PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   55   56   57   58   59   60   61   62   ...   83

 
141 
Bəni-Ġsrailin  buzova  səcdə  edənləri  peĢiman  oldular.  Onlar  öz 
peĢimanlıqlarını  bildirib,  anladılar  ki,  əgər  Allah  rəhm  göstərib,  onları 
bağıĢlamasa ziyankarlar dəstəsindən hesab olunacaqlar. 
Allah onları bağıĢladı. 
Musa, Tövratın nazil olmasını görmələri üçün qövmünün yetmiĢ nəfərini özü 
ilə Tur dağına apardı. Onlar Musaya Allahı görmək istədiklərini bldirmiĢdilər. 
Musa  onları  bu  iĢin  aqibətindən  xəbərdar  edib,  buyurmuĢdu:  “Allah  gözlə 
görünməz. Gözlər bunu bacarmazlar”. Lakin , onlar Musanın nəsihətlərini qəbul 
etməmiĢdilər.  
Gözlənilmədən yer ayaqları altında lərzəyə gəldi. Onların bədənləri titrəməyə 
baĢladı. 
Göydə ildırım çaxıb, onları vurdu. Hamı yerə yıxılıb, canlarını tapĢırdılar. 
Musa onların əfv olunmaları üçün dedi:  
“Ġlahi,  əgər  istəsəydin  onları  və  məni  öncədən  həlak  edərdin...  Nadan 
insanların  günahına  görə  bizi  həlakmı  edirsən?...  Sən  bizim  ixtiyar 
sahibimizsən. Bizi bağıĢla və əfv et! Sən ən gözəl bağıĢlayansan!” 
Allah-təala yenə də günahlarından keçib, onları həyata qaytardı. Bütün bunlar 
onların ürəklərini bütpərəstlikdən paklamaq üçün idi.  
TUR DAĞI 
Musa  səmavi  dinlə  qayıtdı.  Bəs  Bəni-Ġsrail  necə?  Onlar  dünya  və  axirət 
səadətini tə`min edən Ģəriətə görə sevindilərmi? Yox. Onların əksəriyyəti ilahi 
dini  qəbul  etmədilər.  Çünki,  həmin  din  onları  düzgün  insanlara  çevirmək 
istəyirdi. Onlarsa öz nəfslərinin xoĢladığı cahillikdə qalmaq istəyirdilər. 
Musa öz qövmündən Allahın dininə əməl etmək və onun hədlərini keçməmək 
barədə əhd almaq istədi. Lakin, onlar qəbul etməyib, peyğəmbərləri ilə əhd və 
peyman bağlamadılar. 
Musa heyrət  və sərgərdanlıqla  səmaya  nəzər saldı. O, bu özbaĢına  insanlarla 
nə edəcəyini bilmirdi. 
Bu zaman qorxulu bir hadisə baĢ verdi. Az qaldı ki, böyük Tur dağının zirvəsi 
baĢlarına tökülsün. Dağın baĢında parça-parça olan daĢların səsi eĢidilirdi. 
Onlar tə`zim  göstərərək  Allaha  təslim  oldular  və Tövrata  əməl  etmək  barədə 
onun elçisi ilə əhd-peyman bağladılar. 
SOĞAN 
Bəni-Ġsrail hər dəfə Musadan qəribə Ģeylər istəyirdirlər. O cümlədən, bir dəfə 
ondan soğan istəyərək dedilər: 
-Ey  Musa!  Biz  təkcə  bir  növ  yemək  yeyə  bilmirik.  Allahından  istə  ki,  bizim 
üçün  göyərti,  xiyar,  badımcan,  sarımsaq  və  soğan  kimi  digər  bitkilər  yetirsin. 
Çünki,  biz  “mənn”  və  “səlva”  yeməkdən  yorulmuĢuq,  indi  soğan  yemək 
istəyirik. Allahından istə ki, bizim üçün soğan göndərsin.  
Onlar,  “Allahımızdan  istə”  yox,  “Allahından  istə”  dedilər.  Elə  bil  ki,  Allah 
yalnız  Musanın  Allahı  idi,  onların  yox.  Amma,  bütün  bunlarla  yanaĢı  Musa 
onlarla keçinir və Allah onları bağıĢlayırdı. 


 
142 
Musa onlara dedi:  
-Siz daha yaxĢı və ləzzətli yeməklərin yerinə dadsız yeməklər istəyirsinizmi?! 
MÜQƏDDƏS TORPAQ 
Allah-təala öz ne`mətlərini Bəni-Ġsrail üçün tamamlamaq istədi. Ona görə də 
Musa onlara dedi:  
-Ey camaat! Allahın sizin üçün seçdiyi müqəddəs torpağa daxil olun. 
Bəni-Ġsrail  bu  sözləri  eĢitdikdə  o  torpaqlarda  yaĢayan  hakimlərdən 
qorxduqlarını  bildirdilər.  Allah-təala  istəyirdi  ki,  Bəni-Ġsrail  tayfası  müqəddəs 
torpağı azad etsin və yegana Allaha ibadət hər yerdə yayılsın. 
Amma Bəni-Ġsrail rifah və rahatlıq arzusunda idilər. Onlar hər Ģeyin mö`cüzə 
vasitəsi ilə əldə olunmasına alıĢmıĢdılar. Ona görə də qorxu ilə dedilər:  
-Ey Musa! O torpaqlarda zalım insanlar yaĢayırlar. Onlar həmin torpaqlardan 
çıxmayınca biz ora daxil olmarıq. 
Zalımları  oradan  qov,  biz  Ģəhərə  daxil  olaq.  Əgər  çıxmasalar  biz  ora 
getməyəcəyik. 
Minlərlə insanın arasından yalnız iki nəfər ayağa qalxıb dedi:  
-Əgər  siz  Ģəhəri  mühasirə  etsəniz  və  onun  qapılarından  daxil  olsanız,  Allaha 
imanınıza görə mütləq qalib gələcəksiniz. Ona görə də Allaha təvəkkül edin. 
Amma Bəni-Ġsraili qorxu bürümüĢdü. Ona görə də dedilər: 
-Ey Musa! Nə qədər ki, onlar həmin torpaqdadırlar biz ora getməyəcəyik. 
Yenidən ona dedilər:  
-Sən Allahınla get vuruĢ. Biz burada oturmuĢuq. 
Yenidən Bəni-Ġsrail Allahın elçisinin qarĢısında dayandılar və ona dedilər.  
-Əgər sən döyüĢmək istəyirsənsə rəbbinlə get, döyüĢ. 
Musa qəmgin oldu. BaĢını göyə qaldırıb dedi:  
“Ġlahi,  mən  təkcə  özümün  və  qardaĢımın  ixtiyar  sahibiyəm.  Bizimlə  bu 
günahkar insanlar arasında ayrılıq sal!” 
Allah-təala  Musaya  əzab-əziyyət  etdiklərinə  və  inadkarlıq  göstərərək 
əmrlərdən boyun qaçırdıqlarına görə Bəni-Ġsrailə qəzəbləndi. 
SƏRGƏRDANLIQ 
Allah-təala  Bəni-Ġsraili  40  il  Sinay  yarımadasında  sərgərdan  qalmağa 
məhkum etdi. Onlar həmiĢə səhranın qumluqlarında gəzir və arabir bu  adanın 
hansısa bir nöqtəsində yaĢayırdılar. 
İNƏK 
O zaman bə`zi hadisələr baĢ verdi. O cümlədən bu hadisə: Gecə vaxtı bir qətl 
hadisəsi baĢ verdi. Qatil öldürdüyü insanı götürüb, saleh insanların birinin get-
gəl etdiyi yola atdı. 
Qatil, zalım və fasiq bir  insan  idi.  Öldürülən  isə  onun əmisi  oğlu idi. Ondan 
Ģübhələnməsinlər deyə öldürdüyü Ģəxsin intiqamını almaq məqsədi ilə Musanın 
yanına gəldi. 


 
143 
Günlər  ötürdü  və  qatil  tanınmırdı.  Az  qalmıĢdı  Bəni-Ġsrailin  arasında 
qarĢıdurma  yaransın.  Müxtəlif  Ģayiələr  yayılır  və  bir-birlərini  bu  iĢdə  ittiham 
edirdilər. 
Onlar  bu  qarıĢıq  məsələni  həll  etmək  üçün  Musanın  yanına  gəldilər.  Allah-
təala Musaya vəhy etdi ki, onlar bir inək kəsməlidirlər. Musa onlara dedi:  
-Allah əmr edir ki, bir inək kəsəsiniz. 
Onlar təəccüblə dedilər:  
-Ey Musa! Bizi ələ salırsan? 
Musa dedi: 
-Mən  nadan  deyiləm  ki,  sizi  ələ  salam.  Allah  sizə  fərman  verir  ki,  bir  inək 
kəsin. Bu zaman öldürülən insan dirilib, qatilin adını deyəcəkdir.  
Onlar  öz  adətləri  üzrə  yenə  də  özbaĢınalıq  edib,  Allahın  əmrini  cəld  yerinə 
yetirmədilər. Onlar Musaya dedilər: 
-Allahına de ki, o inəyin xüsusiyyətlərini bizə bildirsin. 
Allah-təala onların bu inadkarlıqlarını görüb, iĢi onlar üçün çətinləĢdirdi. 
Musa onlara dedi: 
-Allah  buyurur  ki,  o  inək  nə  qoca  və  nə  də  körpə  olmasın.  Gərək  orta  yaĢlı 
olsun. Gedin və Allahın fərmanını yerinə yetirin. 
Bəni-Ġsrail Allahın əmrini yerinə yetirmədi. Onlar yenidən qayıdıb dedilər: 
-Allahından istə ki, onun rəngini bizim üçün bəyan etsin. 
Allah-təala yene də iĢi onlar üçün çətinləĢdirdi. 
Musa onlara dedi: 
-Allah  buyurur  ki,  onun  rəngi  açıq  sarı  olmalıdır.  Elə  olsun  ki,  onu  görənlər 
Ģad olsunlar. 
Onlar gedib yenidən qayıtdılar və Musaya dedilər: 
-Allahından  istə  ki,  onun  hansı  növ  inək  olmasını  desin.  Biz  inəkləri  tə`yin 
etməkdə çətinlik çəkirik. 
Musa dedi: 
-Allah  buyurur  ki,  o  inək  yer  Ģumlamaq  və  onu  suvarmaqda  iĢlədilməmiĢ 
olmalıdır. 
Bu zaman onlar dedilər: 
-Ġndi məsələ aydın oldu. 
Onlar  həmin  inəyi  axtarmağa  baĢladılar  və  onu  bir  yetim  uĢağda  tapıb,  çox 
baha qiymətə aldılar. 
Bəni-Ġsrail  tayfası  toplanıb  inəyin  baĢını  kəsdi  və  sonra  onun  bədən 
üzvərindən  bə`zisini  öldürülən  insanın  cəsədinə  vurdular.  Beləliklə  insanlar 
Musanın mö`cüzələrindən daha birinə Ģahid oldular. 
ÖldürülmüĢ insan dirildi və qatilin – yə`ni əmisi oğlunun adının onlara dedi. 
Qatil əmisi oğlunun mal-dövlətinə sahib olmaq üçün onu öldürmüĢdü.  Ġndi isə 
Allah onu camaatın qarĢısında rüsvay etdi. 
Bəni-Ġsrail  tayfası  yenə  də  Allahın  qüdrətini  müĢahidə  etdi.  Onlar  Musanın 
peyğəmbərliyinin doğruluğunu, onun Allahın yanında uca məqamını öz gözləri 
ilə  gördülər.  Həmçinin  gördülər  ki,  Allah  necə  yetim  uĢağa  lütf  və  mərhəmət 
göstərmiĢ, o inək vasitəsi ilə ona bol ruzi əta etmiĢdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə