PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   53   54   55   56   57   58   59   60   ...   83

 
136 
-Ġndimi?  Bir  halda  ki,  qabaqca  tüğyan  və  itatəsizlik  göstərdin  və  fasiqlərdən 
oldun.  Amma,  bu  gün  bədənini  sudan  xilas  edəcəyik  ki,  gələcək  nəsillər  üçün 
ibərət dərsi olsun. Ġnsanların çoxu bizim ayə və niĢanələrimizdən xəbərsizdirlər.  
Görəsən Musa və qardaĢı Harunun əzab-əziyyətləri sona çatdımı?Yox. Zalım 
fir`on qərq oldu. Bəni-Ġsrail tayfası salamat halda sahilə çatdı. Amma, Musanın 
çətinlik və əziyyətləri qurtarmadı. Əslində onun batil ilə mübarizəsindən, Bəni-
Ġsrailin düĢmənçilik və inadkarlığından, onların cəhalət və nadanlığından, zülm 
və azğınlıqlarından ibarət yeni bir dövr baĢlandı.  
Sinay yarımadasında Bəni-Ġsrailin yaĢadığı yerdə çoxlu hadisələr baĢ verdi.  
Bu  əhvalatlar  silsiləsinin  növbəti  bölməsində  Musa  və  qardaĢı  Harunun 
sərgüzəĢtləri ilə tanıĢ olacağıq.  
SİNAY YARIMADASINDA  
Bəni-Ġsrail  tayfası  dənizi  keçdi.  O  mö`cüzə  bütün  qadın,  uĢaq  və  qocaların 
qəlbini  Allahın  qüdrəti  ilə  doldurmuĢdu.  Həyatda  elə  bir  mö`cüzə 
görməmiĢdilər.  Sular  hündür  dağ  kimi  dayanır,  dənizin  qaranlıq  dibi  uzun  bir 
dərəyə  çevrilir  və  günəĢ  iĢığı  altında  parlayır.  Əgər  fir`onun  azca  ağıl  və 
düĢüncəsi  olsaydı  həmin  qorxulu  dərəyə  girməzdi.  Qürur  onu  kor  etmiĢdi. 
Allahın  niĢanələri,  onun  elçisi  Musanın  mö`cüzələri  barədə  fikirləĢmirdi. 
Ölkəsinin və millətinin gələcəyini düĢünmürdü. Ġnsanları yalançı və qondarma 
Ģeylərlə  aldadırdı.  On  minlərlə  əsgər  fir`ona  ibadət  etmək  və  onun  əmrlərini 
yerinə yetirməkdən baĢqa heç bir Ģey bilmirdilər.  
QardaĢı  Harun  və  Bəni-Ġsrail  Musanın  yanında  dayanmıĢdılar.  Onlar  fir`ona 
baxmaq  üçün  dayanmıĢdılar.  Fir`on  öz  döyüĢ  arabasına  minib,  atlarına  qamçı 
vururdu.  Atlar  kiĢnəyərək  hərəkətə  gəlir  və  onların  ardınca  isə  yüzlərlə  döyüĢ 
arabası  tərpənirdi.  Bu  zaman  gözlənilmədən  su  dağları  töküldü  və  dəhĢətli 
səslər ucaldı; nəhəng dəniz dalğalarının səsi.  
Dalğalar zalım fir`onu və onun qoĢununu həlak etmək üçün  hər iki tərəfdən 
töküldü.  Nəhayət,  fir`on  dəniz dalğaları altında qalıb  həlak  oldu. Dalğalar  onu 
dənizin  qaranlıq  dərinliklərinə  apardılar.  Həqiqətən,  Bəni-Ġsrail  tayfası 
bəĢəriyyət  tarixinin  ən  böyük  mö`cüzəsinin  müĢahidə  edib,  Allahın  tükənməz 
qüdrətini öz gözləri ilə görmüĢdü.  
Mö`minlər səhər vaxtı böyük sür`ətlə hərəkət edən ağ bulud topalarına bənzər 
atlar  gördülər.  Bəni-Ġsraildən  bir  kiĢi  ağ  atların  dırnağı  altında  olan  torpağın 
hərəkətə  gəlib,  dalğalandığını  gördü.  Dəsmalını  çıxardı.  Həmin  torpaqdan  bir 
ovuc götürüb, dəsmalına tökdü və təbərrük etmək məqsədilə özüylə götürdü.  
Dəniz  zalım  qoĢunları  udduqdan  sonra  sakitləĢdi.  Onun  dalğaları  dayandı. 
Qəzəb və tufandan sonra sakitləĢdi. Dəniz zülmü udduqdan sonra rahatlıq tapdı.  
Bəni-Ġsrail sevindi. Zülm və düĢmənçilikdən xilas olduqları  üçün sevindilər. 
Onlar  aydın  sabah  və  rahat  yaĢayıĢ  fikrində  idilər.  Beləliklə  Musa  və  onun 
ardınca Bəni-Ġsrail Sinay yarımadasındakı bir yerə doğru yola düĢdülər.  
Görəsən Musanın dərd və müsibətləri sona çatdımı? Musa Bəni-Ġsraili zülm 
və  sitəmdən,  çətinlik  və  iĢgəncələrdən,  qətl  və  həbslərdən  xilas  etmək  iĢində 
qələbə çalmıĢdı.  


 
137 
Bəni-Ġsrail  tayfası  on  illərlə  Misirdə  yaĢamıĢdı.  Onlar  bütpərəstliyə  adət 
etmiĢ, büt və fir`onlara pərəstiĢ etməyə alıĢmıĢdılar. Ona görə də Musa onlara 
yeganə  Allaha  pərəstiĢ  yolunu  öyrətməli  idi;  hər  Ģeyi  yaradan  Allaha. 
Həqiqətən ondan baĢqa heç bir tanrı və mə`bud yoxdur.  
SUSUZLAR 
Bəni-Ġsrail  səhranın  qumları  arasında  yol  gedirdi.  Onlar  Qırmızı  dənizin 
sahilində  Əqəbə  (Akaba)  və  SüveyĢ  körfəzləri  arasında  dağlıq  bir  yerə 
yaxınlaĢdılar.  
Onlar  kiçik  bir  çay  və  ya  bir  su  bulağı  axtarırdılar.  Susuzluq  hiss  edirdilər. 
UĢaqlar  susuzluqdan  ağlayırdı.  Hava  çox  isti  idi.  Ġmanlı  insanlar  Musanın 
peyğəmbərliyinə  iman  gətirdikləri  üçün  Allaha  arxayın  idilər.  Bilirdilər  ki,  o, 
bəndələrini  unutmur.  Ona  görə  də  Musaya  baxırdılar.  Camaatın  bə`zisi  isə 
susuzluqdan məhv olub öləcəklərindən qorxurdu.  
Ora quru və susuz bir  yer idi. Bəni-Ġsrail on iki qəbilə idi. Hər qəbilə ayrıca 
hərəkət  edirdi.  Onların  hamısı  Musanın  ardınca  gedirdilər.  Musa  əsasının 
köməyi ilə irəliləyirdi. O, Allahın lütf və mərhəmətinə arxayın idi.  
Dağ  yamaclarının  birində  uĢaq,  qadın  və  qocalar  susuzluqdan  əziyyət 
çəkdikləri zaman vəhy mələyi enib, Musaya dedi:  
-Əsanı daĢa vur!  
Musa dağın ətəyində olan daĢ parçasına tərəf irəlilədi. Əsasını ona vurdu. Bu 
zaman  qəribə  hadisə  baĢ  verdi:  DaĢ  yarıldı.  Ondan  sərin  və  dadlı  su  axmağa 
baĢladı.  Həmin  böyük  daĢdan  on  iki  bulaq  qaynadı.  Bəni-Ġsrailin  hər  bir 
qəbiləsi özlərinə aid olan bulağa tərəf getdilər. Göydə ağ buludlar peyda oldu. 
Onlar günəĢin yandırıcı Ģüalarının qarĢısını aldılar.  
BÜTPƏRƏSTLİK RUHU  
Bəni-Ġsrail  tayfası  yaĢamaq  üçün  geniĢ  bir  yer  axtarırdı.  Onlar  yolda  daĢ 
heykəllər  ətrafında  fırlanan  bütpərəstlərə  rast  gəldilər.  Bütpərəstlər  anlaĢılmaz 
sözləri  zümzümə  edib,  bütpərəstliyin  bə`zi  adət-ənənələrini  dillərinə 
gətirirdilər. Bəni-Ġsrailin bir qrupu Musaya dedilər:  
-Bizə də onların tanrısı kimi bir tanrı düzəlt!  
Musa  Allahın  qüdrətini görə-görə,  amma,  yenə  də  onun  yerinə  ibadət  etmək 
üçün daĢ axtaran bu insanların sözünü eĢitdikdə qəzəbləndi. O, cəddi Ġbrahimin 
(ə) dinini onlara öyrətməyə çalıĢaraq dedi:  
-Siz  cahil  insanlarsınız.  Bütpərəstlərin  etdikləri  bu  iĢlər  batil  və  bihudədir. 
Necə məndən istəyirsiniz ki, sizi Allahdan qeyri bir mə`buda tərəf yönəldəm?! 
Bir halda ki, o Allah sizi baĢqa insanlardan üstün etmiĢdir. 
Bəni-Ġsrail qövmü on illərlə Misirdə yaĢamıĢdılar. Onlar həyata göz açandan 
qibtlilərin  fir`ona,  yırtıcı  heyvanlara  və  heykəllərə  ibadət  etdiklərini 
görmüĢdülər.  Ona  görə  də  bütpərəstliyin  tə`siri  altına  düĢmüĢdülər.  Amma, 
həmiĢə iddia edirdilər ki, Ġbrahim (ə) Xəlilin dinindədirlər. Ona görə də Musaya 
dedilər:  
-Görmədiyimiz Allaha necə ibadət edək?  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə