PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   46   47   48   49   50   51   52   53   ...   83

 
120 
GünəĢin  batmasına  az  qalırdı.  Musa  çobanların  suya  tərəf  sürdükləri  qoyun 
sürülərini  gördü.  BənövĢəyi  və  narıncı  rəngli  dalğalar  qərb  üfüqlərini  rəngə 
boyamıĢdı.  Musa  əsrarəngiz  təbiət  haqqında  düĢünür  və  ürəyində  qəribə  bir 
tə’zim  halının  yarandığını  hiss  edirdi.  Bütün  əzab-əziyyətlərini  unutmuĢdu. 
Ruhu sonsuz varlığın bütün zərrələri ilə birgə əriyirdi. Bir aylıq səfər onu baĢqa 
bir insana çevirmiĢdi. Ürəyi böyük həqiqətlər üçün çiçəklənirdi.  
Musa oranın yeganə su çalasına tərəf enən qoyunların səsinə qulaq asırdı. Su 
götürmək  üçün  bir-birlərini  geriyə  itələyən  çobanların  səsi  fəzada  yayılırdı. 
Musa orada məzlumların yeni bir mənzərəsini müĢahidə etdi. O gördü ki, həmin 
səhnədə,  suyu  əlinə  birinci  götürən  qüdrətli  Ģəxsdir.  Zəif  isə  gərək  gözləsin, 
gözləməyin çətinliyinə və səbir etməyin acılığına tab gətirsin.  
Çobanlar gəlib, öz qoyunları üçün su ilə dolu hovuzlar düzəltdilər. Bu zaman 
qoyunlarını gözləyən iki qız da peyda oldu. Onlar çobanların öz qoyunları üçün 
su verib, qurtarmalarını gözləyirdilər.  
Musa adəti üzrə o iki nəfərin köməyinə tələsdi. Öz ĢiĢmiĢ ayaqlarının ağrısını 
unutdu. Musa o iki qıza tərəf getdi və hörmətlə onlara dedi: 
-Niyə qoyunlarınıza su vermirsiniz?  
Onlar dedilər: 
-Çobanlar oradan çıxmayınca biz qoyunlarımıza su vermərik. Bizim bir qoca 
atamız var. O, bu iĢləri görməyi bacarmır.  
Bütün yorğunluğu, əzab-əziyyətləri və güclü aclığı ilə belə, qeyrət və igidliyi 
Musanın  ürəyində  böyük  qüdrət  yaratdı.  Vedrəni  əlinə  götürdü.  Onu  quyunun 
dərinliklərinə  atdı.  Çobanlar  durub  ona  tamaĢa  edirdilər.  Onlar  güclü  qolları 
olan  bu  qərib  kiĢiyə  baxırdılar.  Musa  hovuzu  su  ilə  doldurdu.  O  iki  qız  öz 
qoyun  sürülərini  hovuza  yaxınlaĢdırdılar.  Musa  ona  su  tökür,  qoyunlarsa 
içirdilər. Qızlar sevindilər və o gün evə tez qayıtdılar.  
Onların  qoca  və  yaĢlaĢmıĢ  ataları  ġüeyb  peyğəmbər  idi.  ġüeyb  peyğəmbər 
gündəlik  adətlərinin  əksinə  olaraq  onların  evə  tez  gəldiklərini  gördükdə 
təəccüblə soruĢdu: 
-Nə hadisə baĢ verib?  
Qızlarının biri ona dedi: 
-Çox pak və qərib bir cavan bizim yanımıza gəldi. Onun bizə yazığı gəldi və 
çaladan bizim üçün su çəkdi.  
O birisi dedi: 
-Atacan! O, yorğun və ac görünürdü.  
Atası dedi: 
-Qızım, ona deyin ki, bura gəlsin. Mən onun muzd və mükafatını verərəm. 
İLAHİ RƏHMƏT 
Musa öz yerinə qayıtmıĢdı. O, aclıq hiss edirdi. Qarnı boĢ idi. Göyə baxır və 
Allaha ərz edirdi: 
-Ġlahi! Mənə göndərəcəyin xeyir və yaxĢılığa ehtiyacım vardır. 
Musa aclıq əziyyətindən xilas olmaq üçün bir xurma dənəsi istəmiĢdi. Allah-
təala onun duasını qəbul etdi.  


 
121 
ġüeybin həyalı və iffətli qızı onun yanına gəldi. YaxınlaĢdı və ədəblə dedi: 
-Atam  səni  çağırır.  O,  qoyunlarımız  üçün  su  çəkməyinin  mükafatını  vermək 
istəyir. Musa qalxdı və o böyük insanın də’vətinə müsbət cavab verdi.  
Musa yemək süfrəsində oturan zaman Allahın ne’mətlərinə və duasının qəbul 
olmağından  ötrü  Ģükr  etdi.  O,  Misirdə  baĢ  verən  zülmün  sərgüzəĢtini, 
məzlumların fir’on hökuməti tərəfindən çəkdikləri əzab-əziyyət barəsində onun 
üçün söhbət etdi. ġüeyb qonağına təskinlik verərək dedi: 
-Əsla  qorxma!  Artıq  zalımların  caynağından  qurtarmısan.  Bu  torpaqlar 
fir’onların hökuməti altında deyil.  
ƏMANƏTDAR VƏ QÜVVƏTLİ İNSAN 
ġüeyb  qonağını  sevdi.  Musa  hər  bir  iĢdə  həmiĢə  Allahı  yad  edirdi.  ġüeyb 
Allahı çox sevirdi. Ona görə də Allaha iman gətirənləri də sevirdi. O, Musanın 
Yə’qubun  övladlarından,  Ġbrahim  (ə)  Xəlilin  nəvələrindən  olduğunu  bildikdə 
ona  məhəbbəti  daha  da  artdı.  O,  Musanı  əmanətdarlığına  görə  sevirdi  və 
ailəsində belə bir söhbət ortalığa çıxanda bu mətləb onun üçün aydın oldu. Qızı 
dedi: 
-Atacan!  Onu  iĢə  götür.  Çünki,  iĢə  götürəcəyin  ən  yaxĢı  insan  odur  ki, 
qüvvətli və əmanətdar olsun. 
ġüeyb ondan soruĢdu: 
-Biz onun qüvvəsinə bələdik. Amma, əmanətdarlığını haradan bildin?  
Qızı dedi: 
-Mən  onu  evimizə  də’vət  edəndə  baĢını  aĢağı  salmıĢdı  və  mənə  baxmırdı. 
Mənə dedi: «Mənim arxamca gəl və mənə yol göstər». 
Musa oturub, söhbət edən vaxt ġüeyb qızının yanında ona dedi: 
-Ey Musa! Mən qızlarımın birinin səninlə ailə qurmasını istəyirəm.  
Musa  utandığından  dinmədi.  Çünki,  o,  çox  kasıb  idi  və  heç  bir  Ģeyi  yox  idi. 
ġüeyb ona dedi: 
-Bu Ģərtlə ki,  səkkiz  il  bizim  qoyunlarımızı  otarasan  və  əgər  onu on  il  qədər 
artırsan, mənə məhəbbət etmisən. Mən sənə əziyyət vermək istəmirəm. Amma, 
görəcəksən ki, sənin haqqını ödəyərəm.  
Musa ədəblə dedi: 
-Eybi  yoxdur.  Bu  müqavilə  bizim  aramızda  qalsın.  Bu  iki  müddətin  hansını 
yerinə  yetirsəm,  mənə  bir  zülm  gəlməyəcək  və  Allah  bizim  dediklərimizə 
Ģahiddir. 
VƏTƏNƏ QAYIDIŞ 
Musa Mədyən torpaqlarında evləndi və orada yaĢadı. Amma, Misri və oranın 
məzlum insanlarını unutmurdu. Hər halda o, sə’y və ixlasla öz iĢinə məĢğul idi. 
Qoyunları otlamaq üçün yaĢıllıqlara, təpələrə və dərələrə aparır, axĢam isə geri 
qaytarırdı.  Musa  heç  vaxt  baĢqa  çobanlara  əziyyət  vermirdi.  O,  qoyunlarını 
otarmaq üçün yaxĢı otlaqlar seçir və sonra fikrə qərq olurdu. FikirləĢirdi. O, çox 
Ģeylər  öyrəndi.  Bildi  ki,  necə  ağaclardan  qoyunlar  üçün  yarpaq  tökmək  və 
onları  otlaqlara  aparmaq  olar.  O,  qoyunlarını  canavarların  təhlükəsindən 


 
122 
qoruyurdu.  Qoyunlar  nə  etmək  lazım  olduğunu  bilmirdi.  Onlar  yalnız  çobanın 
çomağına  tabe  idilər.  Onlar  əsaya  baxdıqda  təhlükəsizlik  hiss  edir  və  sakitcə 
otlamaqla məĢğul olurdular.  
Otlaqlarda  və  çəmənliklərdə  yaĢamaq  nə  qədər  gözəldir!  Musanın  vücudu 
Sübhan  Allahın  əzəmət  və  cəlalı  ilə  dolmuĢdu.  Hər  gün  günəĢ  doğurdu.  O, 
səmadan  keçərək  üfüqdə  gözəl  rənglər  çəkir  və  sonra  qərbə  doğru  gedirdi. 
Musanın  qəlbi  Allah  məhəbbəti  ilə  dolmuĢdu.  Ona  görə  də  fir’onu  kiçik  və 
dəyərsiz  sayırdı.  Öz-özünə  deyirdi:  «Zəif  bir  insan  necə  Allahlıq  iddiası  edə 
bilər?!» 
Zəif  camaat  Misirdə  fir’onun  qüdrətindən  qorxurdular  və  ona  görə  də  ona 
ibadət edirdilər.  
Beləliklə, illər keçdi. Musa on il Mədyəndə yaĢadı. O, qırx yaĢına çatdı. Həyat 
təcrübəsi artmıĢdı. Heç kəs bilmirdi ki, Musa bu illər ərzində Məkkəyə, yoxsa 
baĢqa bir yerə getmiĢdir.  
ġüeyb peyğəmbər onu qoyunlarını otarmaq üçün qəbul etdikdə demiĢdi: «Bu 
Ģərtlə  ki,  səkkiz  həcc  mənim  üçün  iĢləyəsən».  Bu  sözün  mə’nası  odur  ki,  o 
zaman  həcc  məĢhur  olmuĢdur  və  ġüeyb  Allah  evinin  ziyarətini  yerinə 
yetirirmiĢ. Musa qırx yaĢına çatdıqda ġüeybə verdiyi və’dinə əməl etdi və ikinci 
müddəti  də  sona  çatdırdı.  Yə’ni  qoyunları  on  il  otardı.  Musa  Misrə  qayıtmaq 
istəyirdi. O, hiss edirdi ki, yerinə yetirməsi vacib olan bir vəzifəsi vardır. 
Bir  qıĢ  gecəsində  Mədyən  Ģəhərinin  əhalisi  qızıĢmaq  üçün  öz  ocaqlarının 
ətrafında oturduqları zaman Musa ġüeybə dedi: 
-Bizim  aramızdakı  müqavilənin  müddəti  sona  çatmıĢdır.  Mən  gərək  Misrə 
qayıdam. 
-Allahdan  istəyirəm  ki,  səni  fir’onun  təhlükəsindən  qorusun.  Allah  sənə 
kömək edəcəkdir. Çünki, sən haqq yoldasan və nə qədər ki, haqq yoldasan haqq 
sənə yardımçı olacaqdır.  
Hava  iĢıqlananda  Musa  Mədyən  torpaqlarını  tərk  edib,  Misrə  getmək  üçün 
qoyunlarını bayıra çıxardı.  
Bütün  bu  illərdə  Musa  Misri  və  onun  məzlum  insanlarını  yaddan 
çıxarmamıĢdı.  O,  onların  zülm,  cəhalət  və  nadanlıqdan  xilas  olmaları  barədə 
fikirləĢirdi.  Çünki,  onlar  Ġbrahimin  (ə),  Yə’qubun  və  Yusifin  dinini 
unutmuĢdular. Onlar yaddan çıxarmıĢlar ki, aləmlərin Rəbbi yalnız Allahdır və 
fir’on  zəif  insandan baĢqa  bir Ģey  deyildir.  Ġnsan  Allahı  unutduqda  hər  Ģeydən 
qorxur.  Amma,  Allaha  iman  gətirdikdə  ondan  baĢqa  heç  kəsdən  qorxmur.  Bu 
vaxt Ģücaətli, igid və azad bir insana çevrilir və zalımlar ondan qorxurlar. 
SƏMA NİDASI 
Səhra  və  çöllüklər  göz  iĢlədikcə  uzanırdı.  ġərafətli  ömründən  qırx  il  keçən 
Ġmran oğlu Musa Mədyəni tərk edib, Misrə yola düĢürdü. O, tənha və qorxulu 
vəziyyətdə Misirdən qaçmıĢ və on il Mədyən torpaqlarında yaĢamıĢdı. O, orada 
evlənmiĢ,  özü  üçün  ailə  qurmuĢ,  qoyun  sürülərinə  sahib  olmuĢdu;  indi  isə 
qoyun sürülərini vətən torpaqlarına sarı sürərək geri dönürdü. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə