞQASI  
Allah insan və heyvanı  yaratmıĢdır. O hər Ģeyi  yaradandır. Biz öz ətrafımıza 
baxdıqda  çoxlu  məxluq  görürük.  Kiçik  məxluqlar  bizim  yaxınlığımızda 
yaĢayırlar.  Bə`zi  məxluqlar  bizim  yanımızdan  ötdükdə  hiss  etmirik.  Əgər 
diqqətlə baxmasaq, onları görə bilmərik. Məsələn qarıĢqa. 
QarıĢqalar  ictimai  Ģəkildə  yaĢayırlar.  Onlar  özləri  bir  millətdirlər.  ĠĢləyir, 
çalıĢıb-vuruĢur və özlərini müdafiə edirlər. Onların yaĢayıĢı nizam-intizam üzrə 
və əməklədir. Yayda  yemək məhsullarını hazırlayıb, qıĢa saxlayırlar. Bu kiçik 
məxluqun Süleymanla eĢitməli bir əhvalatı vardır: 
Bir  gün  Süleyman  öz  ordusuna  Allah  yolunda  mübarizə  üçün  sərkrdəlik 
edirdi. Ordunun yolu qarıĢqaların yaĢadığı bir yerdən keçirdi. Atların dırnağının 
səsi  yeri  lərzəyə  gətirmiĢdi.  QarıĢqalar  adətləri  üzrə  orada  fəaliyyətdə  idilər. 
Onların  bə`ziləri  yeyinti  məhsulları  toplayır,  bə`ziləri  isə  yuvaların  içində 
iĢləyirdilər.  
Orada kiçik bir qarıĢqa  da iĢləyirdi. O birdən  yerin titrədiyini hiss etdi. Bildi 
ki,  Süleymanın  qoĢunu  həmin  yerə  tərəf  hərəkət  edir.  QarıĢqa  dayanıb, 
qıĢqırmağa baĢladı. O, qarıĢqalara xəbərdarlıq edərək dedi: 
-Ey  qarıĢqalar!  Süleymanın  ordusu  yoldadır.  Tez  öz  yuvalarınıza  qayıdın. 
Yoxsa onun əsgərləri e`tinasız olaraq sizi ayaqları altında əzəcəklər.  
QarıĢqa  ağacın  baĢına  çıxıb,  üfüqə  baxırdı.  Bu  zaman  Süleyman  və  onun 
ordusu yaxınlaĢdılar.  
Süleyman  o  qarıĢqaya  baxdı.  QarıĢqanın  xəbərdar  edən  fəryad  səsləri 
eĢidilirdi.  
Allah-təala Süleymana qarıĢqanın dilini öyrətmiĢdi. Ona görə də həzrət onun 
sözlərinə təbəssüm etdi. Həzrət öz miniyindən düĢdü. Allaha səcdə edib, baĢını 
göyə qaldırdı və dedi: 
«Ġlahi!  Mənə  və  ata  anama  bəxĢ  etdiyin  ne`mətlər  üçün  sənə  Ģükrlər  olsun! 
Mənə ilham və sənin razılığına səbəb olan saleh iĢlər görməkdə müvəffəqiyyət 
ver! Məni öz rəhmətinlə saleh bəndələrinin sırasına daxil et!»  
Süleyman  fərman  verdi  ki,  əsgərlər  o  yerə  daxil  olmayıb,  baĢqa  bir  yolla 
getsinlər.  QarıĢqalar  qorxu  və  dəhĢət  içində  idilər.  Çünki,  onların  yuvalarının 
çoxu atların dırnaqları və əsgərlərin ayaqları altında dağılacaqdı.  
Amma,  o  qarıĢqa  macəranı  onlara  xəbər  verdi.  Onlar  sevinib,  Allahdan 
Süleyman və onun ordusu üçün qələbə istədilər.  
Süleymanın  ordusu  Allah  yolunda  mübarizə  etmək  üçün  öz  yolunu  davam 
etdirdi. QarıĢqalar qayıdaraq rahat və təhlükəsiz o yerdə iĢləməyə baĢladılar.  
SƏBADAN XƏBƏRLƏR  
Süleymanın  ordusu  imanlı  insanlardan  təĢkil  olunmuĢdu.  Ġnsanlardan  əlavə 
cinlər  və  quĢlar  da  ona  qulluq  edirdilər.  Məsələn,  Ģanapipik  quĢu  su  tapmaq 
üçün onun ordusuna kömək edirdi.  
ġanapipik  quĢu  Allahın  ona  verdiyi  hissiyyatla  bilirdi  ki,  filan  yerdə  yerin 
altında su vardır. Ona görə də ora enirdi. Sonra isə iĢçilər gəlib, oranı qazır və 
su çıxarırdılar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə