______________________________________________________ Poetika.izm
135
məxsus informasiya yükünə malik hissəcik olub təsviri xarakterə malik
olur. Remarka dram əsərinin ayrılmaz elementidir. O zaman Freytaq
piramidasının hər hansı küncü remarkalara düşə bilərmi? Başqa sözlə
ifadə etsək, kompozisiyanın elementləri remarkalarda nə dərəcədə özünü
göstərir? Ekspozisiya, zavyazka, kulminasiya, razvyazka, finalın dramın
remarka hissəsinə təsadüf etmə şansı nə qədərdir?
Dram əsərlərinin əksəriyyətində ətraflı ekspozisiya remarka vasitə-
silə təqdim edilir. M.F.Axundovun “Mürafiə vəkillərinin hekayəti” kome-
diyasında ilkin remarkaya nəzər salaq: “Əvvəlinci məclis
vaqe olur Təbriz
şəhərində, Bağmeşə küçəsində, Hacı Qafurun imarətində. Onun bacısı Sə-
kinə xanım pəncərə qabağında durub, qaravaşı Gülsəbanı çağırır” [5,
s.167]. Göründüyü kimi, çox vaxt giriş-remarkada pyesdə baş verəcək
əhvalatın baş vermə məkanı, zamanı, obrazların ilkin vəziyyəti təsvir edi-
lir ki, bu da oxucuya informasiyanın ilkin kodlarını ötürür.
Müəllif birbaşa obrazın dililə də ilkin şəraiti təsvir edə bilər. Bu
zaman informasiya oxucuya vasitəçi obrazla çatdırılır. Bu informasiyanın
monoloqlar şəklində verilməsi isə informasiya axınının fasiləsizliyini tə-
min edir və dram əsərində təhkiyəçiliyə gətirib çıxarır. Oxucu obrazın gi-
riş monoloqunda hadisələrin ilkin vəziyyəti ilə tanış olur. Giriş-monoloq
vasitəsilə ötürülən informasiya təsviri xarakterli sayıla bilər. N.B.Vəzi-
rovun “Müsibəti-Fəxrəddin” faciəsi remarkadan sonra Rüstəm bəyin mo-
noloqu ilə başlayır. Məhz bu monoloqda sonradan baş verəcək əhvalatla-
rın ilkin zəmini yaradılır, olub keçmiş hadisələr haqqında məlumat verilir.
Artıq bu monoloqu oxuyanlar Rüstəm bəyin hansı fikrə düşdüyünü özü
üçün müəyyənləşdirir. Düşünürük ki, bu tipli informasiya dram əsərləri
üçün passiv informasiya tipi kimi xarakterizə edilə bilər. Birbaşa dialoq-
lardan ötürülən informasiya isə hərəki xarakterli olub hər növbəti dialoq-
da ümumi mənzərəni daha da aydınlaşdırır. C.Məmmədquluzadənin “Lə-
nət” pyesi aşağıdakı dialoqla başlayır:
“- Ay qardaş, bura müsəlman kəndidi?
-
Hə, hə, görükür ki, nabələdsən.
-
Mən Arazın o tayından gəlirəm.
-
Xoş gəlmisən...” [4, s. 515].
Bu tipli informasiya ötürülməsini isə aktiv informasiya tipi adlan-
dırmaq olar.
Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu” pyesində isə kulminasi-
yanın remarkaya təsadüf etdiyinin şahidi oluruq: “Bu heyndə kənardan
tappıltı və qiylüqal səsi gəlir, ermənilər istəyirlər qapını açıb çıxsınlar.
Nurəli və Şirəli və Cəfər və Hüseynqulu bir tay sürüyürlər otağın içinə.
Ermənilər qorxub çəkilib qısılırlar bucağa və mat-mat baxırlar və kənd-
lilər tövşüyürlər” [4, s. 378]. Eyni pyesdə finalın da remarka vasitəsilə
çatdırıldığını görə bilərik: “Ermənilər qaçırlar, kəndlilər “Ədə, qoyma!”