PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   51   52   53   54   55   56   57   58   ...   83

 
132 
QARUN  
Qarun Bəni-Ġsraildən idi. Allah ona çoxlu sərvət və mal-dövlət əta etmiĢdi. O, 
Allaha  ibadət  etmək  və  məzlumlara  kömək  əlini  uzatmaq  əvəzinə  qürur  və 
təkəbbürə düçar olmuĢdu.  
Qarun  çoxlu  xəzinələrə  malik  olan  bir  mülkədar  idi.  Qızıl  və  gümüĢləri  onu 
qururlandırmıĢ  və  baĢqalarına  qarĢı  təkəbbürlü  etmiĢdi.  O,  lə`l-cəvahiratın 
qüdrət mənbəyi olduğunu düĢünürdü. O, paltar geyinməkdə fir`ona oxĢayırdı.  
Ġmanlı insanlar Qaruna nəsihət edirdilər ki, təkəbbür etməsin, qızıl, gümüĢ və 
xəzinələri  ilə  öyünməsin.  Ona  deyirdilər:  «Qiyamət  gününü  unutma!  Axirət 
dünyasını yaddan çıxartma! Axirətin üçün iĢ gör! Mallarının bə`zisini kasıblara 
ver və verdiyi ne`mətlərə görə Allaha Ģükr et».  
Ona  deyirdilər:  «Allah  sənə  yaxĢılıq  və  ehsan  etdiyi  kimi,  sən  də  insanlara 
yaxĢılıq et. Yerdə fəsad törədib, pis iĢlərlə məĢğul olma!»  
Amma,  Qarun  təkəbbürlü  halda  cavab  verirdi:  «Mən  sərvəti  öz  əlimlə 
toplamıĢam.  Bilirəm  ki,  necə  mal  və  sərvətə  sahib  olmaq  olar.  Mənim  çoxlu 
ağıl və dərrakəm, mənim sərvətimin əsasıdır». 
Bə`zi  insanlar  Qarunun  hiyləsinə  aldanıb,  onun  sözlərini  təsdiq  edirdilər. 
Onlar öz peyğəmbərləri Musanın əleyhinə qiyama qalxdılar. Onlar mal-dövlətə 
sahib olmaq tamahı ilə baĢ qaldırmıĢdılar.  
Bir  gün  Qarun  zərli  paltar  geyinərək  fəxr  və  təkəbbürlə  camaatın  qarĢısında 
peyda oldu. Bə`zi yoxsullar dedilər:  
«Qarun həyatda nə qədər xoĢbəxt və bəxtəvərdir. KaĢ Qarunun sərvətlərindən 
bizdə də olaydı! Çünki, o çox xoĢbəxt bir insandır». 
Amma, imanlı insanlar onlara deyirdilər:  
«Ġman  gətirib,  saleh  iĢlər  görənlər  üçün  Allahın  verdiyi  savab  Qarunun 
mallarından daha yaxĢıdır».  
Musa Qaruna öyüd-nəsihət vermək məqsədilə ona dedi:  
-Yerdə fəsada əl uzatma! Öz sərvət və malınla öyünmə!  
Amma,  Qarun  eləcə  məğrur  idi  və  Musaya  kin  bəsləyirdi.  Ona  görə  də 
Allahın peyğəmbəri üçün plan cızırdı. Bir dəfə onu pis və çirkin iĢlər görməkdə 
ittiham  etdi.  Bəni-Ġsraili  toplayaraq  onların  arasında  Musaya  çoxlu  töhmətlər 
vurdu.  Allah  təkəbbürlü  Qaruna  qəzəbləndi  və  bu  hal  Allahdan  Qarunu 
cəzalandırmasını istəyən Musanın simasında aydın oldu. 
DəhĢətli  bir  hadisə  baĢ  verdi.  Yer  Qarunun  sarayının  altında  titrəməyə 
baĢladı. Qarun titrəyən sarayına baxıb, qorxdu. Qaçmaq istədi. Amma, yer onu 
udub,  öz  dərinliklərinə  apardı.  Bir  neçə  anın  içində  Qarun,  onun  saray  və 
xəzinələri gözlərdən itdi.  
Bu,  ayrıları  üçün  də  ibrət  dərsi  oldu.  Qarun  kimi  olmalarını  arzulayanlar  öz 
sözlərinə  peĢiman  oldular.  Onlar  anladılar  ki,  yaxĢı  iĢ  və  saleh  əməl,  qızıl 
xəzinələrindən  daha  yaxĢıdır.  Çünki,  yaxĢı  iĢ  dünya  və  axirətdə  insan  üçün 
faydalıdır. Amma, qızıl, təkəbbür, qürur və xəzinə, sahibi üçün bədbəxtçilik və 
ziyandan baĢqa bir nəticə verməyəcəkdir. 


 
133 
AZADLIQ 
Təkəbbürlü  Fir`on  Musanın  qətl  planını  çəkirdi.  O  öz  dövlət  iĢçilərinin  və 
qibtlilərin Musanın peyğəmbərlik də`vəti və onun etdiyi mö`cüzələr barəsində 
fikirləĢdiyini gördükdə bir plan hazırladı. O, bunun vasitəsi ilə Misir camaatının 
himayəsini əldə edə biləcəkdi.  
Fir`on fərman verdi ki, Nil çayının sahilində, altından su axan böyük bir yer 
düzəltsinlər. Sonra e`lan etdi ki, tezliklə orada əhəmiyyətli bir çıxıĢ olacaqdır.  
Tə`yin  olunmuĢ  vaxtda  ordu  və  mə`murlar  həmin  yerə  bitiĢən  yolun  iki 
tərəfində sıra ilə düzüldülər. Yuxarı tərəfdə zərli taxt düzəltmiĢdilər. KeĢikçilər 
onun  yuxarı  tərəfində  durmuĢdular.  Camaat  həmin  yerin  qarĢısında  toplaĢlıb, 
təəccüblə Fir`onun zərli taxtına baxırdılar.  
Bir  neçə  andan  sonra  Fir`on  və  onunla  birgə  olanlar  daxil  oldular.  Bu  dəfə 
Fir`on  güclü  əsgərlərin  gətirdikləri  faytonunun  üstündə  durmuĢdu.  Qiymətli 
daĢlarla  bəzədilmiĢ  ləl-cəvahiratlı  kətan  paltar  geyinmiĢdi.  BaĢına  iki  yanlı 
tacını qoymuĢdu. Bu tac o demək idi ki, o, bütün ölkənin hakimidir. Fir`on və 
onunla  birgə  olanlar  yavaĢ-yavaĢ  və  təkəbbürcəsinə,  səs-küysüz  hərəkət 
edirdilər. Çünki, Fir`on və baĢqa faytona minənlər belə istəmiĢdilər. Fir`on ən 
hündür yerə aparıldı və zərli taxtın üstündə əyləĢdi.  
Ġnsanlar  Fir`onun  yerinin  mənzərəsinə  cəzb  olunmuĢdular.  Fir`on  öz 
əhəmiyyətli söhbətini belə baĢladı.  
-Mən  Misrin  böyük  Allahıyam.  Misir  torpaqları  mənimdir.  Mənim  yerimin 
altından  çaylar  axır.  Mən  bu  torpağa  və  onun  millətinə  izzət  və  baĢucalıq 
yolunda rəhbərlik edirəm. Biz düĢmənləri qovub, camaatın rahat və təhlükəsiz 
yaĢaması  üçün  Ģərq  tərəfdə  bir  neçə  sədd  yaratdıq.  Tezliklə,  Misrin  daxili 
düĢmənlərini də məhv edəcəyəm. Ġsrail millətini məhv edəcəyəm. Onların sayı 
azdır,  amma  buna  baxmayaraq  sizi  Misir  torpaqlarından  çıxarmaq  istəyirlər. 
Mənə icazə verin Musanı öldürüm. Görək o, öz Allahından necə kömək alır?!  
Bütün  camaat  cuĢa  gələrək  səs-küy  saldılar.  Onlar  fir`ona  Misrin  böyük 
Allahı  kimi  hörmət  göstərdilər.  Sonrakı  gün  paytaxtın  əsgərləri  Bəni-Ġsraili 
məhv etmək üçün fir`onun çəkdiyi planı icra etməyə hazırlaĢdılar.  
Nizə  ilə  silahlanmıĢ  mə`murlar  körpələri  analarının  qucağından  ayırıb,  Nil 
çayına  atırdılar.  Timsahlar  özlərinin  üçbucaq  baĢları  ilə  günahsız  körpələri 
udurdular.  Analar  nalə  edib,  ağlayır  və  Musadan  kömək  istəyirdilər.  KiĢi  və 
cavanlar yeni Ģəhərlər tikmək üçün ən çətin iĢlərə məcbur edilirdilər. ĠĢgəncə və 
çətinlik son həddinə çatdıqda Bəni-Ġsrail üzünü göyə tutaraq, Allahdan qələbə 
istədi və Allah öz elçisi Musaya vəhy etdi ki, Bəni-Ġsrailə rəhbərlik edib, gecə 
ilə onları Misirdən qaçırsın.  
Gecə yarısı Bəni-Ġsrail Misirdən qaçmaq üçün hazır oldu. Musa ən çətin insan 
xilası əməliyyatında bütöv bir millətə rəhbərlik etməli idi. O, inanırdı ki, Allah 
imanlı insanları xilas edəcəkdir. Ona görə də öz ümmətini Ģərqə doğru apardı.  
Ġnsanlar  Nil  çayını  keçib,  öz  mühüm  səfərlərini  SüveyĢ  körfəzinə  doğru 
baĢladılar.  Musa  onları,  özü  otuz  yaĢlı  cavan  olarkən  Mədainə  qaçdığı  yolla 
apardı.  O  zaman,  yə`ni  onlar  Ģimal-Ģərqə  doğru  hərəkət  edən  vaxt  paytaxt 
sakinləri bu qəfil hadisədən xəbərdar oldular. Bəni-Ġsrail Misirdən qaçmıĢdı.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə