Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə32/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   24   25   26   27   28   29   30   31   32

 

63 


Günahlar günah edən kimsənin kəsdiyi heyvanın ətinin haram olması 

üçün  səbəb  deyildir  bir  şərtlə  ki,  insan  etdiyi  günahın  halal  olmasına 

etiqad  etməsin.  Belə  bir  kimsənin  kəsdiyi  heyvanların  ətləri  halaldır  əgər 

şəriətə uyğun kəsilibsə. O, kimsə  ki, (müsəlmanların haramlığında ittifaq 

etdikləri:  Zina,  içki,  sələm)  günahların  halal  olmasına  etiqad  edir  (və  ya 

edilməsinə  izn  verirsə)  belə  bir  kimsə  kafirdir”.  (Fayda:  Müsəlman  bir 

kimsə  onu  İslam  dairəsindən  çıxaracaq  bir  əməli  edərsə,  Qazı  tərəfindən 

onun şübhələri aradan qaldırılmadıqca, maneləri dəff edilmədikcə və  ona 

kafir hökmü  verilənə qədər müsəlmana tətbiq  edilən bütün əhkamlar ona 

da tətbiq edilir”. “Usulu Va Davabit Fit Takfir” 15,17, “Muğni” 10/85,86, 

“Umdatul Qari” 19/369).  

“Fətava İslamiyya” 3/417.  

 

17.  Sual:  Hörmətli  Şeyx,  Siqaretin  hökmü  nədir,  müxtəlif  növ 

siqaretlərlə  İslam  cəmiyyətlərini  zəhərləyən  kimsələrə  nə  məsləhət 

görərdiniz? Sulu qəlyan barədə nə deyə bilərsiniz?  



Şeyx  İbn  Baz  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Siqaret  çəkmək 

haramdır. Çünki onda bir çox zərərlər vardır və bütün növləri də haramdır. 

Hər  bir  müsəlman  siqaret  çəkməyi  tərk  etməlidir  və  siqaret  çəkənlərlə 

birlikdə məclisdə oturmaq da qadağandır”.  



“Macallatul Dauva” 1667.  

 

18.  Sual:  Bir  çox  insanlar  çiy  ət  yeyməyə  aludə  olublar.  İstərdim 

bunun şəriətdə halal və haram olmaq hökmünü öyrənim.  

Şeyx Munaccid – hafizahullah – deyir ki: “Bəzi alimlər qeyd edirlər 

ki,  çiy  əti  yemək  məkruhdur  (bəyənilmir).  Lakin  səhih  rəy  çiy  ətin  halal 

olmasıdır,  çünki  əsli  halal  olmasıdır  və  onun  yeyməkdə  qadağan 

olunmasına  heç  bir  dəlil  yoxdur.  Lakin  bir  şərt  var  ki,  çiy  ət  yeyən 

kimsənin  sağlamlığına  pis  təsir  etməsin.  Əgər  pis  təsir  edərsə  bu  zaman 

yeyilməsi  qadağan  olur.  Çünki  bədənə  zərərli  olan  hər  bir  şeyin  haram 

olmasıdır. “Özünüz özünüzü təhlükəyə atmayın”. (əl-Bəqərə 195).  

“Sual Va Cavab” 1924. 

 

19.  Sual:  Hörmətli  Şeyx,  mən  Yaponiya  Universitetlərindən  birində 

oxuyuram və bizim  Universitetdə  müxtəlif yığıncaqlar, forumlar keçirilir. 

Bütün  bu  məclislərdə  içki  də  olur.  Mən  içki  içməsəmdə  belə  bu  cür 

yığıncaqlarda iştirak etməyimdə günah varmı?  

Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: “İçki içən kimsələrlə 

oturmaq qadağandır və sən  onları bu əməlinə  görə  məzəmmət  etməlisən. 

Əgər onlar sənə qulaq asmasalar onları tər etməlisən bu da Peyğəmbər – 

sallallahu aleyhi və səlləm – in sözlərinə uyğun olanıdır: “Kim Allaha və 

Axirət  gününə  iman  edirsə  içki  içilən  bir  məclisdə  (stol  arxasında) 




 

64 


oturmasın”. İmam Əhməd, Tirmizi. Onlarla oturmaq – onların bu əxlaqsız 

əməlindən  razı  qalmaq  və  onlarla  olmaq  deməkdir.  (Ya  Rəsulum!) 



Ayələrimizi  istehza  edənləri  gördüyün  zaman  onlar  söhbəti  dəyişənə 

qədər  onlardan  üz  çevir.  Əgər  Şeytan  (bu  qadağan  əmrini)  sənə 

unutdursa,  xatırlayandan  sonra  o  zalım  tayfa  ilə  bərabər  oturma”.  (əl-

Ənam 68). “Allah Kitabda (Quranda) sizə nazil etmişdir (bildirmişdir) ki, 



Allahın  ayələrini  inkar  edildiyini  və  onlara  istehza  olunduğunu 

eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla 

bir  yerdə  əyləşməyin!  Çünki  o  vaxt  siz  də  onların  tayı  olarsınız. 

Həqiqətən,  Allah  münafiqlərin  və  kafirlərin  hamısını  Cəhənnəmdə  bir 

yerdə toplayacaqdır!”. (ən-Nisa 140).  

“Fətava İslamiyya” 3/447.  

 

20. Sual: İnsanın ölümünün 40-cı günü Allah bağışlasın və rəhm etsin 

deyə (yaxınlarının Ehsan olaraq) heyvan kəsib ətini paylamaları, insanları 

yedirtmələrinin şəriət ilə hökmü nədir?  

Daimi  Fətvalar  Komitəsi  1981  deyirlər  ki:  “İnsanın  ölümünün  40-cı 

günü Allaha yaxınlaşmaq məqsədilə heyvan kəsmək, ümüd  edərək ki, bu 

ölən üçün bir bağışlanma və rəhmət olar çirkin bir bidətdir. Nə Peyğəmbər 

–  sallallahu  aleyhi  və  səlləm  –,  nə  Xəlifələr,  nə  də  səhabələr  –  Allah 

onlardan  razı olsun  –  bu  əməli  etməyiblər.  Həmçinin  ümmətin  imamları 

da  bunu  etməyiblər.  Ümmətin  alimlər  İcma  ediblər  bu  əməlin  dində 

əslinin  olmamasına.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

“Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik  edərsə o, 

rədd  olunandır”.  “Kim  bizim  işimizə  uyğun  olmayan  bir  əməl  edərsə  o 

(əməl) rədd  olunandır”. Buxari 2697, Müslim 1718.  Lakin  ölən  kimsənin 

adından müəyyən bir vaxt təyin etmədən sədəqə vermək (pul və s.) ilə heç 

bir problem yoxdur.  



 

21.  Sual:  Halal  və  Haram  satılan  dükanlardan  ət  məhsulları  almaq 

olarmı? Lakin bir şeyidə nəzərinizə çatdırım ki, hər bir ət məhsulu özünə 

məxsus  bağlamada  və  soyuducuda  saxlanılır.  Həmçinin  içki  satılan 

mağazalardan  ərzaq  məhsulları  almaq  olarmı  hansı  ki,  içki  mağazanın 

müəyyən  bölümlərində  satılır.  Bu  mağazaların  sahibləri  müsəlman 

deyildir.  



Daimi Fətvalar Komitəsi 13/173 deyirlər ki: “Yaxşılıq etməkdə və pis 

əməllərdən  çəkinməkdə  əlbir  olun,  günah  iş  görməkdə  və  düşmənçilik 

etməkdə  bir-birinizə  kömək  göstərməyin.  Allahdan  qorxun.  Həqiqətən, 

Allahın  əzabı  şiddətlidir!”.  (əl-Maidə  2).

 

Müsəlman  bir  kimsəyə 



qadağandır  günah  olan  işlərdə  və  Allahın  qanunlarının  tapdalanmasında 

bir  kimsəyə  köməklik  göstərməsi.  Əgər  müsəlmanın  seçim  etmək  imkanı 




 

65 


varsa  və  o,  bilsə  ki,  kimsə  yalnız  halal  olan  ilə  ticarət  edib  haram 

satmaqdan çəkinirsə (donuz, içki və s.) onunla alış-veriş etməsi lazımdır. 

Əgər  bu  cür  seçim  etmək  imkanı  yoxdursa  bu  zaman  halal  və  haram 

qatışmış  mağazalardan  alış-veriş  etməsi  icazəlidir,  aldığı  məhsulun  halal 

olduğunda  arxayındırsa”.  “Allahdan  (Allahın  əzabından)  bacardığınız 

qədər qorxun”. (ət-Təğabun 16).  

 

22.  Sual:  Kitab  Əhlinin  və  müşriklərin  bayramları  münasibətilə 

hədiyyə olaraq müsəlmana verdikləri yeməkləri yeməsi icazəlidirmi?  



Daimi Fətvalar Komitəsi 22/398 deyirlər ki: Müsəlman bir kimsəyə 

qadağandır  Kitab  Əhlinin  və  müşriklərin  bayramları  münasibətilə 

hazırladıqları  yeməkləri  yeməsi  və  bayramları  münasibətilə  onlardan 

hədiyyə  alması  da  qadağandır.  Bu  onunla  bağlıdır  ki,  bayramları 

münasibətilə  onlardan  yemək  və  hədiyyə  almaq  onların  bu  adətlərinə 

hörmət, etimad və onlarla bu bayramda iştirak etməyə dəlalət edir. Bu da 

dinə  fitnələrin  və  bidətin  salınmasına  aiddir.  Peyğəmbər  –  sallallahu 

aleyhi  və  səlləm  –  buyurdu:  “Kim  bizim  bu  işimizdə  (dinimizdə)  ondan 

olmayan bir yenilik  edərsə o, rədd olunandır”. “Kim bizim işimizə uyğun 

olmayan  bir  əməl  edərsə  o  (əməl)  rədd  olunandır”.  Buxari  2697,  Müslim 

1718.  Həmçinin  onların  əməlinə  qarşılıq  olaraq  bayramları  münasibətilə 

onlara da hədiyyə vermək olmaz”

32

.  



                                                

32

 Çox  təəssüf  ki,  günümüzdə  bir  çox  insanlar  kafirlərin  bayramlarında  iştirak 



etməyi  və  onları  bu  bayramları  münasibətilə  təbrik  etməyi  tövsiyə  edirlər  bu 

qadağan  olunduğu  halda.  “Biz  (keçmişdən  bəri)  hər  ümmət  üçün  bir  şəriət 



müəyyən  etdik  ki,  ona  əməl  edərlər...”.  (əl-Həcc  67).  Peyğəmbər  –  sallallahu 

aleyhi  və  səlləm  –  buyurdu:  “Kim  bir  qövmə  oxşamağa  çalışarsa  o,  da 

onlardandır”.  Əbu  Davud  4037,  Əhməd  2/50,  əl-Albani  səhih.  İbn  Ömər  – 



radıyallahu anhu – deyir ki: “Allahın düşmənlərindən onların bayramları zamanı 

uzaqlaşın”.  Beyhəqi  18641.  İbn  Teymiyyə  -  rahmətullahi  aleyhi  –  deyir  ki: 

“Kafirlərə  -  onların  bayramlarının  hər  hansısa  birində  oxşamaq  (bənzəməyə) 

çalışmaq  insanın  onların  yalançı  əqidələri  və adətləri  ilə razılaşması  deməkdir”. 

O,  deyir:  “Müsəlman  bir  kimsəyə  kafirlərin  bayramları  zamanı  onların  o,  günü 

istifadə  edə  biləcəklər  hər  hansı  bir  şeyi  –  yemək,  paltar,  ətir  -  satması 

qadağandır”. İqtida” 229. İbn Qeyyim - rahmətullahi aleyhi – deyir ki: “Alimlərin 

icması  ilə  kafirləri  bayramları münasibətilə təbrik  etmək  qadağandır”.  O,  deyir: 

“Bu  sanki  bir  kimsəni  içki  içməsi,  zina  etməsi,  adam  öldürməsi  münasibətilə 

təbrik  etmək  kimi  bir  şeydir”.  “Əhkəmu  Əhli  Zimmə”  1/441.  Şeyx  Useymin  



rahmətullahi  aleyhi  –  deyir  ki:  “Müsəlman  bir  kimsəyə  qadağandır  kafirlərin 

dəvətini qəbul edib orada iştirak etməyə. Bu onları bayramları münasibətilə təbrik 

etməkdən  daha  pisdir.  Çünki  bu  onların  bayramlarında  iştirak  etmək  deməkdir”. 

“Məcmuu Fətava Va Rasail” 3/369. 

 



 

66 


23.  Sual:  Hörmətli  Şeyx,  Böyük  Britaniyada  yaşayan  bəzi 

müsəlmanlar  var-dövlətlərini  haram  və  halal  yolla  qazanırlar.  Onlar  içki 

və  donuz  əti  ilə  ticarət  edirlər.  Onların  içərisində  elələri  var  ki,  onun 

mülkünün  çox  hissəsi  haram  ilə  əldə  edilmişdir.  Bizə  icazə  verilirmi 

onlarla  ünsiyyətdə  olmaq,  onların  yeməklərini  yemək  və  onların 

dəvətlərini qəbul etmək? Onların məscidin təmiri üçün verdikləri sədəqəni 

də qəbul etmək olarmı?  

Daimi  Fətvalar  Komitəsi  16/181  deyirlər  ki:  İlk  öncə  onları  dəvət 

edib,  pis  sonluqla  nəticələnən  haram  yolla  mal  yeməkdən  (toplamaqdan) 

çəkindirməlisiniz.  Onlara  və  digər  qardaşlara  xatırla  ki,  Allah  Qiyamət 

günü  onun  sərhədlərini  aşaraq  haram  işlərlə  məşğul  olanları 

cəzalandıracaqdır. Onları başlarına gələcək  kasıblıqla xəbərdar et! Xatırla 

ki, dünya nemətləri əbədi deyildir, Axirət isə  daha gözəldir. Onlar cavab 

versələr  sizin  dində  qardaşlarınızdır.  Allaha  həmd  olsun.  Onlara  tövbə 

etmələrini və pis əməldən sonra dərhal yaxşı iş görmələrini nəsihət et! Ola 

bilər  ki,  Allah  onların  tövbələrini  qəbul  edib  pis  əməllərini  yaxşı  işlərlə 

əvəz  edər.  Bundan  sonra  sizlər  onlarla  ünsiyyət  qura  bilər,  onların 

yeməklərini yeyə bilər və onların sədəqələrini qəbul edib yaxşı işlərdə sərf 

edə  bilərsiniz.  Məscid  və  s.  işlər.  Çünki  onlar  tövbə  edib,  səhflərini  başa 

düşüblər. “Sələm (müamilə, faiz) yeyənlər (Qiyamət günü) qəbirlərindən 

ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə 

olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. 

Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) 

etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu 

işə)  son  qoyarsa,  keçmişdə  aldığı  (sələmlər)  onundur  (ona  bağışlanar). 

Onun  işi  Allaha  aiddir.  Amma  (yenidən  sələmçiliyə)  qayıdanlar 

cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!”.

 

(əl-Bəqərə 275).



  

İkincisi:  Əgər  onlar  bu  qədər  xəbərdarlıq  və  nəsihətdən  özləri  üçün 

bir  fayda  və  ibrət  götürməyib  haram  etməyə  davam  edərlərsə  o,  zaman 

sizə  vacibdir  onları  Allah  üçün  tərk  etmək.  Onların  dəvətlərini  qəbul 

etməyin, sədəqələrini də götürməyin. Bununla siz onların etdiklərinə nifrət 

və  qəzəbli  olduğunuzu  bildirir,  ümüd  edərək  ki,  onlar  bundan  bir  fayda 

götürüb doğru yola qayıdarlar”

33

.  


                                                

33

 Daimi  Fətvalar  Komitəsi  nəsihət  edir  ki:  “Açıq-aydın  günah  edən  kimsələrlə 



dostluq  münasibətləri  saxlamamaq,  onların  dəvətlərini  və  sədəqələrini  qəbul 

etməmək,  bu  da  onlar  üçün  bir  dərs  və  ibrət  olsun  deyə  edilir”.  Lakin  haram 

qazanan bir kimsədən sədəqə almaq əslən qadağan deyildir. Haram yolla qazanan 

bir kimsədən hədiyyə və pul götürmək icazəlidir. Bu mülk sahibi üçün haramdır, 

digərləri üçün isə haram deyildir. İmam İbn Munzir – rahmətullahi aleyhi – deyir 



 

67 


 

24.  Sual:  Hörmətli  Şeyx,  istehsal  zamanı  alkoqol  qatılan  şokoladın 

hökmü  nədir?  Lakin  bu  alkoqol  istehsal  zamanı  buxarlanır.  Bunun  halı 

qursağ qatılmış pendirin hökmünə bənzəyirmi? 

Şeyx  əl-Albani  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Bu  sualı 

dəqiqləşdirməyə ehtiyac vardır. 1) Alkoqolun qatılma miqdarı nə qədərdir, 

az  miqdarda  qatılır,  yoxsa  çox.  2)  Doğrudurmu  ki,  istehsal  zamanı  bu 

alkoqol buxarlanır?  



Sual  verən:  Bəli,  Az  miqdarda  alkoqol  qatılır  və  istehsal  zamanı 

alkoqol buxarlanır.  



Şeyx  əl-Albani  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Bu  suala 

əsaslanaraq  mən  deyirəm  ki,  biz  bu  suala  dərmanlarla  bağlı  suala  cavab 

verdiyimiz  kimi  verəcəyik.  Hər  birimiz  bilirik  ki,  (günümüzdə) 

dərmanların  əksəriyyətinə  spirt  qatılır,  həmçinin  odekolonlar  da  belədir. 

Həm dərmanla, həm də şokoladla bağlı suala biz belə cavab veririk: Əgər 

vəziyyət  sənin  dediyin  kimidirsə  bu  cür  dərman  və  şokoladları  istifadə 

etmək,  satmaq  və  kafirlərin  məmləkətindən  gətirmək  olar.  Lakin  İslam 

dövlətlərində  belə  şeyləri  istehsal  etmək  qadağandır.  Nə  üçün  belə 

ayırma?  Şübhəsiz  dərman  şokoladdan  daha  əhəmiyyətli  və  mühüm  bir 

şeydir. Çünki şokolad - artıq, dərman isə - birinci yardımdır. Lakin bütün 

bunlara baxmayaraq biz İslam dövlətlərində spirtli dərmanların istehsalını 

etməməliyik.  Nə  üçün?  Çünki  dərman,  istehsal  edən  kimsədən  spirt 

                                                                                                           

ki:  “Qazancı haram  yolla  olan  bir  kəsdən  götürmək  (pul  və  s.)  icazəlidir.  Allah 

Yəhudilər  haqqında  buyurur:  “Onlar  yalana  qulaq  asanlar  və  haram 

yeyənlərdir...”.  (əl-Maidə  42).  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  bunu 

bildiyi halda öz zirehini Yəhudidə girov qoymuş, Kitab Əhlindən cizyə almışdır. 

Halbuki onların gəlirlərinin çox hissəsini (mülklərini) donuz alverindən və haram 

işlərdən idi”. “Subus Salam” 2/213. Lakin kim haram olan qazancdan (mülkdən) 

sədəqə  verərsə  buna  görə  heç  bir  mükafat  qazanmaz  hətta  o,  müsəlman  olsada 

belə. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu 



aleyhi və səlləm – buyurdu: “Şübhəsiz ki, Allah pakdır (və nöqsansızdır) və pak 

olanı da qəbul edir...”. Müslim 1015. Peyğəmbər – sallallahu aleyhi və səlləm – 

buyurdu:  “Kim haram  yığıb  və  onu  sədəqə  olaraq paylayarsa  buna  görə heç  bir 

mükafat  qazanmayacaq  və  əksinə  onun  günahının  yükünü  daşıyacaqdır”.  İbn 

Hibban  3216,  Şueyb  Arnaut,  AbdulQadir  Arnaut  səhih.  Lakin  bir  kimsə  İslamı 

qəbul edərsə və onda haram yolla qazanmış mülk olarsa qoy  ondan qurtulmasın. 

Çünki  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  dövründə  səhabələr  İslamı 

qəbul  etdikləri  zaman  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  onlara  haram 

olan mülkdən  qurtulmalarını  əmr  etməmişdir.  Peyğəmbər  –  sallallahu  aleyhi və 

səlləm – buyurdu: “Allahın qulu İslamı qəbul edərsə və onun İslamı gözəl olarsa 

o, zaman Allah onun öncədən etmiş bütün günahlarını bağışlayar”. Buxari 41.  




 

68 


hazırlamağı,  spirti  isə  üzümü  sıxmaqla  Xamr  hazırlamağı  tələb  edəcək. 

Bütün bunlar qadağandır necə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm 



–  buyurdu:  “Allah  lənət  edib  içki  içəni,  süzəni,  satanı,  alanı,  sıxanı, 

qarışdıranı,  paylayanı,  saxlayanı  və  ondan  gələn  gəliri  xərcləyəni”.  Əbu 

Davud,  Həkim,  “Səhihul  Cəmi”  72,1802,5091.  Buna  görə  də  spirtli 

dərmanları hazırlamaq üçün bizlər istehsal  etməliyik, istehsal  edən  kimsə 

isə  lənətlənmişdir.  O,  ki  qaldı  kafirlərin  dövlətlərindən  gətirilən  spirtli 

dərmanlara: Əgər dərmanı  çox  miqdarda qəbul  etmək  və  ya içmək  insanı 

sərxoş etmirsə icazəlidir. Burada biz sokoladla bağlı suala qayıdırıq. Əgər 

sual,  sənə  sual  verənin  dediyi  kimidirsə  (yəni:  spirt  istehsal  zamanı 

şokoladın  içərisində)  buxarlanaraq  yoxa  çıxırsa  bu  zaman  şokolad  öz 

halında  sərxoş  etmir.  Lakin  mən  bir  daha  xatırladıram:  Onları  İslam 

dövlətində istehsal etmək olmaz”.  

“Silsila Huda vən Nur” 491.  

 

Şeyx  Useymin  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Əgər  alkoqol  hər 

hansı  bir  məhsulla  qarışaraq  öz  izini  itirirsə  həmin  məhsul  icazəlidir. 

Odekalon  və  digər  məhsullarda  az  miqdarda  olan  alkoqol  sərxoş  edici 

olmadığı  halda  çox  istifadə  edilsə  də  belə  Xamr  sayılmır.  Bu  məhsul 

sərxoş edici deyildir. Necə ki, suya bir damcı sidik düşdüyü zaman, su öz 

halını dəyişmir. Su təmiz olaraq qalır. Həmçinin hər hansı bir məhsula bir 

damcı  alkoqol  düşdüyü  zaman  həmən  məhsul  halını  dəyişmədiyi  halda 

Xamr  sayılmır.  Bütün  alimlər  bu  məsələni  başlıq  olaraq:  “Sərxoşluğun 

sərhəddi”  adlandırmışlar.  Həmçinin  sizin  nəzərinizə  bir  çox  tələbələrə 

qaranlıq  qalmış  bir  suala  yönəltmək  istəyirəm:  Peyğəmbər  –  sallallahu 



aleyhi və səlləm – buyurdu: “Çox miqdarda sərxoş edən şey, az miqdarda 

da  qadağandır”.  Əbu  Davud  3681,  Tirmizi  1865,  İbn  Məcə  3393.  Onlar 

deyirlər  ki:  “Az  miqdarda  olan  alkoqol  çox  miqdarda  olan  bir  şeylə 

qarışarsa o, da qadağan sayılır”. Lakin hədisin mənası buna dəlalət etmir. 

Mənası:  Əgər  çox  miqdar  da  olan  şey  sərxoş  edirsə,  onun  az  miqdarı  da 

qadağandır  hətta az  miqdarda  olan  sərxoş  etməsə  də  belə.  Təsəvvür  edin 

ki, bizdə içki var. Ondan on şüşə butılka içdikdə insanı sərxoş hala gətirir. 

Lakin bir şüşə butılka içdikdə sərxoş etmir. Bax bu bir şüşə butılka da qadağandır 

hətta  sərxoş  etməsə  də  belə.  Bu  da  hədisin  mənasıdır.  O,  izah  deyil  ki:  “Sərxoş 

edici  başqa  bir  şeylə  qarışarsa  o,  da  qadağan  olunur”.  Peyğəmbər  –  sallallahu 



aleyhi  və  səlləm  –  buyurdu:  “Çox  miqdarda  sərxoş  edən  şey,  az  miqdarda  da 

qadağandır”. Əbu Davud 3681, Tirmizi 1865, İbn Məcə 3393

34

.

  



                                                

34

 Bəziləri də qeyd edirlər ki: “Tərkibində spirt olan istənilən bir şey qadağandır 



Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  hədisinə  əsasən:  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Çox  miqdarda  sərxoş  edən  şey,  az 


 

69 


İSTİFADƏ EDİLƏN ƏDƏBİYYAT 

“Cəmiul Bəyan” Təbəri.  

“Cəmiul Əhkəmul Quran” Qurtubi.  

“Təfsir Quranil Azim” İbn Kəsir.  

“Teysirul Quranil Azim” as-Sadi.  

“Muvatta” İmam Məlik.  

“Ədəbul Mufrad” İmam Buxari.  

“Fəthul Bəri” İbn Həcər.  

“Şərh Müslim” İmam Nəvəvi. “Tuhfətul Əvzai Şərh Camiul Tirmizi” 

MubarakFuri.  

“Səhih Hədislər Silsiləsi” əl-Albani.  

“Səhih Cəmius Sağir” əl-Albani.  

“İrvalul Ğalil” əl-Albani.  

“İcma” Munzir.  

“Kəbair” İmam Zahabi.  

“Camiul Ulumu Val Hikam” İbn Rəcəb.  

“Subus Salam Şarh Buluqul Maram” İmam Sanani.  

“Neylul Avtar” Şovkani.  

“Seylul Carar” Şovkani.  

 “Takfiru Va Davabit” Fovzan.  

“Şarh Arbain Navaviyya” Həsən b. AbdulHamid Hələbi.  

“Sahih Fikhu Sunna” Abu Malik Kamal b. Seyd Sabih.  

“Əhkamu Zabaix” Abdullah Deyləmi.  

“Vaciz Fikhul Sunna” AbdulAzim b. Badavi.  

“Mavsuatul Fiqhul Muyassar” Huseyn b. Avda əl-Avayşa.  

“Fatava Şeyx əl-Albani”  

“Fatava Şeyx Useymin”  

“Fatava Şeyx İbn Baz”  

“Fatava Şeyx Fovzan”  

“Fatava Lacna Daima”  

“Fatava Ulama Biladil Haram” Xalid əl-Carisi.  

"Zədul Məad" İbn Qeyyim.  

                                                                                                           

miqdarda  da  qadağandır”.  Əbu  Davud  3681,  Tirmizi  1865,  İbn  Məcə  3393. 

Həmçinin  o,  demək  deyil  ki:  “Çox  miqdarda  olan  sərxoş  edici,  bir  şeyin 

tərkibində olarsa (konfet) bu cür şeyi yemək qadağandır”. Bu da hədisi səhf başa 

düşməkdir. Bu hədis onu izah edir ki: “Çox miqdarda sərxoş edən, az miqdarda 



da qadağandır”.  

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə