______________________________________________________ Poetika.izm
46
rabər, tamam fərqli bir dünyagörüş sahibinin düşüncələri də əks olun-
muşdur. Bu dialoji nitqdə iki obraz var. Birincisi, əğniyanı himmətçiliyə,
millət yolunda xidmətə çağıran vətəndaş, ikincisi, himmətçiliyin, millət
yolunda fədakarlığın mahiyyətini dərk etməyən əğniya – varlı obrazı. Sa-
tira ictimai proseslərə fərqli baxışların ifadəsi olmaqla, cəmiyyət həyatın-
dakı geriliklə bərabər, inkişafı da təsvir və təhlil predmetinə çevirir. Sa-
tirada tipin ictimai şüurunun yoxsulluğu ilə bərabər, onu ictimai və milli
şüura dəvət edən vətən övladının vətəndaş düşüncəsi oxucunu düşünmək-
lə yanaşı, müsbət ovqata da kökləyir.
İctimai həyatda milli varlıq uğrunda mübarizədəki irəliləyiş vətən-
daş düşüncəli qəhrəmanın daha artıq aktivləşməsi, milli şüurdan məhrum
soydaşına millət və vətən naminə iş görmək zərurətini daha fəal şəkildə
başa salması, izah etməsi ilə səciyyəvilik qazanır. “Ağlaşma” satirasında
satirik tipin:
Mənə böylə-böylə işdə deməyin söz, ey cəmaət!
Nəyimə gərək ki, yeksər qırılıb ölür də millət?
və yaxud
Bu qəzetçilər deyilmi ki, salıb bizi bəlayə?
Elə bir iş olmamış hey verilir səda-sədayə –
Ki, gərək kömək olunsun füqərayi-binəvayə...
sözlərindəki dialoji məzmun milli intibah uğrunda mübarizənin ictimai bir
hərəkat səviyyəsi aldığını göstərir. Bu məzmunda millət uğrunda müba-
rizlərin günü-gündən çoxalması, təşkilatlanması və ictimai proseslərə təsir
imkanlarının artması, real qüvvəyə çevrilməsi də ifadə olunmuşdur. Milli
şüurdan məhrum vətəndaşın milli birliyə, himmətçiliyə dəvətdən ciddi na-
rahatçılıq keçirməsi, əsəbiləşib özündən çıxması onun milli hərəkat qar-
şısında çıxılmazlığını, himmətçilikdən başqa yolun qalmadığını dərk et-
məsinin nəticəsidir:
Sənə nə, evin yıxılsın, füqəra üçün yanırsan?
Atan oğlu qardaşındır, nə də hiç bir tanırsan?!
Olsun ki, “iki gözlərimdi pulum, kişi, bir məgər qanırsan?!” – deyən
satirik tipin təbdən çıxıb çılğınlaşmasında öz varını, dövlətini əvvəlki tək
“annalar” yolunda yox, millət yolunda sərf etməyə hazır olan, bu yolu
tutub gedən həmkarlarının da hərəkətinin rolu var. Sabir satirasında bu
həqiqət də öz ifadəsini tapır. “Ey pul! Ey zövqi-dilü ruhi-tənü qüvvəti-
can!” – deyən sərvətdar etiraf etməyə məcbur olur ki:
______________________________________________________ Poetika.izm
47
Bir para şəxs eyləyir mayeyi-ehsan səni,
Qədrini bilməz edir millətə qurban səni.
Bu misralarda satirik tipin etiraf etdiyi həqiqət Sabirin bütün ömrü
boyu inandığı və uğrunda mübarizə apardığı böyük HƏQİQƏTİN artıq
gerçəkləşməkdə olduğunu təsdiq edir.
ƏDƏBİYYAT
1.
M.Ə.Sabir. Hophopnamə. Bakı, “Şərq-Qərb”, 2004.
2.
Həbibbəyli İ. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı. “Nurlan”, 2007.
3.
Nəbiyev B. Mirzə Ələkbər Sabir Tahirzadə Şirvani. M.Ə.Sabir haqqında təd-
qiqlər. Bakı. “CBS”, 2012.
4.
Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı, “Elm”, 1980.
5.
Mir Cəlal. Sabirin surətlər aləmi. Mirzə Ələkbər Sabir haqqında tədqiqlər (Elmi
məqalələr toplusu). Bakı. “CBS”, 2012.
6.
Salamoğlu T. Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri. Bakı, “E.L.”, 2012.
Təyyar Salamoğlu
SATİRA DİALOJİ MÜNASİBƏTLƏR KONTEKSTİNDƏ
XÜLASƏ
Məqalədə dahi satirik şairimiz M.Ə.Sabirin yaradıcılığı satira estetikası müstəvi-
sində araşdırılır. Azərbaycan ədəbiyyatşünaslığında Sabir satirasının inqilabi dünyagörü-
şü mövqeyindən qiymətləndirilməsinə və ifşaedici xarakter daşımasına tənqidi yanaşılır.
Şairin yaradıcılığında inkar və təsdiq pafosunun paralelizminə, dialoji münasibətinə
diqqət çəkilir. Burada cəmiyyətdə gedən proseslər mürəkkəbliyi, ziddiyyətləri, müsbət
və mənfi tərəfləri ilə əks olunur. Sabir satirası maarifçi dünyagörüşünün ifadəsi olaraq öz
üzərinə milli şüurun formalaşdırılması funksiyasını götürür.
Tayyar Salamoglu
SATIRE IN THE CONTEXT OF DIALOGICAL RELATIONS
SUMMARY
In the article is researched the creative activity of our outstanding satirical poet
M.A.Sabir in the context of satire aesthetics. The evaluation of Sabir satire in the
Azerbaijan literary studies from the viewpoint of revolutionary outlook and accusatory
nature has been criticized. The parallelism and dialogical relations between denial and
criticism in the poet’s creativity have been highlighted. The author tries to prove that this
satire does not gain pecularity always with the denial context of ugliness. It also reflects
the complexity, contradictions, positive and negative aspects of the processes going on in
the society. Sabir’s satire, as the expression of educational thinking, assumes the
function of formulating national consciousness.
______________________________________________________ Poetika.izm
48
Salidə ŞƏRİFOVA
Filologiya üzrə elmlər doktoru, dosent
Nizami adına Ədəbiyyat İnstitutu
sharifovasalida@rambler.ru
AZƏRBAYCAN POSTMODERN
ROMANININ OBRAZLARI
Açar sözlər: postmodern romanda obraz, baş (əsas) obraz, ikinci dərəcəli obraz,
mifoloji obraz, simvolik obraz
Key words: images in the postmodern novel, the head (main) image, secondary
character, the mythological image, the symbolic image
Obraz anlayışı müasir dövrdə birmənalı qarşılanmır. Bu istiqamətdə
bir çox elm sahələrində müxtəlif tədqiqatlar aparılmış və fikirlər irəli
sürülmüşdür. Rus ədəbiyyatşünaslığında bu anlayış B.Q.Ananyev,
A.L.Andreyev, K.Qoranov, N.K.Qey, P.V.Paliyevski, V.İ.Tyupa,
M.B.Xrapçenko kimi tədqiqatçılar tərəfindən araşdırılmışdır. Qərb ədə-
biyyatşünaslığında isə S.D.Lyuisin «Poetik obraz», K. Spurceonun «Şeks-
pirin obrazları və onlar bizə nə deyir», P.N.Furbankın «Yazılı «obraz-
lar»da refleksiya», M.Henrinin «Poetika və ritorika lüğəti» əsərləri maraq
doğurmuşdur. Azərbaycan ədəbiyyatşünaslığında obrazların işlənilməsi
və tədqiq edilməsi sahəsində Y.Qarayevin «Faciə və qəhrəman», N.Paşa-
yevanın «İnsan bədii tədqiq obyekti kimi», İ.Vəliyevin «Ədəbi portret və
xarakter», B.Babayevin «Bədii ədəbiyyatda tipiklik» və digər bu kimi
sanballı tədqiqat işləri və monoqrafik tədqiqatlar meydana çıxmışdır.
Bədii obraz özündə estetik dəyər təmsil edərək insan həyatının real
lövhələrinin bədii təsviridir. Bədii obraz anlayışında bədii əsərin ünsür və
ya bədii bir hissəsi başa düşülür ki, belə bir fraqment, müstəqil həyat və
məzmuna malik olur: insan obrazı, təbiət obrazı, əşya obrazı, hiss obrazı,
obraz-təfərrüat və s. İlk növbədə, estetik kateqoriya olan obraz sənətə xas
mənimsəmə yollarını və həqiqətə çevrilməni xüsusilə səciyyələndirir. Ya-
zıçı təbiət hadisələrinə və müxtəlif insanlara münasibətini məhz obraz va-
sitəsilə bildirməyə nail olur.
Dostları ilə paylaş: |