______________________________________________________ Poetika.izm
51
romanında tarixi şəxsiyyət olmuş görkəmli Azərbaycan dövlət xadimi və
şairi Ş.İ.Xətainin bədii obrazı ilə yanaşı, «Kitabi-Dədə Qorqud» dasta-
nındakı dastan qəhrəmanları Dədə Qorqud, Qazan xan, Beyrək, Burla
xatun və b. romanda təhrif olunurlar.
İlqar Fəhminin «Qarğa yuvası» [5] romanında Koroğlu xalq yadda-
şına hopduğu kimi deyil, əksinə yaltaq, qorxaq təsvir edilir. Romanda
Keçəl Həmzə müsbət qəhrəman kimi, yəni dostluğa etibarlı bir insan kimi
İ.Fəhmi tərəfindən təqdim edilir. Kəramət Böyükçölün «Çöl» [6] roma-
nında da Koroğlu qəhrəmanlıqdan, mərdlikdən uzaq bir qəhrəman kimi
təqdim olunur. İlqar Fəhminin «Qarğa yuvası» postmodern romanında
Həmzənin ikinci dərəcəli (yardımçı) qəhrəman kimi təsviri maraq doğu-
rur. Dastan variantından fərqli olaraq, Koroğlunun «Çənlibel tülküsü» ad-
landırdığı Həmzə romanda hörmətli adamdır.
Postmodern əsərlərdə ümumi arxitektonikasındakı bəzi daxili kom-
ponentlər reallığın qırılması, situasiyaların səpələnməsi kimi yanaşmalar,
konseptualizm, strukturalizm, destruktivizm, dekonstruktivizm, pastiş,
intertekstuallıq, hipertekstuallıq, müəllifin ölümü və s. kimi əlamətləri ilə
yanaşı, bəzi patoloji tiplərin (fahişə, sutenyor, əyyaş, avara, xəstə, fiziki
və mənəvi
şikəst insanlar, divanə) istifadə edilməsi özünü göstərir.
Postmodern romanlarda metanəsrə toxunaraq qeyd etmək olar ki,
postmodernistlər romanın necə əmələ gəlməsinin hekayəsi olan metanəsr
xüsusiyyətindən istifadə edirlər. Postmodern əsərdə reallıq ilə təqlid əla-
qəsini üzə çıxartmaq, mətnin quruluş və yazılma prosesini faktlaşdırmaq,
başqa üslubda qələmə alınmış romanda arxa plana keçən təhkiyəçini aktiv
fiqur kimi qabartmaq, başqa qurama mətnləri mətndə yerləşdirmək və s.
istifadə edilir.
Anar «Ağ qoç, qara qoç» romanında Məlik obrazı şifahi xalq
ədəbiyyatına aid «Məlikməmmədin nağılı» ilə intertekstual əlaqələrə işarə
edir. Romanda işıqlı və qaranlıq dünyaların rəmzi kimi verilmiş ağ və
qara qoçlar təsvir edilmişdir.
Şərif Ağayarın «Haramı» [7] romanının Qoç Səməndər qədim ob-
razı yunan mifologiyasına aid miflər ilə intertekstual əlaqəlidir. Əsərdə
əsas hadisələri əks etdirən mətndən əlavə Səməndər haqqında 12 əhva-
latın nəql edilməsi ilə yanaşı, onun nağıl, dastan qəhrəmanları (yunan
mifologiyası, Azərbaycanda ilk yazılı mənbə sayılan «Əhməd harami
dastanı» və digər mətnlər) ilə müqayisə edilməsi diqqəti cəlb edir. Arvadı
Xalidə tərəfindən öldürülmüş Səməndərin yunan mifologiyasında arvadı
tərəfindən zəhərlənmiş Herakl ilə müqayisə edilməsi romanda diqqətdən
______________________________________________________ Poetika.izm
52
yayınmır.
Yazar tərəfindən təsvir olunan hadisələrdə fəal iştirakçıya çevrilə
bilən və əsərin süjet xətti ilə sıx bağlı olan əsas obraz təsvir olunan
hadisələrin mərkəzində durur. Xüsusilə də, yazarın ideyasını təbliğ edən
əsasən bədii əsərin baş (əsas) qəhrəmanıdır. Baş (əsas) qəhrəman əsərdə
əks olunan mübarizənin təşkil və gedişində mühüm rol oynaması ilə
fərqlənir. Baş (əsas) qəhrəman təsvir olunan hadisələrdə, əsərin süjet xətti
ilə əlaqəli olan, təsvir edilən hadisələrin inkişafında, münaqişənin həll
edilməsində, xarakterlərin açılmasında də fəal iştirak edir.
Postmodern romanlarda əsas qəhrəman onu əhatə edən müasir var-
lığı rədd edir. Qəhrəman öyrəşmiş olduğu və əvvəllər onu əhatə edən
mühit son dərəcə abad olmuşdur, bu günü isə, – insana münasibətdə si-
vilizasiya və mədəniyyət pərdəsi altında gizlənən dəhşət, düşmənçilik, ta-
mamilə qeyri-insani münasibətlərdən ibarətdir. Postmodernizm əsas qəh-
rəmanı dəyər və hədəflərin anlamsızlığını dərk edən, bu doğru seçimdən
heç bir mütləq dəyər və hədəf tapılmadığı kimi səhv bir nəticəyə gələn
obraz kimi yaradır. Əsas qəhrəmanlar dəyər və inancların insanlara görə
dəyişməsi kim yanlış, «relyatif» fikirlər irəli sürürlər.
Əli Əkbər «Amneziya» [8] əsərində totalitar cəmiyyət qurur ki, baş
qəhrəman Murad burada yaşamağa məcburdur. Ə.Əkbərin «Amneziya»
əsərində baş qəhrəman Muradla yanaşı, cəmiyyət
tərəfindən öz keçmişi və
ümumbəşəri dəyərlər haqqında yaddaş itkisi olan amneziyanın obraz kimi
çıxış etməsi diqqəti cəlb edir.
Aqşin Yeniseyin «Göləqarğısancan» [9] romanı əsas qəhrəman Əli-
nin yeniyetmə yaşında doğma xalasıyla günəbaxanlıqda törətdiyi əməllərə
görə kənddən qovulan, şəhərdə uğursuz reket jurnalistliyi ilə məşğul olan,
kəndə qayıdıb ailə həyatı quran, kasıbçılıq üzündən murdar olmuş heyvan
cəmdəklərini satmaqla məşğul olan, qocalığında gözləri tutulan bir
insanın həyat tarixçəsidir. Leş Əlinin bu «sənəti» atadan oğula keçərək
oğlu Qozbel tərəfindən davam etdirilir. «Göləqarğısancan» əsərinin qəh-
rəmanı əsərin bir yerində atasının ölümündən sonra doğulan uşaq kimi
təsvir edilir. Daha sonra isə əsərdə Leş Əlini atası həkimə aparır. Əsərin
əvvəlində «evləndirilən» qəhrəmanı sonra subay, anası ilə yaşayan qəh-
rəman kimi təsvir edilir. Postmodernizmin qeyri-müəyyənliyə can atdığını
nəzərə alaraq, bunlar yazarın məsuliyyətsizliyi kimi deyil, «müəllif amne-
ziyası» kimi qəbul edilə bilər. Bu baxımdan, Aqşin Yenisey qeyri-müəy-
yənliyi mərkəzi anlayışlarından birinə çevirir.
Leş Əli öz həyatını mənasız qəbul edir, bu da postmodernə xas
absurd və xaosun varlığın aparıcı faktorları kimi qəbul edilməsindən irəli
gəlir. Alkoqola uğramış Əli simulyakr xarakter daşıyan bir aləmdə ya-
şayır.
Əsas qəhrəman tərəfindən həyatı və varlığı absurd kimi qəbul