PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   47   48   49   50   51   52   53   54   ...   83

 
123 
Musa səhraları qət edir və uzaqdan çox da hündür olmayan dağları müĢahidə 
edirdi. Soyuqdan insanın üzünü yandıran qıĢ küləkləri əsirdi. Musa öz əsası ilə 
qoyunları  üçün  ağacların  artıq  qalmıĢ  yarpaqlarını  tökür  və  öz  yoluna  davam 
edirdi.  Onun  əynində  yun  paltar  var  idi.  Çünki,  o,  zatən  təvazökar  olub,  sadə 
həyat  tərzini  sevirdi.  Ona  görə  də  fir’onla  düĢmən  idi.  Minfitah  əyninə  nazik 
kətandan paltar geyirdi. Həmin paltar qızıl və cəvahiratla bəzədilirdi. 
Musa yolun ortasında Sinay yarımadasında Tur dağının yaxınlığında dayandı. 
Soyuq  qıĢ  küləkləri  əsirdi.  Hər  yeri  qaranlıq  bürümüĢdü.  Musa  heyran  və 
sərgərdan  durmuĢ,  yolu  itirmiĢdi.  YoldaĢı  soyuqdan  titrəyirdi.  Musa  hər  yana 
baxır, getməli olduğu yolu axtarırdı.  
Qəflətən  Tur  dağı  tərəfdən  bir  nur  parladı.  Musa  uzaqdan  Ģö’lələnmiĢ  alov 
gördü. Ona görə də yoldaĢına dedi: 
-Mən  bir  alov  görürəm;  səbir  edin,  bir  az  ondan  gətirim.  Onun  vasitəsilə 
qızıĢaq və yolu tapaq. 
Musa  bu  sözləri  dedi  və  qaranlıqların  arasında  Ģö’lələnən  alova  tərəf  getdi. 
Get-gedə  ora  yaxınlaĢırdı.  Amma,  o,  ağacın  yaxınlığında  heç  kəsi  görmədi. 
Orada ondan alov Ģö’lələnən bir ağac var idi. Amma,  yolu soruĢmaq üçün heç 
kəsi görmədi. 
Maraqlı  bir  hadisə  idi.  Musa  hiss  etdi  ki,  bu  yer  olduqca  sakit  və  aramdır. 
Küləkdən və soyuqdan heç bir xəbər yoxdur. O hətta yerə dəyən əsasının səsini 
də eĢidirdi. 
Birdən onu səsləyən bir nida eĢitdi: 
-Ayaqqabılarını çıxart! Çünki, sən Müqəddəs Tuva torpaqlarındasan.  
Musa  qorxdu.  Ayaqqabılarını  çıxartdı.  O,  səs  sahibini  axtarırdı.  Qəflətən 
eĢitdi: 
-Ey Musa! Həqiqətən mən Allaham, aləmlərin Rəbbiyəm! 
Bu səs Musanın ürəyini  ovsunladı. Musa Allaha səcdə üçün özünü yerə atdı. 
O  sözlər  saf  suların  dərinliklərinə  gedən  nur  və  iĢıq  kimi  Musanın  ürəyinə 
oturdu. 
-Ey Musa! Əsanı at! 
Musa  sözə  baxdı  və  əsasını  yerə  atdı.  O  an  qorxulu  bir  hadisə  baĢ  verdi. 
Birdən əsa sür’ətlə hərəkət edən bir əjdahaya çevrildi. Musa onun qorxusundan 
arxaya  çəkildi.  Qorxulu,  dəhĢətli  bir  əjdaha  idi.  Musa  müqəddəs  torpağın  sağ 
tərəfindən bir səs eĢitdi. O səs deyirdi: 
-Ey  Musa!  Qabağa  gəl  və  qorxma!  Çünki,  sən  qorunursan.  Ey  Musa!  Əsla 
özündə qorxuya yol vermə! Çünki, peyğəmbərlər heç nədən qorxmazlar.  
Musanın ürəyi qəribə bir nura boyandı. Təhlükəsizlik və rahatlıq hiss etdi. O, 
Allahın elçisi idi. 
-Ey Musa! Əlini cibinə sal. Çıxardanda görəcəksən ki, ağ və parlaqdır. 
Musa  əlini  öz  cibinə  qoydu.  Sonra  çıxartdı.  Birdən  iĢıqlı  bir  rənglə  parladı. 
Musa  öz  əlini  yoxladı.  Gördü  ki,  onda  heç  bir  eyib  və  çatıĢmazlıq  yoxdur.  O 
sağlamdır. 
Yenə  də  Allaha  səcdə  etdi.  Çünki,  Allah  hər  Ģeyə  qadirdir.  Onun  qüdrəti 
tükənməzdir.  Yeganə  Allahın  qüdrətinə  iman  gətirmələri  üçün  camaata  bu 


 
124 
əlamətlər kifayət idi. Musa çalıĢırdı ki, öz qorxusunu azaltsın. Amma, yenə də 
həmin səsi eĢitdi: 
-Əllərini sinənə qoy!  
Musa  bu  iĢi  də  yerinə  yetirdi  və  əllərini  sinəsinə  qoydu.  Hiss  etdi  ki,  ürəyi 
tamamilə rahatlaĢmıĢdır.  
Allah Musaya peyğəmbərlik verdiyi halda buyurdu: 
-Fir’onun yanına get! O, tüğyan edib, yolunu azmıĢdır. 
Musa  zülm  və  sitəmlə  mübarizə  aparmalı  və  fir’ona  nəsihət  etməli  idi  ki, 
düĢmənçilikdən  və  qürurdan  əl  çəkib,  özünü  aləmlərin  Rəbbinə  təslim  etsin. 
Musa bu əmri yerinə yetirməkdə özünə həmkar və yoldaĢ istəyərək dedi: 
-Ġlahi!  Mən  onlardan  bir  nəfərini  öldürmüĢəm.  Onlar  məni  qətlə  yetirərlər. 
Musa  xatırlatdı  ki,  fir’on  on  il  bundan  qabaq  baĢ  verən  hadisəni  heç  vaxt 
unutmayacaq. O, Musaya kin bəsləyir və onu öldürmək üçün fürsət gözləyir. 
-Ġlahi!  QardaĢım  Harunun  danıĢıq  qabiliyyəti  məndən  daha  yaxĢıdır.  Onu  bu 
iĢdə  mənə  köməkçi  və  Ģərik  et!  Əgər  oraya  təkcə  getsəm,  məni  yalançı 
adlandırarlar.  Mənim  yanımda  olacaq,  məni  himayə  edəcək  və  mənim 
peyğəmbərliyimin düzgünlüyünə Ģahid duracaq bir köməkçi istəyirəm. 
Sübhan Allah onun duasını qəbul edərək buyurdu: 
-Tezliklə  sənin  qollarını  qardaĢın  vasitəsilə  möhkəm  edib  qüvvətləndirərik, 
sizin  üçün  qüdrət  və  üstünlük  verərik.  Mö’cüzə  və  niĢanələrə  görə  düĢmənlər 
sizə  toxuna  bilməzlər.  Siz  və  davamçılarınız  qalibsiniz.  Ey  Musa!  Əsla  heç 
nədən qorxma!  Mən hər  yerdə sizinləyəm,  eĢidirəm və görürəm. Fir’ona  tərəf 
gedin.  Çünki,  o,  tüğyan  etmiĢdir.  Onunla  yavaĢ  danıĢın.  Ümid  var  ki,  nəsihət 
alıb  qorxa.  Yenə  də  sükut  müqəddəs  torpağı  bürüdü  və  alov  itdi.  Musa  onu 
gözləyən  ailəsinin  yanına  qayıtdı.  O,  bu  dəfə  qayıtdıqda  artıq  böyük  ilahi 
vəzifənin  məs’uliyyəti  də  onun  öhdəsində  idi.  Musa  yolu  tapdı.  Ona  görə  də 
sür’ətlə addımlayır və əsasını səhranın qumlarına batırırdı. 
QARŞILAŞMA 
Musa  fir’onların  paytaxtı  olan  Mumfis  Ģəhərinin  cənubuna  doğru  getdi. 
Yə’qubun  övladları  orada  yaĢayırdılar.  Bəni  Ġsrailə  qarĢı  zülm  və  iĢgəncələr 
artmıĢdı.  Musa  onlara  tərəf  qayıtdı,  ilahi  risalətini  və  onların  zülmdən  xilas 
olacaqlarını müjdə verdi. Onlar qorxurdular. Amma, həm də ümidvar idilər. 
Harun  qardaĢının  yanında  idi.  Musa  daha  artıq  arxayınlıq  hiss  edirdi.  Çünki, 
onun yanında onu himayə və kömək edəcək bir insan var idi. 
Harunun  gözəl  nitqi  var  idi.  Söz  danıĢanda  haqq  və  ədalətlə  danıĢardı, 
Allahdan baĢqa heç kəsdən qorxmazdı. Ona görə də Musa Allahdan istədi ki, öz 
vəzifələrində  onu  Ģərik  etsin.  Onlar  bir-birlərinin  həmkarlığı  ilə  zülmü  aradan 
qaldırmaq, fəsadı məhv etmək, xeyir, yaxĢılıq və ədaləti yaymaq üçün çalıĢmalı 
idilər.  Musa  və  Harun  fir’onun  Ģəhərin  kənarında  olan  sarayına  tərəf  getmək 
qərarına gəldilər. Onlar Nil çayının sahili ilə Ģimala tərəf  yola düĢdülər. Musa 
əsasının köməyi ilə hərəkət edirdi və hər ikisinin əyinlərində yun köynəklər var 
idi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə