PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   54   55   56   57   58   59   60   61   ...   83

 
138 
Musa onlara dedi:  
-Siz Allahın niĢanələrini gördünüz. O sizi fir`onun və Hamanın əlindən xilas 
etdi.  Siz  müĢahidə  etdiniz  ki,  möhkəm  daĢların  arasından  sizin  üçün  sərin  və 
dadlı su axdı.  
Bəni-Ġsrailin  kiĢiləri  sakit  oldular.  EĢitdikləri  sözlər  böyük  bir  həqiqət  idi. 
Amma, ürəkləri sakitləĢmirdi.  
MƏNN VƏ SƏLVA 
Allah  Bəni-Ġsrailə  Mənn  göndərdi.  Mən  Ģehə  oxĢar  bir  Ģeydir.  O,  göydən 
yağır və kiçik tikanlı ağacların üzərinə oturur. Səhərlər Bəni-Ġsrail onları tikan 
kollarının  üstündə  aydın  və  parlaq  halda  müĢahidə  edirdilər.  Onları  toplayıb, 
yeyirdilər.  ġirin  və  gözəl  dadı  vardı.  Amma,  Səlva  bir  quĢ  növüdür.  O  çox 
hündürdə  uçur.  Amma,  Allah-təala  Bəni-Ġsraili  öz  lütf  və  mərhəmətinə  Ģamil 
etmək üçün Səlva quĢları aĢağıdan uçur və onların qarĢısında yerə düĢürdülər. 
Beləliklə,  Allah  Bəni-Ġsrailə  təhlükəsizlik,  su  və  yemək  əta  etdi.  Bunların 
hamısı ona görə idi ki, Allaha imanın Ģirinlik və ləzzətini dərk etsinlər.  
VƏ`DƏ YERİ 
Bəni-Ġsrail tez-tez Musadan Allahı onlara göstərməsini istəyirdilər. Bəni-Ġsrail 
bütpərəstliyə adət etmiĢdilər. Onlar yalnız gördükləri Ģeyə iman gətirirdilər.  
Musa  onların  ürəyində  imanı  gücləndirmək  istədi.  Ona  görə  də  qövmündən 
yetmiĢ nəfəri seçdi ki, Tur dağında ona qovuĢsunlar. Musa qardaĢı Haruna dedi:  
-Ey qardaĢ! Sən Bəni-Ġsrail arasında mənim nümayəndəmsən. Onların iĢlərini 
islah etməyə çalıĢ. Fasiqlərin yolu ilə getmə! 
Allah-təala  öz  elçisi  Musaya  bütün  bir  ayı  və`də  yerində  qalmalarını 
istəmiĢdi.  Musa  və`də  yerinə  gəldi  və  Allah-təala  onunla  danıĢdı.  Musa 
təvazökar qəlblə dedi:  
-Ġlahi! Özünü mənə göstər. Ġlahi! Səni görmək qüdrətini mənə əta et!  
Allah-təala öz peyğəmbərinə buyurdu:  
-Heç vaxt məni görməyəcəksən. YaranmıĢların heç biri məni görməyəcəkdir. 
Amma, sən dağa bax. Əgər o öz yerində sabit qala bilsə, deməli, sən məni görə 
bilərsən.  
Musa uca dağa baxdı. Ġntizar anlarını yaĢadı. Birdən çox qəribə bir hadisə baĢ 
verdi.  Dağa  çox  güclü  nur  saçdı.  Oradan  dağıdıcı  ildırımlar  parladı.  DəhĢətli 
gurultu  səsləri  edĢidildi.  Dağ  parça-parça  oldu.  Allahın  qüdrəti  o  böyük  dağı 
məhv etdi. Ġri daĢ parçaları sür`ətlə yerə töküldülər. Yer ayaqlar altında lərzəyə 
gəldi. Musa yerə yıxılıb, huĢunu itirdi.  
Bir müddət keçdi. O, möhkəm zərbənin tə`sirindən ayıldı.  
O, öz gözü ilə Allahın qüdrətini müĢahidə etdi və anladı ki, Allah-təala gözlə 
görünməz. O yalnız imanlı insanın ürəyi ilə görünər. Musa Allahdan istədi ki, 
ona insanların yaĢayıĢ iĢlərini tənzim edəcək, onları dünya və axirətdə xoĢbəxt 
edəcək bir Ģəriət əta etsin. Ona görə də Allah ona müqəddəs sözləri öyrətməyi 
və`də verdi.  


 
139 
Musa  həmin  yerdə  bir  aydan  artıq  qaldı.  Ġndi  isə  görək  Musa  öz  qövmü  ilə 
xudahafizləĢəndən sonra hansı hadisələr baĢ verdi.  
AZĞINLIQ 
Allah-təala peyğəmbəri Musaya buyurdu:  
-Niyə qövmündən qabaq bura gəlmisən?  
Musa cavab verdi:  
-Onlar  mənim  ardımca  gəlirlər.  Mən  sənin  razılığın  üçün  daha  tez  sənin 
tərəfinə gəldim.  
Allah-təala buyurdu:  
-Sənin  qövmün  bir  buzov  vasitəsi  ilə  azğınlığa  çəkilmiĢlər.  Samiri  onları 
yoldan çıxartmıĢdır.  
Bəni-Ġsrailin arasında bir Ģayiə yayıldı ki, Musa Allahın görüĢünə getmiĢdir. 
Musa Allahı axtarmağa getmiĢdir.  
Orada, Bəni-Ġsrailin arasında Samiri adlı bir kiĢi vardı. O kiĢi keçid günündə 
dırnaqları  ilə  yerləri  eĢən  səma  atlarını  görmüĢdü.  Atların  dırnağı  dəyən 
torpaqlar  hərəkətə  gəlmiĢdilər.  Ondan  bir  ovuc  götürüb,  öz  dəsmalına 
tökmüĢdü.  Musa  Allahı  görmək  və  onun  sözlərini  eĢitmək  üçün  Tur  dağına 
tərəf gedən zaman Samiri fürsəti qənimət bilib, qızıldan bir buzov düzəltdi. O, 
Bəni-Ġsrail  camaatı  arasında  get-gəl  etməklə  onlardan  zinət  əĢyalarını  -  qızıl, 
gümüĢ,  bir  qədər  lə`l-cəvahirat,  qiymətli  daĢlar  və  Abnus  ağacından 
düzəldilmiĢ  digər  bəzək  əĢyalarını  topladı.  Samiri  öz-özünə  dedi:  «Tezliklə 
onlara ibadət etmək üçün bir allah düzəldəcəyəm; baĢqa tayfaların etdiyi kimi».  
Bəni-Ġsrail  bütpərəstliklə  yaĢamıĢ  və  onların  inamlarının  tə`siri  altına 
düĢmüĢdülər. Ona görə də Samirinin təklifinə müsbət cavab verdilər.  
Samiri qızıl bir buzov düzəltdi və sonra keçid günü saxladığı torpaqları onun 
içinə  tökdü.  Birdən  buzovun  içindən  inək  nə`rəsinə  oxĢar  bir  səs  eĢidildi.  O, 
buzovu daĢ parçasının üzərinə qoydu. Bəni-Ġsrail camaatı toplaĢdı. Hamısı ona 
tə`zimlə baxırdılar. Samiri qıĢqırdı:  
-Bu sizin və Musanın mə`bududur.  
Harun  bu  hiyləni  gördükdə  onların  yanına  gəldi.  Onları  bu  iĢlərindən 
çəkindirərək dedi:  
-Ey  qövm!  Siz  bu  buzovun  vasitəsilə  yoldan  çıxmısınız.  Sizin  rəbbiniz 
mehriban olan Allahdır. Mənə qulaq asın və sözlərimə əməl edin.  
Ey  camaat,  bu  buzov  fayda  və  ziyan  yetirməyə  qadir  olmayan  cansız  bir 
cismdir.  Görürsünüz  ki,  o,  nə  sizinlə  bir  kəlmə  söz  danıĢır  və  nə  də  sizin  bir 
çətinliyinizi həll edir. 
Onlar Harunun nəsihətlərinə qulaq asmayıb dedilər: 
-Biz Musa qayıdana qədər bu buzova ibadət edəcəyik. 
MUSANIN QAYIDIŞI 
Allah-təala  elçisi  Musa  ilə  görüĢü  qırx  gün  davam  etdirdi.  Ona  lövhələr  əta 
etdi. Allah həmin lövhələrdə öz din və Ģəriətini, dünya və axirətin səadət yolunu 
və bəzi nəsihətləri bəyan etmiĢdi.  


 
140 
Musa müqəddəs lövhələri özü ilə götürüb, qövmünə tərəf qayıtdı. 
 O, onların  Allahın  əmrləri  ilə  uyğun  yaĢamaları  üçün  həmin  lövhələri  oraya 
apardı.  
Allah-təala Samirinin camaatı azdırmasını və onların buzova ibadət etmələrini 
Musaya xəbər vermiĢdi. Odur ki, Musa çox qəzəbli idi. 
Axı,  insanın  öz  əli  ilə  düzəltdiyi  bir  bütə  ibadət  edərək  büyük  və  qüdrətli 
Allahdan  üz  çevirməsi  necə  mümkündür?  Ġnsanlara  həyat,  ruzi  və  ne`mətlər 
bəxĢ  edən,  onları  cəhalət  zülmətindən  iman  nuruna  yönəltmək  üçün 
peyğəmbərlər göndərən odur. 
Musa  uzaqdan  qövmünün  qızıl  buzova  səcdə  və  onun  qarĢısında  ah-nalə 
etdiklərini  görüb,  daha  da  qəzəbləndi.  O,  əlindəki  lövhələri  yerə  atıb,  qardaĢı 
Haruna sarı getdi. Onun saçından dartaraq qəzəblə qıĢqırdı: 
-Harun!  Sən  nə  etmisən?  Niyə  onları  buraxdın  ki,  belə  faydasız  iĢlər 
görsünlər? 
Harun! Sən mənim əmrimdən boyun qaçırmısan. 
Harun qardaĢının halına acıyaraq dedi: 
-Mən  onlara  nəsihət  verdim.  Mən  dedim  ki,  siz  bu  iĢlərinizlə  yolunuzu 
azmısınız.  Onlar  məni  öldürmək  istədilər.  Bir  iĢ  gərmək  istədim,  amma 
qorxdum sən deyəsən ki, Bəni-Ġsrail arasında təfriqə salmısan və mənim əmrimi 
gözləməmisən. 
Musa üzünü Samiriyə çevirib, dedi: 
-Samiri, sən niyə belə etdin? Bəni-Ġsrail üçün düzəltdiyin bu Ģey nədir? Onları 
yenidən bütpərəstliyəmi qaytarmaq istəyirsən? 
Samiri dedi: 
-Mən torpağın üzərində mələklərin ayaq yerini görüb, bir ovuc götürmüĢdüm. 
Sonra ġeytan mənə vəsvəsə etdi ki, onu qızıl buzovun içinə töküm.  
Musa qəzəblə dedi:  
-Bəs bu, sənin Allahındır? Ġndi gör gözlərinin qarĢısında onu necə odlayıram! 
Mö`minlər buzov heykəlinin  ətrafına  çırpı  yığıb,  ona  od  vurdular. Buzov bir 
neçə anın içində məhv oldu. 
Musa  bununla  Bəni-Ġsrailə  göstərmək  istəyirdi  ki,  bütlərin  heç  bir  dəyər  və 
əhəmiyyəti yoxdur. Yalnız böyük Allah hər Ģeyə qadir və yeganə tanrıdır.  
Alov söndü. Qızıl buzöv külə çevrildi. Musa və digər mö`minlər onun külünü 
toplayıb, dənizə tökdülər. 
Bəni-Ġsrail  öz  gözləri  ilə  dalğaların,  buzovun  külünü  o  yan-bu  yana 
dağıtdığını gördülər. 
Musa Bəni-Ġsrailə dedi: 
-Sizin tanrınız, ondan baĢqa heç bir tanrı olmayan yeganə Allahdır. Onun hər 
bir Ģeyə elmi vardır.  
Sonra Samiriyə dedi: 
-Get!  Sənin  dünya  həyatının  bəhrəsi  bu  olacaqdır;  sənə  yaxınlaĢan  hər  hansı 
bir insana deyəsən ki, səninlə əlaqə saxlamasın!  
Ömrünün  qalan  hissəsini  yalqız  keçirəcəksən.  Çünki,  peĢimanlıq  içində 
yaĢayacaqsan. Həmçinin Allahın qaçılmaz əzabı səni gözləyir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə