PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   52   53   54   55   56   57   58   59   ...   83

 
134 
Hərbi  hücum  fərmanı  vermiĢ  fir`onun  gözlərindən  qəzəb  qığılcımı  saçırdı. 
Onun planı  belə  idi: O,  Bəni-Ġsraili səhrada  mühasirəyə  alıb,  Musa  və  Harunu 
qətlə yetirmək istəyirdi. O, insanları yenidən əsir olaraq Ģəhərə qaytarmaq və öz 
ölkələrində qul kimi iĢlətmək istəyirdi. 
Beləliklə,  fir`onun  atlar  vasitəsi  ilə  çəkilən  onlarla  arabası  Allaha  və  onun 
peyğəmbərinə iman gətirmiĢ milləti ən təhlükəli vəziyyətdə tə`qib etmək üçün 
hərəkətə  gəldilər.  Yer  atların  dırnağı  və  əsgərlərin  addımları  altında  lərzəyə 
gəlmiĢdi. Fir`on Minfitah Ģəxsən öz arabasını sürür və minlərlə güclü əsgərdən 
təĢkil olunmuĢ ordusunun önündə hərəkət edirdi.  
Atların  çəkdiyi  arabalar  uzaqdan  göründü.  Onlar  sür`ətlə  hərəkətdə  idilər. 
Bəni-Ġsrail  camaatı  qıĢqırdı:  «Vay,  məhv  olduq.  Tezliklə,  bu  torpaqda  həlak 
olacağıq. Xilas olmaq üçün heç bir ümid yoxdur».  
UĢaqlar ağlamağa baĢladılar. Qadınların nalə və fəryadları ucaldı. Qorxu hər 
yeri bürüdü.  
DöyüĢ arabaları yaxınlaĢırdı. Bəni-Ġsraildən bir nəfər qıĢqırdı:  
-Fir`onun adamları bizi tutacaqlar.  
Musa mavi səmaya baxaraq dedi:  
-Yox, heç vaxt! Rəbbim mənimlədir və tezliklə mənə yol göstərəcəkdir.  
O həlledici anlarda Cəbrayıl enib, Alahın əmrini Musaya çatdırdı: 
-Əsanı dənizə vur!  
Musa  dənizə  doğru  getdi.  O,  suya  batmıĢ  bir  daĢ  parçasının  üstündə  durub, 
əsasını  mavi  sulara  vurdu.  Gözlənilmədən  çox  qəribə  bir  hadisə  baĢ  verdi: 
Dəniz  iki  yerə  bölündü.  Onun  hər  tərəfi  bir  hündür  dağ  kimi  ucaldı.  Onların 
arasında uzun bir dərə yarandı və ilk dəfə olaraq günəĢ həmin dərinliklərdə olan 
qumlara saçdı. Həqiqətən də baĢ verən hadisə böyük bir mö`cüzə idi. Ġnsan belə 
bir iĢ görə bilərmi? Bu, Allahın tükənməz qüdrətinin nümunəsi idi: heç bir hədd 
və hüdudu olmayan qüdrətin.  
Sular  dağ  ətəkləri  kimi  dayanıb,  durmuĢdular.  Musa,  dənizi  iki  yerə  bölən 
uzun  dərəylə  yola  düĢdü.  Bəni-Ġsrail  də  onun  ardınca  gəldilər.  Musa  və  onun 
yanında olan qardaĢı Harun iki su dağının arasından keçdilər. Bəni-Ġsrail zalım 
fir`onun  əlindən  xilas  olmalarına  ümidvar  oldular.  Onlar  anladılar  ki,  Allah, 
Musaya və`d verdiyi kimi onları xilas edəcəkdir.  
İŞİN SONU 
Fir`on əsgərləri ilə sahilə çatdı. O, böyük mö`cüzəni öz gözləri ilə müĢahidə 
etdi.  Əsgərlər  də  onu  gördülər.  Amma,  onların  heç  biri  azca  da  olsa  özlərinə 
gəlməyib,  Allahın  risaləti  barədə  fikirləĢmədilər.  Onlardan  heç  kim  Musaya 
Allahın elçisi olaraq iman gətirmək fikrinə düĢmədi.  
Fir`on  Bəni-Ġsraili  o  qəribə  yolun  ortasında  hərəkətdə  gördükdə  gözlərində 
kin  qığılcımı  parladı.  Öz  miniyinə  bir  qamçı  vurub,  həmin  yolla  hərəkətə 
baĢladı.  Əsgərlər  də  belə  etdilər.  Onlar  Fir`ona  ibadətdən  və  onun  istəklərini 
yerinə yetirməkdən baĢqa bir Ģey bilməyən minlərlə güclü əsgər idilər.  
Bəni-Ġsrail  SüveyĢ  körfəzinin  Ģərq  tərəfində  sahilə  çatıb,  dayandılar.  Onlar 
nigaran  halda  yolun  yarısına  qədər  irəliləmiĢ  Fir`onun  ordusuna  baxırdılar.  O 


 
135 
anlarda  isə  baĢqa  bir  mö`cüzə  baĢ  verdi.  O  zaman  su  dağları  töküldü.  Onlar 
tökülərkən  çox  dəhĢətli  görünürdülər.  Sağ  və  soldan  hərəkətə  gələn  dalğalar 
yerdə  təkəbbür  edib,  Allahın  risalətinə  iman  gətirməyən  on  minlərlə  zalımı 
hücuma mə`ruz qoydu. Fir`on özünü dənizin qəzəbli dalğaları arasında görərək 
xar olduğunu duydu. Onun içiboĢ qüruru və təkəbbürü sona çatmıĢdı. Ona görə 
də qıĢqırdı:  
-Ġman  gətirdim.  Bəni-Ġsrailin  iman  gətirdiyi  Allahdan  baĢqa  heç  bir  mə`bud 
yoxdur. Mən də dindarlardanam.  
Fir`on dənizin Ģor sularını udduğu halda ona cavab verən bir səs eĢitdi:  
-Ġndimi?  Halbuki,  əvvəlcə  tüğyan  və  itaətsizlik  göstərdin,  fasiqlərdən  oldun. 
Sən bütün o illərdə haqq və ədalətlə mübarizə apardın. Ġnsanları qula çevirdin. 
Onları qətlə yetirdin. Allahın mö`cüzə və niĢanələrinə kafir oldun.  
Fir`on öz mənfur həyatının sona çatdığını bildi. Ona müraciət edən həmin səsi 
yenə də eĢitdi.  
-Bu  gün  sənin  bədənini  sudan  xilas  edəcəyik.  Lakin,  yalnız  buna  görə  ki, 
gələcək  üçün  ibrət  dərsi  olsun.  Ġnsanların  çoxu  bizim  ayə  niĢanələrimizdən 
qafildirlər.  
Fir`onun qarnı dənizin Ģor suları ilə doldu. Qəzəbli dalğalar onu udub, sahilə 
atdı.  Zalım  fir`onun  bütün  güclü  əsgərləri  suda  qərq  oldular.  Musa  və  Harun 
Allaha səcdə etdilər.  
Amma,  sonra  hansı  hadisələr  baĢ  verdi  və  fir`onun  cəsədinin  aqibəti  necə 
oldu? Bu sirr keçən əsrlər ərzində tamamilə gizli qalmıĢdı.  
Yüz illər keçdi və yalnız bundan sonra tarixi əsərlərin də təsdiq etdiyi Qur`an 
həqiqətləri aĢkar oldu.  
MUMYA 
Dəniz  dalğaları  fir`onun  cansız  cəsədini  sahilə  atdı.  Beləliklə,  çətin  və  ağır 
zülm  dövranı  sona  yetdi.  Misirlilər  fir`on  Minfitahın  cəsədini  Misirin 
cənubunda  yerləĢən  və  padĢahlara  məxsus  olan  xüsusi  yerə  aparıb,  daĢ 
məqbərədə dəfn etmək üçün ona mumya düzəltdilər. Bu minvalla o sirr bütün 
bu əsrlər ərzində gizli qaldı.  
Yüz  il  bundan  öncə,  Miladi  tarixi  ilə  1898-ci  ildə  arxeoloqların  biri 
padĢahların  xüsusi  məntəqəsində  qazıntı  zamanı  ikinci  Ramsisin  oğlu 
Minfitahın mumyasına rast gəldi. Onu Qahirəyə aparıb, 1907-ci il Ġyul ayının 8-
də  üz  və  boynunun  düyünlərini  açdılar.  Fir`onun  cəsədi  indi  də  Qahirə 
muzeyində mövcuddur. Muzeyə tamaĢa edənlər hər gün ĢüĢə divarın arxasından 
onu görürlər.  
1975-ci il Ġyun  ayında  Misir  dövləti  o mumyanın  üzərində  yeni  araĢdırmalar 
aparmağa  icazə  verdi.  Həmin  araĢdırmalardan  ələ  gələn  qəribə  nəticələr 
qətiyyətlə təsdiq edirdi ki, fir`on suda boğulmaqla ölmüĢdür. Su onu udmazdan 
qabaq bədəninə möhkəm zərbələr dəymiĢdir.  
Bu  mumya  Qur`anın  əbədilik  həqiqətinə  ən  böyük  maddi  Ģahid  kimi 
qalacaqdır.  O  zaman  Allah-təala  zalım  fir`onu  dağ  kimi  dalğalar  arasında 
çağıraraq dedi:  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə