______________________________________________________ Poetika.izm
64
bir qovun qabığı önündə namaz qılırdı bir süpürgəçi – gördüm.
Bir quzu gördüm, çərpələng yeyirdi,
Bir ulaq gördüm ki, yoncanı başa düşürdü.
“Nəsihət” otlağında tox bir inək gördüm.
Bir şair gördüm ki, zanbağa “siz” deyə müraciət edirdi.
Mən kitab gördüm, bütün sözləri büllurdan.
Kağız gördüm, bahardan.
Muzey gördüm, yaşıllıqdan uzaq,
Məscid gördüm, sudan uzaq.
Bir fəqihin balışı yanında kuzə gördüm, sualla dolu [4, s. 19].
Əslində poeziya həm də budur – içi sualla dolu kuzə... İspanların
barokko ədəbiyyatında olduğu kimi.
Dünya poeziyasında suyun... mənbəyi nədir, yaxud bu sular hardan
axıb, hara baş alır?
Bu geniş məsələni müəyyən nəticə hasil etmək üçün təhlilə cəlb
etməyin yollarından biri də poeziyanın arxetip arsenalına müraciət etmək-
dir. Tədqiqatçıların fikrincə, məsələn, Anna Axmatovanın poeziyasında
bu arxetip (su) neytraldır, yəni konkret mifoloji süjetlə məhdudlaşmır,
əksinə, son dərəcə universal kateqoriyalarla təqdim edilir. Onların müla-
hizələrinə görə, “su” arxetipinin aşağıdakı simvolik mənalarını təqdim et-
mək mümkündür:
1.
Başlanğıc, bütün yer kürəsinin ilkin vəziyyəti, ibtidai xaosun ekvi-
valenti;
2.
Həyatın androgen başlanğıcı, kişi və ya qadın kimi yaradıcı qüv-
vələrin təcəssümü;
3.
İnsanın bütün
həyat enerjisinin ekvivalenti;
4.
Ölüm, təhlükə, yox olma, bəzən – yadırğama metaforası;
5.
Bütün nəsnələrin başlanğıcı və sonu;
6.
Sonsuz, hüdudsuz müdrikliyin simvolu.
Axmatovanın şeirlərində yuva quran mifologemlər yalnız implisit
formada və yalnız müvafiq kontekstdə iştirak edə bilər. Məhz kontekstin
tipi arxetip simvolikasını nişan verə bilər. Axmatovanın lirikasında bu
kimi ilk tip qəhrəmanın məhəbbət dramından bəhs edən şeirlərdir. Bu
şeirlərdə su ölüm, təhlükə, məhv olma, parçalanma... metaforasıdır.
Сколько просьб у любимой всегда!
У разлюбленной просьб не бывает.
Как я рада, что нынче вода
Под бесцветным ледком замирает.
И я стану – Христос помоги!
На покров этот, светлый и ломкий,
А ты письма мои береги,
______________________________________________________ Poetika.izm
65
Чтобы нас рассудили потомки…[5, s. 71]
Axmatovanın lirikasında məhəbbət hissi qəsdən sakitliyin, rahatlı-
ğın başı üstündən asılı qılınc təhlükəsinin daşıyıcısına çevrilir. Buna görə
də su vaxtaşırı olaraq hətta faciənin qoxusu belə gəlmədikdə fon rolunda
çıxış edir. Məhz elə bu psixoloji səbəbdən, məhəbbət görüşləri də su ilə
sıx bağlı olur.
В последний раз мы встретились тогда
На набережной, где всегда встречались.
Была в Неве высокая вода,
И наводненья в городе боялись... [5, s. 90]
Suyun ölüm təhlükəsi doğuran arxetipik mənası ilə bağlı olan “su
pərisi” motivi Axmatovanın şeirlərində təkcə avtomatik olaraq meydana
gələn
assosiasiya deyil, həm də şüurlu müəllif oyunudur.
Uğursuz məhəbbət ucundan xəyali intihar dramının oynanılması
klassik su pərisi motivi ilə bağlıdır. Folklor-mifoloji ənənələrə uyğun ola-
raq, suda boğulmuş qızlar, eşq qurbanları, yaxud ətraf mühitin qurbanına
çevrilmiş qızlar su pərisinə çevrilirlər. Ümumi şəkildə götürdükdə poetik
mətndə metafora ilə mifoloji obraz genetik bağlılığa malikdir.
“Bibliya poeziyasında su və atəş” adlı məqaləsində İ.Q.Frank-
Kamenski poetik metafora ilə mifoloji obrazın genetik əlaqələri ilə bağlı
mülahizələrini belə əsaslandırır ki, Yəhyanın su stixiyası ilə mübarizəsin-
dən bəhs edən mifin reminisensiyası od, işıq və su metaforalarında əksini
tapır. Bu metaforik keyfiyyətlər biri digəri ilə sıx bağlıdır, çünki həmin
müstəvidə mübarizə silahı göy gurultusu və ildırımdır, bunun nəticəsi isə
“işığın” “zülmət” üzərində qələbəsidir. Bibliya poeziyasında da məhz od,
işıq və su mənaları üzrə kosmik ahəng əldə edilir. “Yəhya qəsrini suların
üstündə inşa edir, buludlar onun arabası, alov saçan yanğın qulluqçuları-
dır”, zabitəli səsindən sular çəkilir… Bu kontekstdə “göy/səma” iki mər-
təbəlidir – yuxarı və aşağı – işıq və zülmət kimi. Frank-Kamenski ilahinin
poetik təsvirində od, işıq və suyun nə kimi rol oynadığını təfərrüatı ilə
açır., məsələn, onun fikrincə, “cənnət çayı” ilahi olanı təcəssüm etməklə
həyat mənbəyi anlamını bildirir. Bu mətnlərdə cənnət çayı həm göylər-
dən, həm də yerdən axır. «Xeyir-dua» göydən suyun dammasına cinas
edilir (dua yağışı), su isə həqiqətin təcəssümü kimi “ilahi kəlamın” sino-
nimidir («пусть польется учение мое, как дождь, пусть закаплет речь
моя, как роса, как ливень на зелень и как дождь на траву»). Kamenski
yazır: “İlahi kəlamın yaradıcı gücü ilkin olaraq allahdan gələn “yaşın –
rütubətin” (vlaqa) artan gücü kimi təsəvvür edilir. Allah kəlamı təkcə hə-
______________________________________________________ Poetika.izm
66
qiqətin təcəssümü deyil, o həm də göylərdən gələn “nəmlə” müqayisədə
ədalətin də təcəssümüdür.”
Qeyd edək ki, mifoloji təfəkkürdə “rütubət” həyatın mənbəyi hesab
edilirdi. Suda təcəssüm edilən ilahi kəlam yaradıcı prinsipə çevrilir – yə-
ni, yeni varlığın doğuluşunu şərtləndirən nəsnəyə çevrilir. Bu kimi çevril-
mələrə mifoloji naturalizmin arxetipik formalarında da rast gəlmək
mümkündür. Bibliya poeziyası “rütubəti” toxumla eyniləşdirir və onu
“ilahi kəlam” simvolunda yağışa bərabər tutur. Beləliklə, sözün cismə
poetik çevrilməsi “söz candır” metaforasını doğurur.
Dünya poeziyasında, xüsusən fransızların poetik mətnlərində başqa,
fərqli variantlara da rast gəlirik. Bu halda arxetip içindəki mifoloji xa-
rakteri ortaya qoyur. Pol Elüar və Artur Rembonun şeirlərində, habelə
digər poetik nümunələrdə (xüsusən müasir fransız poeziyasında) arxetipin
içindəki mifoloji qatın tam şəkildə açılması üçün “su” kəlmə, söz olaraq
tam şəkildə ortadan qaldırılır, mətndə onun, yəni yerin dərin qatlarından
axan çayın şırıltısı hiss edilir. Mənalar ikiləşir, artan, çoxalan sürətlə bü-
tün assosiasiya məkanını zəbt edir. Məsələn, Pyer Emmanuelin bir adsız
şeirində dar ağacından asılan insanların göy üzünə çarmıxa çəkilməsi mo-
tivi bir neçə misrada mükəmməl şəkildə verilib. Asılan adam ağrısını içi-
nə gömməklə məşğuldur, ayağının altında, göylərin ən mübhəm, dərin
nöqtələrindən daşdanmağa hazır qəzəb çayını susdurmaq üçün qəfildən
dırnaqlarını üfüqə sancır.
N.D.Tamarçenko Anna Axmatovanın bir şeiri haqqında belə yaz-
mışdı: “Dalımca qu quşunu göndərməyin ("Не прислал ли лебедя за
мною…") şeirində su məkanı xatırlanmır, adı çəkilmir, bu məkanın heç
bir nöqtəsinə su damcısı belə düşmür, ancaq ciddi şəkildə nəzərdə tutulur
(bu məkanı keçmək üçün sal, qayıq, yaxud qu quşu... lazımdır). Qəbul
eləsək ki, bu şeir B.Anrepin adına yazılıb (o zaman adı çəkilən şəxs
İngiltərəyə köçmüşdü), demək şeirdə nəzərdə tutulan məkan – su məkanı
La Manşdır. Yox, əgər belə bir mülahizə ilə razılaşsaq ki, şeir N.Nedovro-
vaya həsr edilmişdi (şeir yazılanda o, artıq 16 il idi ki, dünyasını dəyiş-
mişdi), aydın olur ki, həmin su məkanı ölkələri ayıran dəniz deyil, yeraltı
çayların suyudur (Xaron ölənləri bu çaydan keçirərək ölüm səltənətinə
daşıyırdı). Şairə də sevgilisinin olduğu qəbrə can atır...”
Pol Verlenin “Ürəyimə yağış yağır” (bəlkə də damır...) şeirində me-
taforanın daha incə məqamları hifz edilib:
Il pleure dans mon coeur
Comme il pleut sur la ville;
Quelle est cette langueur
Qui pénètre mon coeur?