______________________________________________________ Poetika.izm
62
izləri isə onlara olmazın həsrətlə dikilən anaların gözlərindən su içməklə
“güllənir”, bu halda, yəni təxəyyülün bu qatında atılan güllələrin anaların
gözlərini
də dəlib keçməsi, hər yeri viran qoyması ... sırası gəlir.
Analar su səpdi siz gedən yola,
Bəlkə izləriniz göyərdi deyə... [2, s. 76]
İkicə misradan bu qədər mənanın “ayrılması”, baş-başa gəlməsi,
aşıb-daşması həm də “su metaforasının” altdan-altdan yaddaşımızdakı mi-
fologemlərlə üzvi şəkildə birləşib çulğaşmasının sayəsində meydana gəlir.
Səməd Vurğunun ilk gənclik, həm də məlum terminologiya ilə ifadə
etməli olsaq “dəlilik” çağlarında qələmə aldığı şeirlərdə “su” metaforası
dünyanın
müxtəlif cisimlərinə, nəsnələrinə qarışır.
Qarayazı meşəsində anadil adlı bir quş var,
Mənim sevdalı könlüm tək asılmışdır ayağından,
Yolum düşə o yerlərə, o qəbrə diz çöküm bir də,
Anam Məhbubi yad ilə öpüm solğun yanağından... [3, s. 92]
Burada, bu nümunədə adıçəkilən metafora artıq son dərəcə mürək-
kəb və belə demək olarsa, qəliz konstruksiyada özünü büruzə verir. Sol-
ğun yanaqdan süzülən su – göz yaşları iki dünyanın sərhəddində həsrətin,
ayrılığın biz bilmədiyimiz çalarlarını canlandırır. Hiss edirik ki, meşədəki
ağaclar dibinə qədər quruyub, dünyaya ayrılıq gəlib, ölüm təşrif gətirib.
Həyat bir su damcısı kimi axıb gedib, qurtarıb və bu sonuncu damcı həyat
deyil, ölümdür.
İndi yaradıcılığı keçən əsrin 60-cı illərinə təsadüf edən İran şairi
Sipehrinin “Dua” şeirindən bir fraqmentə diqqət yetirək:
Nuru keçdik,
qızıl düzənlikdən ötdük.
Əfsanəni dərdik və solan kimi atdıq.
Qumluğun kənarında kölgəli bir Günəş bizi əzizlədi.
Ayaq saxladıq.
Geniş rəmz çayının sahilində xəyalların başını kəsdik.
Bir bulud gəldi və biz gözümüzü yumduq.
Zülmət yarıldı, dan ulduzunu gördük və zirvəyə qalxdıq.
Bir şimşək çaxdı və bizi dua edən gördü.
Titrəyib ağladıq.
Gülüb ağladıq.
Leysan tökdü: ürəyimiz bir idi [4, s. 14].
(Sipehrinin şeirlərini farscadan Azərbaycan dilinə Məsiağa Məhəmmədi
tərcümə etmişdir.)
______________________________________________________ Poetika.izm
63
Bu şeir təkcə poetik mətndə anlamın abstrakt portretinin cızılması
ilə əlamətdar deyildir, bu, olsa-olsa görünən tərəfdir. Şeiri oxuduqca
“dua” kəlməsinin içindəki mistik, insanın bəzən heç özünün də xəbəri
olmadığı çalarların bir kətan üzərində düzülməsinin şahidi oluruq. Yenə
də, təkcə ona görə yox ki, Sipehri həm də rəssam olub. Bu şeir parçasında
üslubi baxımdan, poetik sistemin xarakterizəsi yönündən ən maraqlı cəhət
– “başgicəlləndirici məkan” elementidir. Anlamı yaradan elementlər (ixti-
yari elementlər) elə bir cərgədə sıralanır ki, zaman boyu əvvəldən axıra,
yaxud əksinə çevrilməli, fırlanmalı... olursan, məkan fırlandıqca yer kürə-
sinin bütün künc-bucağını gəzirsən, bunları yuxuda görürmüş kimi, əllə-
rin göylərdən üzülür və “itirdiyini” sanki asıldığın boşluqdan tapırsan...
Fransız ədəbiyyatşünası Jerar Jenet “
Fiqurlar” kitabında barokko
üslubu ilə bağlı “başgicəlləndirici məkan” ifadəsini işlətmişdi. “Dünya
teatrdır: bu fərziyyənin dalınca istər-istəməz reallığın digər sərhədi ilə
münasibətdə “həyat yuxudur” ifadəsi gəlir. Oyaqlıq və yuxu, real və tə-
xəyyül, ağıl və dəliliyin həyəcanlı dialektikası bütün barokko düşüncəsini
sarıb keçir. Reallıq kimi qəbul etdiyimiz ola bilər ki, illüziyadır, ancaq
kim bilir, həmişə illüziya kimi qəbul etdiklərimiz bəlkə elə gerçəkliyin
özüdür? Ola bilər ki, dəlilik “müdrikliyin başqa bir tərəfidir”, yuxu isə
“həyatın özüdür?”
“Başgicəlləndirici məkan” bədii mətndə mənaların savaşının, təbii
dillə metadilin münasibətlərinin ani olaraq dəyişməsi, təbii dilin ifadə et-
diyi adi məntiqə qarşı “başqa gerçəklik” anlayışının qoyulmasını bildirir.
Sipehrinin yuxarıdakı şeirindən göründüyü kimi “başgicəlləndirici
məkan” həm də üslubi xüsusiyyətə malikdir, belə ki, o, müxtəlif hadisələ-
rin, hadisə fraqmentlərinin bütöv yox, məhz qırıqları şəklində təxəyyüldə
oyanması, cinas tapması, müqayisəsi və... hərəsi bir qütbdən olan bu pa-
ramparça nəsnələrin qəribə şəkildə birləşməsi və qeyri-adi aura yaratması,
sözün, şeir başlığının semantikasını, mənalar yuvasını bir başqa tərzdə
açır. Gözümüzü açdıqca əllərin duaya açıldığını görürük. Sipehrinin tərzi
– üslubu hardasa, özünün vurğuladığı kimi “bir yarpağın sudakı kölgə-
sini”nin rəsmini çəkmək niyyətindən doğub.
Hər şey bir təbəssümün arxasında gizlənib.
Zaman divarında bir yarıq var,
ordan mənim üzüm görünür.
Elə şeylər var ki, bilmirəm.
Bilirəm, bir otu yolsam, ölərəm [4, s. 71].
Başqa bir şeirindən:
Mən dilənçi gördüm ki,
qapı-qapı gəzib, qaranquş nəğməsi istəyirdi,