31
anhu - rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – bağlı
olan heyvanı daşqalaq edərək öldürməyi qadağan etmişdir”. “Buluq əl-
Məram” 1328.
Ov Iti Və Onun Hökmü
Əgər qurbanlıq heyvanı kəsilən zaman qaçarsa və ya ov zamanı qaçan
heyvana Allahın adını zikr edərək atəş açılarsa bu zaman güllə harasına
dəyməsindən aslı olmayaraq yeyilməsi halaldı, hətta ölsə də belə. Rafii b.
Hədic – radıyallahu anhu - rəvayət edir ki, bir gün Peyğəmbər –
sallallahu aleyhi və səlləm – ilə birlikdə Zul Huleyfə adlanan yerdə idik.
Dəvələrdən biri qaçdı. Həmən anda atları olmadığı üçün insanlar onun
ardıyca qaçmağa başladılar, lakin yorulub əldən düşdülər. Orada
olanlardan biri dəvəyə ox atdı və Allahın izni ilə dəvə dayandı.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Həqiqətən bu
heyvanlardan bəziləri vəhşiləşərək vəhşi heyvanlara bənzəmişlər. Əgər
onlardan hər hansı biri sizə itaət etməzsə onunla bu cür rəftar edin”.
Buxari 2448, Müslim 1986.
Adiy b. Hatim – radıyallahu anhu - rəvayət edir ki, bir gün
Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən lələkli ox vasitəsilə
öldürülmüş ov quşu barəsində soruşdum o: “Oxun iti tərəfi ilə öldürülmüş
şikarı yemək olar, o ki, qaldı oxun saplağıyla vurularaq öldürülmüş
heyvana bu – Vaqizdir (İti tərəfi olmayan daş, ağac və ya ucu iti olmayan
bir şeylə öldürülmüş heyvan. Bu cür əti yemək haramdır “Vaciz” 1/404)”.
Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən ov iti vasitəsilə
öldürülmüş ov quşları barəsində soruşdum o: “Sənin üçün ovladığı şeyi
yeyə bilərsən, çünki bu kəsilmiş heyvanın hökmündədir. Əgər itinin
yanında başqa bir iti də görsən və səndə şübhə yaransa ki, o da sənin itinlə
bərabər bu ovda iştirak edib və ov quşunu parçalayıb, onda bu ətdən
yemə. Çünki sən Allahın adını yalnız öz itinin üzərində zikr edərək
buraxmısan, digər itin üzərində yox”. Buxari 5375, Müslim 3/1529.
“Buluq əl-Məram” 1335.
Əbu Sələbə əl-Xuşani – radıyallahu anhu - rəvayət edir ki, bir gün
Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: “Ya Rəsulallah! Biz Kitab
Əhlinin hakimiyyəti altında olan torpaqlarda yaşayırıq. Onların qab-
qacaqlarından yeməkdə istifadə edə bilərikmi? Həmçinin bu torpaqlarda
çoxlu ov quşları olduğu üçün biz oxlar vasitəsilə, həmçinin öyrədilmiş ov
itləri və öyrədilməmiş ov itləri ilə də ov edirik. Bunlardan hansını mən
yeyə bilərəm”. Peyğəmbər: “Kitab Əhlinə gəldikdə əgər başqa bir şey tapa
bilərsinizsə onların qablarından istifadə etməyin. Əgər tapa bilməsəniz
onların qablarını yuyub istifadə edin. Sən Allahın adını zikr edərək öz
32
oxun vasitəsilə və öyrədilmiş ov iti vasitəsilə ovladığın ov quşlarının ətini
yeyə bilərsən. Həmçinin öyrədilməmiş itin vasitəsilə də ovladığın ov
quşlarının ətini də yeyə bilərsə əgər canı çıxana qədər ona çatıb Allahın
adını zikr edərək kəssən”. Buxari 5478.
Adiy b. Hatim – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – mənə buyurdu: “Əgər itini ova göndərsən
Allahın adını zikr et. Əgər it sənin üçün şikarı tutsa və səndə şikara sağ
ikən yetişsən onu kəs. Yox əgər sən şikara yetişdikdə şikar (it tərəfindən
toxunulmamış) lakin ölmüş görsən, onu ye. Əgər itinin yanında başqa bir
iti görsən və şikar ölmüş olsa o, zaman yemə, çünki şikarı hansı itin
öldürdüyünü bilməzsən. Ox atarkən Allahın adını zikr et! Bundan sonra
sən hədəfi gözdən itirsən və (bir müddətdən sonra) tapdığın zaman şikarın
üzərində öz oxundan başqa bir iz görməsən ye onu əgər istəsən. Əgər
şikar suda batsa onu yemə”. Buxari, Müslim, “Buluq əl-Məram” 1334.
Adiy b. Hatim – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: “Əgər sən ov itini Allahın adını
zikr edərək buraxsan, o da sənin üçün ov quşlarından ovlayıb öldürsə bu
əti yeyə bilərsən. Lakin ov iti macal tapıb şikardan nə isə yesə bu ətdən
yemə çünki (bu o, deməkdir ki) o, bunu özü üçün ovlayıb. Əgər ov zamanı
Allahın adı zikr edilmədən müxtəlif itlər iştirak edərək şikarı tutub
parçalayarlarsa bu əti yemə, çünki sən bilmirsən hansı it şikarı öldürüb.
Əgər ov quşunu ox ilə vurub (öldürsən), bir və ya iki gündən sonra onu
üzərində öz oxundan başqa bir iz tapmadığın halda görsən onu yeyə
bilərsən. Əgər şikarı suda ölmüş tapsan yemə!”. Buxari.
Əbu Sələbə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: “Oxu atdıqdan sonra şikarı
gözündən itirsən və çürüməmişdən qabaq şikarı tapsan yeyə bilərsən”.
Müslim, “Buluq əl-Məram” 1336.
Cabir b. Abdullah – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm - Qadağan edib bağlı heyvanı öldürməyi”.
Müslim, “Buluq əl-Məram” 1342.
HANSI SƏBƏBDƏN QURBANLIQ KƏSİLİR
Yemək Və Ticarət Üçün
“Sizin üçün minməyə heyvanlar yaradan Allahdir. onlardan
yedikləriniz də var”. (əl-Mumin 79). “Məgər (Məkkə müşrikləri) Bizim
Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün davarlar yaratdığımızı və
özlərinin də onlara sahib olduqlarını görmürlərmi?! Bunları (bu
davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini