PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   57   58   59   60   61   62   63   64   ...   83

 
147 
çevrilmiĢdilər. Qeyri-insani adət-ən`ənələri vardı. Telmud adlı baĢqa bir kitaba 
ehtiram  göstərirdilər.  Telmud  onlara  iyrənc  iĢlər  öyrədirdi.  O  kitabda  belə 
deyilir: 
1-Yəhudilər Allahın seçilmiĢ millətidirlər. BaĢqa millətlərsə heyvandırlar.  
2-  Yəhudilərin  dünya  hakimiyyətinə  sahib  olmaları  üçün  onlar  həmiĢə  digər 
insanları zəif saxlamağa çalıĢmalıdırlar.  
3-Yəhudi insan qeyri yəhudinin mallarını oğurlaya bilər.  
4-Yəhudi  insan  qeyri  yəhudini  aldada,  ondan  çoxlu  riba  (sələm)  ala  bilər. 
Onu, bütün var-yoxunu yəhudilərə verməyə məcbur edə bilər.  
Əzizlər!  Allahın  Bəni-Ġsrailə  göndərdiyi  peyğəmbərlərin  bə`ziləri  barəsində 
də söhbət açacağıq. Biz, ilahi peyğəmbərlərin Bəni-Ġsrail tərəfindən necə əzab-
əziyyətlər, müsibət və iĢgəncələr gördüyünü bilməliyik. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
148 
 
QƏLƏBƏ DAġI 
TALUT VƏ CALUTUN ƏHVALATI 
Musa  vəfat  etdi.  Harun  ondan  qabaq  dünya  ilə  vidalaĢmıĢdı.  Onlar  Allah 
risalətini  özlərindən  irs  qoydular.  Musadan  Tövrat  və  Müqəddəs  səhifələr 
yadigar qaldı. O Həzrət Tövratı və səhifələri bir sandığa qoydu. Onu öz caniĢini 
YuĢə’  ibn  Nuna  tapĢırdı.  YuĢə’  ibn  Nun,  iki  dənizin  birləĢdiyi  yerə  etdiyi 
səfərdə Musanı müĢaiyət edən cavan idi.  
Qırx  il  keçdi.  Bəni-Ġsrail  Sinay  səhrasında  yaĢayırdılar.  Onlar  müharibə  və 
mübarizədən  və  müqəddəs  torpaqlara  hakimlik  edən  qüdrətli  bütpərəstlərdən 
qorxurdular.  
YuĢə`  ibn  Nun  peyğəmbərliyə  çatdığı  zaman  Bəni-Ġsrailin  çoxu  dünyadan 
köçmüĢ və iĢ baĢına  yeni nəsil gəlmiĢdi. Onlar daha döyüĢdən və zalımlardan 
qorxmurdular.  YuĢə’  ibn  Nun  onları  öz  müqəddəs  torpaqlarında  azad  olmağa 
çağırırdı.  Onlar  YuĢə’in  də`vətinə  müsbət  cavab  verdilər.  YuĢə’  mö`minlərə 
rəhbərlik edir və kafirlərlə mübarizə aparırdı.  
YuĢə`  onlara  qələbə  çalıb,  müqəddəs  torpaqlara  daxil  oldu.  Beləliklə,  Bəni-
Ġsrail dövləti  yarandı. Amma, bu dövlət çox ömür sürmədi. Çünki, Bəni-Ġsrail 
YuĢə`in  vəfatından  sonra  günah  və  tüğyana  üz  gətirdilər.  Onlar  müqəddəs 
sandığa  e`tinasızlıq  göstərdilər.  Ġmanları  zəiflədikdə  isə  zəif  bir  millətə 
çevrildilər. Ona görə də qibtlilərin hücumları qarĢısında dözmədilər və onların 
dövlətləri süqut etdi. Onlar yenidən qula çevrildilər.  
Müqəddəs  torpaqda  Calut  adlı  birisi  hökmranlıq  edirdi.  O,  Bəni-Ġsrailin 
kiĢilərini öldürür, qadınlarını əsir götürürdü.  
Calut  onları  torpaqlarından  çıxarıb,  müqəddəs  sandığı  aldı.  O  zaman  Allah 
Ərmiya  adlı  bir  peyğəmbəri  onlara  tərəf  göndərdi.  O,  insanlara  öyüd-nəsihət 
verdi. Tövratın hökm və tə`limlərini onların yadına saldı və dedi: 
-Siz  zəif  və  gücsüz  insanlarsınız.  Çünki,  ürəyinizdə  iman  zəifləmiĢdir.  Siz 
qızıl-gümüĢ  aləmlərin  rəbbindən  çox  sevirsiniz.  Bütpərəstlərdən  qorxursunuz, 
amma, Allahdan qorxmursunuz.  
Bəni-Ġsrail  peĢiman  oldu.  Onlar  din  tə`limlərinə  və  hökmlərinə  qayıtdılar. 
Yenidən  iman  onların  qəlbinə  yol  tapdı.  Bir  gün  mö`minlərin  bə`zisi  Allahın 
peyğəmbəri Ərmiyanın yanına gələrək dedilər: 
-Calut  bizə  hökmranlıq  edir.  O  öz  zülmü  ilə  bizi  xar  edir.  Allahdan  istə  ki, 
bizim  üçün  bir  rəhbər  və  padĢah  seçsin  və  biz  onun  bayrağı  altında  Allah 
yolunda mübarizə aparaq.  
Allahın peyğəmbəri cavab verdi:  
-Əgər Allah sizə müharibə və mübarizəni vacib  etsə, doğrudan bu əmrə itaət 
edərsinizmi?  
Dedilər: 
-Mütləq  mübarizə  apararıq.  Axı  niyə  də  vuruĢmayaq?!  Biz  öz  Ģəhər  və 
diyarımızdan qovulmuĢuq.  
Ərmiya dedi: 


 
149 
-Mən tezliklə bu məsələni Allahdan sizin üçün istəyəcəyəm.  
Bir  müddət  keçdi.  Bəni-Ġsrail  Allahın  fərmanını  gözləyirdilər.  Günlərin  bir 
günü Ərmiya peyğəmbər gəlib, onlara müjdə verdi:  
-Allah Talutu sizə rəhbərlik üçün seçmiĢdir.  
Ġndi görək Talut kimdir? Onun Bəni-Ġsrail ilə sərgüzəĢti necə olmuĢdur?  
TALUT 
Talut  kasıb  və  yoxsul  bir  cavan  idi.  O,  Yusifin  qardaĢı  olan  Benyaminin 
nəvələrindən idi.  
Bir  gün  Talut  atası  ilə  birgə  tarlada  iĢləyirdi.  Birdən  gördü  ki,  hər  ikisinin 
ulaqları  çox  uzaq  yerə  getmiĢlər.  Talut  ulaqları  axtarmağa  baĢladı.  O  piyada 
çayın  sahili  ilə  yola  düĢdü.  Öz  kəndindən  uzaqlaĢdı  və  baĢqa  bir  kəndə 
yaxınlaĢdı. Təsadüfən Ərmiya peyğəmbər həmin kənddə yaĢayırdı. Ona görə də 
Talut  fikirləĢdi  ki,  o  qocanın  yanına  getsin  və  onun  öyüd-nəsihətlərindən 
faydalansın.  
Ərmiya  peyğəmbər  Allahın  Talutu  onlara  padĢah  seçməsini  Bəni-Ġsrailə 
müjdə  verdiyi  həmin  zamanda  uzaqdan  uca  boylu  bir  kiĢinin  onlara  tərəf 
gəldiyini gördülər. Hamı bildi ki, o, Talutdur.  
Talut güclü qollara və pəncələrə malik bir kiĢi idi. Onun əzələli qolları vardı. 
Amma,  öz  qüdrəti  ilə  öyünmürdü.  Gözləri  səmavi  nurla  parlayırdı.  Onların 
iĢıqlığı  onun  ürəyində  yatan  iman  ruhunun  nurundan  və  təvazökarlıqdan 
qaynaqlanırdı. Allahın peyğəmbəri ona «XoĢ gəldin» dedi: 
-Ey  Talut, xoĢ gəlmisən. Allah səni bizim tərəfimizə göndərmiĢdir ki, zülmü 
mö`minlərdən uzaqlaĢdırasan.  
Talut dedi: 
-Ey Allahın peyğəmbəri! Mən ulaqlarımı axtarmaq üçün bura gəlmiĢəm. 
Ərmiya dedi: 
-Bu,  Allahın  istəyi  idi  ki,  sən  bura  gələsən.  Allah  səni  Bəni-Ġsrailə  padĢah 
olaraq seçib. Sən onları düĢmənlərin zülmündən xilas etməlisən. 
Talut dedi: 
-Gördüyünüz  kimi  mən  kasıb  və  yoxsul  bir  insanam.  Camaat  mənim  kimi 
kasıbların sözünə qulaq asmırlar. Onlar yalnız varlı insanlara itaət edirlər.  
Ərmiya dedi: 
-Rəhbərlik və padĢahlıq mal-dövlətə bağlı deyil. Allah sənə cismi güc və elmi 
qüdrət vermiĢdir. Səni bu böyük vəzifəyə seçən də odur.  
Talut sakit qaldı. O, bu məs`uliyyəti yerinə yetirməyə razılaĢdı. 
Bə`ziləri  bu  məsələyə  sevindilər.  Amma,  Bəni-Ġsrailin  çoxu  Taluta  kinli 
nəzərlə baxırdılar. Çünki, Talut kasıb bir insan idi. Onların görə hakim və baĢçı 
varlı olmalı idi.  
Varlılar dedilər: 
-Talut necə bizə padĢahlıq edə bilər. Halbuki, baĢçı olmağa biz layiqik?  
Ərmiya buyurdu: 
-Allah onu seçmiĢdir. Çünki, o sizdən daha güclü və daha biliklidir.  
Dedilər: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə