PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   49   50   51   52   53   54   55   56   ...   83

 
128 
fir’ondan  və  onun  etdiyi  zülmlərdən  intiqam  almaq  üçün  Musanın  qələbəsini 
istəyirdilər.  
Amma,  Musa  və  Harun  imanın  küfrə  qələbəsi  barədə  fikirləĢirdilər; 
mö’cüzənin cadugərliyə, haqqın batilə qələbəsini.  
Misirin  paytaxtından  və  digər  Ģəhərlərdən  gəlmiĢ  minlərlə  insan  toplaĢıb  bu 
həyəcanlı yarıĢa tamaĢa edirdilər. Əsgər və mə’murlar sıra ilə düzülmüĢ və hər 
biri  öz  yerində  yerləĢmiĢdi.  Bu  vaxt  cadugərlər  daxil  oldular.  Əsgər  və 
mə’murlar sehrbazlara hörmət göstərdilər və camaat onların əzəməti qarĢısında 
tə’zim  etdi.  Camaat  o  zaman  cadugərliyə  e’tiqad  bağlamıĢdılar  və  sehrbazlar 
millətə görə ruhanilik qüdrətinə malik idilər.  
Musa  və  qardaĢı  Harun  daxil  oldular.  Onlar  yun  paltarlar  geyinmiĢdilər  və 
Musa  öz  qəribə  əsasını  özü  ilə  gətirmiĢdi.  Onlar  özləri  ilə  əsa  və  çoxlu  iplər 
gətirmiĢ  sehrbazlar  dəstəsinin  qarĢısında  durdular.  Sükut  hər  yeri  bürümüĢdü. 
Cadugərlər  mə’nalı  nəzərlərlə  bir-biri  ilə  fikir  mübadiləsi  aparırdılar.  Tezliklə 
Musa  və  qardaĢını  məğlub  edəcəklər,  lə’l-cəvahirata,  məqam-mənsəbə  nail 
olacaqlar.  
Bu  vaxt  Ģeypur  səsi  sükutu  pozdu.  Fir’onun  xüsusi  karvanı  çatdı.  Minfitah 
əsgərlərin  gətirdiyi  və  mühafizəçilərin  mühasirəyə  aldığı  zərli  taxtın  üstündə 
oturmuĢdu.  Əsgərlər,  camaat,  sərkərdələr  və  cadugərlər  hamısı  Fir’onun 
qarĢısında səcdə etdilər. Hamı səcdə etdi, iki nəfərdən baĢqa. O iki nəfər Musa 
və  Harun  idi.  Onlar  Allahdan  baĢqasına  heç  vaxt  səcdə  etməmiĢdilər.  Fir’on 
güman  edirdi  ki,  haqladır  və  ürəyi  o  hisslə  dolu  idi.  FikirləĢirdi  ki,  tezliklə 
Musadan  intiqam  alacaqdır  və  ona  baĢa  salacaqdır  ki,  necə  fir’on  üçün,  Misir 
padĢahı üçün səcdə etməlidir.  
Yenidən  sükut  hər  yeri  bürüdü.  Hamı  Musa  ilə  cadugərlər  arasında  yarıĢın 
baĢlamasını  gözləyirdilər.  Sehrkarların  gözləri  məkr  və  hiylə  saçırdı. 
Cadugərlərin rəisi Musaya dedi: 
-Ey Musa! Sən əsanı atırsan, yoxsa biz öz alətlərimizi yerə ataq? 
Musa cavab verdi: 
-Mən sehrbaz deyiləm və sizi etdiyiniz iĢlərdən  çəkindirirəm.  Allah sizi küfr 
etdiyiniz üçün əzaba düçar edər. 
Sehrbazlar dedilər: 
-Ġndi hansımız birinci baĢlayaq? 
Musa əsasını əlində sıxdığı halda dedi: 
-Birinci siz atın. 
Cadugərlər özləri ilə gətirdikləri çoxlu ip və əsaları yerə atdılar. Sehrli sözlər 
dedilər  və  qorxulu  hərəkətlər  etdilər.  Qorxu  və  dəhĢət  hər  yeri  bürümüĢdü. 
Hamı  fikirləĢdi  ki,  doğrudan  da  meydan  ilan  və  əf’i  ilə  dolmuĢdur.  Fir’on 
sehrbazların etdiyi böyük iĢ üçün gülümsünürdü. Musa qorxu hiss etdi, Amma, 
ilan və xəyali əf’ilərdən yox. Qorxurdu ki, olmaya camaat qabaqkından da artıq 
cadugərliyə  və  xürafata  əqidə  bağlayalar.  Haman  sehrbazlara  ehtiram  göstərdi 
və  bu  ordunun  böyük  fir’onun  sehrbazlarına  öz  ehtiramını  göstərməsinə  iĢarə 
idi. 


 
129 
Qüdrətli Allah öz elçisini yalqız buraxmadı və bəndəsinin qəlbinə ilham etdi 
ki,  qorxma,  qələbə  səninlədir,  əlindəkini  yerə  at.  Musa  Ģəffaf  mavi  səmaya 
baxdı və əsasını atdı. Heç kəsin fikirləĢmədiyi bir hadisə baĢ verdi. Qəflətən əsa 
qorxulu  bir  əjdahaya  çevrildi.  Əjdaha  hərəkətə  gələrək  bütün  ipləri,  əsaları  və 
bütün xəyali ilanları uddu.  
Fir’onun  topladığı  sehrbazlar  Misrin  ən  böyük  cadugərləri  idilər.  Sehr  və 
hoqqabazlıqda  heç  kəs  onlardan  üstün  deyildi.  Ona  görə  də  sehr  və  caduya 
baĢqalarından daha varid idilər. Ġp və əsalar həqiqətən ilanlara çevrilməmiĢdilər. 
Görənlər  belə  güman  edirdilər.  Çünki,  sehrbazlar  yalnız  insanların  gözlərini 
sehr və cadu edirdilər. 
Sehrbazlar  Musanın  etdiyi  iĢi  müĢahidə  etdikdə  və  gördükdə  ki,  əsa  necə 
həqiqi  əjdahaya  çevrilir  və  nəinki  hərəkət  edir,  həm  də  onların  əsa  və  iplərini 
udur, Allah  dərgahına  tövbə  etdilər  və  bildilər ki,  Musa fir’onun  onlara dediyi 
kimi deyil. Fir’on onları aldatmıĢdı. Musa sehrbaz deyildi. O, Allahın elçisi idi; 
aləmlərin  Rəbbinin  elçisi.  Ona  görə  də  bütün  sehrbazlar  Allaha  səcdə  edib, 
ürəkdən fəryad edirdilər: 
-Biz Allaha, aləmlərin Rəbbinə iman gətirdik; Musanın və Harunun Rəbbinə. 
Fir’on  az  qalırdı  ki,  düĢmənçilikdən,  kin  və  qəzəbdən  partlasın.  Sehrbazların 
Allaha, ondan qeyrisinə səcdə etmələri onun Musaya məğlub olması demək idi. 
Bu, sehrin Musanın etdiyi qeyri-təbii iĢ qarĢısında məğlubiyyəti idi. 
Fir’onun taxt-tacı təhlükədə idi. Ona görə də qıĢqıraraq qorxulu səslə dedi: 
-Ey sehrbazlar! Mən sizə icazə verməzdən qabaq Musaya iman gətirdinizmi? 
Mən  sizin  məkr  və  hiylənizi  bilirəm.  Musa  böyük  cadugərdir.  Sizə  sehr  və 
cadunu  o  öyrətmiĢdir.  Tezliklə  sizdən  intiqam  alacağam.  Sizi  öldürəcəyəm. 
Xurma  ağaclarının  üstündə  dardan  asacağam  və  sizinlə  baĢqalarına  ibrət  dərsi 
verəcəyəm.  
Bir anın içində sehrbazların qəlbində Allaha qarĢı çox dərin iman yerləĢdi və 
hamısı bir nəfər kimi dedilər: 
-Ey Fir’on! Biz sənin hədələrindən qorxmuruq. Sən bizi sehr etməyə məcbur 
etdin  və  indi  biz  öz  gözlərimizlə  Musanın  mö’cüzəsini  gördük.  Anladıq  ki, 
həqiqi  Rəbb  həmin  Allahdır.  Amma,  sən  bizim  kimi  bir  insansan  və  bundan 
sonra sənə səcdə etməyəcəyik.  
Fir’on qəzəbli və əsəbi halda dedi: 
-Tezliklə biləcəksiniz ki, hamıdan güclü kimdir. Sizin hamınızı öldürəcəyəm. 
Onlar qorxmadan dedilər: 
-Biz  yeganə  Allaha  imandan  baĢqa  bir  Ģey  istəmirik.  Yerlərin  və  göylərin 
Rəbbi  olan  o  Allah  bizim  günahlarımızı  bağıĢlayacaqdır  və  sən  bu  ötəri 
dünyada  heç  bir  iĢ  görə  bilməyəcəksən.  Axirət  bizim  üçündür;  imanlı  insanlar 
üçün. Onların biri üzünü camaata tutaraq dedi: 
-Musanın etdiyi iĢ cadugərlik deyildir. O, Allahın niĢanələrindən biridir.  
Fir’on öz mə’murlarına fərman verdi ki, onu tutsunlar. 
Beləliklə,  imanlı  insanlar  e’dam  meydanına  aparıldılar.  O  mö’cüzəni 
müĢahidə edən insanların bə’ziləri Allaha iman gətirdilər. Amma, öz imanlarını 
gizlətdilər.  Musanın  peyğəmbərliyinə  iman  gətirən  Ģəxslərin  biri  də  fir’on 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə