PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   56   57   58   59   60   61   62   63   ...   83

 
144 
O  yetim  uĢaq  atasına  yaxĢılıq  edirdi.  Bir  gün  çox  əhəmiyyətli  bir  iĢ  üçün 
atasının  yanına  gəldi.  Amma  atasını  yatmıĢ  görüb,  onu  yuxudan  oyatmadı  və 
geri qayıtdı. 
Atası  yuxudan  oyandıqda  məsələdən  xəbərdar  oldu.  Bu  zaman  həmin  inəyi 
ona  hədiyyə  etdi.  Allah  atasının  yaxĢılığı  qarĢısında  ona  lütf  və  mərhəmət 
göstərmək  istədi.  Beləliklə  o  mö`cüzə  baĢ  verdi  və  inək,  Allahın  öldürülən 
insanı diriltmək üçün Bəni-Ġsraildən istədiyi yeganə inək idi. 
XIZR 
O  zaman  baĢqa  bir  hadisə  də  baĢ  verdi.  Allah  Musaya  bir  fərman  verdi:  O, 
dənizin sahilinə getməli və Allahın saleh bəndələrinin birindən elm və hikməti 
öyrənməli idi. Musa öz-özünə dedi: “O saleh bəndəni hardan tapıb, ondan elm 
və hikmət öyrənəcəyəm?”  
Allah ona vəhy etdi ki, tezliklə iki dəryanın qovuĢduğu yerdə onu tapacaqdır. 
Musa yeniyetmə YuĢə` ibn Nunu da özü ilə apardı. Onların əlamət və niĢanələri 
öz  yollarının  yeməyi  üçün  tutduqları  balığın  itməsi  idi.  Musa  yola  düĢdü.  O 
cavan da onun ardınca hərəkət etdi. Musa cavan YuĢə`ə dedi:  
-Balıq itdiyi zaman mənə xəbər ver.  
Musa  yolunu  davam  etdirdi.  Nəhayət  iki  dəryanın  qovuĢduğu  yerə  çatdılar. 
Musa əsasını atıb yatdı. O çox yorulmuĢdu. 
Göydə bulud göründü. YağıĢ yağdı. YağıĢın suyu onların əĢyalarına çatdıqda 
balıq  yenidən dirildi və yağıĢın  yaratdığı su arxlarının vasitəsi ilə dənizə tərəf 
üzüb getdi.  
Musa  yuxudan  ayıldı.  Yolu  davam  etdirmək  üçün  YuĢə`  ibn  Nunu  səslədi. 
ġeytan  balığın  macərasını  YuĢə`in  yadından  çıxartdı.  O,  Musanı  məsələdən 
xəbərdar  etmədi.  Onlar  uzun  məsafə  qət  etdilər.  Nəhayət  yenə  də  yorulub, 
acdılar. Musa yol yoldaĢı olan dostuna dedi:  
-Yeməyimizi çıxart yeyək. Yolun uzunluğundan yorulduq. 
Bu zaman YuĢə` balığın məsələsini xatırladı və Musaya dedi: 
-Mənim yadımdadır. Ġstirahət etdiyimiz yerdə balıq özünə gəlib, dənizə doğru 
getmiĢdir. ġeytan bu məsələni sənə xəbər verməyi mənim yadımdan çıxartdı  
Üzündə təbəssüm görünən Musa dedi:  
-Bu,  bizim  axtardığımız  Ģeydir.  Ġndi  tələs  ki,  üzərində  oturduğumuz  daĢ 
parçasına tərəf gedək. 
Onlar yollarını davam etdirib, bir mənzil öncə istirahət etdikləri yerə çatdılar. 
Musa  orada  həmin  saleh  kiĢini  gördü.  O  kiĢi  daĢ  parçasının  üstündə  oturub, 
dəniz  dalğalarına  diqqətlə  tamaĢa  edirdi.  Musa  həmin  kiĢiyə  hörmət  göstərdi. 
Saleh kiĢi gülümsündü və onlara ehtiyatla buyurdu:  
-Sən kimsən? 
-Mən Ġmran oğlu Musayam.  
-Bəni-Ġsrailin peyğəmbəri Musa? 
Musa təəccüblə dedi:  
-Bəli. Bunu sənə kim xəbər verdi?  
-Səni mənim tərəfimə göndərən Ģəxs.  


 
145 
Musa anladı ki, axtardığı insanı tapmıĢdır. O dedi:  
-Mən səninlə yoldaĢlıq etmək istəyirəm. Ġstəyirəm Allahın sənə öyrətdiklərini 
mənə də öyrədəsən. 
Saleh kiĢi dedi:  
-Sən  mənimlə  yoldaĢlıq  edə  bilməzsən.  Amma,  buna  haqqın  vardır,  çünki, 
mənim etdiyim iĢlərin hikmətini bilmirsən. 
Musa dedi:  
-Dözməyə  çalıĢacağam.  Sənə  söz  verirəm  ki,  mənə  nə  əmr  etsən  itaət 
edəcəyəm. 
-Əgər bu səfərdə mənə yoldaĢ olmaq istəyirsənsə bir Ģərtim var. 
Musa dedi:  
-Nə Ģərti?  
-Mənim  etdiyim  iĢlər  barəsində  heç  nə  soruĢma.  Çünki,  sonra  özüm  onların 
barəsində səninlə söhbət edəcəyəm. 
Musa onunla razılaĢdı. Onlar birgə yola düĢdülər.  
Bəs bu saleh kiĢi kim idi? Deyirlər ki, o, Allahın peyğəmbərlərindən biri olan 
Xızr (ə) idi. 
Bəs  onların  görüĢü  harada  baĢ  vermiĢdir?  Rəvayətlərə  görə,  iki  dəryanın 
qovuĢduğu  yerdə  -  Aralıq  dənizi  ilə  Sakit  okeanın  Cəbəllüt-tariq  boğazında 
qovuĢduqları yerdə. 
YuĢə`  ibn  Nunun  Musa  ilə  yolu  davam  etdirməsini  və  ya  həmin  yerdən 
Sinayda yerləĢən Bəni-Ġsrailə tərəf qayıtmasını isə heç kəs bilmir.  
Allah-təala Musa və Xızrın sərgüzəĢtini bizə bəyan etmiĢdir: 
Musanın elm və biliyə böyük marağı var idi. Ona görə də Allah-təala belə bir 
saleh və alim kiĢinin olmasını Musaya vəhy etdikdə, elm öyrənmək üçün onun 
yanına  getdi.  Musa  və  o  saleh  kiĢi  sahillə  yola  düĢüb,  bir  limana  çatdılar  və 
orada bir gəmi ilə rastlaĢdılar. 
Musa və o  saleh  kiĢi  digər  sərniĢinlərlə  birgə gəmiyə  mindilər.  Gəmi  suların 
arası  ilə  irəliləyirdi.  Gəmi  limanların  birinə  çatmazdan  əvvəl  saleh  kiĢi  o 
gəmidən bir taxta parçasını qopardı. Bu iĢi görən Musa məzəmmətlə dedi:  
-Sən  sərniĢinləri  suda  qərq  etmək  üçün  bu  gəmini  deĢirsən?  Bu  iĢ  düzgün 
deyildir. 
Saleh kiĢi əvvəlki razılaĢmanı Musaya xatırlatdı: 
-Mən sənə demədimmi ki, etdiyim iĢlərə dözə bilməyəcəksən?! 
Musa da bu razılaĢmanı xatırlayıb dedi:  
-Sizdən üzr istəyirəm, unutmuĢdum. XahiĢ edirəm məni bağıĢlayın.  
Onlar növbəti limanda gəmidən düĢüb, bir Ģəhərə doğru getdilər. 
Yorulub, acmıĢdılar. Özlərinə yemək almaq üçün pulları yox idi.  
Onlar  Ģəhərə  çatdılar.  Ġnsanların  dağılmaqda  olan  bir  divara  baxdıqlarını 
gördülər.  Onların  arasında  heç  kim  divarı  tə`mir  etmək  istəmirdi.  Saleh  kiĢi 
divara tərəf irəlilədi. Onun nəzərinə bir fikir gəldi. 
O,  möhkəm  və  güclü  sütunlar  düzəltməklə  divarı  yenidən  bərkitdi.  ĠĢi  sona 
çatdıqda Musa Xızra dedi: 
-ĠĢin çox maraqlı idi, amma, niyə ondan ötrü muzd almadın? 


 
146 
Musa bu sözü ilə o saleh kiĢinin yadına salmaq istəyirdi ki, əgər muzd alsaydı 
onunla özlərinə yemək hazırlaya bilərdilər. 
Xızr qabaqkı razılaĢmanı yada salaraq dedi:  
-Səninlə mənim ayrılıq zamanımız çatdı. Mən sənə dedim ki, mənim iĢlərimə 
səbir edib, dözə bilməyəcəksən. Ġndi isə etdiyim iĢlərin hikməti barəsində sənə 
mə`lumat verirəm: 
Gəmini  dəlməyim  bundan  ötrü  idi  ki,  o  gəminin  sahibləri  kasıb  və  yoxsul 
insanlar  idilər.  Orada  isə  zalım  bir  padĢah  vardı.  Gəmiləri  zorla  öz 
sahiblərindən alıb, mənimsəyirdi. Mən bu iĢimlə gəmidə eyib yaratmaq istədim 
ki, padĢah gəmini onlardan almasın. Onlar sonra gəmini tə`mir edərlər. 
Bu  divar  isə  Ģəhərdə  yaĢayan  iki  yetim  uĢağındır.  Onların  ataları  bu  divarın 
altında onlar üçün bir xəzinə gizlətmiĢdir. Allah iradə edib ki, onlar böyüyüb, 
öz xəzinələrini çıxartsınlar və heç kim onlardan xəbər tutmasın.  
Ey  Musa!  Mənim  etdiyim  bütün  iĢlər  Allahın  iradə  və  istəyini  yerinə 
yetirməkdən savayı bir Ģey deyildi.  
Musa  o  saleh  kiĢi  ilə  sağollaĢdı.  O,  çox  əhəmiyyətli  bir  Ģey  anladı:  Bə`zi 
iĢlərin  arxasında  onların  mə`nasını  Allahdan  savayı  heç  kəsin  bilmədiyi 
hikmətlər vardır. 
Orada  xoĢagəlməz  görünən  bə`zi  iĢlər  olurdu.  Amma,  baĢqa  bir  tərəfdən 
onlarda  hikmət  vardır.  Ona  görə  də  insan  bir  iĢ  barəsində  fikir  yürütməzdən 
qabaq diqqətlə fikirləĢməlidir. 
TÖVRAT 
Musa öz qövmünün yanına qayıtdı. Onlara nəsihət və möv`izə edir, onları nur 
və hidayətə yönəldir, Tövratı öyrədirdi. 
Qurani-Kərim Tövrat barəsində buyurur: 
“Tövrat hidayət kitabı və nur idi. Amma, yəhudulər Musanın vəfatından sonra 
Tövratı  təhrif  etdilər.  Yə`ni,  onlar  Tövratın  nəsihət  və  ilahi  hökmlərini  silib, 
ürəkləri  istəyənləri,  onların  Ģəxsi  mənafeləri  və  adət-ən`ənələri  ilə  uyğun 
gələnlərini saxladılar. 
Onlar bununla da kifayətlənmədilər. Tövratı əfsanə və yalanlarla doldurdular. 
Misal üçün Tövratda belə bir məsələ gəlmiĢdir: 
“Adəm və Həvva cənnətdə olduqları zaman o ağacdan yedilər. Ağacların arası 
ilə  yol  gedən  Allahın  səsini  eĢitdilər.  Adəm  və  Həvva  özlərini  ağacların 
arasında gizlətdilər. Allah Adəmi səsləyib dedi: “Adəm, hardasan?” Adəm dedi: 
“Səsini eĢitdim, amma, bədənim çılpaq olduğundan özümü gizlətmiĢəm”. Allah 
dedi: “Sənə yeməsini qadağan etdiyim ağacdanmı yedin?” 
Sonra  Allah  buyurdu:  “Bu  insan  da  bizim  kimi  oldu.  Xeyir  və  Ģəri  ayırır. 
Mümkündür  ki,  o,  əbədi  həyat  ağacını  da  tapıb  yesin.  O  zaman  bizim  kimi 
həmiĢəlik qalacaqdır”. Ona görə də Allah onu cənnətdən çıxartdı. 
Bu günkü Tövrat Musaya nazil olan Tövrat deyildir. Musa yəhudilərin ona aid 
etdikəri yalanlardan uzaqdır. 
Allah-təala Musadan sonra onlara çoxlu peyğəmbərlər göndərdi. Amma, onlar 
peyğəmbərləri  ya  öldürür,  ya  da  incidirdilər.  Yəhudilər  daĢ  ürəkli  insanları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə