PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   48   49   50   51   52   53   54   55   ...   83

 
125 
Fir’onun sarayı uzaqdan göründü. Saray böyük idi. Onun daĢ-divarları saf və 
zərif  taxtalarla  örtülmüĢdü.  Yeri  mərmər  daĢla  döĢənmiĢdi.  Əsası  mərmərdən, 
fil diĢindən və qızıldan bina olunmuĢdu. Musa və Harun saraya girdilər. Onlar 
Ģah  otağına,  fir’onun  dörd  dizi  üstə  Abnus  ağacından  düzəldilmiĢ  və 
cəvahirlərlə bəzədilmiĢ taxtı üstündə oturduğu yerə girdilər. Onun əlində Abnus 
ağacından düzəldilmiĢ, cəvahir və qiymətli daĢlarla bəzədilmiĢ qısa bir əsa var 
idi. 
Musa  öz  ilahi  ədəbi  ilə  fir’ona  ehtiram  göstərdi.  Fir’on  da  onun  qarĢısında 
məĢhur  qüruru  ilə  cavab  verdi.  O,  parlayan  nuru  görməsin  deyə  Musanın 
gözlərinə baxmırdı.  
Fir’on  Musanın  zahidliyinə  və  sadə  yaĢayıĢına  baxmadı.  Ġgidliklə  onun 
qarĢısında  durmuĢ  güclü  Ģəxsiyyətinə  baxmadı.  Yalnız  onun  yun  paltarına 
baxdı. O paltara və özünün geyindiyi kətandan tikilmiĢ zərli paltarına baxdı və 
özünün qızıl qolbağılarla dolu əlini müqayisə etdi. 
Fir’on  təkcə  deyildi.  Vəziri  Haman  və  dövlətin  mühüm  Ģəxsiyyətləri  də 
onunla  birgə  idilər.  Fir’on  gözlərini  on  il  qabaq  Misirdən  qaçmıĢ  və  indi  daha 
artıq qüdrət və əzəmətlə qayıtmıĢ Musaya zilləmiĢdi. Fir’on dedi: 
-Musa! Yenimi qayıtmısan? 
-Hə! Dünya və axirətin xeyrini sənin üçün ərməğan gətirmiĢəm. 
Fir’on dedi: 
-Məqsədin nədir? 
Musa dedi: 
-Allah məni sənin tərəfinə göndərib ki, sən ona ibadət edəsən. 
-Allah?! 
-Bəli!  Aləmlərin  Rəbbi  olan  Allah.  Sənin  və  ata-babalarının  yaradanı  olan 
Allah. 
Fir’on təəccüblə ətrafına baxdı və dedi: 
-EĢidirsinizmi bu kiĢi nə deyir?! 
Musa dedi: 
-Bəli, bilin ki, yerin, asimanların və onların arasında olanların Rəbbi Allahdır. 
Fir’on öz dövlət iĢçilərinə baxdı və məsxərə ilə qıĢqırdı: 
-Sizə doğru göndərilmiĢ elçi dəlidir. 
Haman fir’onun qarĢısında baĢ əyərək Musaya dedi: 
-Sən böyük sözlər danıĢırsan. Bütün xalq fir’ona ibadət və səcdə edirlər. Bəni 
Ġsrail də ona pərəstiĢ edir. O, Misrin Allahı və mə’bududur. 
Harun sakitcə dedi: 
-O, Allah deyil. 
Musa dedi: 
-Ġbadətə  layiq  olan  yeganə  Allah  və  Rəbb,  varlığı  yaradan  Allahdır.  Allah  o 
kəsdir ki, buludları yaratmıĢ, yağıĢ göndərmiĢ və ağacları xəlq etmiĢdir. 
Fir’on Musanı sıxıĢdırmağa çalıĢaraq dedi: 
-Ey  Musa!  Çox  Ģeyləri  unutmusan.  Unutmusan  ki,  südəmər  körpə  olduğun 
vaxt səni biz böyütdük. 
Musa dedi: 


 
126 
-Sən Bəni Ġsrail körpələrinin baĢını kəsirdin. Onların kiĢilərinə iĢgəncə verib, 
qadınlarını xar edirdin. Ona görə də Bəni Ġsraili qul kimi iĢlədəndən sonra mənə 
qoyduğun bu minnət düzgün deyil. 
-Bəs cinayət iĢlədib, Misirdən qaçmağın barəsində nə deyirsən? 
-O iĢi səhvən etmiĢdim. Mən o kiĢini öldürmək istəmirdim və siz mənim qətl 
planımı  çəkdiyiniz  üçün  Misirdən  qaçdım.  Ġndi  Allah  məni  peyğəmbərliyə 
seçib,  sənin  tərəfinə  göndərmiĢdir.  Ġndi  Bəni  Ġsraili  mənimlə  göndər!  Onlara 
əziyyət və iĢgəncə etmə! 
Fir’on qəzəblə qıĢqırdı: 
-Ey Musa! Ayağını  yorğanından çox uzadırsan. Sən mühüm Ģeylər barəsində 
danıĢırsan.  Heç  bir  ağıllı  sənin  sözlərinə  inanmaz.  Heç  kəs  belə  bir  yeganə 
Allahın  olmasına  və  onun  bütün  iĢləri  yerinə  yetirməsinə  inanmaz.  Görəsən 
baĢqa  allahlarından  üz  çevirəcək  bir  kəs  tanıyırsanmı?!  Özün  barəsində  nə 
fikirləĢirsən? Köhnə paltarlarına bax. Elə paltarlar geyinmisən ki, heç baxmalı 
deyil.  Ey  Musa!  EĢit!  Sən  əgər  məndən  baĢqa  bir  Allah  seçsən  səni  qaranlıq 
zindanlara atacağam. 
Musa dedi: 
-Bəs  əgər  öz  peyğəmərliyimin  və  sözlərimin  düzgünlüyünə  sübut  gətirsəm 
necə? 
Fir’on qürurla cavab verdi: 
-Sübut?! Sübut nədir? Əgər doğru deyirsənsə gətir. 
Musa heç bir iĢ görmədi. Yalnız əsasını fir’onun qarĢısında  yerə atdı. Birdən 
qəribə bir hadisə baĢ verdi. Fir’on çox qorxdu. Hamı qorxdu. Əsa qorxulu bir 
əjdahaya  çevrildi.  Əjdaha  mərmər  daĢların  üstündə  hərəkət  edirdi.  Fir’on 
qorxusudan  yerində  qurudu.  Rəngi  limon  kimi  saralmıĢdı.  Hər  yeri  qorxulu 
sükut bürümüĢdü. Qorxulu əjdahanın fıĢ-fıĢ səsindən baĢqa bir Ģey eĢidilmirdi. 
Ġlk dəfə olaraq hamısı gördü ki, məğrur fir’on qorxusundan qaçmağa üz qoydu. 
Amma,  gördü  ki,  Musa  əjdahanı  tutmaq  üçün  qabağa  gəlir.  Musanın  əli  ona 
çatdıqda əsa qabaqkı halına qayıtdı.  
Fir’onun kini daha da artdı. Öz taxt-tacına təhlükə hiss etdi. Çünki, Musanın 
qorxulu bir silahı var idi. O nə edə bilərdi?!  
Burada fir’on hadisəni elə qabartdı ki, guya baĢ verən hadisə sehr və cadudan 
baĢqa bir Ģey deyildir. Musa bu məsələni anladı və öz əlini cibinə saldı. Sonra 
onu çıxartdı. Əli parladı və oranı iĢıqlandırdı. O, böyük bir niĢanə idi. 
Fir’on nadan idi. BaĢ verənləri müĢahidə edirdi. Amma, məğrur idi. Öz taxt-
tacından və mənafeyindən baĢqa bir Ģey fikirləĢmirdi. Ona görə də Musaya tərəf 
getdi və dedi: 
-Musa, nə istəyirsən? Musa peyğəmbərlərin ədəbi ilə dedi: 
-Ġstəyirəm  ki,  Bəni  Ġsraili  mənimlə  göndərəsən.  Bütün  iĢgəncə,  zillət  və 
çəkdikləri  əziyətlər  onlar  üçün  bəsdir.  Fir’on  fikirləĢdi  ki,  tezliklə  əsir  kimi 
pulsuz  iĢlətdikləri  fəhlələrin  çoxunu  əldən  verəcəkdir.  Bəlkə  Musa  onlardan 
böyük  bir  qoĢun  düzəltmək,  onun  hökumətini  və  taxt-tacını  dağıtmaq  istəyir?! 
YaxĢısı budur ki, onları əsir kimi saxlasın. Çətin və ağır iĢləri yerinə yetirmək 
üçün onlardan istifadə etsin. 


 
127 
Fir’on öz dövlət iĢçilərinin qorxu və həyəcanlarını aradan qaldırmaq istədi və 
onları Musanın əleyhinə təhrik edərək qıĢqırdı: 
-Musa  cadugardır.  Öz  sehri  ilə  sizi  Ģəhər  və  diyarınızdan  qovmaq  istəyir. 
Dövlət  iĢçiləri  təəccüblə  bir-birləri  ilə  məĢvərət  edirdilər  və  Haman  sözə 
gələrək belə dedi: 
-Bu torpaqda mahir və məĢhur sehrkarlar çoxdur. Onlar maraqlı iĢlər görürlər. 
Sən  qibtlilərin  əleyhinə  plan  çəkir  və  onları  Misir  torpaqlarından  qovmaq 
istəyirsən.  Tezliklə  sənin  sehrin  kimi  bir  sehr  gətirəcəyik.  Ġndi  biz  bu  iĢ  üçün 
vaxt tə’yin edib, və’də qoymalıyıq. 
Musa rahatcasına və imanla dedi: 
-Bizim  və’dəmiz  bayram  günü  günortadır.  Qoy,  bütün  Misir  camaatı  bu 
səhnəni müĢahidə etsinlər. 
CADUGƏRLƏRİN MƏĞLUBIYYƏTİ 
Fir’on  Musanı  məğlub  etmək  üçün  plan  fikirləĢirdi.  Orada  çox  qəribə  iĢlər 
görən cadugərlər var idi. O fasilədə fir’on Misir camaatının arasında e’lan etdi 
ki,  zinət  günü,  misirlilərin  milli  bayramları  olan  gün  cadugərlər  arasında  olan 
bənzərsiz bir müsabiqəyə tamaĢa etmək üçün gəlsinlər. 
Fir’on  öz  mə’murlarını  Misrin  müxtəlif  bölgələrinə  göndərdi  ki,  hər  yerdən 
böyük  cadugərlər  gətirsinlər.  Fir’on  uzaq  və  yaxından  gəlmiĢ  cadugərlərlə 
məclis  qurdu.  Sehrkarlar  öz  uzun  saçları  ilə  və  özlərinə  doladıqları  iplərlə, 
əllərində  tutduqları  əsalarla  qorxulu  bir  mənzərə  yaratmıĢdılar.  Fir’on  güman 
edirdi ki,  bunlar  onun  taxt-tacını təhlükədən qoruyacaqlar. Ona  görə  də  onlara 
dedi: 
-Musa  məndən  baĢqa  bir  Allahın  olmasını  iddia  edir  və  öz  cadugərliyi  ilə 
mənimlə  mübarizə  aparmaq  istəyir.  Əgər  siz  onu  məğlub  etsəniz  hökumətdə 
sizə  böyük  məqamlar  verəcəyəm.  Siz  Misirdə  əmirlik  məqamına 
yüksələcəksiniz.  
Sevincindən gözləri oynayan bir sehrbaz fir’ondan soruĢdu: 
-Əgər biz qələbə çalsaq bizə mükafat verəcəksənmi? 
-Hə!  Tezliklə  sizi  lə’l-cəvahiratda  qərq  edəcəyəm.  Sabah  günəĢ  doğan  vaxtı 
camaat  toplaĢacaq.  Zinət  günü  və  bayramdır.  Sizdən  istəyirik  ki,  səhnəyə  çox 
maraqlı bir sehr gətirin. 
Sehrbazların böyüyü dedi: 
-Sənin əzəmətinə and olsun, ey böyük fir’on! Biz ona qalib gələcəyik. 
Fir’on  güman  edirdi  ki,  Musanı  cadugərliklə  məğlub  edə  biləcəkdir.  GünəĢ 
doğdu və öz iĢığı ilə Nil çayını nura boyadı. Çayın Ģimala doğru hərəkət edən 
suları günəĢ nurunda parlayırdı. O gün Ģadlıq və sevinc günü idi. Çünki, bayram 
idi.  Zinət  günü  idi.  O  gün  camaat  özlərinin  ən  gözəl  paltarlarını  geyinir  və 
gəzmək üçün evdən çıxırdılar. 
O gün həm də həyəcanlı bir gün idi. Çünki, cadugərlərin arasında  yarıĢ günü 
idi. Fir’on Misrin böyük cadugərlərini toplamıĢdı ki, Musa və Harunla mübarizə 
aparsınlar. Bə’ziləri də güman edirdilər ki, sehrbazların qələbəsi qibtlilərin Bəni 
Ġsrailə  qələbəsi  deməkdir.  Zülm  görmüĢ  məzlum  Bəni  Ġsrail  camaatı  isə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə