PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   50   51   52   53   54   55   56   57   ...   83

 
130 
sülaləsindən olan Hizqil adlı bir kiĢi idi. Fir’onun həyat yoldaĢı Asiya da iman 
gətirmiĢdi.  O  gün  insanlar  dağılıĢıb,  öz  evlərinə  getdilər.  Onlar  gördükləri 
qəribə iĢ barəsində bir-birləri ilə söhbət edirdilər.  
Misir  və  Bəni  Ġsrail  camaatı  bildilər  ki,  Musa  və  Harun  fir’onu  mübarizəyə 
çağırmıĢlar  və  onu  yeganə  Allaha  pərəstiĢ  etməyə  də’vət  edirlər.  Camaat 
onların Ģücaətinə və fir’onun onların qarĢısında bir iĢ görməyə aciz qalmasına 
təəccüb  edirdilər.  Musanın  istəyi  bu  idi  ki,  Bəni  Ġsrail  zillət,  xarlıq  və 
nökərçilikdən xilas olsunlar. Musa onları Misirdən çıxarıb, fir’onların zülm və 
sitəmindən  uzaq  bir  yerə,  Allaha  pərəstiĢ  etmək  üçün  münasib  bir  məkana 
aparmaq  istəyirdi.  Amma,  bu  məsələ  ortaya  çıxanda  Minfitah  onu  qəbul 
etmirdi.  Çünki,  o,  səhərdən  axĢama  qədər  onun  üçün  pulsuz-parasız  iĢləyən 
minlərlə qulu əldən vermək istəmirdi. 
O dövrdə Musa Bəni Ġsrailin rəhbərliyinə seçildi. Məzlum insanlar inanırdılar 
ki, o, tezliklə onları zülmdən, zillətdən və nökərçilikdən xilas edəcəkdir.  
Musa öz  qövmü  ilə  birgə  paytaxt olan  Mumfis  Ģəhərinin  cənubunda kasıblar 
yaĢayan  məhəllələrdə  yaĢayırdı  və  elə  oradan  insanların  fir’on  qarĢısında 
müqavimət hərəkatına rəhbərlik edirdi.  
O zamanlar çoxlu hadisələr baĢ verdi; çox həyəcanlı hadisələr. Amma, onların 
içində bənzərsiz bir hadisə var. O, Qarunun sərgüzəĢtini bəyan edən hadisədir; 
Musanın qarĢısında tüğyan edən Qarunun. O Qarun ki, öz xəzinələri və qızılları 
ilə öyünürdü. Onun sərgüzəĢti necə oldu və aqibəti nə ilə qurtardı? 
QARŞIDURMA 
Sehr  və  cadugərliyin  peyğəmbər  mö’cüzəsi  qarĢısındakı  məğlubiyyəti  iman 
ruhunun  yayılmasında  dərin  tə’sirə  malik  idi.  Bu  iĢin  nəticəsi  bütün  Misri 
sarsıtdı və söhbətlərin əsas mövzusuna çevrildi.  
Tədbirli  və  kinli  fir’on,  Musanın  tövhid  dinini  yaymaqda  çəkdiyi  sə’ylərini 
puça  çıxarmaq  üçün  plan  hazırlayırdı.  Sarayın  içində,  fir’onun  öz  sülaləsinin 
arasında  da  Musanın  tərəfdarları  var  idi.  Hətta  onun  həyat  yoldaĢı  Asiya 
Ģücaətlə öz imanını aĢkar etdi. Minfitah özünübəyənən və özündən razı olan bir 
insan idi. Ona görə də yoldaĢına-Misirin xanımına ehtiram qoymur və ona rəhm 
etmirdi.  Fir’on  yoldaĢını  çağırıb,  onu  hədələdi.  Amma,  o,  öz  əqidəsindən  əl 
çəkmədi.  Ona  görə  də  cəlladlara  tapĢırdı  ki,  ona  ən  ağır  formada  iĢgəncə 
versinlər.  Amma,  imanın  Ģirinliyini  dadan  Asiya  öz  əqidəsindən  qayıtmadı  və 
məğlub olmadı. Göyə nəzər salaraq dedi: 
-Ġlahi! Mənim üçün cənnətdə bir ev tik və məni fir’onun Ģərindən xilas et.  
Asiya eləcə iĢgəncə və əzabların qarĢısında müqavimət göstərirdi. Nəhayət o, 
dünyadan köçdü və «Mələkut» aləminə qovuĢdu. Musa bu xəbəri eĢidəndə çox 
narahat oldu. Həqiqətən Asiya Allaha iman yolunun Ģəhidi idi. 
Fir’on  Bəni  Ġsrailə  əzab  edib,  iĢgəncə  verməyə  baĢladı.  O,  imanlı  insanları 
qətlə  yetirirdi.  Yoxsul  və  məzlumlar  ağlaya-ağlaya  Musanın  yanına  gəlib 
deyirdilər: 
-Uzun illərdir ki, biz iĢgəncə altındayıq; sən bizim yanımıza gəlməzdən qabaq 
və gələndən sonra da. 


 
131 
Musa onları səbirli olub, dözməyə də’vət edərək deyirdi: 
-Allahdan  kömək  istəyin  və  səbiriniz  olsun.  Yer  Allahındır  və  bəndələrinin 
hansı  birini  istəsə  ona  varis  edəcəkdir.  Arxayın  olun  ki,  son  dövr  və  aqibət 
imanlı insanlarındır. 
Fir’on  Musanı  qətlə  yetirmək  üçün  plan  hazırlayaraq  də  fikirləĢirdi  ki,  əgər 
Musa öldürülsə, onun taxt-tacı təhlükədən xilas olacaqdır.  
Orada,  fir’onun  ailəsində  imanlı  bir  kiĢi  vardı.  O,  imanını  gizlətmiĢdi; 
fir’onun  hökumətində  böyük  məqama  sahib  olan  həmin  qibtli  kiĢinin  Musaya 
iman  gətirdiyini  heç  kim  bilmirdi.  Bu  kiĢi  zahirdə  mə’bədlərin  ziyarətinə 
gedirdi  və  fir’onların  əleyhinə  heç  bir  söz  danıĢmırdı.  Amma,  bununla  belə 
Musaya və Allahın dininə kömək etmək istəyirdi.  
O, ilahi dinin və peyğəmbərin əleyhinə hiylə qurulduğunu gördükdə çox ağıllı 
bir üsulla onunla mübarizəyə baĢladı.  
Fir`on  dövlət  iĢçiləri  ilə  məclis  qurdu.  Ġmanlı  kiĢi  də  o  məclisdə  idi.  Fi`ron 
Musanın qətli barədə öz təklifini ortaya atdı. Onların bə`ziləri bu təklifi qəbul 
etdilər.  Bə`ziləri  isə  hələ  də  düĢünürdülər.  Amma,  imanlı  kiĢi  bu  iĢin  acı 
nəticələri barədə xəbərdarlıq edərək dedi: 
-Siz  Allaha  imandan  savayı  bir  günahı  olmayan  insanı  necə  öldürmək 
istəyirsiniz?! O, peyğəmbərlik vəzifəsində yalançı iddialar irəli sürməmiĢdir. O 
sizin  üçün  dəlil-sübut  gətirmiĢdir.  Siz  əsanı  unutmusunuzmu?  Sehirbazların 
onun  qarĢısında  məğlub  olmalarını  yaddan  çıxartmısınızmı?!  Sizin  yadınızda 
deyil,  ki,  necə  sizi  xəndəklərdən,  qurbağalardan  və  çəyirtkələrdən  xilas  etdi? 
Hər  dəfə  yalvararaq  ondan  istəyirdiniz  ki,  sizi  xilas  etsin  və  onun 
peyğəmbərliyinə iman gətirəsiniz. Bəla və müsibəti sizdən uzaqlaĢdırdıqda isə 
yenə düĢmənçiliyə və öz inadkarlığınıza qayıdırsınız? Mən sizin üçün Allahın 
intiqamından  qorxuram.  Qorxuram  ki,  sizin  taleyiniz  Nuh,  Ad,  Səmud  və 
onlardan  sonra  gələn  bə`zi  qövmlərin  taleyi  kimi  olsun.  Mən  sizin  üçün 
Qiyamət gününün əzabından və qayıdıĢ günündən qorxuram. Bilmirəm Allahın 
dininə etdiyiniz bu Ģəkk-Ģübhələr nə üçündür? Siz Yusifin peyğəmbərliyinə də 
Ģəkk  və  tərəddüd  etdiniz.  O  həzrət  dünyadan  köçdüyü  zaman  dediniz:  “Allah 
daha  heç  vaxt  peyğəmbər  göndərməyəcəkdir”.  Siz  hidayət  olmaq  və  düzgün 
yola  gəlmək  istəmirsiniz.  Çünki,  Allah  zəlalət  və  azğınlıq  ardınca  düĢən 
insanları heç vaxt hidayət etməz.  
Hizqilin  sözləri  çox  tə`sirli  oldu.  Bə`ziləri  sükut  etdilər.  Bə`ziləri  isə  fir`ona 
baxırdılar. Fir`on istehzalı etdiyi halda öz vəziri Hamana nəzər salıb dedi: 
-Mənim  üçün  uca  bir  bina  tikdir.  Ġstəyirəm  göyə  baxım.  Bəlkə  Musanın 
Allahından  bir  xəbər  əldə  edə  bildim.  Amma,  mən  onu  öz  iddiasında  yalançı 
bilirəm.  
Haman  Fir`onun  əmrini  icra  etmək  üçün  oradan  ayrıldı.  Beləliklə  toplantı 
dağıldı.  Bütün  dövlət  iĢçiləri  heyrət  və  sərgərdanlığa  qərq  olmuĢdular.  Fir`on 
isə baĢqa bir plan fikirləĢirdi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə